Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   46   47   48   49   50   51   52   53   ...   69

Frankiyə nəinki evin icarə haqqını vermirdim, hətta o, mənim 
yeməyimi  də  alırdı.  Bundan  əlavə,  gündəlik  xərclərim  üçün 
başqa dostlarımdan borc alırdım, amma bu vəziyyət çox davam 
edə  bilməzdi.  Bütün  pulları  pasport  ümidi  ilə  özünü 
immiqrasiya vəkili kimi təqdim edən o fırıldaqçıya vermişdim. 
Pasportsuz isə işləyə bilmirdim. İtirəsi daha nəyim var idi ki? 
Ehtiyatlı olmasam, uzaqbaşı bir-iki diş... Mübarizə aparmaq 
üçün  isə  çox  da  dişbatmaz  görünməyən  o  avaralardan  daha 
bacarıqlı olmalıydım. 
Ertəsi gün günorta vaxtı yenə kişinin evinə getdim və qapıda 
dayanmayım  deyə  sakitcə  evin  ətrafına  dolanmağa  başladım. 
Yaxınlıqda  balaca  bir  park  tapıb  skamyada  oturdum,  bir  az 
keçmiş 0‘Sullivan özü yavaş-yavaş parka tərəf gəldi. Nədənsə 
bu  dəfə  o,  yaxşı  əhvali-ruhiyyədə  idi  və  məni  -  görməyinə 
sevindi.  Onu  ofisə  getmək  üçün  dilə  tutmağa  heç  ehtiyac 
qalmadı. 

Mənə pul verəcəksən, eləmi? Sonra da içməyə gedəcəyik, 
hə? 
Mən başımla təsdiqlədim. 
- İşimizi  qurtarar-qurtarmaz  bara  gedəcəyik,  hansı  içkidən 
desən,  istədiyin  qədər  alacağam.  Amma  əvvəlcə  immiqrasiya 
rəsmiləri ilə normal danışmalısan. Onlar çox alçaq adamlardır 
da, bilirsən. Sonra səni bara aparacağam... 
İmmiqrasiya  rəsmisi  O’Sullivana  kinayə  ilə  baxaraq 
soruşdu: 

Budur sizin əriniz? 

Bəli. 
- Yaxşı, xanım O’Sullivan, gəlin oyun oynamayaq. Həqiqəti 
deyin. 
downloaded from KitabYurdu.org


191 
 
Bu işin sonu olmayacağım anlayaraq dərindən köks ötürdüm 
və  bütün  bildiklərimi  onlara  açıb  danışdım.  Düşdüyüm  bu 
axmaq vəziyyəti başdan axıracan - modellik işim, Harold Viler, 
saxta evliliyim haqqında hər şeyi danışdım. Harold Viler onları 
daha çox maraqlandırdı, mən isə onun ünvanı da daxil olmaqla 
nə  bilirdimsə,  onlara  danışdım.  “Araşdırmamızı  bitirdikdən 
sonra  bir  neçə  gün  ərzində  sizinlə  əlaqə  saxlayacağıq”,  - 
dedilər. Vəssalam, bizə getməyə icazə verdilər. 
Küçəyə çıxan kimi O’Sullivan bara getməyə tələsdi. 
- Sən pul istəmişdin, elə deyilmi? Al... - Çantamdan axınncı 
pulumu,  iyirmi  funtu  çıxarıb  ona  uzatdım.  -  İndi  isə  rədd  ol 
gözümün qabağından. Sənə daha dözə bilmirəm. 
O, verdiyim pulu əlində yelləyərək dedi: 

Elə bu? Elə bu qədər verəcəksən? 
Mənsə ondan ayrılıb küçə ilə üzüaşağı düşməyə başladım. 
-  Qəhbə!  -  küçənin  ortasında  çömbələrək  var  gücü  ilə 
qışqırırdı, - pozğun! Qəhbə! 
Yanımdan  keçənlər  mənə  baxır,  bəlkə  də  fikirləşirdilər  ki, 
qəhbəyəmsə, mən niyə ona pul verirəm?! 
Bir neçə gündən sonra immiqrasiya xidmətindən zəng vurub 
məni  ofisə  çağırdılar.  Bildirdilər  ki,  Harold  Vileri  axtarıblar, 
lakin  hələlik  çox  şey  öyrənə  bilməyiblər.  Katibəsi  Vilerin 
Hindistana  getdiyini  və  qayıdacağı  vaxtı  bilmədiyini  deyib. 
Lakin onlar mənə ikiaylıq müvəqqəti pasport verdilər. 
Bu,  son  yaşadığım  qarmaqarışıq  vəziyyətlərdən  sonra  ilk 
fasiləm idi və bu iki ayda əlimdən gələni etməli idim. 
Keçmiş İtaliya müstəmləkəsində yaşadığımdan italyan dilini 
az-maz bilirdim və buna görə də birinci İtaliyaya səfər etməyə 
qərar  verdim.  Düzdür,  italyan  dilində  bildiyim  sözlərin  çoxu 
downloaded from KitabYurdu.org


anamdan eşitdiyim söyüşlər və lənətlər idi, amma bəlkə onlar 
da  karıma  gələ  bilərdi.  Milana  getdim.  Orada  bir  neçə  dəfə 
podiuma  çıxdım.  Geyim  nümayişləri  zamanı  Culiya  adlı  bir 
modellə  tanış  oldum.  O,  ucaboylu,  gözəl  bədənli,  çiyinlərinə 
kimi düşən san saçlı gözəl bir qız idi və alt paltarlarını nümayiş 
etdirirdi.  Biz  Milanda  əla  vaxt  keçirdik  və  nümayişlər 
bitdikdən  sonra  birlikdə  Parisə  gedib  bəxtimizi  orada  da 
sınamağa qərar verdik. 
Bu iki ay heç vaxt olmadığım yerlərə getdim, yeni adamlarla 
tanış  oldum,  fərqli  təamlar  daddım  -  bir  sözlə,  inanılmaz 
dərəcədə möhtəşəm keçdi. Doğrudur, Avropa turumdan elə bir 
ciddi  məbləğ  qazanmadım,  amma,  hər  halda,  ehtiyaclarımı 
təmin edə bilirdim. Parisdəki nümayişlər başa çatdıqdan sonra 
Culiya ilə birlikdə Londona qayıtdıq. 
Nyu-Yorkdan  Londona  yeni,  istedadlı  model  tapmaq  üçün 
gəlmiş bir agentlə görüşdüm. O, məni Amerikaya getməyə və 
orada  daha çox  təklif  ala  biləcəyimə inandırdı. Əlbəttə,  Nyu- 
Yorkun  bütün  model  biznesində,  xüsusən  də  qaradərili 
modellər üçün ən gəlirli bazar olduğunu bilirdim. Agentliyim 
hazırlıqlara başladı, mən isə viza üçün müraciət etdim. 
Amerika  səfirliyi  sənədlərimi  yoxlayaraq  dərhal  Britaniya 
hökuməti ilə əlaqə saxladı. Bu söhbətin yekunu olaraq mənə bir 
məktub göndərildi. Məktubda otuz gün ərzində İngiltərədən 
Somaliyə  deportasiya  olunacağım  yazılmışdı.  Göz  yaşlan 
içində  Uelsdə  qardaşı  ilə  yaşayan  rəfiqəm  Culiyaya  zəng 
vurdum. 
- İşə  düşmüşəm,  çox  pis  bir  işə...  Hər  şey  bitir.  Somaliyə 
qayıtmalı olacağam. 
- Nə danışırsan, Varis, ola bilməz! Bura bax, bəlkə bir neçə 
downloaded from KitabYurdu.org


193 
 
günlüyə  bura  gəlib  bir  az  dincələsən?  Qatarla  gələ  bilərsən. 
Londondan çox da uzaqda deyil, həm də səfalı yerdir. Şəhərdən 
kənarda olmaq sənə yaxşı təsir edər, bəlkə bir yol tapa bildik. 
Culiya  məni stansiyada  qarşıladı  və biz yamyaşıl  xalı kimi 
görünən  sahələrdən  keçərək  onlann  evinə  getdik.  Zalda 
oturmuşduq. Qardaşı Nigel də yanımıza gəldi. O, solğun dərili, 
qabaq  dişləri  və  barmaqlannm  ucu  tütündən  saralmış,  uzun 
qırmızı saçı olan bəstəboy bir oğlan idi. Nigel gözlədiyimdən 
daha  qoca  görünürdü,  təxminən  əlli  yaşlarında...  O,  bizə  çay 
gətirdi  və  mən  qorxulu  bir  yuxuya  bənzər  pasport 
problemimdən 
danışarkən  siqareti  siqaretə  calayaraq 
yanımızda oturub qulaq asırdı. 
Qollarını  qoynunda  çarpazlayıb  stula  söykənərək  oturan 
Nigel gözlənilmədən dedi: 

Narahat olma, sənə kömək edəcəyəm. 
Cəmi yanm saat deyil ki, tanıdığım bu oğlanın belə deməyi 
məni hədsiz təəccübləndirdi. 

Bunu necə edəcəksən? Mənə necə kömək edə biləcəksən? 

Səninlə evlənəcəyəm. 
Başımı yellədərək dedim: 
- Yox,  yox,  belə  işdən  başım  yetərincə  çəkib.  Bütün  bu 
problemləri də elə evlilik söhbətinə görə yaşayıram. Bir də belə 
qələt eləmərəm, elə cəncəl işlərə qol qoymaram. Daha bəsdir. 
Afrikaya qayıtmaq, ailəmin yanında olmaq, xoşbəxt yaşamaq 
istəyirəm. Orada hər şeyə bələdəm, amma bu axmaq ölkədə heç 
nədən  başım  çıxmır.  Burada  hər  şey  qarmaqarışıqdır,  evə 
qayıdacağam. 
Nigel  cəld  ayağa  qalxdı  və  yuxarı  qaçaraq  təxminən  bir  il 
qabaq,  hələ  Culiyanı  tanımadığım  vaxtlar  nəşr  olunmuş,  üz 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə