Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə119/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   115   116   117   118   119   120   121   122   ...   154

359 

 

Yenə  gölə  açılan  pəncərənin  yanındakı  masanın  arxasına  keçdilər. 



Bu balaca gölün mavi şüşədən su içəndən sonra necə dəyişdiyini, nə 

hallara düşdüyünü Sofi hələ də unutmamışdı. 

Qırmızı və mavi şüşələr sobanın üstündə idi. Masanın üstündə isə 

bir yunan ibadətgahının kiçik bir modeli vardı. Sofi onun nə olduğunu 

soruşanda Alberto cavab verdi: 

Səbr elə, hər şeyin vaxtı var, mənim balam. 



Sonra isə Karl Marksdan danışmağa başladı: 

- Kyerkeqor  1841-ci  ildə  Berlinə  gələndə  bəlkə  də  Karl  Marksla 

birlikdə Şillinqin mühazirələrində oturmuşdu. 

Kyerkeqor  Sokrat  haqqında  dissertasiya  yazmışdı.  Marksın 

dissertasiyasının  mövzusu  isə  Demokrit  və  Epikür,  yəni  antik  dövr 

materializmi idi. Hər ikisi buna əsasən öz fəlsəfələrini yaratdı. 

Kyerkeqor ekzistensialist, Marks materialist oldu? 



- Marksa  tarixi  materialist  deyirlər.  Bunun  mənasını  bir  azdan 

deyəcəyəm. 

Onda davam elə. 



- Həm  Kyerkeqorun,  həm  də  Marksın  fəlsəfəsinin  ana  xəttində 

Hegel var idi. Hər ikisi Hegelçi düşüncə tərzini mənimsəməklə yanaşı, 

Hegelin “dünya ruhu”, başqa sözlə, onun İdealizmilə razılaşmırlar. 

Yəqin Hegel onlara bir az havada uçan kimi görünüb. 



- Yəqin. Ümumən, böyük fəlsəfi sistemlərin Hegellə sona çatdığını 

demək  mümkündü.  Hegeldən  sonra  fəlsəfə  yeni  istiqamətdə  getdi  və 

böyük  nəzəri  sistemlərin  yerini  ekzistensial  fəlsəfə,  yaxud  həyat 

fəlsəfəsi tutdu. “Filosoflar dünyanı müxtəlif cür izah eləyiblər. Lakin 

məqsəd  dünyanı  dəyişdirməkdir”  deyərkən  Marks  da  bunu  nəzərdə 

tutur. Onun bu sözləri fəlsəfə tarixində mühüm dönüş nöqtəsi oldu. 

- Skrucla  kibritsatan  qızı  görəndən  sonra  onun  bu  sözlərinin 

mənasını anlamaq çətin deyil! 

- Marksın təfəkkürünün praktik və ya siyasi hədəfi var idi. O, təkcə 

filosof deyil, eyni zamanda tarixçi, sosioloq və iqtisadçı idi. 

Və bütün bu sahələrdə yeniliklər edib? 



- Belə  demək  olar.  Ən  azı  praktik  siyasət  sahəsində  ondan  daha 

downloaded from KitabYurdu.org




360 

 

əhəmiyyətli filosof yoxdu. Bir məsələ də var ki, “Marksizm” adlanan 



hər şeyi Marksın öz fikirlərilə eyniləşdirmək olmaz. Deyirlər ki, Marks 

yalnız  1840-cı  illərin  ortalarında  marksist  oldu,  lakin  hətta  bundan 

sonra  da  o,  zaman-zaman  marksist  olmadığını  demək  ehtiyacı  hiss 

edirdi. 


İsa xristian idi? 

Şübhəsiz ki, bu da müzakirə oluna bilər. 



Davam elə. 

- Marksın  dostu  və  silahdaşı  Fridrix  Engelsin  ilk  vaxtlardan 

Marksizm adlı bu hərəkata xidmətləri olub. XX əsrdə də Lenin, Stalin 

və Mao marksizm, yaxud marksizm-leninizmə xidmət ediblər. 

- Bəsdir,  gəl,  elə  Marksın  özündən  danışaq.  Marksa  bir  az  əvvəl 

tarixi materialist demişdin? 

- Bəli,  o  antik  dövr  atomistləri  kimi  “fəlsəfi  materialist”,  yaxud 

XVII-XVIII  əsrlərin  mexaniki  materialistləri  kimi  deyildi.  Marksa 

görə, insanların düşüncə tərzlərini müəyyən edən cəmiyyətdə qüvvədə 

olan maddi münasibətlərdi. Belə maddi 

münasibətlər  tarixin  gedişini  də  müəyyən  edir.  Bu,  Hegelin  “dünya 

ruhu”ndan  fərqli  məsələdi...  Hegelə  görə,  tarixi  inkişafı  əks  qütblər 

arasında  əmələ  gələn  və  sonra  ani  dəyişikliklə  həll  edilən  gərginlik 

təyin edirdi. Lakin Marksa görə Hegel kəlləmayallaq dayanmışdı. 

Yəqin Hegel belə çox dayanmayıb. 



- Hegel  tarixi  irəli  aparan  qüvvənin  “dünya  ruhu”,  yaxud  “dünya 

ağlı” olduğunu irəli sürürdü. Marksın baş-ayaq hesab etdiyi şey də bu 

idi. Onun fikrincə, tarixə təsir edən maddi dəyişikliklərdi. Yəni maddi 

dəyişiklikləri  “mənəvi  dəyişikliklər”  yaratmır,  əksinə.  Maddi 

dəyişikliklər  yeni  mənəvi  münasibətlər  yaradır.  Marks  xüsusən 

cəmiyyətdə  dəyişiklik  edib  tarixi  irəli  aparan  qüvvələrin  iqtisadi 

qüvvələr olduğunu deyirdi. 

Bir misal çəkə bilərsən? 



- Antik dövr fəlsəfəsinin və elminin xalis nəzəri bir məqsədi var idi. 

Yeni kəşfləri təcrübəyə tətbiq edərək faydalı bir iş görmək kimi dərdləri 

yox idi. 

downloaded from KitabYurdu.org




361 

 



Elədi. 

- Ona  görə  ki,  cəmiyyətin  iqtisadi  həyatı  belə  təşkil  olunmuşdu. 

İstehsal  əsasən  qul  əməyinə  əsaslandığına  görə,  vətəndaşlar  təcrübi 

yeniliklər edərək istehsalı təkmilləşdirməyə ehtiyac duymurdular. Bu, 

maddi münasibətlərin fəlsəfi fikrə necə təsir göstərdiyinə nümunədi. 

Aha. 



- Marks  cəmiyyətdə  qüvvədə  olan  belə  maddi,  iqtisadi  və  sosial 

münasibətləri  cəmiyyətin  bazisi  adlandırırdı.  Hər  hansı  cəmiyyətdə 

insanların  necə  düşündüklərinə,  hansı  siyasi  təşkilatları,  hansı 

qanunları  olduğuna,  hansı  dinə  inanıb  necə  əxlaq,  sənət,  elmə  malik 

olduqlarına isə Marks həmin cəmiyyətin üstqurumu deyirdi. 

Bazis və üstqurum, yaxşı. 



İndi isə yunan ibadətgahını götürüb mənə verə bilərsən. 

Buyur. 


- Bu,  Akropolun  qədim  Panteon  məbədinin  kiçik  bir  modelidir. 

Bunun əslini də görmüsən. 

Videoda. 



- Gördüyün  kimi,  binanın  damı  olduqca  gözəl  və  təmtəraqlıdı. 

Binanın ən nəzərəçarpan hissəsi bəlkə də elə budu. Buna “üstqurum” 

deyə  bilərik.  Amma  bu  tavan  özbaşına  yuxarıda  dura  bilməz,  elə 

deyilmi? 

Yox, onu orada saxlayan sütunlardı. 



- Binanın  hər  şeydən  əvvəl  möhkəm  bünövrəsi,  yaxud  bazisi 

olmalıdı. Marks da eynilə cəmiyyətdə qüvvədə olan bütün düşüncə və 

ideyaların  maddi  bazis  üzərində  durduğunu  deyirdi.  Cəmiyyətin 

üstqurumu bazisin inikası idi. 

- Platonun ideyalar təlimi saxsı qab istehsalı ilə üzüm yetişdirməyin 

inikası idi? 

- Xeyr, bu qədər bəsit deyil. Belə olmadığını Marksın özü də deyirdi. 

Onun  fikrincə,  cəmiyyətin  bazisi  ilə  üstqurumu  arasında  əlaqə  var. 

Marks  belə  bir  qarşılıqlı  əlaqəni  rədd  etmiş  olsaydı,  mexaniki 

materialist  olardı.  Halbuki  o,  bazis  və  üstqurum  arasında  qarşılıqlı, 

yaxud  dialektik  əlaqə  olduğunu  dediyinə  görə,  onun  dialektik 

downloaded from KitabYurdu.org




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə