Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə133/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   129   130   131   132   133   134   135   136   ...   154

401 

 

yerinə  yetirən bu  cənablar öz stullarını qapının önünə çəkirlər, orada 



oturur, repressiyanı möhkəmləndirən bir müqavimət yaradırlar. Hər iki 

tərəfi psixi sahəyə köçürsəniz, buradakını şüur, bayırdakını şüuruzluq 

adlandıra,  repressiya  prosesi  deyərkən  nəyi  nəzərdə  tutduğumu  başa 

düşə bilərsiniz”. 

Yaxşı misaldı. 



- Amma narahatlıq verən yenə də israrla içəri girmək istəyir. İnsan 

özündən  uzaqlaşdırmağa  çalışdığı  fikir  və  impulslar  da  belə  edir. 

Şüuraltından  çıxmaq  istəyən  qovulmuş,  basdırılmış  fikirlərin  daimi 

təzyiqi altında yaşayırıq. Buna görə də tez-tez istəmədiyimiz şeyi deyir 

və ya edirik. 

Buna misal çəkə biləsən? 



- Freyd bir çox belə mexanizmlərdən söz açır. Bunlardan biri onun 

“parapaks”  adlandırdığı  dil  xətalarıdır.  Bu,  bir  vaxt  özümüzdən 

uzaqlaşdırmağa,  basdırmağa  çalışdığımız  fikirləri  təsadüfi  dilə 

gətirmək,  yaxud  etməkdir.  Freyd  bununla  bağlı  bir  misal  çəkir:  Bir 

dükançı  müdirinin  şərəfinə  badə  qaldırmaqdadır.  Amma  bu  müdir 

əslində  işçilərin  sevmədiyi,  pis  müdirdi,  yəni  işçilərin  "donuz”  deyə 

biləcəkləri bir adam. 

-Aha? 


Dükançı ayağa durur, qədəhini qaldırır və deyir: 

“Donuzun şərəfinə!” 

Aaa! 



- Dükançının özü də təəccüb içindədi, bu sözü dediyinə inana bilmir. 

Əslində düşündüyünü, amma heç istəmədən deyib. Başqa nümunə də 

eşitmək istəyirsən? 

İstəyirəm! 



- Bir keşiş böyük ailəsi, yaxşı tərbiyəli balaca qızları olan bir ailəyə 

çay qonaqlığına gəlir. Hamı bilir ki, bu keşişin  əyri burnu var. Buna 

görə  də  qızlara  möhkəm  tapşırılır  ki,  keşişin  burnu  haqda  heç  nə 

deməsinlər. Çünki uşaqlarda basdırma, 

fikirlərin  repressiyası  mexanizmi  hələ  inkişaf  etməyib,  harada  nə 

deyəcəkləri bilinmir. Nəhayət, keşiş ailəyə baş çəkməyə gəlir. Uşaqlar 

downloaded from KitabYurdu.org



402 

 

onun əyri burnundan danışmamaq üçün əllərindən gələni edirlər. Hətta 



ona baxmamağa, onu unutmağa çalışırlar. Əslində isə əyri burun daim 

fikirlərini qurcalayır. 

Sonra uşaqlardan birinə deyirlər ki, qəndi keşişə tərəf ötürsün. O, keşişə 

baxaraq deyir: “Burnunuza qənd götürün, zəhmət olmasa”. 

Biabırçılıq! 



- Bəzən də biz şeylərə rasional don geydiririk. Yəni həm özümüzü, 

həm  də  başqalarını  etdiyimiz  şeyin  əsl  səbəbindən  başqa  səbəbi 

olduğuna inandırmağa çalışırıq. Çünki əsl səbəbdən utanırıq. 

Məsələn? 



- Səni  hipnoz  edərək  pəncərəni  açdıra  bilərəm.  Hipnoz  vaxtı  sənə 

əllərimi  masaya  çırpanda  sənin  gedib  pəncərəni  açacağını  deyərəm. 

Masaya  vururam  və  sən  də  gedib  pəncərəni  açırsan.  Sonra  səndən 

pəncərəni niyə açdığını soruşuram. Sən də məsələn, hava isti olduğuna 

görə, açdığını 

deyirsən. Amma əsl səbəb bu deyil. Mənim hipnotik sözlərimin sənə 

pəncərəni  açdıran  əsl  dəbəb  olduğunu  qəbul  etmir,  məsələni 

“rasionallaşdırırıq”. 

Başa düşdüm. 



Biz belə şeyləri demək olar ki, hər gün yaşayırıq. 

- Dörd yaşlı xalam oğlundan danışmışdım. Onun dostları yoxdu, ona 

görə  də  mən  onlara  gedəndə  oynamağa  adam  gəldiyinə  görə  sevinir. 

Bir dəfə ona dedim ki, evə getməliyəm, anam gözləyir. Mən qapıdan 

çıxanda bilirsən o nə dedi? 

Nə? 


Dedi ki, anan pis qadındı! 

- Bəli,  bu,  rasionallaşdırmaya  yaxşı  nümunədi.  Uşaq  əslində  bunu 

demək  istəməyib.  Amma  o,  sənin  getməyinin  pis  olduğunu,  sənin 

getməyinə  görə,  kədərləndiyini  deməyə  utanıb,  ona  görə  də  sözlər 

ağzından belə çıxıb. Bəzən də əks etdiririk. 

Bu nə deməkdi? 



- Əksetdirmə  -  özümüzdə  bəyənməyib  boğmağa  çalışdığımız 

xüsusiyyətləri başqasına köçürməkdi. Çox xəsis 

downloaded from KitabYurdu.org



403 

 

bir  adam  çox  vaxt  başqalarını  xəsis  olmaqda  ittiham  edən  adamdı. 



Sekslə  çox  məşğul  olduğunu  öz-özünə  etiraf  edə  bilməyən  adam 

başqalarını seks aludəçisi olmaqda ittiham edir. 

Aydındı. 



- Freyd  həyatımızın  belə  bir  çox  davranışlarla  dolu  olduğunu 

deyirdi.  Nə  qədər  etsək  də,  bir  adamın  adını  yadda  saxlaya  bilmirik, 

danışanda  paltarlarımızı  didişdiririk,  yaxud  otaqdakı  əşyaları 

məqsədsiz  buradan  ora  qoyuruq,  ağzımızdan  istəmədən  sözlər 

qaçırırıq...  Freydə  görə,  bütün  bunlar  çox  məsum  davranışlar  kimi 

görünsə  də,  əslində  belə  olmaya  bilər.  Onun  fikrincə,  bu 

davranışlarımız “işarələr” olub çox dərin sirləri büruzə verə bilər. 

Bundan sonra dediyim hər sözə fikir verəcəyəm... 



- Amma neynəsən də, şüuraltının impulslarından qurtula bilməzsən. 

Etməli olduğun şey xoş olmayan şeyləri şüuraltına itələmək üçün çox 

enerji sərf etməməkdi. Bu, siçanın deşiyini tutmağa oxşayır. Deşiyi nə 

qədər bağlayırsansa bağla, siçan 

başqa deşik açıb çıxacaq. İnsan şüurla şüuraltı arasında daim bir açıq 

qapı qoymalıdı. 

İnsan bu qapını bağlasa, ruhi xəstəliklərə tutula bilər? 



- Bəli, nevrozlu adam “xoş olmayan şeyləri şüurundan silib atmaq 

üçün çox səy göstərmiş, enerji xərcləmiş adamdı. Adətən belə adam bir 

xüsusi bir yaşantısını gizlətməyə, unutmağa, basdırmağa çalışır. Freyd 

belə  hadisələri  travma  adlandırır.  Travma  yunan  dilində  “yara” 

deməkdi. 

Aydındı. 



- Pasientin  müalicəsində  Freyd  üçün  əsas  olan  bu  bağlı  qapını 

aralamaq, yaxud yepyeni bir qapı açmaqdı. Pasientlə dialoq apararaq 

boğulmuş fikirləri, hisləri şüurun üzünə çıxarmağa çalışır. Pasient nəyi 

boğduğunu  bilmir.  Həkim  pasientdən  bu  gizli  travmaları  ortaya 

çıxarmaqda ona kömək etməsini istəyir. 

Həkim bunu necə edir? 



- Freyd  sərbəst  assosiasiya  adlı  metod  işləyib.  Bu  metodda  Freyd 

pasienti  rahat  üfüqi  vəziyyətdə  uzadır,  nə  qədər  pis,  yaxud  nə  qədər 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə