Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə24/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   20   21   22   23   24   25   26   27   ...   175

53 

 

oymaqlardan meydana gəlirdi. Eyni dili, tarixi, mədəniyyəti və inancı paylaĢırdılar. 



Bu  və  buna  bənzər  bir  çox  ortaq  dəyərlər  səbəbindən  Anadolu  ilə  Azərbaycan 

türkləri arasındakı münasibət ortaq coğrafiyanın da təsiri ilə digər türk ellərinə görə 

daha da inkiĢaf etmiĢdi. 

1900-cü  illərin  əvvəllərində  türklərin  yaĢadığı  ölkələr  arasında  yalnız 

Osmanlı  dövləti  müstəqil  idi.  Kazan,  Krım,  Orta  Asiya,  Sibir  və  Qafqazdakı  türk 

elləri isə çar idarəçiliyindəki Rusiya imperatorluğunun pəncəsi altındaydı. 

Ġsmayıl  Qaspıralının  "dildə,  fikirdə,  işdə  birlik"  və  azərbaycanlı  Əli  bəy 

Hüseynzadə  və  Ziya  Göyalpın  "türkləşmək,  islamlaşmaq,  müasirləşmək" 

Ģəklində  vurğuladıqları  fikirləri  türk  dünyasında  və  əlbəttə,  Osmanlı  ziyalıları 

arasında  sürətlə  yayıldı  və  tərəfdar  topladı.  Bu  görüĢlər  türk  xalqlarının  milli 

gücləri  arasında  ortaq  bir  məqsəd  halına  gəldi.  Bu  düĢüncələr  sayəsində  türk 

dünyasındakı  müstəqillik  fikri  inkiĢaf  etdi,  bölgələrin  özünəxas  milli  cərəyanları 

gücləndi,  sistematik  hala  gəldi,  daha  sonra  əlaqələr  quruldu  və  çıxıĢ  yolları 

axtarılmağa baĢlandı. 

Türklərin tarix səhnəsinə çıxdığı keçmiĢ çağlardan günümüzə qədər davam 

edən bir həqiqət vardır: 



"Oğuz  türklərinin  dövləti  güclü  və  qüvvətli  olduğu  dövrlərdə  digər  türk 

elləri  ilə  o  biri  müsəlman  qövmləri  rahatlıq,  dinclik  və  ədalət  içində 

yaşamışdılar". 

Bu  gerçəyin  fərqində  olan  azərbaycanlı  ziyalılar  1912-13-cü  illərdə 

Türkiyədə  baĢlayan  Balkan  müharibəsində  soydaĢlarını  yalnız  qoymadılar. 

Azərbaycanda Müsavat Partiyası bir bildiriĢ yayaraq, dünyadakı bütün türkləri və 

müsəlmanları Osmanlı dövlətinə yardım etməyə çağırdı.  

BildiriĢi bu Ģəkildə xülasə edə bilərik: 

"DindaĢlar,  bilin  ki,  tək  ümidimiz  və  qurtuluĢumuz  Türkiyənin  istiqlalını 

qoruması, yüksəlməsi və inkiĢaf etməsindədir. Əgər keçmiĢdəki laqeyidliyimizdən, 

nəyiməlazımlığımızdan  indi  də  vaz  keçməsək,  dünyanın  gözü  önündə  haqq  və 

hüququmuzu  qoruya  bilmərik.  Dinimizi  və  milliyyətimizi  itirərik.  Bunun 

nəticəsində  əsir  olacağımızdan  heç  kimin  Ģübhəsi  olmasın.  Balkan  hərbinin 

arxasında  ruslar  durur.  Əsl  hədəfləri  də  türk  əsgərini  yox  edib,  türk  dövlətini 

yıxmaq və əsir etməkdir". 

Azərbaycan  Müsavat  Partiyası  liderləri  rus  imperializmi  altında  inləyən 

bütün türk ellərini və Ġslam dünyasını Osmanlı ordusunun qurtaracağına inanır və 

bunun 


üçün  dəstəklənməsini  istəyirdilər.  Osmanlının  mənəvi  tərəfdən 

dəstəklənməsi ilə bərabər, Azərbaycan türkləri maddi yardımlar da göstərmiĢdilər. 

Hacı  Zeynalabdin  Tağıyev  baĢda  olmaqla,  Azərbaycanın  baĢqa  önəmli  zəngin 

adamları,  Balkan  hərbində  Osmanlı  dövlətinə  qızıl  və  pul  göndərmiĢdilər. 

Azərbaycanlı  vətənsevərlər  bu  yardımı  yalnız  qardaĢlığın  bir  niĢanəsi  olaraq 



54 

 

etmiĢdilər.  Azərbaycan  türkləri  Birinci  Dünya  müharibəsində  də  Türkiyənin 



köməyinə  çatmıĢdılar.  Çanaqqala  savaĢlarına  qatılan  azərbaycanlı  türklər  digər 

qardaĢları ilə birlikdə qəhrəmanlıqla vuruĢmuĢ və Ģəhid olmuĢdular. 

Ġstər  Balkan  hərbi,  istərsə  də  Birinci  Dünya  müharibəsində  Qafqazda 

yaĢayan türklərin Anadoluya yardım göstərmələri o qədər də asan deyildi. Osmanlı 

dövlətinin  bölgədəki  ən  böyük  rəqibi  Rusiya  idi  və  Türkiyə  Rusiya  ilə  savaĢ 

vəziyyətindəydi.  Azərbaycan  isə  Rusiyanın  iĢğalı  altında  idi.  Rus  hərbi 

qüvvələrinin  erməni  ağırlıqlı  polis  və  jandarma  gücü  bölgədəki  türkçülük  və 

müstəqillik  cərəyanını  çox  yaxından  təqib  edir  və  xalqa  qarĢı  böyük  bir  basqı 

rejimi tətbiq edirdi. Bu ağır Ģərtlərdə Qafqazdan Türkiyəyə göstəriləcək  yardımlar 

böyük  bir  təhdid  altındaydı.  Azərbaycan  türkləri  buna  rəğmən  Osmanlı  dövlətinə 

çətin Ģərtlərdə maddi və mənəvi yardımları davam etdirirdilər. 

Qafqaz  cəbhəsində  ruslara  əsir  düĢən  türk  əsgərləri  Xəzər  dənizində  Bakı 

açıqlarındakı  Nargin  adasına,  ya  da  dəmir  yolu  ilə  Gəncə  üzərindən  Sibirə 

göndərilirdilər.

46

  Əsirlər  Rusiyanın  içərisinə  qatarla  daĢınarkən,  yaralı  olanlardan 



bəziləri  yolda  həyatını  itirirdi.  Vəfat  edən  türk  əsgərlərinin  cənazələri  qatarlardan 

endirildikən  sonra  azərbaycanlı  qardaĢları  tərəfindən  götürülərək  müsəlman 

məzarlıqlarında  torpağa  verilirdi.  Azərbaycan  türkləri  həyatını  itirən  bu  əsir 

qardaĢlarını dəfn etmək, yaralı və xəstələrə yardım etmək üçün bir gizli cəmiyyət 

qurmuĢdular və buna da "Gənclik cəmiyyəti" adını vermiĢdilər. 

Gəncə  Milli  Komitəsinin  qərarı  ilə  1918-ci  ildə  Ġstanbula  gedərək, 

Türkiyənin Azərbaycana hərbi və siyasi yardım etməsini istəyən heyətdə yer alan 

Nağı ġeyxzamanlı xatirəsində bu haqda belə yazmıĢdır: 

"Gəncədəki  təĢkilatımız  qatarlardan  endirilən  türk  əsirlərinə  aid  cənazələri 

alıb  torpağa  vermək  üçün  bir  növbətçilik  təĢkil  etmiĢdi.  Yenə  bir  gün  vağzaldan 

keçən  bir  qatardan  dörd  Ģəhidin  endirildiyini  xəbər aldıq.  ġəhidlərimizə  qarĢı  son 

vəzifəmizi  yerinə  yetirmək  üçün  dərhal  toplanıb  bir  mərasim  təĢkil  etdik.  Göz 

yaĢları  içində  söylənən  nitqlərdən  sonra  onları  əbədi  məkanlarına  tapĢırdıq. 

Anadoluda  doğulan qəhrəman  türk əsgərləri  türklük  uğrunda  vuruĢaraq  Ģəhid olur 

və yenə bir türk torpağı olan Azərbaycanda torpağa verilirdi". 

Nağı  ġeyxzamanlının  verdiyi  məlumata  görə,  Gəncə  və  ətrafında  yaĢayan 

bütün  türklər  Osmanlı  müharibə  əsirlərinə  yardım  edə  bilmək  üçün  yarıĢırdılar. 

Əsirlərə su, yemək, yol azuqəsi, ərzaq hazırlayır, tapa bildikləri dərmanı verirdilər. 

Əllərindən  heç  bir  Ģey  gəlməyənlər  isə  əsirlərlə  söhbət  edib,  onlara  təskinlik 

verməyə çalıĢırdılar. Böyükdən kiçiyə bütün Gəncə xalqı türk əsgərlərinə türkçülük 

yolunda mücadilə aparan qəhrəmanlar gözü ilə baxırdılar. Əsir və xəstələrin sağlıq 

və azadlıqlarına qovuĢaraq, yenidən vətənin xidmətində olacaqlarına dair söhbətlər 

edirdilər.  Bu  yardımlar  Gəncə  və  ətrafında  bir  ümumxalq  səfərbərliyinə 

çevrilmiĢdi.

47  



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə