Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   55   56   57   58   59   60   61   62   ...   69


Oh, nə gözəl! 

Belə deyim, onu tapdığımızı zənn edirik. 

“Zənn edirik” nə deməkdir? 
- Biz  bu  qadını  tapdıq  və  ondan  Varis  adlı  qızının  olub- 
olmadığını  soruşduq.  O  isə  “Bəli,  bəli”  deyərək  Varis  adlı 
qızının  olduğunu  təsdiqlədi.  Bəli,  Varis  Londonda  yaşayır. 
Amma o qadın sənin haqqında ətraflı söhbət etmək istəyəndə 
çox qətiyyətsiz danışıb. Buna görə də Somaliyə göndərdiyimiz 
adamlar onun sənin anan olub-olmadığına əmin deyillər. 
Sonrakı  sorğu-sualda bu qadının anam olmadığı  üzə çıxıb, 
lakin axtarışlar yenə də davam edirdi. Beləcə, səhrada mənim 
anam  olduğunu  iddia  edən  bir  xeyli  adam  üzə  çıxırdı, 
hamısının da Londonda yaşayan Varis adlı qızı var imiş. Lakin 
bu çox gülməli idi, çünki özümdən başqa Varis adlı bir varlığa 
rast gəlməmişdim. 
Onlara  nə  baş  verdiyini  izah  etdim:  “O  insanlar  o  qədər 
çarəsiz  və  kasıbdırlar  ki,  “Hə,  biz  onun  ailəsiyik”  desələr, 
onların balaca kəndinə gedəcəyinizə, film çəkəcəyinizə, onlara 
pul və ərzaq verəcəyinizə ümid edirlər. Mənim anam olduğunu 
deyən  o  qadınlar  sizdən  nəsə  ala  biləcəklərini  düşünürlər. 
Bundan sonra necə aradan çıxacaqlar - bunu bilmirəm, amma, 
sadəcə, bəxtlərini sınayırlar”. 
Təəssüf  ki,  məndə  anamın  heç  bir  şəkli  yox  idi.  Qerrinin 
ağlına bir fikir gəldi. 
- Bizə elə bir sirr de ki, onu anandan başqa heç kim bilməsin! 

Anam məni həmişə Avdohol - balaca ağız deyə çağırardı. 
- O, səncə, bunu xatırlayar? 
- Şübhəsiz. 
O  vaxtdan  sonra  Avdohol  gizli  parol  oldu.  BBC  axtarışlar 
downloaded from KitabYurdu.org


225 
 
apararkən bir neçə  sualdan sonra ləqəbimi soruşur, analığıma 
namizədlər isə bunu bilmirdilər. Yaxşı yol. Nəhayət, bir gün 
yenə  zəng  vurub  dedilər:  “Deyəsən,  onu  tapmışıq.  Bu  qadın 
ləqəbi  xatırlamadı,  amma  Londonda  səfirin  evində  işləyən 
Varis adlı qızının olduğunu dedi”. 
Ertəsi  gün  Nyu-Yorkdan  Londona  gəldim.  Yola  düşmək 
üçün  BBC-yə  bir  neçə  gün  vaxt  lazım  idi.  Biz  Efiopiyanın 
paytaxtı  Əddis-Əbəbəyə,  oradan  isə  kiçik  çarter  reysi  ilə 
Efiopiya-Somali sərhədinə gedəcəkdik. Bu səfər çox təhlükəli 
idi. O vaxt Somalidə müharibə olduğundan ora gedə bilməzdik, 
beləliklə, ailəm sərhədə  gəlməli idi. Bizim eniş etdiyimiz yer 
səhranın ortası idi, uçuş zolağı yox idi, hər yer daşlıq və kolluq 
idi. 
BBC  hazırlıqları  tamamlayanadək  mən  Londonda  hoteldə 
qalırdım.  Nigel  məni  görməyə  gəldi.  Məni  qabaqda  təhlükə 
gözləyirdi.  Bu  səbəbdən  onunla  mehriban  danışmağa 
çalışırdım.  Xeyli  vaxt  idi  heç  bir  işi  olmadığından,  işləmək 
istəmədiyindən  onun  Uelsdəki  evinin  kreditini  də  mən 
ödəyirdim. Ona tanış adamlann yanında iş də tapmışdım, lakin 
üç  həftədən  sonra  onu  işdən  qovdular  və  o  ətrafda  bir  də 
görünməməyi tapşırdılar. Nigel sənədli film haqqında 
eşidəndən bəri bizimlə Afrikaya getmək üçün zəhləmi tökməyə 
başlamışdı. 
- Mən  də  gəlmək  istəyirəm.  Sənin  yaxşı  olduğunu  özüm 
görmək istəyirəm. 
- Yox,  sən  gəlməyəcəksən.  Anama  səni  necə  təqdim 
edəcəyəm? Deyəcəyəm ki, sən kimsən? 

Bilmirsən?! Sənin ərinəm də! 
- Yox,  ərim  deyilsən!  Unut  o  söhbəti.  Başa  düşdün? 
downloaded from KitabYurdu.org


Yadından çıxart! 
Bir şeyə tam əmin idim ki, o, anama təqdim etmək istədiyim 
adam deyildi. O ki qalmışdı ərim ola. 
BBC  ilə  səfər  barədə  danışanda  Nigel  də  aramıza  girirdi. 
Qerri tezliklə ondan bezdi. Qerri planlarımızı müzakirə etmək 
üçün  məni  axşam  yeməyinə  dəvət  edəndə  deyirdi:  “O,  bu 
axşam  səninlə  gəlməyəcək,  elə  deyil?  Lütfən,  Varis  onu  bu 
işdən uzaq tut”. 
Hotelə qayıdanda Nigel yenə gələr və Afrikaya getmək üçün 
dil  tökməyə  başlayardı.  Mən  etiraz  etdiyimdən  bir  gün  o, 
pasportumu oğurladı. Şübhəsiz, o bilirdi ki, biz bir neçə günə 
yola  düşəcəyik.  Pasportu  geri  almaq  üçün  onu  heç  cür  yola 
gətirə bilmirdim. Nəhayət, bir gün əlacı kəsilmiş halda Qerriyə 
dedim: “Qerri, inanmayacaqsan, amma o, mənim pasportumu 
götürüb və qaytarmır!” 
Qerri əlini alnına vurub gözlərini yumdu. O dedi: “Varis, o, 
məni  boğaza  yığıb.  Ondan  yetəri  qədər  çəkmişəm,  daha 
dözümüm qalmayıb!” Qerri və ətrafındakı adamlar Nigeli başa 
salmağa çalışdılar: “Bax özünü yetkin insan kimi apar, kişi ol. 
Biz artıq layihənin sonuna çatmışıq, sən belə etməməlisən. Biz 
filmi Afrikada yekunlaşdırmaq istəyirik, bunun üçün Varis də 
orada  olmalıdır.  Allah  xatirinə,  lütfən...”  Nigel  isə  bütün 
danışılanlara qətiyyən fikir vermədi və pasportumu da özü ilə 
götürərək Uelsə getdi. 
Mən  də  arxasınca  Uelsə  gedib  ona  yalvardım.  Lakin  nə 
qədər  dil  tökdümsə  də,  onu  Afrikaya  aparmasaq,  pasportu 
qaytarmayacağım dedi. Olduqca ümidsiz və bezdirici vəziyyət 
idi. Anamı yenidən görə bilmək üçün on beş il idi yalvarır və 
fürsət  gözləyirdim.  Lakin  indi  Nigel  bütün  planları  alt-üst 
downloaded from KitabYurdu.org


227 
 
edirdi. O isə, şübhəsiz ki, bunu bilirdi. Onu aparmasaydım, 
anamı görmək fürsətini əldən qaçıracaqdım, çünki pasportsuz 
səyahət  edə  bilməyəcəkdim.  “Nigel,  bütün  günü  bizim 
ətrafımızda dolaşıb camaatın zəhləsini tökmə. Bu, on beş ildən 
sonra anamı görmək üçün əlimə düşən ilk fürsətdir”, - dedim. 
Biz  Afrikaya  gedirik  və  mənim  ərim  olduğu  halda,  onu 
bütün  bunlardan  kənarda  saxlayırıq  deyə  acıqlanıb  deyirdi: 
“And içirəm ki, sizin bu hərəkətiniz insafsızlıqdır!” Nəhayət, 
bu  iş  bitdikdən  sonra  bir  gün  onu  Afrikaya  aparacağıma  söz 
verdim  və  pasportumu  qaytarmağa  razı  saldım.  Bu,  sadəcə, 
kələk  idi  və  bununla  qətiyyən  fəxr  etmirəm.  Çünki  sözümün 
üstündə  durmayacağımı  bilirdim.  Heç  vaxt.  Onu  aldatmaqla 
heç də yaxşı iş görmürdüm, amma Nigellə başqa cür, sadəcə, 
mümkün deyildi. 
İkimotorlu  kiçik  kolluq  təyyarəsiı6  Efiopiyanın  somalili 
qaçqınların  sığındıqları  Qaladi  əyalətində  eniş  etdi.  Təyyarə 
qırmızı  rəngli  daşlı  torpağın  üstünə  enəndə  əməlli-başlı 
silkələndi. Bütün kənd bizim üstümüzə qaçdığından aydın idi 
ki, təyyarə arxasınca millərlə uzanan toz izi buraxmışdı. Onlar 
heç  vaxt  belə  yaxından  təyyarə  görməmişdilər.  BBC-nin 
çəkiliş 
heyəti  və  mən  təyyarədən  endik.  Mən  qabağımıza  qaçan 
adamlarla Somali dilində danışmağa çalışdım. Onlarla ünsiyyət 
qurmaq  çətin  idi,  çünki  bəziləri  Efiopiyalı,  bəziləri  somalili 
idilər və fərqli ləhcədə danışırdılar. Bir neçə dəqiqədən sonra 
onların dilində danışmaq fikrimdən vaz keçdim. 
İsti  havanı  və  qumu  iylədikcə  itirilmiş  uşaqlıq  illərimi 
xatırladım. Ötənləri yadıma salıb qaçmağa başladım. Mənimlə 
gələnlər narahat oldular: “Varis, hara gedirsən?” 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə