Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə125/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   121   122   123   124   125   126   127   128   ...   154

377 

 

zəlzələ, torpaq sürüşməsi. Su daşı deşir, amma ani bir qüvvətlə deyil, 



damcı-damcı, yavaş-yavaş. Layelə görə, bu kiçik, tədrici dəyişikliklər 

çox uzun bir zaman müddəti içində bütün təbiəti dəyişdirə bilər. Təkcə 

bu  fikir  Darvinin  And  dağlarının  başında  tapdığı  heyvan  qalıqlarını 

izah etməyə bəs 

etmir,  amma  kiçik  və  tədrici  dəyişikliklərin  bir  müddətdən  sonra 

dramatik  dəyişikliklərə  gətirib  çıxarması  fikrini  Darvin  bir  an  da 

unutmayıb. 

- Məncə, heyvanların təkamülü məsələsində də belə düşünürmüş. 

- Bəli,  elədi.  Amma  bayaq  dediyim  kimi,  Darvin  ehtiyatlı,  tədbirli 

insan idi. Özünə cavabını bilmədiyi bir çox suallar verirdi. Bu mənada 

o da özündən əvvəlki əsl filosofların metodundan istifadə edirdi: Əsas 

sual verməkdi, cavab verməyə isə tələsməməli. 

Aydındı. 



- Layelin nəzəriyyəsində əsas amil Yerin yaşı məsələsi idi. Darvinin 

vaxtında  bir  çoxları  Tanrının  Yeri  yaratmasından  6000  il  keçdiyini 

düşünürdülər. Bu rəqəmə Adəm və Həvvadan bu yana yaşamış nəslləri 

saymaqla gəlib çıxırdılar. 

Nə sadəlövh olublar! 



- İndi belə deməyə nə var ki. Darvin isə ehtimal edirdi ki, Yerin 300 

milyon  il  yaşı  var.  Çünki  həm  Layelin  mərhələli  geoloji  təkamül 

nəzəriyyəsi, həm də Darvinin öz təkamül 

nəzəriyyəsinin  mənalı  olması  üçün  dünyanın  yaradılışından  bu  yana 

çox uzun zaman keçmiş olması lazım idi. 

Bəs əslində Yerin neçə yaşı var? 



Bu gün Yer üzünün 4,6 milyard yaşı olduğunu bilirik. 

Uy da! 


- İndiyə  qədər  Darvinin  bioloji  təkamülə  dair  irəli  sürdüyü 

dəlillərdən biri haqda danışdıq. Bu dəlil müxtəlif qaya qatlarında rast 

gəlinən,  lay-lay  yığılmış  qalıqlardı.  Darvinin  irəli  sürdüyü  başqa  bir 

dəlil isə növlərin coğrafi cəhətdən yayılması idi. Bu məsələdə Darvinin 

özünün  topladığı  zəngin  materialın  böyük  faydası  olmuşdu.  Fərqli 

heyvan  növlərinin  bütün  bölgələrdə  təxminən  eyni  olduğunu  öz 

downloaded from KitabYurdu.org



378 

 

gözlərilə  görmüşdü.  Ekvadorun  qərbindəki  Qalapaqos  adalarında 



qəribə müşahidələri olmuşdu. 

Danış, danış! 



- Bunlar bir-birinə çox yaxın vulkanik adalar toplusu idi. Buna görə 

də onların bitki və heyvanlar aləmi bir-birindən çox da fərqlənmirdilər. 

Ancaq  Darvini  maraqlandıran  da  elə  bu  çox  olmayan  fərqlər  idi. 

Adaların hamısında iri tısbağalar yaşayırdı, 

bu tısbağaların adadan-adaya kiçik fərqləri var idi. Tanrı bu adaların 

hər biri üçün başqa cür tısbağanı yaratmışdı? 

Məncə, belə ola bilməz. 



- Bundan  da  vacibi,  Darvinin  həmin  adaların  quşlarına  dair 

müşahidələri  idi.  Bu  adalarda  alacəhrə  quşlarının  dimdikləri  bir- 

birindən  fərqlənirdi.  Darvin  bu  fərqləri  quşların  müxtəlif  adalarda 

qidalanmasından qaynaqlandığını irəli sürürdü. İti dimdikli alacəhrələr 

qoza,  yastı  dimdikli  alacəhrələr  böcək,  ağac  alacəhrələri  isə 

budaqlardakı həşəratları yeməklə qidalanırdılar. Hər bir alacəhrə növü 

öz  qidalanma  şərtlərinə  ən  uyğun  dimdiyə  malik  idi.  Bütün  bu 

alacəhrələr eyni bir alacəhrə növündən törəmiş ola bilərdilərmi? İllər 

keçdikcə bu quşların fərqli adalardakı həyata uyğunlaşması ilə onlardan 

yeni növlər törəyə bilərdimi? 

Darvin də yəqin bu nəticəyə gəlib... 



- Bəli,  Darvinin  Qalapaqos  adalarında  “Darvinçi”  olduğunu  da 

demək  olar.  Darvin  bu  kiçik  adalar  birliyində  rast  gəldiyi  heyvan 

növlərini bundan əvvəl Cənubi Amerikada da görmüşdü. Tanrı bütün 

bu heyvanları bir-birindən bir qədər 

fərqli  yaratmışdı,  yoxsa  bu  növlər  zaman  keçdikcə  təkamülə 

uğramışdılar?  Darvin  növlərin  dəyişməz  olmasından  getdikcə 

şübhələnməyə başlayırdı. Lakin təkamülün necə baş vermiş olmasına 

hələ ki, bir izah verə bilmirdi. Darvinin Yer üzündəki bütün növlərin 

bir-birilə qohum olmasına dair də dəlili var idi. 

Eləmi? 



- Bu,  məməli  heyvanlarda  rüşeymin  əmələ  gəlməsi  idi.  İlk 

mərhələsində  it,  yarasa,  dovşan  və  ya  insan  rüşeymində  heç  bir  fərq 

downloaded from KitabYurdu.org



379 

 

olmur. Sonrakı mərhələlərdə insan rüşeymi ilə dovşan rüşeymini bir-



birindən  fərqləndirmək  mümkün  olur.  Bu,  hamımızın  uzaq  qohum 

olmasına sübut deyilmi? 

- Amma hələ təkamülün necə baş verdiyini açıqlaya bilmirdi, hə? 

- Darvin  Layelin  kiçik  dəyişikliklərin  uzun  müddət  sonra  böyük 

dəyişikliklərə  gətirib  çıxarması  nəzəriyyəsi  haqda  çox  düşünürdü. 

Lakin  bunun  təkamül  qanunu  kimi  necə  həyata  keçməsini  açıqlaya 

bilmirdi.  Fransız  zooloq  Lamarkın  nəzəriyyəsindən  də  xəbərdar  idi. 

Lamark  fərqli  növlərin  orqanlarının  sonradan  inkişaf  etmiş  olduğunu 

irəli sürürdü. 

Məsələn,  zürafələrin  uzun  boylu  olmalarının  səbəbi  bir  çox  nəsllər 

boyu ağaclardakı yarpaqlara uzanmaq məcburiyyətində qalmaları olub. 

Yəni Lamark bir canlının çalışaraq qazandığı bir xüsusiyyətin irsi yolla 

özündən  sonrakı  nəsllərə  ötürüldüyünü  bildirirdi.  Lakin  Darvin  bu 

“qazanılmış  xüsusiyyətlərin”  irsi  olması  nəzəriyyəsini  rədd  edirdi. 

Çünki  Lamark  bu  tezisinə  elmi  sübut  gətirə  bilmirdi.  Darvini  daim 

məşğul edən bir başqa fikir idi. Növlərin təkamülünün arxasında yatan 

sistem artıq onun bir addımlığında idi... 

Səbrsizliklə gözləyirəm. 



- Amma mən istəyirəm ki, bu sistemi sən tapasan. Buna görə də sual 

verirəm: Üç inəyin və bunlardan yalnız ikisinə bəs edəcək qədər yemin 

olsaydı, nə edərdin? 

İnəklərin birini kəsərdim... 



Əla. Yaxşı, bəs hansını kəsərdin? 

Ən az süd verənini. 



Eləmi? 


Səncə, bu, ağıllı hərəkət olmazdı? 

- Elədir,  insanlar  min  illərdi  ki,  belə  edirlər.  Amma  bu  inəkdən 

qurtulmaq  elə  asan  deyil!  Buzov  olsun  deyə,  bu  iki  inəkdən  hansını 

dölləyərdin? 

- Ən  çox  süd  verənini.  Beləcə,  buzov  da  böyüyəndə  çox  südverən 

inək olardı. 

- Deməli,  yaxşı  süd  verən  inəyi  seçirsən...  Yaxşı,  bəs  iki  ov  itin 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə