Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə124/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   120   121   122   123   124   125   126   127   ...   154

374 

 

Onlara dedim ki, bu iş 



üçün uyğun adam sənsən. Nə qədər əmək haqqı verəcəklərini bilmirəm. 

Səfər iki il çəkəcək». 

Bunları necə yadda saxlayırsan? 



Bu, xırda şeydi, Sofi. 

Yəqin o da təklifi qəbul edib... 



- Bunu çox istəyirdi, amma o vaxt gənclər ailənin icazəsi olmadan 

harasa gedə bilmirdilər. Uzun sürən təkidlərdən sonra atası bunu qəbul 

etdi, üstəlik, pul da verdi. «Əmək haqqı” məsələsindən isə heç bir səs 

çıxmadı. 

Hm... 


- Gəminin  adı  «Beagle»  idi.  27  dekabr,  1831-ci  ildə  Plimutdan 

Cənubi  Amerikaya  doğru  yola  çıxan  gəmi  İngiltərəyə  1836-cı  ilin 

oktyabr ayında döndü. Yəni iki il olması nəzərdə tutulan səfər düz beş 

il  çəkdi.  Çünki  Cənubi  Amerikaya  səfər  əsl  dünya  səyahətinə 

dönmüşdü. Bu səfər yaxın dövrlərin ən böyük kəşfiyyat səyahəti hesab 

olunur. 


Doğrudan, bütün dünyanı dolaşdılar? 

- Bəli,  sözün  əsl  mənasında.  Cənubi  Amerikadan  Sakit  Okeana 

çıxdılar və Yeni Zelandiya, Avstraliya və Cənubi 

Afrikaya  getdilər.  Buradan  yenidən  Cənubi  Amerikaya  qayıtdılar  və 

nəhayət, İngiltərəyə gələ bildilər. Darvin bu səfər haqqında “bu səfər 

şübhəsiz ki, həyatımın ən mühüm hadisəsidir” yazmışdı. 

Okeanda tədqiqat aparmaq yəqin ki, asan olmayıb... 



- Elədi.  Səyahətin  ilk  illərində  “Beagle”  Cənubi  Amerika 

sahillərində sağa-sola gedib durmuşdu. Bu da Darvinin qitəni qurudan 

da  tanımasına  imkan  yaratmışdı.  Cənubi  Amerikanın  qərbindəki 

Qalapaqos  adaları  sahillərində  apardığı  tədqiqatların  da  xüsusi 

əhəmiyyəti olub. Beləliklə, əlində hissə- hissə İngiltərəyə göndərdiyi 

böyük bir kolleksiya yığılmışdı. Lakin bu müddətdə təbiət və canlıların 

tarixi  mövzusunda  baxışlarını  özündə  saxlamışdı.  İngiltərəyə 

qayıdanda hələ 27 yaşında olmasına baxmayaraq, çoxdan tanınmış bir 

təbiətşünas  olmuşdu.  Sonradan  təkamül  nəzəriyyəsinə  çevriləcək 

downloaded from KitabYurdu.org




375 

 

baxışları da hazır idi. Lakin qayıdıb həyatının əsəri olacaq kitabını nəşr 



etdirənədək illər keçdi. Çünki Darvin ehtiyatlı, tədbirli insan idi, Sofi. 

Təbiətşünas da elə belə olmalıdı. 

Bu böyük əsər necə adlanırdı? 



- Darvin  çoxlu  böyük  əsərlər  yazıb,  amma  bunların  arasında 

İngiltərədə  ən  çox  polemika  doğuranı  1859-cu  ildə  yayımlanan 

«Növlərin mənşəyi haqqında” adlı əsəri idi. Kitabın bütöv adı “Həyat 

uğrunda  mübarəzidə  təbii  seçmə  və  seçilmiş  irqlərin  qorunub 

saxlanması  yoluyla  növlərin  mənşəyi  haqqında”  idi.  Bu  uzun  başlıq 

əslində Darvinin nəzəriyyəsinin icmalıdı. 

Çox uzun və əhatəli addı. 



- Gəl, bu başlığı xırdalayaq. “Növlərin mənşəyi haqqında” əsərində 

Darvin iki nəzəriyyə, yaxud iki əsas tezis irəli sürürdü. Birincisi, indi 

mövcud  olan  bütün  bitki  və  heyvan  növləri  əvvəllər  mövcud  olmuş 

daha  ibtidai  növlərdən  biloji  təkamül  yoluyla  əmələ  gəlib.  İkinsici, 

həmin təkamül təbii seçmənin nəticəsidi. 

Ən güclü olan sağ qalır, elədi? 



Elədi.  Amma  gəl,  əvvəlcə  təkamül  nəzəriyyəsi  ideyasını  nəzərdən 

keçirək. Bu, ayrıca baxıldığında orijinal ideya deyil. 

Bioloji  təkamül  ideyası  Darvindən  əvvəl,  hələ  1800-cü  illərdə  geniş 

yayılmışdı. Bu ideya haqda ən çox fransız zooloqu Lamark danışırdı. 

Darvinin  öz  babası  Eraznus  Darvin  bitkilərin  və  heyvanların  daha 

ibtidai  növlərdən  əmələ  gəldiyini  demişdi.  Lakin  onlar  belə  bir 

təkamülün  necə  həyata  keçməsini  açıqlaya  bilməmişdilər.  Buna  görə 

də Kilsəyə ciddi təhlükə sayılmırdılar. 

Darvin isə oldu, hə? 

- Bəli və bu, səbəbsiz deyildi. Kilsə və bir çox elmi dairələr İncilin 

müxtəlif bitki və heyvan növlərinin dəyişməz olması haqda doktrinası 

ilə razı idilər. Onlara görə, hər növ daim mövcud olmaq üçün bir dəfə 

və xüsusi şəkildə yaradılıb. Xristianlığın bu baxışı Platon və Aristotellə 

də harmoniya təşkil edirdi. 

Necə? 


- Platonun  ideyalar  aləminə  görə,  bütün  heyvan  növləri  mütləq 

downloaded from KitabYurdu.org




376 

 

ideyalar,  yaxud  formaların  nümunələri  üzrə  yaradılıb,  buna  görə  də 



dəyişməzdirlər.  Heyvan  növlərinin  dəyişməz  olması  Aristotel 

fəlsəfəsində də əsas yer tutur. Lakin Darvinin 

vaxtında  bu  ənənəvi  baxışları  şübhə  altına  alan  bir  çox  müşahidə  və 

kəşflər oldu. 

Necə müşahidə və kəşflər? 



- İlk  növbədə  çoxlu  qalıq  tapıldı.  Növü  tükənmiş  heyvanlardan 

qalmış iri sümüklər kəşf edildi. Darvini quruda tapdığı iri dəniz heyvanı 

qalıqları  çox  düşündürdü.  Cənubi  Amerikada  bu  cür  qalıqları  And 

dağlarında tapdı. Dəniz heyvanlarının And dağlarının başında nə işi ola 

bilərdi, Sofi? Buna cavab verə bilərsən? 

Xeyr. 



- Bəzilərinə  görə,  bu  dəniz  varlıqlarını  insanlar  ora  aparıb  çıxarıb. 

Bəzilərinə görə isə bu, qüdrətini insanlara göstərmək istəyən Tanrının 

işi idi. 

Bəs elm nə deyir? 



- Geoloqların  çoxu  Yer  üzünün  dəfələrlə  suya  qərq  olduğunu, 

zəlzələ və başqa fəlakətlər keçirdiyini irəli sürən fəlakət nəzəriyyəsinin 

tərəfdarıdı.  Belə  bir  fəlakətdən  İncildə  də  sözaçılır.  Böyük  tufan  və 

Nuhdan danışılır. Deyilir ki, hər 

fəlakətdən sonra Tanrı yeni və əvvəlkindən daha mükəmməl bitki və 

heyvanlar yaratmaq üçün Yer üzünə enir. 

- Bu  açıqlamaya  görə,  qalıqlar  axırda  məhv  olmuş  qədim  həyat 

növlərindən qalma artıqlardı. 

- Bəli. Məsələn, bu qalıqların Nuhun Gəmisində yer tapa bilməyən 

heyvanlara  aid  olduğu  deyilir.  Lakin  Darvin  “Beaglela  səyahətə 

çıxarkən yanında ingilis geoloq Çarlz Layelin “Geologiyanın əsaslan” 

kitabını  götürmüşdü.  Layelə  görə,  Yer  üzü  uca  dağlar  və  dərin 

dərələrdən  ibarət  indiki  vəziyyətinə  tədricən  və  uzun  bir  inkişaf 

nəticəsində gəlib. Bu nəzəriyyənin ana fikri kiçik dəyişikliklərin vaxt 

keçdikcə böyük coğrafi dəyişikliklərə yol aça biləcəyi fikri idi. 

Layel necə dəyişiklikləri deyirdi? 



- Bu gün də bu dəyişikliklər gedir: hava və külək, buzların əriməsi, 

downloaded from KitabYurdu.org




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə