Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə136/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   132   133   134   135   136   137   138   139   ...   154

410 

 



Bütün bu fikirlər arasında seçim edən ağıldı, eləmi? 

- Bəli, səncə də belə deyil? Yeni bir şey yaradan təxəyyüldü, amma 

seçim  edən  təxəyyül  deyil.  “Birləşdirici”  qüvvə  təxəyyül  deyil.  Hər 

sənət  əsəri  bir  kompozisiyadı.  Kompozisiya  -  təxəyyüllə  məntiqin, 

yaxud  ruhla  ağlın  əsrarəngiz  əməkdaşlığı  nəticəsində  ortalığa  çıxır. 

Çünki hər cür yaradıcı prosesdə təxəyyül mühüm rol oynayır, amma bir 

mərhələdə  təxəyyülün  gətirdiklərində  adiləri  yenilərdən  arıtlamaq 

lazımdı. Qoyunları əvvəlcə çəmənliyə buraxır, sonra güdürlər. 

Alberto bunları deyib pəncərədən bayıra baxmağa başladı. Sofi gölün 

kənarında çoxlu rəngbərəng Disney 

qəhrəmanları gördü. 

Ora  bax,  Gufi!  Ora  bax,  Donaldla  bacısı  uşaqları!  Orada  Mikki 

Mausu görürsən? Hələ ora bax!.. - Sofi dedi. 

Alberto başını Sofiyə çevirdi: 

Bəli, heyif ki!-dedi. 



Niyə belə deyirsən, Alberto? 

- Burada  biz  mayorun  köməksiz  qoyunlarıyla  baş-başayıq.  Amma 

bu mənim təqsirimdi. İçindən gələnlərdən, azad assosiasiyadan danışan 

mən özüm idim. 

Buna görə özünü günahlandırma. 



- Deyəcəkdim  ki,  təxəyyül  biz  filosoflar  üçün  də  vacibdi.  Yeni 

fikirlər  düşünə  bilmək  üçün  biz  də  təxəyyülümüzü  sərbəst 

buraxmalıyıq. Amma indi o, ağını çıxardı! 

Fikir vermə. 



- Bu  prosesdə  ağlın  da  əhəmiyyətini  vurğulayacaqdım.  Amma  gör 

nə cəfəngiyyatla üzbəüz qaldıq. Bu adam utanıb yerə girməlidi! 

İndi də ironiya edirsən? 



- İroniya edən mən deyiləm. Amma bundan bir çıxış yolu var. Planın 

ən yaxşı yeri. 

Heç nə başa düşmədim. 



- Yuxulardan söz açdıq. Burada da bir ironik tərəf var. Biz özümüz 

də mayorun yuxularından başqa bir şey deyilik. 

Hə... 


downloaded from KitabYurdu.org


411 

 



Amma onun düşünmədiyi bir şey var. 

Nədi o? 



- Bəlkə də o, öz yuxusunu aydın dərk edir. Dediyimiz, etdiyimiz hər 

şeyi bilir, yuxu görənin yuxusunun açıq məzmununu xatırladığı kimi. 

Qələmi  əlində  tutan  odur.  Amma  bir-birimizə  dediyimiz  hər  şeyi 

xatırlasa da, tam ayıq deyil. 

Nə demək istəyirsən? 



- O, yuxusunun gizli məzmunundan xəbərsizdi, Sofi. Bunun cildini 

dəyişmiş bir yuxu olduğunu unudur. 

Nə qəribə sözlər danışırsan. 



- Mayor da belə düşünür. Çünki o da öz yuxusunun dilini anlamır. 

Biz buna görə sevinməliyik. Ona görə ki bu, bizə kiçik də olsa, azadlıq 

verir. Bu azadlıqla biz bir bahar günü 

çiyələklər  torpaqdan  baş  qaldırdığı  kimi,  mayorun  şüurundan  çıxıb 

xilas olacağıq. 

- Səncə, bacara biləcəyik? 

- Bunu bacarmalıyıq. Sənə bir neçə günə yeni bir səma vəd edirəm. 

Onda mayor siçanların harada olduğunu, bir də haradan çıxacaqlarını 

bilməyəcək. 

- Vur-tut yuxu olsaq da, olmasaq da, mən anası gözləyən bir qızam! 

Saat beşə qalır. Qayıdıb şənlik hazırlıqlarına başlamalıyam. 

- Hımm... Evə qayıdanda mənə bir yaxşılıq edərsənmi? 

- Nə? 

- Diqqət çəkməyə çalış. Mayorun yolboyu səni izləməsinə çalış. Evə 



girəndən  sonra  da  onu  fikirləş,  onda  o  da  səni  düşünmək 

məcburiyyətində qalacaq. 

- Bunun nə xeyri var? 

- Çünki  onda  mən  də  narahat  edilmədən  gizli  planımın  üzərində 

işləyə bilərəm. Mayorun şüuraltına dala bilərəm, Sofi. Səninlə yenidən 

görüşənədək orada qala bilərəm. 

Bizim dövrümüz 

...insan azadlığa məhkumdur... 

Saat  23.55-i  göstərirdi.  Hilde  uzanıb  gözlərini  tavana  zilləmişdi. 

downloaded from KitabYurdu.org




412 

 

Ağlına  azad  assosiasiyalar  gəlməsinə  çalışırdı.  Bir  fikirlər  zəncirini 



buraxanda  özündən  niyə  artıq  onu  düşünmədiyini  soruşurdu.  Onun 

repressiya etməyə çalışdığı bir şeymi var yoxsa? 

Özünə tətbiq etdiyi hər cür senzuranı aradan qaldıra bilsəydi, bəlkə 

də  ayıq  ikən  yuxu  görməyə  başlayardı.  Bunu  düşünmək  belə,  onu 

ürpəndirirdi. 

Özünü rahat hiss etməyə başladıqca, özünü ixtiyari fikir və təsvirlərə 

açdıqca,  özünü  daha  çox  meşənin  içində,  gölün  kənarında,  mayorun 

evində hiss edirdi. 

Alberto nə plan qururdu görəsən? Əlbəttə, əslində Albertonun plan 

qurmasını da yazan atası idi. O, Albertonun 

planını artıq bilirmi? Yoxsa o da fikirlərini sərbəst buraxıb, Albertonun 

axırda özünü də təəccübləndirəcək şey etməsini gözləyir? 

Qovluğun  bitməsinə  çox  qalmamışdı.  Bəlkə  axırıncı  səhifəni  açıb 

baxsın? Yox, bu, cığallıq olardı. Üstəlik, kitabın son səhifəsinin indidən 

məlum olmasına, orada nə yazılmasının artıq qərarlaşdırılmış olmasına 

əmin deyildi. 

Qəribə  fikir  deyilmi?  Qovluq  qarşısındadı.  Atasının  indən  sonra 

qovluğa  yeni  bir  şey  əlavə  etməsi  mümkün  deyildi.  Amma  bunu 

Alberto edə bilərdi. Sürpriz... 

Hər halda Hilde hazırladığı sürprizdən xəbərdar idi. Çünki atası ona 

nəzarət edə bilmirdi. Bəs özü? Özü öz etdiklərinə nəzarət edə bilirdimi? 

Doğrudan  da,  nədir  şüur?  Kainatın  ən  böyük  sirlərindən  biri 

deyilmi?  Yaddaş  nədir?  Necə  olur  ki,  bütün  görüb  yaşadıqlarımızı 

xatırlaya bilirik? 

Necə  olur  ki,  hər  gecə  bir-birindən  maraqlı,  nağıl  kimi  yuxular 

yarada bilirik? Gözlərini qırpır, açıb yumurdu. Sonra gözlərini açmağı 

unutdu. 

Yatmışdı. 

Qağayı  səsinə  oyanıb  ayağa  qalxdı.  Həmişəki  kimi,  yenə  də 

pəncərənin yanına gedib körfəzə tamaşa etməyə başladı. Bu, yay-qış, 

bir  vərdişə  çevrilmişdi.  Orada  dayananda  birdən  başının  içində 

rəngbərəng şimşəklər çaxdı. Yuxusu yadına düşdü. Adi yuxu deyildi. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə