Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə122/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   118   119   120   121   122   123   124   125   ...   154

368 

 

keçirir. 



Bəs sonra? 

- Bir  müddət  proletariatın  burjuaziyanı  güclə  məğlub  etdiyi  yeni 

“sinif cəmiyyəti” yaranır. Marks bunu proletariat diktaturası adlandırır. 

Yalnız  belə  bir  keçid  mərhələsindən  sonra  proletariat  diktaturası  öz 

yerini  “sinifsiz  cəmiyyət”ə,  yaxud  kommunizmə  verir.  Bu,  istehsal 

vasitələrinə “hamının”, xalqın özünün sahib olduğu bir sistemdi. Belə 

bir cəmiyyətdə “hamıdan bacarığına 

görə alınır” və “hamıya ehtiyaclarına görə verilir”. Bu sistemdə əmək 

xalqın özünə məxsusdu və kapitalizm özgələşməsinə son qoyulur. 

- Bütün  bunlar  çox  gözəldi,  bəs  əslində  nə  baş  verdi?  İnqilab 

oldumu? 


- Həm  hə,  həm  də  yox.  Bu  gün  iqtisadçılar  Marksın  bir  sıra  əsas 

məsələlərdə,  ən  azı  kapitalizmin  böhranını  təhlil  edərkən  yanıldığını 

deyirlər.  O,  bu  gün  ciddi  problem  kimi  ortaya  çıxan  ətraf  mühitin, 

təbiətin istismar olunması mövzusuna da kifayət qədər diqqət etməyib. 

Buna baxmayaraq... 

- Buna baxmayaraq... 

- Marksizm  çox  böyük  dəyişikliklərə  yol  açıb.  Sosializmin  daha 

insani bir cəmiyyət yaratmaq yolunda uğur qazandığına şübhə yoxdu. 

Bu  gün  ən  azı  Avropada  Marksın  yaşadığından,  daha  ədalətli,  daha 

həmrəy  cəmiyyətdə  yaşayırıq.  Bu,  həm  də  Marksın  və  bütün  sosalist 

hərəkatın sayəsindədi. 

- Sonra nə oldu? 

- Marksdan sonra sosialist hərəkat Sosial Demokratiya və Leninizm 

adlı iki cərəyana bölündü. Məqsədi sosializmə mərhələli və sülh yolu 

ilə çatmaq olan Sosial Demokratiya Qərbi Avropanın seçdiyi yol oldu. 

Buna “tədrici inqilab” deyilir. Marksın sinifli cəmiyyəti aşmaq üçün 

inqilab gərək olduğunu müdafiə edən baxışını mənimsəyən Leninizm 

isə Şərqi Avropada, Asiyada və Afrikada təsirli oldu. Hər iki hərəkat 

öz üsullarıyla yoxsulluq və zülmə qarşı mübarizə apardı. 

- Amma bu, yeni bir zülmə yol açmadı ki? Məsələn, Sovet İttifaqı və 

Şərqi Avropada? 

downloaded from KitabYurdu.org




369 

 

- Bəli, belə oldu. Tarixdə bir daha insanların əl atdığı hər şeyin yaxşı 



ilə  pisin,  xeyirlə  şərin  qarışığı  kimi  ortaya  çıxdığını  görmüş  olduq. 

Digər  tərəfdən,  sosialist  adlandırılan  ölkələrdəki  neqativ  məsələlərə 

görə, ölümündən əlli, yüz il sonra Marksı təqsirləndirmək düzgün deyil. 

Amma bəlkə də o, kommunist cəmiyyəti idarə edəcək insanlara həddən 

artıq  az  diqqət  ayırmışdı.  “Xoşbəxtlik  ölkəsi”  heç  vaxt  mövcud  ola 

bilməz. İnsanlar həmişə yeni problemlər yaradacaq, onlarla mübarizə 

aparacaqlar. 

Buna əminəm. 



Bununla da Marks mövzusunun pərdəsini endiririk, Sofi. 

- Bir  dəqiqə!  Demişdin  ki,  ədalət  yalnız  bərabər  adamlar  arasında 

mövcuddu. 

Yox, bunu Skroc demişdi. 



Hardan bilirsən ki, bunu o demişdi? 

- Unutma ki, səninlə mənim yazarımız eyni adamdı. Bu baxımdan, 

sənlə mən əslində bir-birimizə çox bağlıyıq. 

Yenə də sənin bu kinayən. 



İkiqat kinayə, Sofi ikiqat ironiya! 

- Amma... Ədalətə qayıdaq. Dedin ki, Marks kapitalizmin ədalətsiz 

cəmiyyət  olduğunu  söyləmişdi.  Bəs  ədalətli  cəmiyyətə  necə  tərif 

verərdin? 

- Mənəviyyat filosofu Con Rouls bunu belə bir misal gətiərək izah 

edir: Təsəvvür elə ki, gələcək cəmiyyətin qanunlarını hazırlamaq üçün 

qurulmuş bir qurumun üzvüsən. 

Belə bir qurumda olmaq istərdim. 



- Bu qurum gələcək cəmiyyətin bütün xırdalıqlarını nəzərə almalıdı, 

çünki onlar razılaşma əldə edən kimi, qanunlar 

imzalanan kimi, qurumun bütün üzvləri öləcəklər. 

-Ayy! 


- Amma bu insanlar dərhal diriləcək və qanunlarını özləri qoyduqları 

cəmiyyətdə yaşamağa başlayacaqlar. Burada əsas məqam odur ki, onlar 

həmin  gələcək  cəmiyyətdə  hansı  yeri  tutacaqlarını,  vəzifələrini 

əvvəlcədən bilmirlər. 

downloaded from KitabYurdu.org



370 

 



Ahaa. 

- Bərabər  insanlar  arasında  qurulduğuna  görə,  belə  bir  cəmiyyət 

ədalətli cəmiyyət olardı. 

Bərabər qadınlar və kişilər! 



- Əlbəttə,  çünki  onların  heç  biri  diriləndə  qadın,  yoxsa  kişi 

olacaqlarını  bilmirlər.  Ehtimal  əllinin  əlliyə  olacağına  görə, 

planlaşdırılan cəmiyyətin həm qadınlar, həm də kişilər üçün cəlbedici, 

yaxşı, bərabər olmasına çalışacaqlar. 

Çox ağıllı layihə olardı. 



- İndi  isə  de  görüm,  Avropa  Marksın  yaşadığı  dövrdə  belə  bir 

cəmiyyət idi? 

-Yox! 



Bəs bu gün belə bir cəmiyyət varmı, səncə? 



Mm.. yaxşı sualdı. 

-  Bu barədə fikirləş. İndi isə Marks mövzusunun sonuna gəldik. 

Nə? 



Abzas! 


DARVİN 

...həyatın içində üzən, yükü genlər olan gəmi... 

Bazar günü səhər Hilde yuxudan bir dambadurum səsinə oyandı. Bu, 

qovluğun yerə düşəndə çıxardığı səs idi. Marksdan danışan Alberto və 

Sofini  oxuyarkən  qovluq  qucağında  yuxuya  getmişdi.  Çarpayının 

yanındakı lampa gecə boyu yanılı qalmışdı. 

Dolabın  üstündəki  elektron  saat  yaşıl  rəqəmlərlə  8.59-u  göstərirdi. 

Yuxuda  böyük  fabriklər,  çirkli  şəhərlər  görmüşdü.  Bir  küçənin 

küncündə balaca bir qız kibrit satırdı. Uzun paltolu şux adamlar qızın 

yanından saymazca ötüb keçirdilər. 

Çarpayıdan qalxarkən gözlərini  öz hazırladıqları qanunların  tətbiq 

olunduğu  cəmiyyətə  açan  qurum  üzvlərini  xatırladı.  Hilde  ən  azı 

gözlərini Bjerklidə açmış olmaqdan məmnun idi. 

Harada  oyanacağını  bilmədən  Norveçin  hər  hansı  bir  yerində 

gözlərini açmağa cürət edərdimi? 

Təkcə harada deyil, gözlərini nə vaxt açması da vacib idi. Məsələn, 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə