Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   48   49   50   51   52   53   54   55   ...   69

göndəriblər. 
Sanki  bu  görkəmdə  başqa  adam  olacaqlarını  hesab 
edəcəkdim! 
- Buyurun,  keçin  içəri.  Çay  istəyirsiniz,  yoxsa  qəhvə? 
Əyləşin, gedim onu çağırım. 
Onlar zalda Nigelin rahat stullarında oturdular. 
- Əzizim,  -  mehriban  səslə  çağırdım,  -  aşağı  gəl. 
Qonaqlarımız var. 
O, yarıyuxulu, saçları dağınıq halda gəldi. 
- Salam, - Nigel onların görkəmindən kim olduqlarını dərhal 
başa düşdü. - Sizə nə lazım idi? 
- Sizə bir neçə sualımız var. Əwəla, sizin və arvadınızın bir 
yerdə  yaşadığına  əmin  olmaq  istəyirik.  Siz  bir  yerdə 
yaşayırsınız? 
Nigelin üzündəki ifadədən başa düşdüm ki, maraqlı söhbət 
gedəcək,  divara  söykənib  onlara  baxmağa  başladım.  O, 
etinasızcasına soruşdu: 

Sizcə, oxşamır? 
Qəfil qonaqlar diqqətlə evə göz gəzdirdilər. 
- Mmm.  Cənab,  sizə  inanırıq,  amma  yenə  də  evə  baxış 
keçirməliyik. 
Nigelin rəngi qaraldı, sanki üzünə bulud çökdü. 
- Bura  baxın,  evimi  yoxlamayacaqsınız.  Sizin  kim 
olduğunuz  vecimə  də  deyil.  O,  mənim  arvadımdır  və 
gördüyünüz  kimi,  biz  birlikdə  yaşayırıq.  Siz  xəbərdarlıq 
etmədən  gəlmisiniz  və  başa  düşürsünüz  ki,  xüsusi  olaraq  sizi 
qarşılamaq  üçün  geyinib  hazırlaşmamışıq!  İndisə  çıxın  gedin 
buradan! 

Cənab Riçards, əsəbiləşməyin, biz qanunla... 
downloaded from KitabYurdu.org


199 
 
- Mənim əsəblərimlə oynamayın!!! Durun gedin, nə qədər ki 
bacarırsınız, qaçın canınızı qurtarın! 
Lakin  onlar  çıxıb  getmək  əvəzinə,  təəccübdən  donaraq 
yerlərinə yapışıb qalmışdılar. 
- Çıxın,  cəhənnəm  olun  mənim  evimdən!  Əgər  bir  də 
buralara  gəlsəniz,  ya  da  mənə  zəng  etsəniz,  silahımı  götürüb 
sizi vuracağam. Onun üçün ölümə belə hazıram, - barmağı ilə 
məni göstərərək dedi. 
Başımı  yellədərək  öz-özümə  fikirləşdim:  “Bu  oğlan 
axmaqdır.O,  həqiqətən  də,  mənə  vurulub.  Əcəb  işə  düşdüm. 
İndi  burada  neyləyəcəyəm?  Afrikaya  qayıtmalı  idim,  ən 
salamatı  bu  olardı”.  Orada  bir  neçə  ay  da  qaldıqdan  sonra 
Nigelə dedim: 
- Nigel, niyə özünə fikir vermirsən? Səliqəli bir ayaqqabı al, 
özünə bir sevgili tap... Sənə kömək edərəm. 
O isə cavabında dedi: 
- Sevgili?  Mənə  sevgili  lazım  deyil.  Allah  xatirinə,  mənim 
arvadım var, sevgili nəyimə lazımdır? 
O, belə deyəndə dəli olurdum. 
- Get o andıra qalmışım unitaza sal və suyu burax! Ay adam, 
ayıl  və  çıx  həyatımdan!  Səni  sevmirəm!  Biz  razılığa  gəlib 
evlənmişik. Mənə kömək etmək istəyirdin, mən də razılaşdım. 
Sənin arvadın deyiləm. Səni xoşbəxt etmək üçün yalandan səni 
sevdiyimi göstərə bilmərəm. 
Nigellə  razılığa  gəlsək  də,  o,  razılaşmanı  pozub  öz 
xəyallarına  qapılmışdı.  Evimizə  bizi  yoxlamağa  gələn 
rəsmilərin  üstünə  qışqıranda  da  o,  tam  səmimi  idi.  Onun 
dilindən çıxan 
hər kəlmə doğru idi. Ondan asılı olduğuma görə vəziyyət daha 
downloaded from KitabYurdu.org


çətin  idi.  Dostum  kimi  xətrini  çox  istəyirdim,  o,  dar  ayaqda 
mənə kömək etmişdi. Lakin onu sevmirdim, sevimli arvadı və 
şəxsi  əşyasıyammış  kimi  özünü  aparanda  isə  onu,  həqiqətən, 
öldürmək istəyirdim. Başa düşdüm ki, ondan bacardığım qədər 
canımı tez qurtarmalıyam. 
Lakin  pasport  dilemması  uzandıqca  uzanırdı.  Nigel  ondan 
asılı  olduğumu  başa  düşür,  üstünlük  hissi  onu  daha  çox 
tələbkar  edirdi.  O,  harada  olduğumu,  nə  etdiyimi,  kiminlə 
olduğumu nəzarətdə saxlayırdı. Davamlı olaraq onu sevməyim 
üçün yalvanrdı, amma o nə qədər çox yalvarırdısa, ondan bir o 
qədər  zəhləm  gedirdi.  Bəzən  Londondan  iş  təklifləri  alırdım, 
yaxud  da  dostlarında  görüşürdüm.  Əsəblərimi  korlamamaq 
üçün hər fürsətdə Nigeldən uzaq qalmağa çalışırdım. 
Dəli  olduğunu  zənn  etdiyim  biri  ilə  yaşadıqca  əsəblərim 
korlanırdı.  Pasportumu  -  azadlıq  vəsiqəmi  gözləməkdən  o 
qədər bezmişdim ki, bir gün Londona gedəndə özümü qatarın 
altına  atmaq  istəmişdim.  Qatar  yaxınlaşarkən  onun  səsini 
eşitdikcə, saçlarımı dağıdan küləyini hiss etdikcə tonlarla 
ağırlıqda  olan  bu  metalın  sümüklərimi  əzərkən  nələr  hiss 
edəcəyimi fikirləşirdim. Bütün narahatlıqlarıma və qayğılarıma 
son qoymaq naminə özümü bunu etməyə məcbur hiss eləsəm 
də, öz-özümdən soruşurdum: “O adama görə özümə niyə qəsd 
etməliyəm ki?!” 
Beləliklə, təxminən bir ildən çox gözlədikdən sonra pasport 
ala  bildim.  Bir  gün  Nigel  immiqrasiya  xidmətinə  getdi  və 
ağlasığmaz bir hay-küy salaraq onları mənə müvəqqəti pasport 
verməyə  məcbur  elədi.  “Arvadım  beynəlxalq  səviyyədə 
tanınan modeldir, ən azı, ona müvəqqəti pasport verməlisiniz 
ki, karyerası ilə məşğul ola bilsin”. O, modellik şəkillərim olan 
downloaded from KitabYurdu.org


201 
 
portfeli  masanın  üstünə  çırparaq:  “Mən  bu  zibilə  qalmış 
Britaniyanın  vətəndaşıyam,  sizin  onunla  belə  rəftarınızdan 
sonra  dəhşətə  gəlirəm,  utanıram  belə  bir  ölkədə  yaşadığıma! 
Tələb edirəm, elə bu dəqiqə hər şeyi yoluna qoymalısınız! Elə 
bu  dəqiqə!”  -  dedi.  Onun  bu  “ziyarətindən”  çox  keçmədi, 
köhnə  Somali  pasportumu  məndən  alıb  əvəzində  müvəqqəti 
pasport  verdilər.  Bu  pasportla  ölkədən  çıxa  bilərdim,  lakin 
vaxtaşın  yenilənməli  idi.  İçindəki  möhürdə  bu  sözlər 
yazılmışdı: 
“Somalidən başqa hər yerə getmək üçün etibarlıdır”. Bu sözləri 
oxumaq  təsəwürəsığmaz  dərəcədə  kədərli  idi.  Somalidə 
müharibə idi, İngiltərə isə onun himayəsinə keçdiyim üçün öz 
vətəndaşına  müharibə  gedən  bir  ölkəyə  girməyi  qadağan 
etmişdi. Hər bir Britaniya vətəndaşı kimi hökumət mənə görə 
də  məsuliyyət  daşıyırdı.  “Somalidən  başqa  hər  yerə  getmək 
üçün  etibarlıdır”  sözlərini  oxuduqca  öz-özümə  pıçıldadım: 
“İlahi,  gör  mən  neyləyirəm?  Hətta  öz  vətənimə  belə  gedə 
bilmirəm. İndi tamamilə yad olmuşam”. 
Əgər  kimsə  mənə  seçim  imkanı  versəydi,  deyərdim  ki, 
Somali pasportumu geri qaytarın. Lakin bunu mənimlə heç kim 
müzakirə etməmişdi. Artıq geriyə yol yox idi. Yalnız bir yolum 
qalırdı - irəli! Amerikaya getmək istəyirdim. Viza almaq üçün 
sənədlərimi verdim. Və Nyu-Yorka bilet aldım, əlbəttə ki, tək 
gedirdim. 
ıı Christmas Eve - Miladdan əvvəlki axşam - 24 dekabr. 
12 Britaniyada ən böyük tirajla - təxminən bir milyon nüsxə 
çap olunan bazar günü qəzeti. 
14- BOYUK SƏHNƏ 
Nigel mənimlə Nyu-Yorka getmək istəyirdi, əl çəkmirdi. Heç 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə