Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə123/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   119   120   121   122   123   124   125   126   ...   154

371 

 

Orta əsrlərdə, ya da on beş-iyirmi min il əvvəlki Daş dövründə də oyana 



bilərdi.  Hilde  özünü  bir  mağaranın  ağzında  oturmuş  halda  təsəvvür 

etdi.  Oturub  məsələn,  bir  heyvana  pusqu  quran  yerdə.  Mədəniyyət 

olmayan bir cəmiyyətdə on beş yaşlı qız olmaq necə olardı? Bu qızn 

fikirləri necə olardı? 

Hilde  köynəyini  geyinib  yenidən  qovluğu  əlinə  aldı  və  atasından 

gələn bu uzun məktubu oxumağa davam etdi. 

Darvin 

Alberto  “Abzas!”  deyən  kimi  mayorun  evinin  qapısı  yenidən 



döyüldü. 

Açmaqdan başqa çarəmiz yoxdu, elə deyilmi? - Sofi dedi. 

Yoxdu, yox, - Alberto sakitcə dilləndi. 

Qapıda uzun ağ saçlı, saqqallı qoca dayanmışdı. Sağ əlində dəyənək, 

sol əlində üzərində gəmi rəsmi olan lövhə vardı. Gəminin üstündə hər 

növdən olan çoxlu heyvan var idi. 

Kimdi bu yaşlı bəy? - Alberto soruşdu. 

Mənim adım Nuhdu. 

Belə də bilirdim. 



- Mən sənin ulu babanam, oğlum. Amma bəlkə də bu gün insanlar 

soy-köklərinə əhəmiyyət vermirlər... 

Əlindəki nədi? - Sofi soruşdu. 



- Bu,  böyük  tufandan  xilas  olan  bütün  heyvanların  şəkilləridi.  Al, 

bunu da sənə gətirmişəım. Sofi lövhəni aldı və qoca dedi: 

Mən də gedim üzüm bağlarımı suvarım. 



Sonra  da  yüngülcə  tullanıb  topuqlarını  havada  bir-birinə  vurdu  və 

yalnız qocalara xas ədayla kiçik addımlarla meşənin dərinliklərinə üz 

tutdu. 

Sofiylə Alberto yenidən içəri girib oturdular. Sofi əlindəki lövhəyə 



əməlli-başlı  baxmağa  macal  tapmamış  Alberto  onu  hikkəylə  Sofinin 

əlindən aldı. 

Əvvəlcə əsas cizgilərdən danışacağıq. 



Elə isə başlayaq. 

- Marksın  ömrünün  son  34  ilini  Londonda  keçirdiyini  demək 

downloaded from KitabYurdu.org




372 

 

yadımdan çıxıb. Marks Londona 1849-cu ildə köçmüş və 1883-cü ildə 



orada  vəfat  etmişdi.  Həmin  vaxt  Çarlz  Darvin  də  London  tərəfdə 

yaşayırdı. Darvin 1882-ci ildə vəfat edib və İngiltərənin yetişdirdiyi ən 

böyük  övladlarından  biri  kimi  təmtəraqlı  bir  mərasimlə  Vestminster 

Abbeydə torpağa tapşırılıb. Marks və Darvinin yolları təkcə zamanca 

və  məkanca  kəsişməyib.  Marks  ən  böyük  əsəri  olan  “Kapital”ın 

ingiliscə nəşrini Darvinə ithaf etmək istəmiş, Darvin bunu rədd etmişdi. 

Marks Darvindən bir il sonra vəfat edəndə dostu Engels «Darvin canlı 

təbiətdəki  qanunları  kəşf  etdiyi  kimi,  Marks  da  insanlığın  tarixi 

inkişafındakı qanunları kəşf etdi”, - demişdi. 

Aydındı. 



- Öz  əsərlərini  Darvinin  əsərlərilə  uzlaşdırmaq  istəyən  başqa  bir 

böyük  mütəfəkkir  psixoloq  Ziqmund  Freyd  idi.  Freyd  həyatının  son 

illərini  Londonda  yaşamışdı.  Freyd  həm  Darvinin  təkamül 

nəzəriyyəsinin,  həm  də  öz  psixoanalizinin  insanlardakı  sadəlövh 

eqoizm hissinə həqarət olduğunu deyirdi. 

- Nə çox ad oldu. Marks, Darvin, Freyd, - indi bunların üçündən də 

danışırıq? 

- Daha  geniş  mənada,  XIX  əsrin  ortalarından  başlayıb  bugünədək 

gələn  Naturalist  cərəyandan  danışırıq.  Naturalizm  deyərkən  təbiətdə 

vəhislər aləmindən başqa gerçəklik tanımayan gerçəklikdən danışırıq. 

Naturalist  buna  görə  də  insanı  təbiətin  bir  parçası  kimi  görür.  Hər 

şeydən  vacibi  isə  odur  ki,  naturalist  tədqiqatçı  tədqiqatlarını  ağlıyla 

yaratdığı nəzəriyyələrə və ilahi vəhylərə deyil, yalnız təbiətdən aldığı 

məlumatlara əsasən aparır. 

Bu, həm Marks, həm Darvin, həm də Freydə aiddi? 



- Bəli. XIX əsrdən bu yana üzərində ən çox baş sındılıran anlayışlar 

“təbiət”,  “ətraf  mühit”,  “tarix”,  “təkamül”,  “böyümə”  olub.  Marks 

insanlığın  ideologiyasının  cəmiyyətin  maddi  bazisinin  məhsulu 

olduğunu  bəyan  etdi.  Darvin  insanlığın  uzun  bir  bioloji  təkamülün 

nəticəsi  olduğunu  göstərdi.  Freydin  şüuraltıya  dair  araşdırmaları  da 

insanların hərəkətlərinin çox vaxt “heyvani” impuls və intuisiyalardan 

qaynaqlandığını üzə çıxardı. 

downloaded from KitabYurdu.org




373 

 

- Naturalizmlə nə demək istədiyini başa düşdüm, amma bunları bir-



bir nəzərdən keçirmək yaxşı olmazdımı? 

- Hələlik  Darvindən  danışacağıq,  Sofi.  Sokrataqədərki  filosofların 

təbii proseslərə təbii açıqlamalar vermək cəhdləri yəqin ki, yadındadı. 

Onlar  qədim  mifoloji  açıqlamalardan  uzaqlaşmağa  çalışdıqları  kimi, 

Darvin  də  heyvan  və  insanların  mənşəyi  məsələsində  Kilsənin 

açıqlamalarından uzaqlaşmağa çalışırdı. 

Darvin əslində filosof idi? 



- Darvin  bioloq  və  təbiətşünas  idi.  Amma  o,  yeni  çağ  Kilsəsinin 

baxışlarını ən çox təhdid edən elm adamı olub. 

- Elə isə Darvinin təkamül təlimindən söz açacaqsan yəqin. 

- Əvvəlcə  Darvinin  özündən  başlayaq.  O,  1809-cu  ildə  kiçik  bir 

şəhər  olan  Şrevsburidə  dünyaya  gəlmişdi.  Atası  Robert  Darvin 

tanınmış həkim idi və oğluna ciddi təhsil vermişdi. Çarlz doğulduğu 

şəhərdə  məktəbə  gedəndə  məktəb  müdiri  onu  avara-avara  gəzən, 

təkəbbürlü,  faydasız  şagird  kimi  qiymətləndirirdi.  Müdir  “faydasız” 

deyərkən yunanca və latınca 

felləri əzbərləməmək kimi şeyləri “avara-avara gəzmək” deyərkən isə 

Çarizm gəzib cürbəcür həşəratlar yığmasını nəzərdə tuturdu. 

Yəqin sonradan bu sözlərinə görə peşman olub. 



- İlahiyyat təhsili alanda da Darvin dərslərindən çox quş ovlamaq və 

həşərat yığmaqla maraqlanırdı. Buna görə də ilahiyyat təhsili yarımçıq 

qaldı.  Lakin  hələ  tələbə  ikən  təbiət  tədqiqatçısı  kimi  böyük  şöhrət 

qazandı.  Dövrün  ən  sürətlə  yayılan  elmi  olan  geologiyaya  da  meyl 

salmışdı. 1831-ci ildə Kembricdə ilahiyyat imtahanını verəndən sonra 

dağların  necə  əmələ  gəldiyini  tədqiq  etmək,  qədim  heyvan  və  bitki 

qalıqlarını  axtarmaq  üçün  Uelsin  şimalına  getmişdi.  Avqust  ayında, 

hələ 22 yaşı olanda bütün həyatını dəyişdirəcək bir məktub aldı... 

Nə məktubu? 



- Məktubu  göndərən  onun  dostu  və  müəllimi  Steven  Henslov  idi. 

Məktubda  bu  sözlər  yazılmışdı:  “Hökumətin  Amerikanın  cənubunun 

xəritəsini  çıxarmaq  üçün  tapşırıq  verdiyi  kapitan  Fitzroya  yoldaşlıq 

edəcək bir təbiətşünas, təbiət tədqiqatçısı tövsiyə etməyimi istəyirlər. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə