Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə116/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   112   113   114   115   116   117   118   119   ...   154

350 

 

üçün  bu  obyektiv  qeyri-  müəyyənlikdən  möhkəm  yapışmaq 



məcburiyyətindəyəm:  dənizin  70.000  fatom  dərinliyində  də  inamımı 

qorumalıyam». 

Bu, çox çətin oldu. 



- Kyerkeqordan əvvəl bir çoxları Tanrının varlığını sübut etməyə, ən 

azı Tanrını ağıl yoluyla dərk etməyə çalışırdılar. 

Halbuki,  insan  bu  cür  sübutlarının,  məntiqi  tezislərinin  olduğunu 

düşünəndə  inamını  və  inamla  birlikdə  dini  səmimiyyətini  də  itirir. 

Çünki  xristianlığın  doğru  olub-olmadığı  deyil,  mənim  üçün 

doğruluğudu  əsas.  Orta  əsrlərdə  bu  düşüncə  «credo  quia  absurdum» 

sözlərilə ifadə olunurdu. 

Heç deməmişdin. 



- Mənası belədi: “Cəfəngiyyat olduğuna görə, inanıram”. Xristianlıq 

başqa  tərəflərimizə  deyil,  ağlımıza  müraciət  etsəydi,  inam  məsələsi 

olmaqdan çıxardı. 

İndi başa düşdüm. 



- Beləliklə,  Kyerkeqorun  “ekzistensiya”,  “subyektiv  həqiqət”, 

“inam”  deyərkən  nəyi  nəzərdə  tutduğunu  gördük.  Bu  üç  anlayış 

Kyerkeqordan  əvvəlki  fəlsəfə  ənənəsini  və  xüsusən,  Hegeli  tənqid 

etməsindən  qaynaqlanırdı.  Bunlara  “sosial  tənqid”  də  daxil  idi. 

Kyerkeqora  görə,  müasir  cəmiyyətdə  insan  “ictimai”  olmaq 

məcburiyyətindədi  və  bu,  cəmiyyətin  ən  bariz  xüsusiyyətidi. 

Kyerkeqor bu gün yaşasaydı, bunu konformistlik adlandırardı. Bununla 

da daxili istək olmadan hamının eyni 

şeyi “deməsini” və eyni şeyi “müdafiə etməsini” nəzərdə tutardı. 

- Kyerkeqor Coannanın ata-anası haqqında nə deyərdi bəs? 

- Kyerkeqorun  çox  kəskin,  iynəli  dili  var  idi.  Məsələn,  “kütlə 

yalandır”,  “əsl  insanlar  azlıqdır”  kimi  sözlər  deyir,  əksər  insanların 

həyata səthi yanaşmasını tənqid edirdi. 

- Barbi kukla kolleksiyası yığmaq bir şeydi, onlardan biri olmaq ayrı 

və dəhşətli bir şey... 

- Bu, bizi Kyerkeqorun “həyatın üç mərhələsi” nəzəriyyəsinə gətirir. 

Necə? 


downloaded from KitabYurdu.org


351 

 

- Kyerkeqora görə, üç cür həyat tərzi var. Onları mərhələ adlandırır. 



Estetik, etik və dini mərhələ. Burada “mərhələ” sözündən insanın ilk 

iki  vəziyyətdə  olandan  sonra  qəfil  sıçramayla  daha  yüksək  vəziyyətə 

keçə  biləcəyini  vurğulamaq  üçün  istifadə  edir.  Lakin  bir  çoxları 

ömürləri boyu eyni mərhələdə qalır. 

- Bütün  bunları  bir  az  da  açıqlayacaqsan  yəqin.  Həm  də  özümün 

hansı mərhələdə olduğumu bilmək istəyirəm. 

- Estetik  mərhələdə  olan  adam  gününü  yaşayır,  hər  anından  zövq 

almağa çalışır. Bu adamlara görə, gözəl, xoş olan və kef verən hər şey 

yaxşıdı.  Bu  mərhələdəki  insan  duyğularının  aləmində  yaşayır  və  öz 

istəklərinin, ovqatının quludu. Onun üçün darıxdırıcı olan hər şey pisdi. 

Çox sağ ol, bu yanaşma mənə tanışdı. 



- Tipik  romantik  beləcə,  həm  də  tipik  estetdi,  çünki  estetika  təkcə 

hisslərlə zövq almaq deyil. Gerçəkliyi,  yaxud incəsənəti, fəlsəfəni və 

ya  gördüyü  işi  ciddi  qəbul  etməmək  də  estetik  mərhələdə  qalmaq 

deməkdi.  İnsan  iztiraba,  kədərə  belə,  estetik,  yaxud  “reflektiv” 

münasibət  göstərə  bilər.  Bu  zaman  təkəbbür  önə  keçir.  İbsen  “Pyer 

Günt”də belə bir estetin portretini cızıb. 

Deyəsən, başa düşürəm. 



Sən də bu mərhələdəsən, səncə? 

Sanmıram. Amma bu dediklərin mənə mayoru xatırladı. 



- Ola bilər, bəlkə də, Sofi... Amma sənin bu sözlərin onun romantik 

ironiyasına nümunədi. Ağzını təmiz saxla. 

Nə danışırsan? 



Nə isə. Fikir vermə! 

Onda davam elə. 



- Estetik mərhələdə olan bir nəfər çox keçməmiş ruh düşkünlüyünə 

və boşluq duyğusuna qapıla bilir. Amma insan bu duyğunu yaşayırsa, 

deməli, yenə də ümid var. Kyerkeqora görə, hətta bezmək pozitiv bir 

şeydi.  Bu,  “ekzistensial  vəziyyətə”  çatmağın  ifadəsidi.  Estet  bu 

mərhələdən  daha  yüksək  mərhələyə  sıçramağı  seçə  bilər.  Amma 

bacarar,  ya  da  bacarmaz.  Sözün  tam  mənasında  sıçramadıqdan  sonra 

bunun mənası yoxdu. Ya olmalıdı, ya da yox; ikisinin arası ola bilməz. 

downloaded from KitabYurdu.org




352 

 

Və bu sıçramanı sənin yerinə başqası edə bilməz. Seçimi sən etməlisən. 



Bu, mənə içkini, ya da narkotiki tərgitməyə bənzəyir. 

- Bəli,  ola  bilər.  Bəlkə  də  Kyerkeqorun  bu  “qərar  kateqoriyası” 

Sokratın  əsl  dərketmənin  insanın  içindən  gəlməsi  haqda  fikirlərini 

xatırladır. İnsanın estetik həyat tərzindən etik, 

yaxud  dini  həyat  tərzinə  keçmək  qərarı  da  içdən  gəlməlidi.  İbsen  bu 

haqda “Pyer Günt”  əsərində  söz açır. Bu ekzistensial  seçimin böyük 

çarəsizlik və qərarsızlıq duyğuları nəticəsində necə partlayaraq ortaya 

çıxdığı haqda böyük yazıçı Dostoyevski “Cinayət və cəza” romanında 

danışır. 

Deməli, belə insanın edə biləcəyi ən yaxşı iş başqa bir həyat tərzini 

seçməkdi. 

- Beləliklə,  insan  etik  mərhələdə  yaşamağa  başlaya  bilər.  Bu 

mərhələnin əsas cəhəti ciddiyyət və əxlaqi seçimlərin tutarlılığıdı. Bu 

mərhələ  bir  qədər  Kantın  borc  əxlaqını  xatırladır.  İnsan  əxlaq 

qanununun işığında yaşamağa çalışır. Kant kimi Kyerkeqor da əvvəlcə 

insan temperamentini irəli çıxarır. İnsanın doğru, yaxud yanlış olaraq 

nəyi seçməsi vacib deyil. Vacib olan insanın içində bunu seçmək üçün 

istəyin  olmasıdı.  Estetlər  üçünsə  nəyin  əyləncəli,  nəyin  darxdırıcı 

olması vacibdi. 

Belə yaşayan insan həddən ziyadə ciddi olmurmu? 



- Ola  bilər!  Kyerkeqora  görə,  etik  mərhələ  də  tam  qənaətbəxş 

mərhələ deyil. Vasvasılıqla özünü borcu yerinə 

yetirməyə həsr edən insan da axırda bundan yorula bilər. Bir çox insan 

həyatının  sonuna  yaxınlaşanda  belə  bir  yorğunluq  duyur.  Bəziləri 

bunun nəticəsində yenidən estetik mərhələyə qayıdır. Bəziləri isə dini 

mərhələyə 

sıçrayır.  Bununla  onlar  inamın  “70000  fatom 

dərinliyindəki”  sulara  tullanırlar.  Bu  insanlar  inamı  estetik  həzz  və 

ağlın borc əmrindən üstün tuturlar. Kyerkeqorun sözlərilə desək, “canlı 

Tanrının qucağına tullanmaq qorxunc olsa da”, insan yalnız bu yolla 

özünü xilas edir, özüylə barışır. 

Yəni xristianlıqla. 



- Bəli, Kyerkeqor üçün dini mərhələ xristianlıqdı. Lakin onun qeyri-

downloaded from KitabYurdu.org




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə