Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə118/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   114   115   116   117   118   119   120   121   ...   154

356 

 

fəlsəfə  yarışmasında  qalib  gələnə  mükafat  kimi  veriləcək  fəlsəfə 



kitabına qədər hər şeyi planlaşdırdılar. 

Əslində Sofi belə bir kitab olub-olmadığını dəqiq bilmirdi. 

21 iyunda, yəni 24 iyuna üç gün qalmış Albertonun zəngi gəldi: 

Alo, Sofi eşidir. 



Alberto isə danışır. 

Ah, salam! Necəsən? 



- Yaxşıyam, çox yaxşıyam. Deyəsən, əla bir çıxış yolu tapmışam. 

Nədən çıxış yolu? 



- Bilirsən nədən! İçində həddən artıq yaşamağa məhkum olduğumuz 

bu fikir məhbəsindən! 

Hə, o... 

- Amma  planı  həyata  keçirməzdən  əvvəl  bu  barədə  heç  nə 

deməyəcəyəm. 

- Bəs  onda  gecikmərik?  Hansı  planda  rol  oynayacağımı  bilməyə 

mənim də haqqım yoxdu? 

- Sadəlövh olma. Bütün danışıqlarımız dinlənilir. Buna görə də heç 

nə deməmək ən ağıll hərəkətdi. 

Doğrudan, bu qədər ciddidi? 



- Əlbəttə,  mənim  balam.  Ən  vacib  şeylər  biz  danışmayanda  baş 

verməlidi. 

Deməli, belə.. 



- Biz  uzun  romanda  uydurma  gerçəklikdə,  sözlərin  arxasında 

yaşayırıq. Bu sözlərin hər bir hərfi mayorun köhnə makinasından çıxır. 

Buna  görə  də  çap  olunmuş  heç  bir  şey  mayorun  gözündən  yayına 

bilməz. 


Bunu başa düşürəm, bəs ondan necə gizlənəcəyik? 

Suss! 


Nə oldu? 

- Sətirlərin  arası  da  var!  Mən  bütün  gücümü  işə  salıb,  sətirlərin 

arasından istifadə edəcəyəm. 

Başa düşdüm. 



- Amma  bu  gün  də,  sabah  da  vaxtımızın  çoxunu  birlikdə 

downloaded from KitabYurdu.org




357 

 

keçirməliyik. Şənbə günü isə olan olacaq! İndi bu dəqiqə gələ bilərsən? 



Gəlirəm, bu dəqiqə! 

Sofi quşların, balıqların yemini verdi, Qovindanın qarşısına böyük 

bir yarpaq, Şerekan üçün bir qutu pişik yeməyi açıb pilləkənə qoydu. 

Sonra çəpərdən keçib cığıra endi. Bir qədər gedəndən sonra  meşənin 

ortasında  bir  yazı  masası  gördü.  Masanın  arxasında  yaşlı  bir  adam 

oturmuşdu.  Sanki  nə  isə  hesablayırdı.  Sofi  onun  yanına  gedib  adını 

soruşdu. Adam candərdi Sofiyə baxıb dedi: 

Skruc, - və yenə başını kağızların üzərinə əydi. 



Mənim adım isə Sofidi. Deyəsən, iş adamısınız. 

Kişi başını tərpətdi. 

- Özü də çox varlıyam. Bir qəpiyim da israf olmamalıdı. Buna görə 

də yaxşı hesablamalıyam. 

- İşində ol! - Sofi bunu deyib əlini yellətdi və yoluna davam etdi. Bir 

neçə  addım  getmişdi  ki,  hündür  ağaclardan  birinin  dibində  tək-tənha 

oturmuş bir qız gördü. Qız cırıq paltarlar 

geyinmişdi,  sifəti  çox  solğun  və  xəstə  görünürdü.  Sofi  ona 

yaxınlaşanda qız əlindəki torbadan bir kibrit çıxarıb ona uzatdı: 

Kibrit almaq istəməzsən? 



Sofi ciblərini yoxladı və bir kron tapdı. 

Neçəyədi? 



Bir kron. 

Sofi qıza bir kron verib kibriti aldı. 

Yüz  ildən  çoxdu,  məndən  kibrit  alan  olmamışdı.  Gah  acından 

öldüm, gah soyuqdan. 

Sofi fikirləşdi ki, qız meşənin ortasında təbii ki, kibritə müştəri tapa 

bilməz. Amma sonra yadına bayaqkı iş adamı düşdü. O elə varlı idi ki, 

qıza bir az pul verər, bu da acından ölməzdi. 

Mənimlə gəl, - Sofi dedi. 

Qızın əlindən tutub varlı adamın yanına apardı. 

Bu qıza yardım elə, - dedi. Kişi başını kağızlardan ayırıb: 



- Yardım etmək pul istəyir, mənsə bayaq dediyim kimi, bir qəpiyimi 

də havaya atmaram. 

downloaded from KitabYurdu.org



358 

 

- Axı bu qız çox kasıbdı! O bu qədər kasıbdırsa, sənin bu qədər varlı 



olmağın ədalətsizlikdi! - Sofi səsini yüksəltdi. 

- Cəfəngiyyata  bax!  Ədalət  yalnız  bərabər  adamlar  arasında 

mümkündü. 

Necə yəni? 



- Mən  çox  işləməklə  varlanmışam.  İnsan  mütləq  zəhmətinin 

bəhrəsini görür. Budur irəliləmə! 

Mənə yardım etməsən, mən öləcəyəm, - kasıb qız dedi. 



İş adamı yenə də başını kağızlardan ayırdı və qələmini 

yazı masasının üstünə möhkəm çırpıb dedi: 

- Sən  mənim  hesablarımın  içində  yoxsan!  Get  burdan,  düz 

yetimxanaya! 

- Sən mənə kömək etməsən, meşəni yandıracağam, - kasıb qız dedi. 

Bunu eşidən kimi kişi masanın arxasından dik atıldı, amma qız artıq 

kibriti alışdırmışdı. Kibriti quru otlara uzatmasıyla otların alovlanması 

bir oldu. Varlı kişi əllərini uzadıb “Kömək edin, kömək edin! Qırmızı 

xoruz banladı!”- qışqırırdı. 

Qızın üzündə kinayəli təbəssüm var idi. 

Komunist ola biləcəyim ağlına gəlməmişdi, elə deyilmi? - dedi. Bu 

vaxt qız, yazı masası və iş adamı yox oldular. 

Sofi  getdikcə  alovlanan  otların  arasında  çaşıb  qalmışdı.  Odu 

ayaqqabılarıyla xeyli tapdadıqdan, əlləşib-vuruşduqdan sonra nəhayət, 

söndürə bildi. Şükürlər olsun! Sofi qaralmış otlara baxdı. Kibrit qutusu 

əlində idi! Yoxsa otu yandıran onun özü olmuşdu?! 

Evin qarşısında Albertonu görən kimi bütün olanları ona danışdı. 

Skruc  Çarlz  Dikkensin  “Yeni  il  əhvalatı”  əsərindəki  xəsis 

kapitalistdi. Kibritsatan qız isə Andersenin nağılındandı. 

Onlara burada, meşədə rast gələcəyimi heç bilməzdim. 



- Niyə də yox? Bu, adi meşə deyil, biz isə indi Karl Marks haqqında 

danışacağıq.  Bu  mənada  sənin  də  keçən  əsrdən,  siniflər  arasındakı 

dəhşətli uçurumdan danışan bir nümunə görməyin yerinə düşdü. Amma 

indi  gəl  içəri  girək.  Ən  azı  içəridə  mayorun  müdaxilələrindən  bir  az 

qorunarıq. 

downloaded from KitabYurdu.org




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə