Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə120/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   116   117   118   119   120   121   122   123   ...   154

362 

 

materialist olduğunu deyirik. Bundan başqa, demək istəyirəm ki, Platon 



nə saxsı istehsalıyla, nə də üzümçülüklə məşğul olub. 

Aydındı. Məbəd haqda yenə nəsə deyəcəksən? 



- Bəli. Məbədin bazisinə bir az diqqətlə baxsan, mənə onun haqqında 

nə deyə bilərsən? 

Sütunlar üç səviyyədən ibarət bazisin üstündə dayanır. 



- Eynilə, cəmiyyətin bazisində də üç mərhələ müşahidə oluna bilər. 

Bunların arasında ən çox “bazis” olanı «istehsal şərtləri”di. Bu, iqlim 

şərtləri, yaxud xammal kimi cəmiyyətin əlində olan təbii şərtlər, təbii 

qaynaqlardı.  Bu  şərtlər  cəmiyyətin  fundamentidi  və  cəmiyyətdəki 

istehsal  növünü,  yəni  nə  cür  bir  istehsal  olacağını  müəyyənləşdirir. 

Bununla da həmin cəmiyyətin ümumilikdə necəliyini və mədəniyyətini 

müəyyən edir. 

- Nə  səhrada  balıqçılıq  inkişaf  eləyə,  nə  də  Norveçin  şimalında 

xurma yetişdirilə bilər. 

- Bəli,  deməli,  başa  düşmüsən.  Köçəri  cəmiyyətin  düşüncə  tərzilə 

Norveçin  şimalında  balıqçı  kəndindəki  insanların  düşüncə  tərzi 

arasında  da  ciddi  fərqlər  var.  Bundan  sonrakı  mərhələ  cəmiyyətin 

istehsal qüvvələridir. Marks bununla insanların malik olduğu alətləri, 

maşınları nəzərdə tutur. 

- Əvvəllər balıqçı qayıqları ilə balıq tutmağa gedirdilər, bu gün isə 

bunun üçün böyük gəmilərdən istifadə olunur. 

- Bununla  da  üçüncü  mərhələyə  gəlib  çıxırıq  ki,  bu  da  istehsal 

vasitələrinin kimin əlində olmasıdı. Əmək bölgüsü, işin işçilər arasında 

paylanması  və  sahibkarlıq  -  Marksın  nəzəriyyəsində  “istehsal 

münasibətləri” adlanır. 

Aydın oldu. 



- Bura  qədər  dediklərimizdən  belə  bir  nəticə  çıxara  bilərik  ki,  hər 

hansı cəmiyyətdə qüvvədə olan siyasi və ideoloji münasibətləri təyin 

edən  amil  istehsal  növüdü.  Təsadüfi  deyil  ki,  bu  gün  feodal 

cəmiyyətlərindən başqa cür düşünür, başqa əxlaqi dəyərlərə malikik. 

- Onda Marks tarixin hər bir dövründə qüvvədə olan təbii doğrular 

olduğuna inanmırdı. 

downloaded from KitabYurdu.org



363 

 

- Xeyr.  Marksa  görə,  mənəvi  cəhətdən  nəyin  doğru  olması 



cəmiyyətin  bazisinin  məhsuludu.  Məsələn,  təsadüfi  deyil  ki,  qədim 

kəndlərdə  insanın  evlənəcəyi  adamı  ailəsi  təyin  edirdi.  Bu,  torpağın 

mirasının kimə qalacağı ilə bağlı idi. Bugünkü müasir şəhərlərdə isə 

sosial əlaqələr tamamilə fərqlidi. Bu gün 

sən  öz  gələcək  həyat  yoldaşına  şənlikdə,  diskotekada  qarşılaşıb  tanış 

olursan, onu sevdiyini görüb birlikdə yaşamağa başlayırsan. 

- Evlənəcəyim adamı ailəmin seçməsinə heç vaxt dözə bilmərəm! 

- Çünki sən də öz zamanının övladısan. Bundan əlavə, Marks qeyd 

edir  ki,  nəyin  doğru,  nəyin  yanlış  olmasına  dair  normalara  əsasən 

cəmiyyətin  hakim  sinfi  təyin  edir.  Çünki  “tarix  sinfi  mübarizələrin 

tarixidir”.  Yəni  tarix  əsasən  istehsal  vasitələrinə  kimin  sahib  olması 

məsələsidi. 

- İnsanların fikirləri, ideyaları da tarixin dəyişməsində rol oynamır? 

- Həm hə, həm də yox. Marks cəmiyyətin üstqurumunun da bazisinə 

təsir  edəcəyini  nəzərdən  qaçırmamaqla  birlikdə  üstqurumun  özünün 

müstəqil  tarixi  olduğunu  rədd  edirdi.  Tarixi  antik  dövrün  quldarlıq 

cəmiyyətindən bugünkü sənaye cəmiyyətinə gətirən amil ilk növbədə 

cəmiyyətin bazisindəki dəyişikliklərdi. 

Bayaq dediyin kimi. 



- Marks deyirdi ki, tarixin hər dövründə cəmiyyətin iki hakim sinfi 

arasında  münaqişə  olub.  Bu  münaqişə  antik  dövr  cəmiyyətində  azad 

vətəndaşlarla qullar arasında, orta əsrlərin feodal cəmiyyətində bəylərlə 

rəiyyət  arasında,  sonralar  aristokratlarla  vətəndaşlar  arasında  özünü 

göstərib.  Marksın  burjua,  yaxud  kapitalist  cəmiyyəti  adlandırdığı  öz 

vaxtında  isə  bu  münaqişə  ilk  növbədə  kapitalistlərlə  işçilər,  yaxud 

proletariat  arasında  idi.  Beləliklə,  bu,  istehsal  vasitələrinə  sahib 

olanlarla  olmayanlar  arasında  bir  münaqişə  idi.  Və  üst  siniflər  öz 

hakimiyyətlərindən, qüvvələrindən könüllü əl çəkməyəcəklərinə görə, 

dəyişiklik yalnız inqilabla mümkündü. 

Bəs kommunist cəmiyyəti? 



- Marks  kapitalist  cəmiyyətindən  kommunist  cəmiyyətinə  keçid 

mövzusunun üzərində xüsusi dayanırdı. Kapitalist istehsal formasının 

downloaded from KitabYurdu.org



364 

 

ətraflı  təhlilini  də  aparmışdı.  Amma  bu  mövzuya  keçməzdən  əvvəl 



Marksın insan əməyinə dair baxışlarından danışım. 

Danış. 



- Kommunist  olmazdan  əvvəl  gənc  Marks  işləyərkən  insanın  necə 

olması üzərində düşünürdü. Bu mövzuyla Hegel də məşğul olmuşdu. 

Hegel  insanla  təbiət  arasında  qarşılıqlı,  dialektik  əlaqə  olduğuna 

inanırdı.  İnsan  təbiəti  işləyib  dəyişdikcə  özü  də  cilalanır,  dəyişilir. 

Yaxud  bir  qədər  başqa  cür  desək,  insan  işləyəndə  təbiətlə  qarşılıqlı 

əlaqədə olur və onu dəyişdirir. Bu prosesdə təbiət də insanı dəyişdirir, 

onun şüurunda izlər qoyur. 

Mənə işini de, sənə kim olduğunu deyim. 



- Marks  qısaca  bunu  demək  istəyirdi.  Biz  necə  işləyiriksə,  bu, 

şüurumuza, şüurumuz da necə işləməyimizə təsir edir. 

Belə  də  demək  olar:  insanın  əli  ilə  şüuru  arasında  əlaqə  var.  İnsanın 

düşüncə tərzi etdiyi işlə bağlıdı. 

Onda işsiz olmaq çox pis şeydi. 



- Bəli.  İşsiz  insan  bir  mənada,  boş  insan  deməkdi.  Hegel  də  bu 

mövzuyla  maraqlanıb.  Hegel  də,  Marks  da  işi  müsbət  bir  şey  hesab 

edirlər, işləməklə insanlığın mahiyyəti arasında əlaqə görürlər. 

Onda işçi olmaq çox yaxşı şeydi... 



- Bəli,  elədi.  Lakin  Marks  elə  bu  məqamda  kapitalist  istehsal 

formasını ciddi şəkildə tənqid edir. 

Niyə? 


- Kapitalist  sistemdə  işçi  bir  başqası  üçün  işləyir.  Beləliklə,  iş 

özündən  kənar,  ona  məxsus  olmayan  bir  şey  olur.  İşçi  öz  işinə,  eyni 

zamanda  özünə  özgə  olur.  Öz  insani  gerçəkliyini  itirir.  Bu  zaman 

Marks Hegelin sözlərilə deyir ki, işçi özgələşmiş olur. 

- Mənim bir xalam var, bir fabrikdə iyirmi il işləyib, bu iyirmi ildə 

daim  şirniyyat  paketləyib,  ona  görə  də  nə  dediyini  başa  düşürəm. 

Xalam hər səhər işindən zəhləsi getdiyini deyə-deyə işə gedir. 

- Və  işindən  zəhləsi  gedən  insanın  müəyyən  mənada  özündən  də 

zəhləsi gedir, Sofi. 

Şirniyyatdan zəhləsi getdiyini dəqiq bilirəm. 



downloaded from KitabYurdu.org


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə