Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   51   52   53   54   55   56   57   58   ...   69

209 
 
Karyeran  görünüşündən  tamamilə  asılı  olduğundan  hər  gün 
daha yaxşı görünməyə çalışırsan, amma getdikcə daha da 
arıqlayırsan.  Sonra  öz-özünə  sual  edirsən:  “Mən  niyə  bu  işlə 
məşğulam? Niyə buradayam axı?” 
Nümayişlər  başlayanda  bəzən  eyni  vaxtda  hələ  də  başqa 
seçimlərə qatılırsan, çünki bütün proses cəmi iki həftə davam 
edir. Nümayiş günü isə mərasim başlanmazdan beş saat əvvəl 
orada  olmalısan.  Bütün  qızlar  hazırlaşırlar,  saçını 
düzəltdirirsən,  kosmetikanı  çəkdirirsən  və  sonra  oturub 
sərginin  başlanmasını  gözləyirsən.  Daha  sonra  ilk  nümayiş 
etdirəcəyin  libası  geyinir  və  qırışmasın  deyə  ayaq  üstə 
gözləyirsən. Nümayiş başlayanda gözləmə otağında tamamilə 
xaos  olur.  “Haradasan?  Nə  edirsən?  Varis  haradadır?  Naomi 
haradadır?  Bura  gəlin.  Öndə  dayanın,  tələsin.  Sən  doqquz 
nömrəsən.  Sən  ondan  sonrasan”.  Sənə  tamamilə  yad  olan 
adamların  qarşısında  paltarını  soyunub-geyinirsən.  “Hə, 
gəlirəm,  gözlə...”  Hamı  bir-birini  itələyir.  “Nə  edirsən?  Çəkil 
yolumdam, mən çıxmalıyam!” 
Və  nəhayət,  bütün  hazırlıqlardan  və  çətin  işdən  sonra  ən 
yaxşı hissə başlayır, podiuma çıxmağa hazırlaşırsan. Növbəti 
sənsən və səhnənin başında gözləyirsən. Budur! Podiumda 
gəzirsən, yüksək səsli musiqi sədaları, işıqlar göz  qamaşdırır, 
hər  kəs  sənə  diqqət  kəsilib,  bütün  bacarığınla  gözəl  gəzməyə 
çalışaraq sanki deyirsən: “Bu, mənəm. Mənə baxın!” Saçını və 
qrimini  ən  məşhur  stilistlər  edirlər  və  heç  vaxt  özünçün  ala 
bilməyəcəyin çox bahalı bir brendin paltarını geyinirsən. Lakin 
bir neçə saniyəlik o geyim sənin olur və sən gözqamaşdırıcı bir 
görkəmə  sahib  olursan,  gəzdikcə  hərəkətli  kameralar  səni 
çəkir...  Podiumdan  getdikdən  sonra  səbirsizliklə  paltarını 
downloaded from KitabYurdu.org


dəyişib  yenidən  podiuma  qayıtmağını  gözləyirsən.  Bütün  bu 
hazırlıqlardan  sonra nümayiş cəmi  iyirmi, yaxud otuz dəqiqə 
çəkir.  Lakin  gün  ərzində  bir  neçə  nümayişin  ola  bilər.  Buna 
görə də bir nümayişin bitən kimi o birinə tələsirsən. 
Milandakı ikihəftəlik bu qaçaqaç başa çatdıqdan sonra bütün 
dizaynerlər, stilistlər və modellər dəstəsi bir topa qaraçı dəstəsi 
kimi  Parisə  axm  edir.  Londona,  daha  sonra  Nyu-Yorka 
gedənədək  yenidən  bütün  proseslər  təkrarlanır.  Nyu-Yorkda 
başa  çatan  bütün  bu  nümayişlərdən  sonra  əldən  düşürsən  və 
başa düşürsən ki, istirahət heç də pis olmazdı. Telefon zəngləri 
və səni narahat edən adamlardan uzaq bir adada istirahətə 
ehtiyac  duyursan.  Yox,  əgər  istirahət  əvəzinə  yenə  işləməyi 
düşünürsənsə, yorğunluqdan tezliklə əsəblərin korlana bilər. 
Modellik  əyləncəli  peşə  olsa  da  (etiraf  edirəm  ki,  onun 
füsunkarlığını  və  ehtişamını  çox  sevirəm),  yalqız  və  gənc 
qadınlar  üçün  məhvedici  tərəfi  də  var.  Elə  işlərim  olub  ki, 
stilistim və ya fotoqrafım dəhşət içində qışqırıblar: “Ay Allah! 
Ayağına nə olub? Bu qara ləkələr nədir?” Nə deyə bilərdim? 
Onlar Somali səhrasında tikanların, daşların içində gəzməkdən 
yaranmış çapıqlardır, on dörd il ayaqqabısız gəzdiyim uşaqlıq 
illərimin  yadigarıdır.  Parisdəki  dizaynerə  bunu  necə  izah  edə 
bilərdim? 
Seçimlərdə  qısa  ətək  geyinməyimi  istəyəndə  kefim 
pozulardı.  Çapıqların  görünməməsi  üçün  qıçlarımı  bir-birinə 
daha çox dolaşdıraraq yeriyir və ümid edirdim ki, onlar bunu 
sezə bilmədilər. Qıçlarım əyri idi - yaxşı qidalanmayan köçəri 
ailəsindən  qalmış  bir  miras.  Heç  cür  düzəldə  bilməyəcəyim 
fiziki qüsuruma - bu əyri qıçlanma görə işdən də dəfələrlə rədd 
cavabı almışam. 
downloaded from KitabYurdu.org


211 
 
Qıçlarıma  görə  o  qədər  utanır,  o  qədər  incidilirdim  ki,  bir 
dəfə  həkimə  gedərək  onlan  düzəltdirmək  istədim.  Həkimə 
dedim:  “Sındır  qıçlarımı,  daha  onlara  görə  təhqir  edilmək 
istəmirəm”. Lakin, Allaha şükür, həkim yaşımın çox olduğunu, 
sümüklərin  artıq  bərkidiyini  deyib  bunu  etməkdən  boyun 
qaçırdı.  Yaşa  dolduqca  fikirləşirdim  ki,  bunlar  mənim 
qıçlarımdır,  onlar  haradan  olduğumun  və  kim  olduğumun 
göstəriciləridir.  Bədənimi  tanımağa  başladıqca  qıçlarımı  da 
sevməyə başladım. Əgər o vaxt beş dəqiqə podiumda gəzmək 
xatirinə  qıçlarımı  əməliyyat  etdirsəydim,  bu  gün  özümə  çox 
acığım  tutardı.  Qıçlarımı  nə  üçün  smdırtdıracaqdım? 
Kimlərinsə  geyimlərinin  gözəl  görünməsi  üçünmü?  İndi  bu 
qıçlarında  fəxr  edirəm,  çünki  onlann  tarixi  var,  onlar  ömür 
yolumun bir hissəsidir. Bu əyri qıçlarım məni səhrada minlərlə 
mil uzaqlara aparıb. İndiki asta, atıla-atıla gəzişim tipik afrikalı 
yerişidir və bu, mənim genimdən xəbər verir. 
Modelliklə bağlı digər bir problem geyim biznesidir. Başqa 
sənaye  sahələrində  olduğu  kimi,  burada  da  xoşa  gəlməyən 
adamlar olur. Bəlkə də bəzi qərarları verərkən o qədər risk 
edirlər  ki,  bundan  stresə  düşürlər.  Bir  dəfə  məşhur  bir  moda 
dərgisinin  rəssamı  ilə  işlədiyimi  xatırlayıram.  O  qədər  kobud 
və  sözbaz  adam  idi  ki,  çəkiliş  prosesi  mənə  bütünlüklə  dəfn 
mərasimini  xatırladırdı.  Çəkilişlər  balaca  və  gözəl  Qəraib 
adasında gedirdi. Ora cənnətə bənzər bir yer idi, əslində, çox 
yaxşı vaxt keçirə bilərdik. Çoxları burada istirahət etmək üçün 
xeyli  pul  xərcləməli  olsalar  da,  biz  xərcləmək  əvəzinə, 
qazanırdıq. Hər şey əla idi, rəssam qadından başqa. Ora gedib 
çatdığımız  andan  etibarən  məni  bezdirdi.  “Varis,  sən  özünü 
toplamalısan.  Çox  tənbəlsən,  yerindən  tez  qalx,  hərəkət  elə. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə