Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   49   50   51   52   53   54   55   56   ...   69

vaxt  orada  olmamışdı,  amma  şəhərə  “bələd”  idi.  “Oralar 
dəlixanadır.  Varis,  sən  nə  etdiyini,  hara  getdiyini  bilmirsən, 
mənsiz orada itib-batarsan. Tək qala bilməzsən, səni qorumaq 
üçün mən də getməliyəm”, - deyirdi. Bəs yaxşı, Nigeldən məni 
kim  qoruyacaqdı?!  Mübahisə  vaxtı  onun  ən  zəhlətökən 
cəhətlərindən biri  sərsəm tutuquşu kimi ona  nə deyildiyindən 
asılı olmayaraq, adamı yoruncayadək eyni sözü dayanmadan, 
təkrar-təkrar deməsi idi. Onunla mübahisəyə girməyin mənası 
yox  idi.  Amma  bu  dəfə  ona  təslim  olmayacaqdım.  Bu  dəfə 
təkcə  karyerama  görə  deyil,  həm  də  gələcəyim  üçün  böyük 
imkan  yaradacaq,  Britaniyadan,  Nigeldən,  onunla  bezdirici 
münasibətdən sonra mənimçün yeni bir başlanğıc olacaqdı. 
1991-ci  ildə  Amerikaya  gəldim.  Agentlikdəki  prodüserim 
özü dostugildə qalaraq evini mənə verdi. Mənzil Manhettenin 
mərkəzində idi. Studiya tipli evdə böyük çarpayı istisna olaraq 
çox şey yox idi, lakin bu sadəlik işimə yarayırdı. 
Mən  ora  çatanda  agentlik  görəcəyim  işləri  əvvəlcədən 
mənimçün  planlaşdırmışdı  və  dərhal  əvvəllər  heç  vaxt 
işləmədiyim qədər çox işləməyə, heç vaxt qazanmadığım qədər 
çox  qazanmağa  başladım.  Ora  çatdığım  birinci  həftəni 
dayanmadan hər gün işlədim. Dörd il iş tapmaq üçün  əziyyət 
çəkdiyimdən bu iş rejimindən qətiyyən şikayətlənmirdim. 
Hər şey öz axarında çox gözəl gedirdi. Lakin bir gün çəkiliş 
zamanı  fasilədə növbəti  günün çəkilişlərinə  vaxt  təyin etmək 
üçün zəng etdim. Prodüserim dedi: 
- Hə,  yeri  gəlmişkən,  ərin  zəng  vurmuşdu.  O,  yoldadır, 
axşam səni mənzilində gözləyəcək. 

Ərim?! Sən də ona qaldığım ünvanı verdin? 
- O  dedi  ki,  evdən  çıxarkən  əsəbi  olduğundan  ünvanı  ona 
downloaded from KitabYurdu.org


203 
 
verməyi unutmusan. Ərin elə nəzakətli idi ki! Deyirdi, Varis ilk 
dəfədir  ki,  Nyu-Yorkdadır,  onun  yaxşı  olduğuna  inanmaq 
istəyirəm. 
Dəstəyi  yerə  çırpdım  və  birdəqiqəlik  nəfəs  almağım 
çətinləşdi. İnana bilmirdim. Əslində, inanırdım, amma onun bu 
qədər  irəli  gedə  biləcəyini  zənn  etməmişdim.  Agentlikdəki 
oğlanı  günahlandırmadım,  axı  o  Nigelin,  həqiqətən  də,  ərim 
olub-olmadığını bilmirdi. Ona nə deməliydim ki? Bilirsən, biz 
evliyik, amma onunla pasporta görə evlənmişəm. Çünki onda 
Londonda qanunsuz yaşayırdım və məni Somaliyə deportasiya 
edəcəkdilər. Başa düşdün? İndi isə sabahkı görüşlər barədə... 
Ən  pisi  də  o  idi  ki,  mən  qanunla  Nigellə,  həqiqətən  də,  evli 
idim. 
Həmin  axşam  işim  bitdikdən  sonra  fikrimdəki  planla  evə 
qayıtdım.  Əvvəlcədən  xəbər  verildiyi  kimi,  Nigel  gəldi  və 
qapını  döydü.  Onu  içəri  buraxdım,  pencəyini  çıxartmaq 
istəyəndə soyuq bir səslə dedim: 
-  Gəl  gedək.  Səni  şam  yeməyinə  aparacağam,  -  adamların 
əhatəsində olduğumuza arxayınlaşıb dedim. - Bax, Nigel, sənə 
artıq dözə bilmirəm. Səni görəndə ürəyim bulanır! Əsəblərimlə 
oynayırsan! Sən yanımda olanda işləyə də bilmirəm! Düşünə 
də  bilmirəm!  Əsəblərim  korlanır,  gərgin  oluram...  Çıxıb 
getməyini istəyirəm! 
Bilirdim  ki,  ona  dediklərim  çox  ağır  sözlərdir,  lakin  onu 
incitməkdən  də  qətiyyən  məmnun  deyildim.  Ola  bilsin,  çox 
qəddar idim, ola bilsin, çox rəhmsiz idim, amma bu münasibətə 
son  qoymaq  lazım  idi.  O,  elə  məyus  və  aciz  görünürdü  ki, 
özümü günahkar hiss etdim. 
- Yaxşı,  sən  fikrini  çatdıra  bildin.  Mən  gəlməməli  idim. 
downloaded from KitabYurdu.org


Sabah ilk uçuşla evə qayıdacağam. 
- Bax belə! Get! Studiyadan qayıdanda səni evimdə görmək 
istəmirəm.  Bura  işləməyə  gəlmişəm,  istirahətə  yox!  Sənin 
nazınla oynamağa vaxtım yoxdur. 
Lakin  ertəsi  gün  axşam  evə  qayıdanda  da  o,  otaqda  idi. 
Qaranlıq  otaqda  pəncərənin  qarşısında  miskin,  dalğın  halda 
oturmuşdu.  Mən  qışqırmağa  başlayanda  o,  sabah  gedəcəyinə 
söz  verdi.  Ertəsi  gün  də  eyni  şeylər  təkrarlandı.  Nəhayət,  o, 
Uelsə qayıtdı. Ay Allah, sənə çox şükür, axır ki, bir az rahatlığa 
çıxaram.  Bir-birinin  ardınca  iş  təklifləri  aldığımdan  Nyu- 
Yorkda qalmağım uzanırdı. Lakin bu müddət ərzində Nigel də 
məni  rahat  buraxmırdı.  O,  iki  dəfə  də,  hər  dəfə  də  xəbər 
vermədən gəldi. 
Nigellə olan mənasız münasibətimdən başqa, həyatımda hər 
şey  inanılmaz  dərəcədə  əla  idi.  Nyu-Yorkda  yeni  adamlarla 
tanış  olmaqla  maraqlı  vaxt  keçirir,  karyeram  isə  çox  sürətlə 
yüksəlirdi.  “Benetton”  və  “Levi’s”  kimi  məşhur  brendlərlə 
işlədim,  ağ  Afrika  xələtləri  geyinərək  “Pomellato”  zərgərlik 
brendi üçün reklama çəkildim. “Revlon”un reklam çarxlarında 
yer  aldım,  sonra  onların  istehsalı  olan  yeni  “Ajee”  ətrinin 
siması oldum. Reklamda belə deyilirdi: “Afrikanın köksündən 
gələn  ətir  hər  bir  qadının  qəlbini  fəth  edəcək”.  Bu  şirkətlər 
məni fərqli edən cəhətimdən - cəlbedici Afrikan görünüşümdən 
yararlanırdı...  Halbuki  məhz  bu  səbəbdən  Londonda  məni 
modelliyə  yaxın  buraxmırdılar.  Oskar  mükafatlandırma 
mərasimində  “Revlon”  Sindi  Krouford,  Klaudiya  Şiffer  və 
Lorin Haton kimi modellərlə birgə çəkildiyim bir reklam çarxı 
nümayiş etdirdi. Bu reklamda hər birimiz eyni sualı soruşur və 
eyni  suala  cavab  verirdik.  “Qadını  qiyamçı  edən  nədir?” 
downloaded from KitabYurdu.org


205 
 
Mənim  cavabım  həyatımın  acı  həqiqətini  əks  etdirirdi:  “Bir 
Somali köçərisinin “Revlon”un siması olması”. 
Sonra  mən  “Olay”  kremlərinin  reklamında  çəkilən  ilk 
qaradərili  model  oldum.  Robert  Palmer  və  Meat  Loafun 
küplərinə  dəvət aldım. Bu layihələr ard-arda davam edirdi və 
tezliklə şəkillərim məşhur moda jurnallarında çıxmağa başladı: 
“Elle”,  “Allure”,  “Glamour”,  italyan  “Vogue”,  fransız 
“Vogue”. Bu gedişlə əfsanəvi Riçard Avedon da daxil olmaqla 
biznesdə ən məşhur fotoqraflardan iş təklifləri aldım. Hərçənd 
Riçard  çəkdikləri  modellərdən  daha  məşhur  idi,  məzəli  və 
səmimi adam olduğu üçün onu çox sevirdim. O, uzun illərdir 
bu  işlə  məşğul  olduğuna  baxmayaraq,  özünü  üstün  tutmur, 
həmişə mənim də fikrimi soruşurdu: “Varis, bu şəkil haqda sən 
nə  fikirləşirsən?”  Onun,  sadəcə,  fikrimi  bilmək  istəməsi 
mənimçün  çox  şey  demək  idi.  Riçard  Avedona  da  əvvəlki 
fotoqrafım Terens Donovan qədər hörmət edirdim. 
İllər ötdükcə çoxlu sayda sevimli fotoqraflarım oldu. Bütün 
günü şəkil çəkdirmək kiməsə asan görünə bilər. Lakin peşəkar 
olduqdan sonra, ən azı, şəkilləri çəkilən biri kimi keyfiyyətdəki 
fərqi  görə  bilirdim.  Əsl  fotoqraf  modelin,  sadəcə,  şəklini  - 
çəkməməli, gerçək şəxsiyyətini üzə çıxartmağı və onu 
yüksəltməyi 
bacarmalıdır. 
Onlara 
belə 
ehtiramla 
yanaşmağımın bir səbəbi yaşa dolmağımla əlaqəlidirsə, digər 
səbəbi  bu  biznesdə  olan  modellərdən  fəqli  olaraq,  kimliyimə 
hörmətlə bağlıdır. Hər kəsin altı fut uzunluqda boya, ipək kimi 
uzun  saçlara,  sədəf  kimi  ağ  dişlərə  sahib  olduğu  modellik 
biznesində  qaradərili  model  olmaq  istisna  idi.  Bəzən  məni 
kosmetika,  işıq  effektləri,  saç  düzümlərinin  köməyi  ilə 
olduğumdan tamamilə fərqli göstərən fotoqraflarla işləmişəm, 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə