Bilirdim ki, ən kiçik bir səhv cavaba görə onlar “müdrik”
Varisin qollarını qandallayacaqlar! İmmiqrasiya rəsmiləri
ağzımdan çıxan hər kəlməni qeyd edirdilər. Hisslərimə
güvənərək onlara çox şey demədim. Lazımi cavabı fikirləşmək
üçün vaxta ehtiyacım olanda tamamilə təbii istedadıma
güvənərək, özümü dili bilmədiyim üçün çox şeyi başa
düşmürmüş kimi göstərirdim.
İmmiqrasiya xidməti pasportumu saxladı və onu geri almaq
üçün ərimi söhbətə gətirməli olduğumu bildirdi. Bu şərti
isə heç eşitmək istəmirdim. Nəhayət, onlara Harold Viler
haqda heç nə demədən binadan çıxmağı bacardım. Polis onu
həbs etməzdən əvvəl bu oğrudan pulumu geri almağı
fikirləşirdim, əks halda, min minnətlə ondan-bundan borc
aldığım iki min funtu görə bilməyəcəkdim.
İmmiqrasiya xidmətindən çıxıb birbaş onun dəbdəbəli
ofisinə getdim və qapının zəngini çaldım. Katibəsi cavab
verəndə özümü təqdim etdim və cənab Vilerlə təcili görüşməli
olduğumu bildirdim. Lakin nə qədər təəccüblü olsa da, cənab
Viler ofisdə deyildi və katibə qapını açmağa etiraz etdi. Hər
gün bu ofisə gələrək zəngi çaldım, lakin onun sadiq katibəsi o
fırıldaqçını məharətlə qoruyurdu. Gizli xəfiyyəlik edərək bütün
günü ofisin həyətində gizlənib oradan keçərkən onu
yaxalamağı gözlədim. Lakin o yoxa çıxmışdı.
Eyni vaxtda cənab O’Sullivanı immiqrasiya xidmətinə
getmək üçün razı salmalı idim. O, Londonun cənubunda,
Kroydonda, somalililərin sıx yaşadığı ərazidə yaşayırdı.
Mümkün qədər qatarla getdim, amma qatarlar onun yaşadığı
yerədək getmədiyindən yolun qalan hissəsini taksiyə minməli
oldum. Oralarda birinci dəfə olduğumdan küçə boyu getdikcə
downloaded from KitabYurdu.org
187
çiynimin üstündən arxaya baxa-baxa qalmışdım. Ünvanı
tapdım. Köhnə bir bina idi, qapını döydüm. Cavab gəlmədi.
Evin ətrafına dolanaraq pəncərədən içəri baxmağa cəhd etdim,
lakin heç bir şey görə bilmədim. O, harada ola bilərdi? Bu vaxt
hara gedə bilərdi? Əlbəttə ki, bara. Yaxınlıqdakı bara girdim.
0‘Sullivan oturmuşdu, yaxınlaşıb soruşdum: “Xatırladın
məni?” O, çiyninin üstündən baxaraq məni görən kimi üzünü
çevirib yuxarıda düzülmüş içki şüşələrinə baxdı. Ağlını işə sal,
bir şey fikirləş, Varis. Ona bu bəd xəbəri deyib immiqrasiya
xidmətinə mənimlə getməsi üçün yalvarsam da, bilirdim ki, -
getməyəcək.
- Cənab O’Sullivan, immiqrasiya xidməti pasportumu
götürüb, onu qaytarmazdan əvvəl səndən evliliyimizin həqiqi
olub-olmadığını soruşmaq istəyirlər. O lənətə gəlmiş vəkili
tapa bilmirəm, yoxa çıxıb, ona görə mənə kömək edə biləcək
başqa heç kim yoxdur.
Gözünü içki şüşələrinə zilləyib dayanan bu kişi bir qurtum
da viski içib başını yellədi.
- Bura bax, pasport almaqda mənə kömək etməyinçün sənə
iki min funt vermişəm!
Bu sözüm onun diqqətini çəkdi. O, təəccübdən ağzı açıq
qalaraq çevrilib mənə baxdı.
- Mənə cəmi yüz əlli funt vermisən, əzizim. Mənim ömrüm
boyu heç vaxt iki min funtum olmayıb, yoxsa Kroydon kimi bir
yerdə yaşamazdım.
- Harold Vilerə mənimlə evlənməyin müqabilində iki min
funt vermişəm!
- Başa düşdüm, amma o, mənə heç nə verməyib. Əgər sən
tanımadığın adama iki min funt verəcək qədər axmaqsansa, bu,
downloaded from KitabYurdu.org
sənin problemindir, mənim yox.
Ona kömək üçün yalvarmağa başladım, lakin vecinə də
deyildi. Ona qatara minməyə ehtiyac olmadan, immiqrasiya
xidmətinə taksi ilə aparacağıma söz verdim, lakin yenə də
oturduğu stuldan tərpənmədi.
Onu həvəsləndirmək üçün bir üsul axtararaq təklif etdim:
- Bax, sənə yenə pul verəcəyəm, lap çox pul. İmmiqrasiya
xidmətindən çıxandan sonra səninlə bara gedərik, istədiyin
içkidən istədiyin qədər içərsən. - Bu təklifimə laqeyd qalmadı,
əmin olmaq üçün mənə baxıb qaşlarını qaldırdı. Davam elə,
Varis. - Viskilər, istədiyin qədər, içə bildiyin qədər viski!
Razısan? Sabah evinə gələcəyəm, taksi ilə Londonun
mərkəzinə gedərik. Sual-cavab bir neçə dəqiqə çəkəcək, iki-üç
dənə sual verəcəklər, sonra birbaşa bara gedərik, oldu?
O razılaşdı və yenə gözlərini piştaxtaya düzülmüş içki
şüşələrinə zillədi.
Ertəsi gün səhər yenə Kroydona getdim və qocanın qapısını
döydüm. Cavab gəlmədi. Küçə ilə aşağı düşüb dünənki bara
girdim, lakin orada təkcə qəhvə içə-içə qəzet oxuyan barmeni
gördüm.
-
Bu gün cənab O’Sullivanı görməmisiniz?
O, başını yellədərək:
-
Onun gəlməsi üçün hələ çox tezdir, - dedi.
Oradan çıxıb cəld o yalançı səfilin evinə qayıdaraq qapını
döyməyə başladım. Yenə də cavab yox idi. Burnumu tutub
qapının ağzındakı sidik qoxuyan pilləkəndə oturdum. Bundan
sonra nə etməli olduğum barədə fikirləşərkən təxminən iyirmi
yaşlarında, xuliqana oxşayan iki oğlan yaxınlaşıb düz qarşımda
dayandı.
downloaded from KitabYurdu.org
189
Oğlanlardan biri üstümə çəmkirdi:
- Sən kimsən? Və mənim qocamın qapısının ağzında niyə
oturmusan?
- Salam, bilmirəm siz bilirsiniz, yoxsa yox, mən sizin atanıza
ərə getmişəm.
Hər ikisi üzümə qəzəblə baxdı. Böyüyü qışqırdı:
-
Nə?! Nə gic-gic danışırsan?
- Baxın, mən çıxılmaz bir işə düşmüşəm və atanızın
köməyinə ehtiyacım var. Ondan tək istədiyim şey mənimlə
şəhərdəki ofisə gedib iki-üç suala cavab verməsidir. Onlar
pasportumu əlimdən alıblar, onu geri qaytarmalıyam, lütfən...
-
Rədd ol buradan, qancıq!
Barmağımla qapını göstərib dedim:
- Ey, bura bax! Mən o səfeh qocaya bütün pullarımı
vermişəm, onsuz heç yana gedən deyiləm!
Amma oğlanın fikri başqa idi. O, gödəkcəsinin altından bir
ağac çıxartdı, sanki kəlləmi dağıdacaqmış kimi hirslə başının
üstünə qaldırdı.
- Hə? Səni bu dəqiqə altımıza salıb işini həll edərik, onda
görərsən ki, bura gəlib yalan danışmaq nədir!
Qardaşı isə bundan xoşhallanıbmış kimi irişməyə başladı.
Bu vaxt onun qabaq dişlərinin bir neçəsini sınıq görüb işimi
bildim. Onların itiriləsi heç nələri yox idi və məni burada,
qapının ağzmdaca ölənəcən döyə bilərdilər. Heç kimin bundan
xəbəri olmaz, kimsə görsə belə, vecinə almazdı. Yerimdən
götürülüb iki-üç tin qaçdım, onlar bir az arxamca qaçsalar da,
məni qorxutduqlarına əmin olub geri qayıtdılar.
Həmin gün evə qayıdanda qocanı tapana qədər Kroydona
gedəcəyimə söz verdim. Başqa yolum da yox idi. O vaxt artıq
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |