Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə129/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   125   126   127   128   129   130   131   132   ...   154

389 

 

yeni  heyvan  qruplarının  meydana  gəlməsi  də  belə  baş  verib.  Lakin 



unutmaq olmaz ki, bu, çox sadələşdirilmiş təsvirdi. Əslində bu gün Yer 

üzündə milyondan çox heyvan növü var və bu da bugünədək dünyada 

olmuş  heyvan  növlərinin  çox  kiçik  hissəsidi.  Məsələn,  burada 

gördüyün  Trilobit  adlı  heyvan  növünün  nəsli  kəsilib,  artıq  mövcud 

deyil. 



Lap aşağıda birhüceyrəli heyvanlardı. 



- Bunların bəziləri milyonlarca ildir,  dəyişmədən bu günə gəliblər. 

Gördüyün  kimi,  birhüceyrəli  heyvanlardan  bitkilər  aləminə  bir  xətt 

çəkilib.  Çünki  böyük  ehtimal  ki,  bitkilər  də,  heyvanlar  da  eyni  ilk 

hüceyrədən əmələ gəliblər. 

Görürəm, amma bir şey mənə çox maraqlıdı. 



De. 


- Bəs bu ilk hüceyrə necə əmələ gəlib? Darvin buna izh verə bilirdi? 

- Darvinin  tədbirli,  ehtiyatlı  insan  olduğunu  demişdim.  Amma  bu 

məsələdə  bir  ehtimal  irəli  sürürdü.  Belə  yazırdı:  “Əgər  (əgərə  bax!) 

içində hər cür amonyaklı və fosforlu duzların, işığın, istiliyin, elektrik 

və sairin mövcud olduğu kiçik, 

isti bir su gölməçəsi olduğunu və burada daha müəkkəb dəyişikliklər 

olmasına  hazır  bir  protein  birləşməsinin  kimyəvi  olaraq  təşəkkül 

etdiyini düşünsək...» 

Onda? 


- Burada Darvin ilk hüceyrənin qeyri-üzvi maddələrdən necə əmələ 

gəlməsinə dair ehtimal irəli sürür. Və yenə də ehtimalları son dərəcə 

düzgün idi. Çünki bu gün də elm ən birinci həyat formasının Darvinin 

təsvir etdiyi belə bir “isti su gölməçəsində” ortaya çıxmış ola biləcəyini 

deyir. 



Davam et. 



- Bu  barədə  danışdığım  kifayət  edər,  çünki  Darvin  mövzusunu 

bitiririk. Yer üzündə həyatın mənşəyi haqda ən son elmi açıqlamalara 

keçirik. 

- Çox  həyəcanlandım.  Yer  üzündə  həyatın  necə  başladığını  bilən 

varmı? 

downloaded from KitabYurdu.org




390 

 

- Bəlkə  də  bu  dəqiq  məlum  deyil,  amma  bu  böyük  tapmacanın 



cavabı tədricən, hissə-hissə tapılır. 

Davam et. 



- Hər şeydən əvvəl onu deyim ki, Yer üzündəki hər növ canlı, həm 

bitkilər,  həm  də  heyvanlar  eyni  maddədən  yaranıb.  Canlının  ən  sadə 

tərifi budur: qidalı bir şəraitdə özünü bir- birinin eyni olan iki parçaya 

bölə  bilən  substansiya.  Bu  proses  DNT  adlandırdığımız  maddə 

tərəfindən  idarə  olunur.  DNT  bütün  canlı  hüceyrələrdə  olan 

xromosomlara,  yaxud  irsi  keçən  strukturlara  deyilir.  Əslində  DNT 

mürəkkəb  bir  molekul,  başqa  sözlə,  makromolekuldu.  Deməli,  əsas 

sual ilk DNT molekulunun necə ortaya çıxmasıdı. 

-Aha? 

- Yer  kürəsi  bundan  4,6  milyard  il  əvvəl,  Günəş  sisteminin  ortaya 



çıxmasıyla  yaranıb.  Əvvəllər  Yer  kürəsi  yanar  kürə  olub,  zaman 

keçdikcə yer qabığı soyuyub. Müasir elmə görə, ilk həyat bundan 3-4 

milyard il əvvəl başlanıb. 

Qəribədi. 



- Qalanını eşitmədən heç nə demə. O zaman Yer üzünün indikindən 

çox  fərqli  olduğunu  unutmamalısan.  Yer  üzündə  həyat  olmadığına 

görə,  atmosferdə  oksigen  yox  idi.  Çünki  oksigen  yalnız  bitkilərin 

fotosintezi yoluyla ortaya çıxan 

maddədi. O vaxtlar dünyada oksigen olmaması çox mühüm məqamdı. 

Çünki  DNT-ni  əmələ  gətirən  tərkib  hüceyrələrinin  oksigenli 

atmosferdə ortaya çıxması mümkünsüzdü. 

Niyə? 



- Çünki oksigen son dərəcə reaktiv  maddədi. DNT kimi mürəkkəb 

molekul oksigenli şəraitdə yarana bilməz, o dəqiqə oksidləşərdi. 

Aydındı. 



- Buna görə də bu gün heç bir yeni canlı növünün, bakteriya və ya 

virusun  belə,  ortaya  çıxa  bilməyəcəyinə  əminik.  Dünyadakı  bütün 

həyat eyni yaşda olmalıdı. Fillə bakteriyanın həyat ağacı, şəcərə ağacı 

eyni  uzunluqdadı.  Fil  və  ya  insan  əslində  birhüceyrəli  varlıqlar 

toplusudu. Bədənimizin hər bir hüceyrəsi başqa hüceyrələrilə eyni irsi 

downloaded from KitabYurdu.org




391 

 

materialı  daşıyır.  Yəni  kimliyimiz  bədənimizin  hər  bir  kiçik 



hüceyrəsində gizlidi. 

Fikirləşəndə adama qəribə gəlir. 



- Həyatda  ən  böyük  tapmacalardan  biri  çoxhüceyrəli  heyvanın  hər 

bir  hüceyrəsinin  ayrı  bir  funksiyasının  olmasıdı,  baxmayaraq  ki, 

müxtəlif irsi xüsusiyyətlər hər hüceyrədə fəal 

deyil. Bu xüsusiyyətlərin, yaxud genlərin bir qismi fəal, bir qismi isə 

qeyri-fəaldı.  Ciyər  hüceyrəsi  sinir  və  ya  dəri  hüceyrəsindən  fərqli 

proteinlər  istehsal  edir.  Lakin  hər  üç  hüceyrə  eyni  DNT  molekuluna 

malikdi, yəni bütün orqanizmin tərifini ehtiva edir. Atmosferdə oksigen 

olmayan vaxtlarda Yer kürəsinin ətrafında dünyanı kosmosdan gələn 

radiasiyalardan  qoruyan  ozon  təbəqəsi  yox  idi.  Bu,  vacib  məqamdı. 

Çünki bu radiasiyalar ilk mürəkkəb molekulların yaranmasında mühüm 

rol  oynayıblar.  Bir  çox  fərqli  kimyəvi  maddənin  birləşərək 

makromolekullar əmələ gətirməsinin səbəbi belə bir kosmik radiasiya 

olmalı. 

- Hə. 


- Qoy təkrarlayım: Mürəkkəb molekulların yarana bilməsi üçün ən 

azı  iki  şərt  olmalıdı:  atmosferdə  oksigenin  yoxluğu  və  kosmik 

şüalanma. 

- Aydın oldu. 

- Bu  kiçik  isti  su  gölməçəsində,  yaxud  elmin  bu  gün  adlandırdığı 

kimi  desək,  “ilk  şorba”da  böyük  mürəkkəb  bir  molekul  yarandı.  Bu 

molekulun bir-birinin eyni olan iki parçaya bölünməsi kimi qəribə bir 

xüsusiyyəti vardı. Beləcə, uzun bir 

təkamül  prosesi  başlandı,  Sofi.  Bir  qədər  sadələşdirsək,  bunun  Yer 

üzündəki  ilk  irsi  maddə,  ilk  DNT,  yaxud  ilk  canlı  hüceyrə  olduğunu 

deyə  bilərik.  Bu  hüceyrə  bölündükcə  bölündü  və  hər  bölünmədə 

mutasiyalar  əmələ  gəldi.  Çox,  çox  uzun  zamandan  sonra  belə 

təkhüceyrəli 

orqanizmlər 

birləşərək 

çoxhüceyrəli, 

mürəkkəb 

orqanizmləri  əmələ  gətirdi.  Beləliklə,  bitkilərin  fotosintezilə  birlikdə 

atmosferdə oksigen əmələ gəlməyə başladı. Oksigenin iki əsas faydası 

oldu:  birincisi,  ciyərlərilə  nəfəs  alan  heyvanlar  ortaya  çıxa  bildi, 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə