Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə128/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   124   125   126   127   128   129   130   131   ...   154

386 

 

qazanmış ola biləcəyini də düşünmək olar. Yəni uzun müddətdə bir növ 



aradan qalxa və bunun yerini iki fərqli növ tuta bilər. 

Başa düşdüm. 



- İstəyirsən,  təbii  seçmənin  ortaya  çıxmasına  yaxın  vaxtlardan  bir 

neçə misal gətirim. Əslində çox sadə misaldı. 

De. 


- İngiltərədə  ağcaqayın  güvəsi  adlı  bir  kəpənək  növü  yaşayır. 

Adından  da  görünə  biləcəyi  kimi,  bu  heyvanlar  ağ  ağcaqayın 

gövdələrində  yaşayırlar.  1700-cü  illərdə  ağcaqayın  güvələrinin  çoxu 

açıq boz rəngdə idi. Səncə niyə, Sofi? 

Ac quşların onları görməsi çətin olsun deyə. 



- Ancaq  bəzən  tünd  rəngli  ağcaqayın  güvələri  də  doğulur.  Bunun 

səbəbi təsadüfi mutasiyadı. Bu tünd rəngli növlərin işi 

necə olub, səncə? 

Onları daha asan görən ac quşların yemi olublar yəqin. 



- Bəli, çünki açıq rəngli ağacların olduğu bu yerdə tünd rəngli olmaq 

yaxşı  xüsusiyyət  deyil.  Buna  görə  də  sayı  daim  artan  ağ  rəngli 

ağcaqayın  güvələri  olurdu.  Lakin  sonra  iqlimdə  dəyişiklik  oldu. 

Sənayeləşmə  zamanı  ağ  ağcaqayınların  rəngi  tündləşməyə  başladı. 

Yaxşı, onda bu güvələrin işi necə oldu? 

Yəqin onda da tünd rənglilərin şansı artıb. 



- Bəli,  bu  dəfə  də  qısa  müddətdə  tünd  rəngli  güvələrin  sayı  artdı. 

1848-ci  ildən  1948-ci  ilədək  tünd  rəngli  güvələrin  sayında  yüz  faiz 

artım  oldu.  İqlim  dəyişmiş,  açıq  rəngli  olmaq  yaşamaq  uğrunda 

mübarizədə  əlverişli  xüsusiyyət  olmaqdan  çıxmışdı.  Əksinə!  Həyatın 

ağ  “məğlubları”  ağacın  gövdəsində  görünən  kimi  kimi  quşlara  yem 

olurdular.Amma  sonra  iqlimdə  yenidən  dəyişiklik  oldu.  Fabriklərdə 

kömür yandırılması azaldı, tüstüyə nəzarət başladı, nəticədə mühit son 

on illikdə təmizləndi. 

Və ağac gövdələri yenə əvvəlki açıq rəngə döndü. 



- Belə  olanda  ağcaqayın  güvələrinin  rəngi  açılmağa  başladı. 

Uyğunlaşmaq budu. Uyğunlaşma təbiət qanunudu. 

Aydındı. 



downloaded from KitabYurdu.org


387 

 

- İnsanların  ətraf  mühitə  müdaxilə  etmələrinə  başqa  misallar  da 



çəkmək olar. 

Məsələn? 



- Məsələn,  insanlar  parazitlərlə  mübarizədə  zəhərli  maddələrdən 

istifadə  edirlər.  İlk  vaxtlar  bu,  istənilən  nəticəni  verə  bilər.  Lakin 

tarlanı,  yaxud  meyvə  bağçasını  parazit  dərmanı  ilə  dərmanlamaq 

əslində  kiçik  bir  mühit  faciəsinə  gətirə  bilər.  Daimi  mutasiyalar 

nəticəsində  dərmana  dözümlülük  gücü  artmış  parazitlər  yaranmağa 

başlayır.  Getdikcə  çoxalırlar  və  əslində  yox  edilməyə  çalışılan  bu 

parazitləri yox etmək get-gedə çətinləşir. Çünki yalnız ən güclü olanları 

həyatda qalıblar. 

Hə, çətin məsələdi. 



- Ən  azı  bu  mövzular  haqda  fikirləşməliyik.  Üstəlik,  insan  öz 

bədənindəki parazitlərlə, bakteriyalarla da mübazirə aparmağa çalışır. 

Hə, penisillindən, antibiotikdən istifadə edirik. 



- Pensilin  də  bu  balaca  canavarlar  üçün  faciədi.  Amma  biz 

bədənimizə  pensilin  verməyə  davam  etdikcə  müəyyən  bakteriyaların 

immuniteti 

möhkəmlənməyə  başlayır.  Beləliklə,  bədənimizdə 

mübarizə aparmağın getdikcə çətinləşdiyi bir qrup bakteriya yaratmış 

oluruq. Vaxt keçdikcə antibiotikin təsiri zəifləyir, getdikcə bir-birindən 

güclü antibiotiklər qəbul etməyə başlayırıq və axırda... 

- Axırda  bakteriyalar  elə  çoxalmağa  başlayırlar  ki,  ağzımızdan 

çıxmağa başlayırlar. Ya da artıq onları silahla vurmaq lazım gəlir... 

- Yox,  canım,  sən  şişirtdin.  Amma  doğru  olan  odu  ki,  müasir  tibb 

içindən  çıxmağın  çətin  olduğu  bir  iqlim  yaradıb.  Bu,  təkcə 

bakteriyaların çoxalması məsələsinə aid deyil. Əvvəllər uşaqlar bir sıra 

xəstəliklərə  boyun  əyirdilər.  Yeni  doğulan  körpələrin  yalnız  ən 

güclüləri sağ qalırdı. Müasir tibb isə bu təbii seçməni aradan qaldırdı. 

Bir  fərdin  kiçik  bir  “problemi  aşmasını  təmin  etdikcə  insan  nəslinin 

müxtəlif  xəstəliklərə  qarşı  dirənişini  azaltmış  ola  bilərik.  «İrsi 

sağlamlığı” nəzərə almamaq insan nəslinin “degenerasiyasf’na gətirə 

bilər. Yəni 

insan  nəslinin  ciddi  xəstəliklərə  qarşı  irsi  yolla  ötürülən  dirəniş  gücü 

downloaded from KitabYurdu.org




388 

 

getdikcə azala bilir. 



Bunlar ürəkaçan mövzular deyilmiş. 

- Bəli, amma əsl filosof “ürəkaçan” olsa da, olmasa da, inandığı bir 

şeyin  üstünə  getməlidi.  Mövzumuzun  ağzını  yenə  bir  yerə  yığaq, 

yekunlaşdıraq. 

Buyur. 



- Demək  olar  ki,  həyat  yalnız  qazanan  biletlərin  göründüyü  böyük 

bir lotoreyadı. 

Bu nə deməkdi? 



- Həyat mübarizəsində məğlub olanlar yox olub gedirlər. Yer üzündə 

milyonlarca ildi, çoxlu bitki və heyvan növləri arasında qalib gələnlər 

elan edilir. Məğlub olan biletlər isə yalnız bir dəfə ortaya çıxırlar. Yəni 

bu dəqiqə Yer üzündə olan bitki və heyvanlar “qalib biletlər”di. 

Çünki həmişə ən yaxşı olan sağ qalır. 



Bəli. İndi isə o bayaqkı qocanın gətirdiyi lövhəni mənə 

ver... 

Sofi  lövhəni  ona  uzatdı.  Lövhənin  bir  üzündə  Nuhun  Gəmisinin 



təsviri vardı, o biri üzündə isə müxtəlif növ heyvanların şəcərə ağacı. 

Albertonun lövhədə göstərmək istədiyi tərəf də bu idi. 

- Burada  müxtəlif  bitki  və  heyvan  növləri  təsvir  olunub.  Hər  bir 

növün hansı qrupa, sinfə aid olduğunu görə bilərsən. 

Bəli. 


- İnsanlar  və  meymunlar  primatlara,  primatlar  məməlilərə, 

məməlilər onurğalılara, onurğalılar çoxhüceyrəlilərə daxildir. 

Aristotelin təsnifatı kimi. 



- Doğrudu.  Amma  bu  rəsm  təkcə  bu  gün  hansı  heyvanların  hansı 

sinfə  aid  olduğunu  deyil,  eyni  zamanda  bizə  həyatın  inkişafını  da 

göstərir. Məsələn, burada görürük ki, quşlar bi vaxtlar sürünənlərdən, 

sürünənlər  isə  suda-quruda  yaşayanlardan,  bunlar  isə  balıqlardan 

ayrılmaqla meydana gəliblər. 

Bəli, görürəm. 



- Bir xətt ikiyə ayrılanda bu o deməkdi ki, yeni növlərlə nəticələnən 

mutasiyalar gedib. İllərlə yeni heyvan siniflərinin və 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə