qabığında şəklim olan “The Sunday Times” qəzetini gətirdi.
-
Onu niyə gətirdin?
- Bunu o vaxtdan saxlamışam, bilirdim ki, gün gələcək,
səninlə qarşılaşacağam. - O, şəkildə gözümü göstərərək davam
etdi: - Bu şəkli ilk dəfə görəndə gözlərində yanaqlarına süzülən
yaş gördüm. Üzünə baxanda ürəyində ağladığını və köməyə
ehtiyacın olduğunu hiss etdim. Sonra Allah mənə dedi ki, səni
qorumaq mənim borcumdur.
Bu nə idi?! Gözlərimi onun üzünə zilləyib fikrə getdim: “Bu
başdanxarab əclaf kimdir? Köməyə ehtiyacı olan elə bu
özüdür”. Lakin onlarda qaldığım günlər ərzində həm Culiya,
həm də Nigel təklif edilən bu “köməyi” ağlıma salmaqda israrlı
idilər. Somalidə gələcəyim necə olacaqdı? Məni orada nə
gözləyirdi? Keçilərimmi, yoxsa dəvələrimmi? Nigeldən
beynimdə ilişib qalan bir sualı soruşdum:
- Bunun sənə nə xeyri olacaq? Axı niyə mənimlə evlənmək
istəyirsən? Bütün bunlar sənin nəyinə lazımdır?
-
Sənə demişdim - səndən heç bir təmənnam yoxdur.
Məni sənə Allah göndərib.
Ona izah etdim ki, mənimlə evlənmək, sadəcə, nikah
şöbəsinə getməklə bitməyəcək. Çünki hələ də rəsmən ərdə
idim.
- Narahat olma, ondan boşanarsan və biz də lazımi dairələrə
evlənməyə hazırlaşdığımızı deyərik. Beləcə, onlar səni
deportasiya etməzlər. Səninlə gedəcəyəm. Bilirsən, mən
Britaniya vətəndaşıyam, onlar “yox” deyə bilməzlər. Bax sənə
görə özümü çox pis vəziyyətə qoyuram. Niyyətim, sadəcə, sənə
kömək etməkdir. Əlimdən gələni eləməyə hazıram.
-
Yaxşı, çox sağ ol, təşəkkür edirəm...
downloaded from KitabYurdu.org
195
Culiya əlavə etdi:
- Bax, Varis, əgər o, sənə kömək edə bilərsə, qoy etsin. Sən
də onun köməyindən istifadə elə, çünki başqa seçimin yoxdur.
Bu sözlərə günlərlə qulaq asdıqdan sonra fikirləşdim ki, ona
güvənə bilərəm, ən azı, harada yaşadıqlarını bilirəm, Nigel isə
rəfiqəmin qardaşıdır. Culiya haqlıdır, Nigelin köməyindən
istifadə etməyim məsləhətdir.
O’Sullivanla boşanma haqqında danışmaq üçün plan
qurduq, Nigel də mənimlə gələcəkdi, çünki onun oğlanları ilə
bir də təkbaşına qarşılaşmaq istəmirdim. Fikirləşdim ki, bu
qoca kişini razı salmaq üçün yenə də, adəti üzrə, pul lazım
olacaq. O kişi ilə yenə üzləşməyi heç istəmirdim. Rəfiqəmlə
qardaşı əminliklə məni planın uğurla başa çatacağına
inandırırdılar. Nigel dedi: “Gəl elə sabah gedək. Kroydona
maşınla gedərik”.
Ertəsi gün Nigel maşını düz qocanın yaşadığı yerə sürdü.
Mənzilə gedən yolu ona göstərdim.
- Ehtiyatlı ol! Onun oğlanları dəlisovdurlar. Təsəvvür elə ki,
mən hətta maşından düşməyə belə qorxuram. - Nigel güldü. -
Ciddi deyirəm. Keçən dəfə onlar arxamca qaçdılar, məni
döymək istədilər. Bax deyirəm, onlar dəlidirlər. Həqiqətən, çox
ehtiyatlı olmalıyıq.
- Yaxşı görək, Varis. Biz, sadəcə, o kişiyə deyəcəyik ki, sən
boşanmaq istəyirsən, vəssalam. Burada həyəcan keçirməli heç
nə yoxdur.
O’Sullivanm evinə çatanda artıq gönortadan keçmişdi.
Maşını üzbəüz küçədə saxladıq. Nigel qapını döydükcə
çiynimin üstündən baxaraq küçəni yoxlayırdım. Heç kim cavab
vermədi. Mən buna qətiyyən təəccüblənmədim. Bildim ki,
downloaded from KitabYurdu.org
yaxınlıqdakı bara getməliyik.
Nigel dedi:
-
Gəl pəncərələrdən içəri baxaq, bəlkə nəsə görə bildik.
Pəncərələrdən bir-bir içəri baxmağa çalışdıq və Nigel
çaşqınlıqla mənə san döndü:
-
Məncə, nəsə qaydasında deyil.
Görürsən, indi məni başa düşürsən! Mən də hər dəfə bura
gələndə eyni hissləri yaşayıram...
-
“Qaydasında deyil” deyəndə nəyi nəzərdə tutursan?
- Bilmirəm... mənə elə gəlir... pəncərədən içəri keçə
bilsəm... - Sözünü yarımçıq qoyub pəncərəni açmaq üçün əli ilə
döyəcləməyə başladı.
Üzbəüz qonşu çölə çıxıb dedi:
- Əgər O’Sullivanı axtanrsımzsa, neçə həftədir onu
görməmişik. - Sonra qollarını önlüyünün üstündə çarpazlayıb
bizə baxmağa başladı.
Nigel pəncərəni bir az aralaya bildi. Bu zaman dəhşətli
üfunət iyi ətrafa yayıldı. Əllərimlə ağız-burnumu tutub
uzaqlaşdım. Nigel pəncərənin arasından baxıb dedi:
-
O, döşəmədəcə ölüb qalıb.
Biz qonşu qadından təcili yardım çağırmasını xahiş etdik və
maşına oturub cəld oradan uzaqlaşdıq. Belə dediyimə görə
özümə nifrət edirəm, amma sanki xeyli rahatlaşdım!
O’Sullivanm cəsədini mətbəxin döşəməsində çürümüş
tapdıqdan az sonra Nigellə mən evləndik. Britaniya hökuməti
məni deportasiya etmək prosesini dayandırdı. Lakin bu
evliliyimin də saxta olduğunu düşündüklərini gizlətmirdilər.
Əlbəttə ki, saxta idi! Ona görə də razılaşdıq ki, pasport
alanadək Uelsdə onun evində qalım.
downloaded from KitabYurdu.org
197
Son yeddi ili əvvəlcə Moqadişuda, sonra isə Londonda
yaşadığımdan təbiətdən zövq aldığım vaxtları unutmuşdum.
Yamyaşıl çəmənləri, arabir kəsib keçən çayları və fermaları ilə
buradakı mənzərə Somalinin səhra mənzərəsindən tamamilə
fərqli olsa da, pəncərəsiz studiya və hündür mərtəbəli binalarda
yaşayandan sonra açıq havada vaxt keçirməkdən xüsusi bir
zövq alırdım. Uelsdə köçəri həyatının dadını da çıxara bilirdim:
qaçır, doyunca yeriyir, yabanı çiçəklər dərir, açıqlıqda işəyə də
bilirdim. Bəzən hətta kolluqda dalımı açıb oturanda ətrafdan
keçən kimsə məni “iş başında” görürdü də...
Nigel və mənim otaqlanmız ayrı-ayrı idi və biz ər-arvad kimi
deyil, bir evdə qalan iki otaq yoldaşı kimi yaşayırdıq. Biz
pasport almaq naminə evlənməyə razılaşmışdıq. Hərçənd pul
qazanmağa başlayanda ona maliyyə yardımı edəcəyimi
demişdim. O israr edirdi ki, əvəzində heç nə istəmir. Nigel,
sadəcə, Allahın rizası ilə kiməsə kömək etdiyinə görə sevinirdi.
Bir gün Londona çəkilişlərə gedəcəyim üçün həmişəkindən
fərqli olaraq, səhər saat altıda oyanmışdım. Aşağı enib qəhvə
hazırladım, Nigel hələ də öz otağında yatırdı, sonra sarı rezin
əlcəkləri taxıb qabları yumağa başladım. Bu vaxt qapının zəngi
çalındı.
Əlimdəki əlcəklərdən köpük axa-axa qapını açdım. Boz
kostyumlu, boz sifətli, əllərində qara portfel olan, ciddi
görkəmli iki kişi qapıda dayanmışdı.
-
Xanım Riçards?
-
Bəli.
-
Əriniz evdədir?
-
Bəli, yuxarıdadır.
- Zəhmət olmasa, kənara çəkilin. Bizi bura rəsmi iş üçün
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |