Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə121/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   117   118   119   120   121   122   123   124   ...   154

365 

 

- Kapitalist cəmiyyətdə iş elə təşkil olunur ki, işçilər əslində qul kimi 



başqa  bir  sosial  sinif  üçün  işləyirlər.  Beləliklə,  işçi  öz  əməyini  və 

bununla da bütün həyatını burjuaziyaya satmış olur. 

Doğrudan, bu qədər pisdi? 



- Biz indi Marksdan danışırıq və buna görə də onun yaşadığı dövr 

olan keçən əsrdəki cəmiyyət şərtlərini nəzərə almalıyıq. Onda sənin bu 

sualına veriləcək cavab “bəli” olar. Bu dövrdə işçilər buz kimi soyuq 

istehsal  sahələrində  12  saat  işləyirdilər.  Əmək  haqqı  elə  az  idi  ki, 

uşaqlar və hamilə qadınlar da işləmək məcburiyyətində qalırdı. Bütün 

bunlar sözlə deyilməsi çətin olan sosial  münasibətlərə, sosial şərtlərə 

gətirib çıxardı. Bir çox yerlərdə  maaş yerinə ucuz likör içkisi verilir, 

qadınlar çörək pulu qazanmaq üçün özlərini satmaq məcburiyyətində 

qalırdılar.  Bu  qadınların  müştəriləri  şəhərin  hörmətli  cənabları  idi. 

Qısaca desək, insanlığın hörmətli cəhəti olası əmək məsələsində insan, 

işçi heyvan vəziyyətinə düşmüşdü. 

Hirsləndim! 



- Marks da hirslənirdi. Çünki bu zaman burjuaziyanın övladları isti 

hamamdan  çıxaraq  evlərinin  böyük  və  isti  salonlarında  skripka 

çalırdılar.  Yaxud  mükəmməl  bir  axşam  yeməyini  gözləyə-gözləyə 

piano  çalırdılar.  Skripka  və  piano  axşamüstü  at  yarışından  sonra  da 

onların kefinə qulluq edirdi. 

Necə də böyük haqsızlıqdı! 



- Marks  da  belə  düşünürdü.  1848-ci  ildə  Engelslə  birlikdə 

Kommunist Manifesti nəşr etdilər. Manifestin birinci cümləsi belə idi: 

“Avropada bir kabus dolaşır - kommunizm kabusu!” 

Qorxulu səslənir. 



- Burjuaziya  da  qorxurdu.  Çünki  artıq  proletariat  üsyana  qalxırdı. 

Manifestin necə bitdiyini bilmək istəyirsən? 

İstəyirəm! 



- “Kommunistlər  öz  düşüncə  və  məqsədlərini  gizli  saxlayacaqlar. 

Kommunistlər  burada  açıq  bəyan  edirlər  ki,  məqsədlərinə  çatmağın 

yeganə və son yolu kimi indiyədək qüvvədə olmuş sosial sistemi güc 

yolu  ilə  aradan  qaldırmaqdır.  Qoy  hakim  siniflər  kommunist 

downloaded from KitabYurdu.org



366 

 

inqilabının qorxusundan tir-tir titrəsinlər! Zəhmətkeşlərin qollarındakı 



zəncirlərdən  başqa,  itirəcəkləri  bir  şey  yoxdur.  Bütün  dünyanın 

zəhmətkeşləri, birləşin!” 

- Vəziyyət  sənin  dediyin  kimi  çox  pis  idisə,  məncə,  mən  də  bu 

manifestin altına imza atardım. Amma bu gün vəziyyət başqa cürdü, 

elə deyilmi? 

- Norveçdə elə deyil, amma dünyanın bir çox yerində hələ də pisdi. 

Hələ  də  bir  çox  insan  vəhşi  şərtlər  altında  işləyir.  İstehsal  etdikləri 

mallarla varlıları daha da varlandırırlar. Marks buna istismar deyirdi. 

Bu sözü bir az da izah edə bilərsən? 



İşçi bir mal istehsal edir, bu malın müəyyən satış dəyəri 

olur. 

-Aha? 


- Bu  satış  dəyərindən  işçinin  maaşını  və  digər  istehsal  xərclərini 

çıxanda yerdə müəyyən məbləğ qalır. Marks buna gəlir deyirdi. Yəni 

kapialist  əslində  işçinin  istehsal  etdiyi  bir  dəyəri  mənimsəyir.  Bu, 

istismardı. 

Aydın oldu. 



- Bu zaman kapitalist gəlirinin bir hissəsini yeni bir kapitala çevirə 

bilir,  məsələn,  bu  gəliri  istehsal  vasitələrinin  müasirləşdirilməsinə 

xərcləyə  bilər.  Bunu  edərkən  onun  məqsədi  istehsal  xərclərini 

azaltmaq, yəni növbəti dəfə daha çox gəlir götürə bilməkdi. 

Məntiqli səslənir. 



- Bəli,  məntiqli  səslənə  bilər.  Lakin  nə  bu  mövzuda,  nə  də  başqa 

mövzularda işlər kapitalistin təsəvvür etdiyi kimi getməyə bilər. 

Necə? 


- Marksa  görə,  kapitalistin  istehsal  metoduna  bir  çox  ziddiyyətlər 

xasdı. Kapitalizm iqtisadi sistemdi, rasional nəzarəti olmadığına görə, 

öz-özünü məhv etməyə məhkumdu. 

Bu, əzilən siniflər üçün yaxşıdı. 



- Bəli,  məhv  olmaq  kapitalizmin  taleyidi.  Bu  mənada  kapitalizm 

proqressivdi, çünki komunizmə gedən yolda bir mərhələdi. 

- Kapitalizmin öz-özünü məhv etməsinə bir misal çəkə bilərsən? 

downloaded from KitabYurdu.org




367 

 

- Bayaq  dedik  ki,  kapitalist  çoxlu  pul  əldə  edir  və  bu  pulun  bir 



qismini  fabrikini  müasirləşdirməyə  xərcləyir.  Pulun  bir  hissəsi  də 

skripka dərslərinə gedir. Bundan başqa, arvadının bahalı həyat tərzi də 

xeyli pul aparır. 

Şübhəsiz. 



- Kapitalist yeni maşınlar alır və artıq əvvəlki qədər işçiyə ehtiyacı 

yoxdu. Bununla da rəqabət gücü artır. 

Aydındı. 



- Amma  belə  düşünən  yalnız  o  deyil  axı.  Bütünlükdə  istehsal 

getdikcə dəyişir, effektivləşir. Fabriklər getdikcə böyüyür və bir neçə 

nəfərin əlində cəmləşir. Onda nə olur, 

Sofi? 


M-m.. 


- Onda  getdikcə  daha  az  işçi  qüvvəsinə  ehtiyac  duyulur.  Getdikcə 

daha çox insan işsiz qalır. Sosial problemlər çoxalır və belə böhranlar 

kapitalizmin  axırının  çatmasının  müjdəçisidi.  Kapitalizmin  öz-özünü 

məhvetməsinin  başqa  bir  çox  amilləri  də  var.  Məsələn,  kapitalist 

gəlirinin  getdikcə  daha  çox  hissəsini  istehsal  vasitələrinin 

müasirləşdirilməsinə  sərmayə  qoymalı  olduqca  yenə  də  qiymətlərini 

bazardakı digər kapitalistlərdən az edə bilməyəndə... 

-Aha? 


Onda kapitalist nə edir? Deyə bilərsənmi? 

Bilmirəm. 



- Fərz  et  ki,  fabrik  sahibisən.  İşlərin  yaxşı  getmir.  İflas  etmək 

üzrəsən. Onda nə edərsən? 

Qiymətləri aşağı salaram yəqin... 



- Çox doğrudu! Bu vaxt edəcəyin ən ağıllı hərəkət bu olar. Amma 

bütün kapitalistlər sənin kimi ağıllıdırsa, - əslində də elədir, - işçilər elə 

yoxsullaşıblar ki, artıq heç nə ala bilmirlər, alıcılıq qabiliyyətləri aşağı 

düşüb.  Beləliklə,  məsələ  dalana  dirənir.  Marks  deyərdi  ki,  kapitalist 

mülkiyyətinin fatihəsi oxundu. İnqilabi vəziyyət yaranır. 

Aydındı. 



- Qısaca  desək,  proletariat  üsyan  edərək  istehsal  vasitələrini  ələ 

downloaded from KitabYurdu.org




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə