Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə131/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   127   128   129   130   131   132   133   134   ...   154

395 

 

*** 



Yenidən qapı döyüldü. 

Qulaqlarımızı tıxasaq, olmaz? - Alberto soruşdu, - Bəlkə onda səsi 

eşitmərik. 

Olmaz.  Kimin  gəldiyini  bilmək  istəyirəm.  Alberto  da  Sofinin 

dalınca getdi. Qapıda çılpaq biri vardı. Çox vüqarla dayanmışdı, amma 

əynində başındakı tacdan başqa nəsə yox idi. 

Həə, - adam əl-qolunu ölçməyə başladı, - Deyin görək, Kralın yeni 

əlbisəsi necədir? 

Alberto və Sofi çaşqın-çaşqın baxırdılar. 

Bu nə deməkdi? Deyəsən təzim etmək fikrində deyilsiniz? - çılpaq 

adam qışqırdı. Alberto cəsarətini toplayıb dedi: 

Doğrudu, amma bəs siz niyə çılpaq gəzirsiniz? 

Çəlpaq  adam  ədasını  pozmadan  dayanmışdı.  Alberto  Sofinin 

qulağına pıçıldadı: 

Özünün hörmətli adam zənn eləyir. 

- Burada  gələnlərə  senzura  tətbiq  olunur?  -  bu  vaxt  çılpaq  adam 

soruşdu. 

- Xeyr. Biz ikimiz də ayığıq, ağlımız başımızdadı. Buna görə də biz 

cənab Kralı bu qiyafədə bu qapıda içəri sala bilmərik. 

Bu özündənrazı çılpaq adamın vəziyyəti Sofiyə elə gülməli göründü 

ki, özünü saxlaya bilmədi. Bu gülüş yəqin ki, çılpaq adama təsir etdi, o 

anda  əynində  paltar  olmadığını  gördü.  İki  əliylə  bədənini  gizlətməyə 

çalışaraq qaçmağa başladı. Kim bilir, bəlkə də orada Adəm və Həvva, 

Nuh, Qırmızıpapaq və Vinni Puhla rastlaşar. 

Alberto və Sofi kandarda durub gülürdülər. Axırda Alberto dedi: 

Gəl,  içəri  keçək.  İndi  sənə  Freyddən  və  onun  şüursuzluqla  bağlı 

maraqlı nəzəriyyəsindən bəhs edəcəyəm. 

Yenidən pəncərənin yanında əyləşdilər. Sofi saatına baxdı: 

- Saat  3-ün  yarısıdı.  Şənliyə  görə,  çoxlu  işim  var,  hazırlıq 

görməliyəm. 

- Mən  də.  Amma  əvvəlcə  Ziqmund  Freyd  haqda  bir  neçə  söz 

deməliyəm. 

downloaded from KitabYurdu.org



396 

 



Freyd filosof olub? 

- Ona ən azı  mədəniyyət filosofu deyə bilərik. Freyd 1856- cı ildə 

doğulmuşdu, Vyana Universitetində tibb təhsili almışdı. 

O zaman Vyana mədəni həyatın son dərəcə canlı olduğu bir 

şəhər  idi.  Freyd  həyatının  çoxunu  bu  şəhərdə  keçirmişdi.  Əvvəlcə 

tibbin nevrologiya sahəsində təhsil almışdı. XIX əsrin sonlarından XX 

əsrin  əvvəlinədək  isə  özünün  “dərinlik  psixologiyası”,  yaxud 

“psixoanaliz” deyilən metodunu inkişaf etdirdi. 

Nə deməkdi bu söz? 



- “Psixoanaliz” termini həm insanın ümumi ruhi vəziyyətinin təsviri, 

həm də əsəb və ruhi xəstəliklərinin müalicəsində istifadə olunan üsul 

mənasında  işlənir.  Mən  burada  nə  Freydin  şəxsiyyəti,  nə  də  onun 

metodunu  tam  təsvir  edəcəyəm.  Lakin  bir  insanı  başa  düşmək  üçün 

Freydin şüuraltıyla bağlı baxışlarını mütləq bilməlisən. 

Çox maraqlı gəldi. Danış! 



- Freyd  insanın  özü  ilə  ətraf  mühiti  arasında  daim  bir  gərginlik 

olduğunu düşünür. İnsanın öz istək və ehtiyacları ilə onun mühitinin, 

cəmiyyətin  istək  və  ehtiyacları  daim  münaqişədədi.  Freydin  insan 

davranışlarının  kökündə  duran  səbəbləri  kəşf  etdiyini  desək, 

yanılmarıq. Bu onu XIX əsrdə çox məşhur olan Naturalizm cərəyanının 

rəmzinə çevirmişdi. 

- İnsanların  davranışlarının  kökündə  duran  səbəblər  deyəndə  nəyi 

nəzərdə tutursan? 

- Davranışlarınızı müəyyən edən şey təkcə ağlımız, şüurumuz deyil. 

İnsanlar XVIII əsr rasionalistlərinin inanıb inandırmaq istədikləri qədər 

rasional varlıqlar deyillər. Fikirlərimizi, yuxularımızı, davranışlarımızı 

çox vaxt heç də məntiqli olmayan bir sıra irrasional impulslar müəyyən 

edir. Belə irrasional impulslar içimizdə hiss etdiyimiz bir sıra istəklərin, 

yaxud  ehtiyacların  ifadəsi  ola  bilər.  Məsələn,  böyük  insanın  cinsi 

ehtiyacı uşaqların süd əmmək instinkti qədər ilkin ehtiyacdı. 

-Aha? 


- Bu, öz-özlüyündə yeni kəşf olmaya bilər. Amma Freyd bu cür ilkin 

ehtiyacların  “cildini”,  “formasım”  dəyişdirərək,  sublimasiya  edərək, 

downloaded from KitabYurdu.org



397 

 

özümüzdən  xəbərsiz  davranışlarımızı  müəyyən  etdiyini  də  deyir. 



Bundan başqa, balaca uşaqların da cinsi ehtiyacları olduğunu deyirdi 

ki,  “uşaq  cinsəlliyinə”  dair  bu  iddiaya  Vyanadakı  nüfuzlu  orta  sinif 

nümayəndələri kəskin 

reaksiya vermişdi. Bu, Freydin pis ad çıxarmasına səbəb olmuşdu. 

- Təəccüblənmirəm. 

- Həmin dövr cinsi mövzuların tabu sayıldığı “Viktorian dövrü” idi. 

Freyd ilk dəfə uşaqların cinsəlliyindən psixoterapiya ilə praktik məşğul 

olduğu  vaxtda  xəbər  tutmuşdu.  Yəni  onun  irəli  sürdüyü  tezislərin 

empirik  əsası  vardı.  Nevroz  və  digər  əsəb  xəstəliklərinin  səbəbinin 

uşaqlıqda  yaşanmış  bir  sıra  münaqişələr  olduğunu  görmüşdü.  Freyd 

tədricən  “ruhun  arxeologiyası”  adlandıra  biləcəyimiz  bir  müalicə 

üsulunu inkişaf etdirdi. 

- Bu nə deməkdi? 

- Arxeoloqun  işi  müxtəlif  mədəni  dövrləri  araşdıraraq  uzaq 

keçmişdən izlər tapmaqdı. Arxeoloq məsələn, XVIII əsrdən bir bıçaq 

tapır. Sonra torpağın bir az da dərin qatlarına keçir, XIV əsrdən qalma 

daraq tapır. Sonra da V əsrdən qalma bir qab... 

-Aha? 


- Eynilə,  psixoanalizçi  də  pasientinin  köməyilə  axırda  psixoloji 

xəstəliyə gətirib çıxarmış, pasientin keçmişdə yaşadığı 

və  şüuraltında  yatan  səbəbləri  gün  işığına  çıxarmağa  çalışır.  Çünki 

Freydə görə, bütün yaşadıqlarımız əslində şüuraltımızda yığılır. 

Aydındı. 



- Psixoanalizçi  pasientin  uzun  illər  unutmağa  çalışdığı,  amma 

əslində  həmişə  mövcud  olan  və  o  insana  həmişə  mane  olan  pis  bir 

xatirəni tapıb çıxara bilir. Belə bir “travmam” şüurun üzünə çıxararaq 

pasienti bununla üzləşdirəndə o, artıq bu “məsələni həll etmiş” olur və 

yaxşılaşır. 

Məntiqli səslənir. 



- Amma mən bir az qabağa qaçdım. Əvvəlcə Freydin insan ruhunu 

necə təsvir etdiyinə baxaq. Heç yaxından balaca uşaq görmüsənmi? 

Dörd yaşlı bir xalam oğlu var. 



downloaded from KitabYurdu.org


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə