onlar üçün ən uzun çəkən çəkiliş oldu. Ceyms Bond filmində
olduğu kimi hələ də oxumaq sandan çətinliyim var idi. Bu
sahədə xeyli inkişaf etsəm də, hündürdən oxumaqda hələ də
əziyyət çəkirdim. Gözqamaşdıran işıqda iki çəkiliş heyətinin,
xeyli rəqqasın və məşhur müğənnilərin qarşısında dayanıb
qeyd vərəqlərində yazılanlan oxumağa çalışmaq mənimçün
hazır olduğumdan daha artıq bir tələb idi. Onlar qışqırırdılar:
“İyirmi altını götür... kəs!”, “Yetmiş altını götür... kəs!” Musiqi
başlayır, rəqqaslar rəqs edir, heyət çəkilişə başlayır və sonra
mən öz sözlərimi deməklə bütün işi korlayırdım. “Doxsan
altını götür... kəs!” Rəqqaslar yerində donub-qalır, sonra
əllərini yanlarına salaraq mənə baxır və sanki deyirdilər: “Bu
qancıq kimdir, görəsən? Ay Allah, onu haradan tapmısınız?
Bəsdir, evə getmək istəyirik”. Aparıcının vəzifələrindən biri də
Donna Sameri qarşılamaq idi. O, hər zaman mənim sevimli
müğənnim olduğu üçün onu qarşılamaq çox böyük fəxr idi.
- Xanımlar və cənablar! Qarşılayın, qəlblərin qadını Donna
Samer!
-Kəs!
-
İndi nə oldu?
-
Onun titulunu deməyi unutdun.
Qeydi oxu, Varis!
- Oh, lənətə gələsən! O zəhriman götürə bilərsiniz? Görə
bilmirəm. Onu aşağı salmayın. İşıq düz gözümə düşür, onu düz
saxlayın. Heç nə görə bilmirəm.
Don Kornelyos məni kənara çəkib sakitləşdirdi:
- Dərindən nəfəs al. Sakitləş. İndi de görüm, özünü necə hiss
edirsən?
Ona izah etdim ki, ssenari ilə işləyə bilmirəm, bu, mənim
danışıq tərzimə uyğun gəlmir.
downloaded from KitabYurdu.org