Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə127/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   123   124   125   126   127   128   129   130   ...   154

383 

 

şeyin səbəbi nəsllər boyu ortalığa çıxmış kiçik dəyişikliklərdi. 



Doğrudan da, işə bir bax. 

- İndi  isə  Darvinin  təkamül  nəzəriyyəsini  bir  neçə  cümləylə 

yekunlaşdıraq. 

Buyur. 


- Yer  üzündə  təkamülün  arxasında  duran  “xammal”  yalnız 

başqalarından güclü olanlar sağ qala bildiyinə görə, eyni növlər içində 

müxtəlif fərdlərin, üstəlik, çoxlu nəsllərin daim dəyişikliklərinə səbəb 

olur.  Təkamül  “mexanizmi”,  yaxud  təkamülü  irəli  aparan  qüvvə 

yaşamaq  uğrunda  mübarizədə  ortaya  çıxan  təbii  seçmədi.  Bu  seçmə 

nəticəsində yalnız daha güclülər və ya mühitə ən yaxşı uyğunlaşanlar 

sağ qalır. 

- Bu mənə məntiqli görünür. Bəs “Növlərin mənşəyi haqda” əsərinə 

necə reaksiya verdilər? 

- Kitab  aləmi  bir-birinə  qatdı.  Kilsə  kəskinliklə  buna  qarşı  çıxdı, 

İngiltərədəki elmi çevrələr ikiyə bölündü. Bu, elə də təəccüblü deyil. 

Darvin Tanrını yaradılış hekayəsindən uzaqlaşdırmışdı. Amma bəziləri 

öz içində inkişaf imkanı daşıyan bir şey yaratmağın, kiçik fərqlər ehtiva 

edən bir çox şey yaratmaqdan daha böyük bir yaradıcı güc tələb etdiyini 

bəyan etdilər. 

Sofi birdən yerindən sıçradı: 

Ora bax! - dedi. Əliylə pəncərədən bayırı göstərirdi. Gölün sahilində 

bir qadınla kişi əl-ələ gəzirdilər. İkisi də çılpaq idi. 

Adəmlə Həvvadı, - Alberto dedi. - bir azdan onların da Qırmızıpapaq 

və  Möcüzələr  diyarındakı  Alisa  kimi  eyni  taleyi  paylaşacağı 

qaçılmazdı. Buna görə də buradadırlar. 

Sofi  pəncərənin  yanına  gedib  Adəmlə  Həvva  ağacların  arasında 

gözdən itənədək onlara baxdı. 

- Darvin insanların da heyvanlardan əmələ gəldiyini deyirdi, eləmi? 

- 1871-ci  ildə  Darvinin  “İnsanın  əmələ  gəlməsi”  adlı  kitabı  nəşr 

olundu. Bu kitabda insanlarla heyvanlar arasındakı böyük bənzərliklərə 

toxunan Darvin insanlarla meymunların ortaq mənşəyi olduğunu irəli 

sürür.  Həmin  vaxtlar  əvvəlcə  Cəbəlçılpaqariqdə,  bir  neçə  il  sonra 

downloaded from KitabYurdu.org



384 

 

Almaniyada  ilk  insan  növlərinə  aid  kəllə  sümükləri  tapılmışdı.  Ən 



maraqlısı odur ki, 1871-ci ildə bu kitabın nəşr olunması 1859-cu ildə 

“Növlərin  mənşəyinə  dair”  kitabının  yayımlanmasından  daha  az 

reaksiya  doğurdu.  İnsanların  heyvanlardan  əmələ  gəlməsi  zatən 

Darvinin bu ilk kitabında da üstüörtülü şəkildə yazılmışdı. Bayaq da 

dediyimiz  kimi,  1882-ci  ildə  vəfat  edəndə  Darvin  böyük  bir  alim, 

qəhrəman kimi hörmətlə dəfn olundu. 

Deməli, axırda dəyərini bilmişdilər. 



- Bəli.  Halbuki,  ilk  vaxtlar  ona  “İngiltərənin  ən  təhlükəli  adamı” 

deyirdilər. 

Aman, Tanrım! 



- “Ümid edək ki, dedikləri doğru deyil”, - bir kübar xanım deyirdi, 

“doğrudursa, ümid edək ki, bunu hamı eşitməz, elə dar çevrədə qalar!” 

Tanınmış bir alim də bənzər sözlər deyirdi: “Bu, insanı aşağılayan bir 

kəşfdi. Nə qədər az şey məlum olsa, o qədər yaxşıdı!” 

- Mənə  qalsa,  bu  iki  sitat  olsa-olsa,  insanın  dəvəquşuyla 

qohumluğuna yaxşı bir sübutdu. 

- Haqlısan,  amma  sonradan  demək  asandı.  İnsanlar  birdən-birə 

İncildə  danışılan  yaradılış  hekayəsinə  yenidən  nəzər  salmaq 

məcburiyyətində  qalmışdılar.  Gənc  yazıçı  Con  Ruskin  belə  deyirdi: 

“Bircə  bu  geoloqlar  məni  rahat  buraxsaydılar!  İncilin  hər  ayəsindən 

sonra qulağıma onların çəkiclərinin səsi gəlir”. 

- Çəkic səsləri Tanrının sözünə qarşı şübhənin rəmziydi, hə? 

- Çox  güman  ki,  bunu  nəzərdə  tutub.  Üstəlik,  devrilən  təkcə  bu 

yaradılış  hekayəti  deyildi.  Darvinin  nəzəriyyəsinin  əsasını  insanın 

yaradılışının  təsadüfi  dəyişikliklərlə  bağlı  olması  tezisi  təşkil  edirdi. 

Darvin insanı “yaşamaq uğrunda 

mübarizə” kimi sentimentallıqdan son dərəcə uzaq bir şeyin məhsulu 

kimi göstərirdi. 

- Darvin bu təsadüfi variasiyaların necə yarandığını demirdi? 

- Bu, Darvin nəzəriyyəsindəki ən zəif nöqtədi. Darvin irsiyyət haqda 

ümumi fikrə malik idi. Döllənmə vaxtı nə isə baş verir. Anayla atanın 

iki uşağı heç vaxt bir-birinin eyni olmur. O anda bir dəyişiklik olur. 

downloaded from KitabYurdu.org



385 

 

Amma  yepyeni  bir  şeyin  ortaya  çıxması  belə  izah  oluna  bilməzdi. 



Bundan başqa, elə bitki və heyvanlar var ki, sadəcə tumurcuqlama və 

ya  hüceyrənin  bölünməsi  yoluyla  çoxala  bilirlər.  Bu  variasiyaların, 

dəyişikliklərin  necə  yaranması  mövzusunda  Yeni  Darvinizm  adlı 

cərəyan Darvinin nəzəriyyəsini tamamladı. 

Eləmi? Necə? 



- Bütün həyatlar, bütün yaranışlar hüceyrənin bölünməsi nəticəsində 

ortaya  çıxır.  Bir  hüceyrə  ikiyə  bölünəndə  ortaya  ikisi  də  eyni  irsi 

xüsusiyyətlərə  malik  olan  iki  hüceyrə  çıxır.  Hüceyrə  bölünməsi 

adlandırdığımız şey hüceyrənin öz surətini yaratmasıdı. 

Deməli, belə... 



- Lakin bəzən bu prosesdə balaca bir  səhv olur. Ortaya  çıxan yeni 

hüceyrə  ana  hüceyrənin  tam  eyni  olmur.  Müasir  biologiyada  buna 

mutasiya deyilir. Belə mutasiyalar əhəmiyyətsiz ola bildiyi kimi, fərdin 

xüsusiyyətlərində  son  dərəcə  böyük  fərqlər  də  ortaya  çıxa  bilir. 

Təhlükəli  nəticələr  də  verə  bilən  bu  mutasiyalarda  bəzi  mutantlar 

ələnərək yox ola bilir. Bir çox xəstəliklərin səbəbi də mutasiya ilə izah 

oluna  bilər.  Lakin  bəzən  bir  mutasiya  fərdə  yaşamaq  uğrunda 

mübarizədə çox faydalı ola biləcək bir xüsusiyyət də verə bilir. 

Məsələn, uzun boy? 



- Lamark  zürafələrin  uzun  boyunlu  olmalarını  onların  yaşamaq 

uğrunda  mübarizədə  həmişə  yuxarıdakı  yeməklərə  çatmaq 

məcburiyyətində qalmalarıyla əlaqələndirirdi. Lakin Darvinizmə görə, 

bu cür xüsusiyyətlər irsi ötürüləcək xüsusiyyətlər deyildi. Zürafələrin 

uzun boylu olmalarının səbəbi təbii təyişiklikdi. Yeni Darvinizm belə 

dəyişikliklərin  ortaya  çıxmasının  səbəbini  açıqlayaraq  bu  mövzunu 

bağlayırdı. 

Və bu səbəb də mutasiya idi, eləmi? 



- Bəli.  İrsiyyətdəki  bir  sıra  təsadüfi  dəyişikliklərin  nəticəsində 

zürafələrin  bəziləri  digərlərindən  uzun  boylu  olub.  Qida  tapmaq 

məsələsində  təbii  ki,  bu,  çox  vacib  xüsusiyyət  idi.  Ən  uca  budaqlara 

uzana bilənlərin sağ qalmaq şansı o birilərindən daha çox idi. Bir sıra 

ibtidai  zürafələrin  də  torpaq  altında  yem  tapmaq  kimi  bir  xüsusiyyət 

downloaded from KitabYurdu.org




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə