Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə117/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   113   114   115   116   117   118   119   120   ...   154

353 

 

xristian mütəfəkkirlərə də böyük təsiri olub. XX əsrdə bu danimarkalı 



filosofdan  təsirlənərək  böyük  bir  Ekzistensializm  fəlsəfəsi  meydana 

gəlib və geniş yayılıb. 

Sofi saatına baxdı. 

Yeddiyə qalıb. Qaçmalıyam. Yoxsa anam narahat olacaq. 

Fəlsəfə müəlliminə əl yelləyib qaçdı, qayığa mindi və gölə çıxdı. 

Marks 


...Avropada bir kabus dolaşır... 

Hilde çarpayısından qalxıb körpüyə baxan pəncərənin yanına getdi. 

Şənbə  gününü  Sofinin  ad  günü  macərasını  oxumaqla  keçirmişdi. 

Ondan bir gün əvvəl isə öz ad günüydü. Atası dünən kitabı “Sofinin ad 

günü”nədək oxumuş olacağını sanmışdısa, yanılırdı. Dünən bütün günü 

oxusa  da.  Amma  atası  bundan  sonra  bir  ad  günü  təbriki  qaldığını 

deməklə  haqlı  idi.  Albertoyla  Sofinin  “Happy  birthday  to  you!” 

mahnısını oxuduqlarını nəzərdə tuturdu yəqin. Hilde buna görə bir az 

utanmışdı.  Və  Sofi  fəlsəfə  şənliyini  düz  atasının  Livandan  dönəcəyi 

günə  salmışdı.  Hilde  bu  gün  nə  atasının,  nə  də  özünün  ağlına 

gəlməyəcək çox vacib bir şey olacağını bilirdi. Amma ən azı bu məlum 

idi ki, atası Bjerkliyə gəlməzdən əvvəl həyatının şokunu yaşayacaqdı. 

Hilde  Albertoyla  Sofiyə  ən  azı  bunu  borclu  idi.  Axı  ondan  kömək 

istəmişdilər... 

Anası  hələ  qayıq  tərsanəsində  idi.  Hilde  aşağı  düşüb  telefonun 

yanına getdi və Kopenhagendəki Anna və Oleyə zəng etdi. 

Anna Kvamsdal. 



Salam, Anna! Mənəm Hilde. 

- A, salam, salam! Nə yaxşı, zəng etdin. Lillesandda nə var, nə yox? 

- Sağlığın. Tətildəyik... Atamın Livandan qayıtmasına da bir həftə 

qalıb. 

Təsəvvür edirəm, necə sevinirsən. 



Əlbəttə, çox sevinirəm. Elə buna görə də zəng etmişəm. 

-Aha? 


- Atam ayın 23-ü şənbə günü saat 5 ərəfəsində sizin hava limanında 

enəcək. Həmin günlər Kopenhagendə olacaqsız yəqin. 

downloaded from KitabYurdu.org



354 

 

-Aha? 



Sizdən bir şey xahiş edəcəkdim. 

Təbii, de, eləyək. 



Amma... mmm... əslində bu, bir az xüsusi məsələdi... 

- Çox maraqlıdı, nədi o elə? 

Hilde  bunun  ardınca  hər  şeydən  -  qovluqdan,  Alberto  və  Sofidən 

danışdı.  Gülməkdən  bir-birlərinin  sözünü  kəsə-kəsə  danışdılar  və 

telefonu yerinə qoyanda Hildenin planı həyata keçməyə başladı. Amma 

özünün  də  etməli  olduğu  bəzi  məsələlər  var  idi.  Hələ  ki,  çox  da 

tələsmirdi... 

Həmin axşamı anasıyla keçirdi. Maşınla Kristiansanda gedib filmə 

baxdılar.  Dünən  əməlli-başlı  keçirmədikləri  ad  gününün  əvəzini 

çıxdılar.  Kjevik  hava  limanı  yaxınlığında  yol  ayrıcından  keçərkən 

Hilde üçün planı artıq bütün xırdalıqlarına qədər aydın idi. 

Gecə yatmazdan əvvəl qovluqdan bir neçə səhifə də 

oxudu. 


*** 

Sofi  sürünə-sürünə  kolluqdan  keçəndə  saat  8-ə  qalırdı.  Anası 

girişdəki güllərlə məşğul idi. 

- Hardan çıxdın sən? - anası soruşdu. 

Çəpədən keçdim. 



Çəpərdən? 

Çəpərin o biri üzündə cığır var, bilmirsən? 



- Bəs  hardaydın  ki  sən?  Neçənci  dəfədi  axşam  yeməyindən  əvvəl 

evə gəlmirsən, xəbər də vermirsən! 

Anası ayağa qalxıb Sofiyə baxırdı. 

Yenə bu filosofla idin? 



- Bəli. Onun da meşədə gəzməkdən xoşu gəlir, demişdim axı. 

Şənliyə gələcək, yox? 



Gələcək, özü də məmnuniyyətlə. 

Mən də məmnuniyyətlə günləri sayıram, Sofi. 



Görəsən, anası bunu lağla demişdimi? Təminat olsun deyə, Sofi: 

- Yaxşı ki, Coannanın anasıyla atasını da çağırmışam. Yoxsa bir az 

downloaded from KitabYurdu.org



355 

 

qəribə çıxardı. 



- Hmmm....  amma  nə  olur-olsun,  bu  Albertoyla  ikilikdə 

danışacağam. 

-  İstəsən,  mənim  otağımda  danışarsan.  Əminəm  ki,  ondan  xoşun 

gələcək. 

Yadıma indi düşdü. Sənə yenə məktub var. 



Eləmi? 


Məktubda “BMT batalyonu” möhürü, markası var. 

Onda Albertonun qardaşındandı. 



Bəsdi, Sofi! 

Sofinin  başı  saat  kimi  işləməyə  başladı.  Birdən  ağlına  əla  bir  yalan 

gəldi. Sanki gözəgörünməz bir qüvvə ona kömək edirdi. 

- Albertoya  nadir  markalar  yığdığımı  demişdim,  yəqin  o  da  bunu 

qardaşına deyib. Bəs qardaş hansı gün üçündü!? 

Bu cavab anasını sakitləşdirdi. Səsinin tonu bir az yumşaldı: 

Yeməyin soyuducudadı. 



Bəs məktub hardadı? 

Soyuducunun üstündə. 



Sofi içəri girdi, məktubu götürüb otağına getdi. 15.6.1990 tarixində 

möhürlənmişdi. Zərfi açdı və içində kiçik bir yazı olduğunu gördü: 

“Nədəndir bu məqsədsiz yaradılış 

Yox olacaqsa bir gün hər yaradılmış?” 

Sofi  bu  sualın  cavabını  bilmirdi.  Yemək  üçün  aşağı  düşməzdən 

əvvəl  bunu  da  son  vaxtlar  əldə  etdiyi  o  biri  əşyaların  olduğu  şkafa 

qoydu.  Vaxtı  çatanda  bu  sualın  da  cavabını  biləcəkdi.  Ertəsi  gün 

Coanna  gəldi.  Bir  az  badminton  oynayandan  sonra  şənliyin 

xırdalıqlarını  müzakirə  etmək  üçün  bir  kənara  çəkildilər.  Şənliyin 

ahəngi düşməsin deyə, bir neçə sürpriz hazırlamalı idilər. 

Anası  evə  gələndə  hələ  də  şənlikdən  danışırdılar.  Anası  tez-tez 

“Nəyin  bahasına  olur  olsun,  narahat  olmayın”  deyirdi.  Özü  də  ciddi 

deyirdi!  Axır  həftələrin  intensiv  fəlsəfə  dərslərindən  sonra  Sofinin 

yenidən “bu dünyaya qayıtması” üçün anası bu şənliyi zəruri sayırdı. 

O axşam şənlik üçün necə tort bişiriləcəyindən yapon fənərlərinə, 

downloaded from KitabYurdu.org




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə