Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə132/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   128   129   130   131   132   133   134   135   ...   154

398 

 

- Biz  dünyaya  gələndə  fiziki  və  ruhi  ehtiyaclarımızı  birbaşa  və 



utanmadan  həyata  keçiririk.  Süd  verilməyəndə,  altımızı  isladanda 

ağlayırıq.  Fiziki  yaxınlıq  və  isinmək  istədiyimizi  hərəkətlərimizlə 

bildiririk.  Freyd  bu  “həzz  prinsipini”  “O”  (İD)  adlandırır.  Biz  uşaq 

olanda yalnız “0”yuq. 

Çox maraqlıdı. 



- “0”nu, yaxud bu həzz prinsipini böyüyənə qədər və ömrümüz boyu 

özümüzdə saxlayırıq. Lakin vaxt keçdikcə istəklərimizi tənzimləməyi 

və  ətraf  mühitə  uyğunlaşdırmağı  öyrənirik.  Zaman  keçdikcə  həzz 

prinsipi öz yerini reallıq prinsipinə verməyə başlayır. Freydin sözlərilə 

desək, bu tənzimləyici funksiyanı həyata keçirən bir mən (ego) inkişaf 

etdiririk. Bir şeyi nə qədər çox istəsək də, ona nə qədər çox ehtiyacımız 

olsa da, onu bizə verənə qədər oturub ağlamırıq. 

Elədi. 



Böyüyəndən  sonra  biz  hər  hansı  bir  şeyi  çox  güclü  şəkildə  istəyə 

bilərik,  lakin  ətrafımızdakılar  onu  bizə  verməyə  bilər.  Onda  biz  öz 

istəklərimizə  qarşı  gedir,  onları  itələyir,  özümüzdən  uzaqlaşdırır, 

unutmağa çalışırıq. 

Hə. 


- Freyd  insan  ruhunda  üçüncü  bir  amil  olduğunu  da  bildirir.  Uşaq 

yaşlarından  daim  ata-anamızın  və  ətrafımızdakı  insanların  əxlaq 

qanunlarıyla qarşılaşırıq. Nəyisə səhv edəndə 

ata-anamız  “Belə  eləmə!”,  yaxud  “Ayıbdı,  ayıbdı,  bu  pis  şeydi!” 

deyirlər. Böyüyəndən sonra da əxlaqi tələblər və hökmlər davam edir. 

Ətrafımızın əxlaqi quralları bizim bir parçamıza çevrilir. Freyd bunu 

şüurüstü (superego) adlandırır. 

Bu vicdan sözünün sinonimidi? 



- Vicdan şüurüstünün tərkib hissələrindən yalnız biridi. Freydə görə, 

şüurüstü  insanın  həm  erotik,  cinsi  istəkləri  olanda,  həm  də 

ümumiyyətlə,  “pis”,  “uyğunsuz”  bir  şey  istəyəndə  hərəkətə  keçir. 

Bayaq dediyim kimi, Freyd belə “uyğunsuz, ayıb” istəklərin içimizdə 

hələ uşaqlığın ilk mərhələlərindən etibarən özünü göstərdiyini deyir. 

Necə? 



downloaded from KitabYurdu.org


399 

 

- Bu gün balaca uşaqların öz cinsi orqanlarıyla oynadıqlarını bilirik. 



Biz bunu hərhansı çimərlikdə müşahidə edə bilərik. Freydin vaxtında 

belə  bir  şey  olanda  iki-üç  yaşlı  uşağın  əlinə  vurur  və  “Ayıbdı!  Belə 

eləmək  olmaz!”,  yaxud  “Əlini  çək  ordan!”  kimi  sözlərlə  üstünə 

qışqırırdılar. 

Axmaqlığa bax! 



- Beləliklə,  insanda  cinsi  orqan  və  cinsiyyətlə  əlaqəli  bütün 

məsələlərdə  günah  hissi  inkişaf  etməyə  başlayır.  Bu  günah  hissi 

şüurüstündə yerləşdiyinə görə, Freydə görə, bir çox insanlar, insanların 

əksəriyyəti ömür boyu cinsi mövzularda günah hissi daşıyırlar. Digər 

tərəfdən, Freydə görə, cinsi istəklər insan üçün təbii və həyati istəklər 

və  ehtiyaclardı.  Və  beləcə,  əziz  Sofi,  istəklərlə  günah  arasında  ömür 

boyu münaqişə yaşanır. 

- Bu  münaqişə  Freydin  yaşadığı  vaxtla  müqayisədə  indi  ölməyib, 

səncə? 

- Çox  güman  ki,  elədi.  Lakin  Freydin  neçə-neçə  pasienti  bu 



münaqişəyə elə güclü məruz qalırdılar ki, Freydin nevroz adlandırdığı 

vəziyyətə  gəlirdilər.  Məsələn,  Freydin  qadın  pasientlərindən  biri  öz 

bacısının ərinə gizli aşiq olmuşdu. 

Bacısı  xəstələnib  öləndən  sonra  “artıq  mən  ona  ərə  gedə  bilərəm” 

düşünürmüş.  Amma  bu  fikir  onun  şüurüstü  ilə  uyğun  gəlmirdi. 

Nəticədə onun daxilində elə bir münaqişəı yaranır ki, qadın bu fikrini 

qətiyyətlə  özündən  uzaqlaşdırmağa  çalışır.  Və  bu  fikir  onun 

şüuraltısına enir. Freyd yazır: “Bu qız xəstə idi

ciddi isterik vəziyyətlərə düşürdü. Mən müalicəyə başlayanda bacısının 

ölüm  yatağında  qızda  yaranan  ikrahdoğuran,  eqoist  fikirləri 

xatırlamadığını görmüşdüm. Amma analiz zamanı qız bunları yenidən 

xatırladı, həmin duyğuları patogen anda yenidən yaşadı, bundan sonra 

sağaldı”. 

- Aha,  “ruh  arxeologiyası”  deyərkən  nəyi  nəzərdə  tutduğunu  başa 

düşdüm. 

- İndi  insan  psixologiyasına  ümumi  tərif  verə  bilərik.  Bir  çox 

pasientlə  yaşadığı  təcrübələrdən  sonra  Freyd  şüurun  insan  ruhunun 

downloaded from KitabYurdu.org




400 

 

yalnız çox kiçik bir hissəsi olması qənaətinə gəldi. 



Şüur aysberqin yalnız görünən hissəsidi. Suyun altında, - şüurun altında 

“şüuraltı”, yaxud şüursuzluq qatı var. 

- Şüuraltı 

həmişə 


içimizdə 

olan, 


amma 

unutduğumuz, 

xatırlamadığımız şeylərdi, eləmi? 

- Yaşadığımız  hər  bir  olayı  daim  şüurumuzda  saxlaya  bilmərik. 

Əvvəllər  düşündüyümüz,  yaxud  yaşadığımız,  “beynimizi  bir  az 

qurdalasaq”  yadımıza  düşəcək  şeylərə  Freyd  “şüuröncəsi”  şeylər 

deyirdi.  “Şüuraltı”  sözünü  isə  özümüzdən  uzaqlaşdırdığımız  şeylər 

haqda işlədirdi. Bunlar bizim “xoş 

olmadığına”,  “ayıb  olduğuna”,  “uyğun  olmadığına”  görə,  bir  vaxtlar 

unutmağa  çalışdığımız  şeylərdi.  Şüurumuz,  yaxud  şüurüstümüz 

xoşlamadığı  istək  və  arzularımızı  bir  alt  pilləyə  itələyir.  Qaçaq,  qoy 

orada qalsınlar! 

Aydın oldu. 



- Bu mexanizm bütün sağlam insanlarda işləyir. Lakin bəzi insanlar 

üçün  xoş  olmayan,  yaxud  yasaq  fikirləri  şüurdan  uzaqlaşdırmaq  elə 

gərgin  keçə  bilər  ki,  axırda  insanda  ruhi-  əsəb  xəstəliklərinə  gətirib 

çıxara bilər. Çünki bu cür uzaqlaşdırılan fikirlər yenidən yuxarı, şüura 

çıxmağa  çalışır.  Bəzi  insanlar  üçün  belə  impulsları  şüurun  tənqidi 

nəzarəti altında saxlamaq, özündən uzaqlaşdırmağa, repressiya etməyə 

çalışmaq çox böyük əziyyət tələb edir. Freyd 1909-cu ildə psixoanaliz 

haqda  mühazirələr  oxumaq  üçün  ABŞ-a  gedəndə  bu  repressiya 

mexanizminin necə işləməsinə dair bir misal çəkib. 

Nə misal idi o? 



- Freyd  demişdi:  “Təsəvvür  edin  ki,  bu  auditoriyada  insanlara 

narahatlıq verən hərəkətlər edən, elə hey gülən, 

danışan, ayaqlarını yerə vuraraq mənim fikrimi dərsdən yayındıran bir 

adam var. Bu zaman mən belə şəraitdə dərsə davam edə bilməyəcəyimi 

deyirəm  və  auditoriyadan  bir  neçə  güclü  adam  ayağa  qalxır,  bu 

narahatlıq  yaradan  şəxsi  bir  az  dirəniş  göstərəndən  sonra  dəhlizə 

çıxarırlar. İndi o, repressiya edilib və mən dərsə davam edə bilərəm. Bu 

adamın  yenidən  içəri  girərək  dərsi  pozmaması  üçün  mənim  arzumu 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə