Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə126/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   122   123   124   125   126   127   128   129   ...   154

380 

 

olsaydı  və  bunlardan  birindən  vaz  keçməli  olsaydın,  hansından  vaz 



keçərdin? 

Təbii ki, yaxşı iy biləni saxlayar, o birini atardım. 



- Bununla da daha yaxşı ov itini seçmiş olardın. Bax, Sofi insanlar 

on min ildən çoxdu ki, heyvanları ələkdən beləcə keçirirlər. Toyuqlar 

həmişə bugünkü kimi həftədə beş yumurta verməyib, qoyunlar həmişə 

bu qədər yunlu olmayıb, atlar həmişə bu qədər güclü və sürətli deyildi. 

İnsanar  süni  seçmə  aparıblar.  Bu,  bitkilərə  də  aiddi.  İnsan  kartofun 

yaxşısını əkir ki, daha yaxşı kartof yetişsin. Dənə verməyən qarğıdalını 

kəsir. Darvin demək istəyir ki, heç bir iki inək, iki qarğıdalı, iki it və ya 

iki alacəhrə bir-birinin eyni deyil. Təbiətdə heyrətamiz növ 

müxtəlifliyi var. Eyni növdən olan fərdlər eyni deyillər. Mavi şüşədən 

içəndə də bunu görmüşdün... 

Bəli, elədi. 



- Darvin özünə sual verirdi: Təbiətdə də buna bənzər bir proses ola 

bilərmi? Təbiətin də hansı fərdlərin həyatda qalacağına dair təbii seçmə 

tətbiq etdiyini düşünmək olarmı? Və belə bir proses çox uzun müddətdə 

yeni bitki, yeni heyvan növləri yarada bilərmi? 

Mərc gəlirəm ki, cavabı “hə” olacaq. 



- Amma  Darvin  yenə  də  belə  bir  “təbii  seçmə”nin  necə  həyata 

keçməsini  aydınlaşdıra  bilmirdi.  Yalnız  1838-ci  ilin  oktyabr  ayında 

“Beagle”  ilə  səyahətindən  düz  bir  il  sonra  demoqrafiya  mütəxəssisi 

Tomas  Maltusun  bir  kitabçası  əlinə  keçir.  Kitabın  adı  “Əhali 

prinsiplərinə  dair  esse”  idi.  Maltus  kitabının  ana  ideyasını  amerikalı 

Benjamin 

Franklindən 

almışdı. 

Franklinə 

görə, 


təbiətdə 

məhdudlaşdırıcı  qüvvələr  olmasaydı,  bir  bitki,  yaxud  heyvan  növü 

bütün Yer üzünə yayılardı. Lakin təbiətdə çoxlu fərqli növlər olduğuna 

görə, növlər bir-birinə nəzarət edirlər. 

Aydındı. 



- Maltus  bu  fikri  əxz  edərək,  dünya  əhalisinə  tətbiq  edir.  Maltusa 

görə,  insanlar  yaşaması  mümkün  olmayacaq  qədər  çox  törəməyə 

qadirdirlər.  Dünyadakı  yemək  ehtiyatları  bu  qədər  insana 

çatmayacağına  görə,  bu  insanların  çoxu  həyat  uğrunda  mübarizədə 

downloaded from KitabYurdu.org



381 

 

məğlub  olmağa  məhkumdurlar.  Həyatda  qalıb  növünü  davam  etdirə 



bilənlər digərlərindən daha güclü çıxanlardı. 

Məntiq var. 



- Darvinin  axtardığı  təkamül  prosesi  də  bu  idi.  İnkişafın  necə 

olmasının  cavabını  bir  anda  tapmışdı.  İnkişafın  səbəbi  yaşamaq 

uğrunda mübarizədəki təbii seçmədi. Bu seçmə zamanı ətraf mühitdəki 

şəraitə  ən  yaxşı  uyğunlaşa  bilənlər  həyatda  qalır  və  növünü  davam 

etdirə bilirdi. Bu, “Növlərin mənşəyinə dair” adlı əsərində irəli sürdüyü 

nəzəriyyədi. Burada belə yazılıb: “Heyvanlar arasında ən gec balalayan 

fildi. Lakin bir filin balaladığı bütün fillər həyatda qalsaydı, 750 ildən 

sonra bir cüt fildən on doqquz milyon fil törəmiş olardı”. 

- Bəs bir bölgə balığından çıxan minlərcə bölgə yumurtası? 

- Üstəlik, Darvin yaşamaq uğrunda mübarizənin bir-birinə ən yaxın 

növlər  arasında  daha  çətin  şəkil  aldığını  da  bildirib.  Bunlar  eyni  cür 

yemək  üçün  çarpışmalıdırlar.  Onda  aralarındakı  kiçik  fərqlər  böyük 

əhəmiyyət kəsb edir. Yaşamaq uğrunda mübarizə nə qədər güclüdürsə, 

yeni  növlər  də  ortalığa  o  qədər  tez  çıxır.  Bu  mübarizədə  yalnız  ən 

güclülər həyatda qalır, zəiflər ələnib gedir. 

- Qida nə qədər az, yeni doğulanlar nə qədər çoxdursa, inkişaf da o 

qədər sürətli olur, eləmi? 

- Vacib olan təkcə qida deyil. Başqa heyvanlara yem olub- olmamaq 

da  ən  az  bu  qədər  vacibdi.  Bu  tərəfdən  baxanda  gizlənməyə  kömək 

edən  bir  rəngi  olmaq,  sürətli  qaça  bilmək,  düşmənləri  asan  tanıya 

bilmək, çox pis iy vermək kimi xüsusiyyətlər də yararlı ola bilir. Vəhşi 

heyvanlara  qarşı  istifadə  olunan  zəhər  də  bu  qəbildəndi.  Kaktusların 

çoxunun zəhərli olması da təsadüfi deyil, Sofi. Səhrada yalnız kaktus 

bitir. Və 

kaktus  səhradakı  otyeyən  heyvanların  yeganə  qidası  olduğundan, 

onların hücumlarına qarşı açıqdı. 

Kaktuslar iynəli olur. 



- Yaşamaq uğrunda mübarizədə başqa bir vacib məsələ də çoxalma 

qabiliyyətidi. Darvin çiçəklərin möhtəşəm çoxalma mexanizmlərini də 

diqqətlə müşahidə edib. Çiçəklər gözəl rəng və qoxularından böcəkləri 

downloaded from KitabYurdu.org




382 

 

özlərinə çəkməkdən ötrü istifadə edirlər. Böcəklər çiçəkləri tozlandırır. 



Quşlar eyni səbəbdən gözəl səslə oxuyurlar. İnəklərlə maraqlanmayan 

melanxolik bir öküzə soy ağacında yer yoxdu. Orta yoldan bu cür çıxan 

fərdlər  dərhal  məhv  olurlar.  Çünki  fərdin  yeganə  vəzifəsi 

yetkinləşənədək  böyümək  və  bundan  sonra  növünü  davam  etdirmək 

üçün çoxalmaqdı. Bu uzun-uzadı bir bayraq yarışına bənzəyir. Bu və 

ya digər səbəbdən çoxalaraq genlərini növbəti nəslə təhvil verməyənlər 

daim ələnir. Beləliklə, növ daha da güclənir. Xəstəliklərə qarşı dirəniş 

də  növlərdə  toplanan  və  növlərin  həyatda  qalanlarında  qorunub 

saxlanan vacib xüsusiyyətlərdən biridi. 

Yəni hər şey getdikcə təkmilləşir? 



- Bu  ardıcıl  təbii  seçmənin  nəticəsi  müəyyən  ekoloji  mühitə 

uyğunlaşan növlərin həmin mühitdə daha yaxşı çoxala bilməsidi. Və 

müəyyən bir mühitdə üstünlük sayılan bir xüsusiyyət başqa bir mühitdə 

üstün  xüsusiyyət  olmaya  bilir.  Qalapaqos  adalarındakı  bir  sıra 

alacəhrələr üçün uçmaq qabiliyyəti çox vacib xüsusiyyətdi. Lakin vəhşi 

heyvanların olmadığı və qidanın yeri eşərək çıxarılması gərəkən başqa 

bir adada uçmaq o qədər də vacib xüsusiyyət deyil. Təbiətdə bu qədər 

çox fərqli mühitlər olduğundan, bu qədər çox da heyvan növü var. 

Amma dünyada bir insan növü var. 



- Ona görə ki, insanların fərqli həyat şəraitlərinə uyğunlaşa bilmək 

kimi  böyük  bir  qabiliyyətləri  var.  Darvin  də  hinduların  Tyerra  Del 

Fueqodakı çox soyuq iqlimdə necə yaşaya bildiklərinə heyrət etmişdi. 

Amma  bu  o  demək  deyil  ki,  bütün  insanlar  eynidi.  Ekvatorda 

yaşayanların  şimal  qütbündə  yaşayanlardan  daha  tünd  dərili 

olmalarının səbəbi qara dərinin bədəni günəş  şüalarından  daha yaxşı 

qorumasıdı.  Günəşin  altında  çox  qalan  ağ  insanlar  dəri  xərçənginə 

yoluxurlar. 

Şimalda yaşayanların ağdərili olması da üstünlükdü? 



- Bəli,  yoxsa  bütün  insanlar  qaradərili  olardılar.  Ağ  dəri  Günəş 

vitaminlərini daha asan toplayır və bu da günəş şüası az olan yerlərdə 

yaşayanlar  üçün  vacib  xüsusiyyətdi.  Bu  gün  bu  da  asanlaşıb,  çünki 

xüsusi vitamin həbləri çıxıb. Amma təbiətdə heç nə təsadüfi deyil. Hər 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə