5
dəfə cahan dövləti qurmuĢ olan adil və qəhrəman bir millətin övladları idi. Millətin
yaddaĢını təzələyərək yeni bir cahan dövlətini qurmaq üçün yola çıxmıĢdılar.
Çar Rusiyası Birinci Dünya müharibəsində çöküncə Osmanlı dövlətini idarə
edən Ġttihad və Tərəqqi Partiyasının üzvləri türk ellərində yaĢayan soydaĢları ilə
birləĢməyə qərar verdilər. Böyük Turan ideyası yolunda yeni bir cahan dövləti
qurmaq üçün yola çıxanların öncülləri Qafqaza doğru hərəkət etdilər. Fəqət belə bir
uğurlu yola çıxanların baĢına yetərincə müharibə təcrübəsi olmayan gənc bir
yarbayın (yarbay: podpolkovnik) gətirilməsi strateji və taktiki bir xəta idi. Bu
yanlıĢ qərar Nuru PaĢanı və onun qəhrəman silahdaĢları ilə verdikləri uğurlu
mücadiləni, qazanılan uğuru əsla kiçiltməz. Ancaq hərbi toplantıda edilən xəta
bütün müharibə boyu davam etmiĢ və Mehmetçik (Mehmetçik: Türk əsgəri) nə
Ġrana, nə Turana, nə də Sibirə çata bilməmiĢdir.
Türk Qafqaz Ġslam Ordusu 1918-ci ildə ġimali Azərbaycana girərək
bugünkü Azərbaycan və Dağıstan respublikalarının təməlini qoydu. Bu iki dost və
qardaĢ dövlətdən biri olan Dağıstan Muxtar Respublikası, Rusiya Federasiyasının
tərkibindədir. Azərbaycan isə bu gün azad və müstəqildir. Bu iki dövlət bu gün
dünyada "dövlət" olaraq qəbul edilir və tanınırsa, bu, ən ziyadə 1918-ci ildə böyük
qəhrəmanlıqlar göstərən Türk Qafqaz Ġslam Ordusunun xidmətidir.
Türk Qafqaz Ġslam Ordusunun 1918-ci ildəki fəaliyyəti Türkiyədə kifayət
qədər araĢdırılmamıĢdır. Bəlli dairələr xaricində bu haqda lazımi qədər ictimai
rəyin olduğunu da söyləmək olmaz. Bunun baĢlıca səbəbi: Mudros barıĢığı
imzalandığı və Ġttihad və Tərəqqi Partiyası liderlərinin vətəndən kənara çıxmaq
məcburiyyətində qaldığı bir dövrdə, əlbəttə, Qafqazlarda əldə edilən
müvəffəqiyyətlərin yetərincə dilə gətirilməsi gözlənə bilməzdi. Belə də oldu.
Qəhrəman Mehmetçiyin uğuru Azərbaycan və Dağıstanda da lazımi qədər
araĢdırılmadı. Çünki bu dövlətlər qısa müddətdən sonra bolĢevik Rusiyasının
iĢğalına məruz qalaraq onun hakimiyyəti altına girdilər. Ġmperialist və
müstəmləkəçi bir rejimdən özünə qarĢı müvəffəqiyyətlə aparılan milli mücadiləni
tərifləməsi, ya da tərəfsiz insanların araĢdırmasına izin verməsi də gözlənə bilməz.
Rusiya da belə münasibət göstərdi və türk əsgərini hər fürsətdə pislədi, həqiqəti
ört-basdır etdi, insanları susdurdu.
Bu araĢdırmada türk hərbi qaynaqlarını və hadisəyə Ģəxsən qatılanların
görüĢlərini yetərincə incələdiyimizə və dəyərləndirdiyimizə inanırıq. Fəqət
Azərbaycan və Dağıstan dövlətləri həm öz ölkələrindəki və həm də Moskva və
digər yerlərdəki arxiv sənədlərini, rəsmi hesabatları və informasiya məlumatlarını
cəmiyyətə açıqlamamıĢdılar. Rəsmi arxiv sənədlərinin tədqiqatçılara açılması və
ictimai rəylə paylaĢılması halında Rusiya ilə Dağıstan baxımından 1918-ci ildəki
hadisələrin üstündəki sirr pərdəsi götürüləcəkdir.
6
Azərbaycan müstəqillik qazanandan sonra Qızıl Ordunun, marksist-
bolĢeviklərin və Sovet Ġttifaqı rəhbərlərinin təxribatından qurtula bilən Ģəhid
məzarlarını Qəhrəman Türk Silahlı Qüvvələri bölgədəki türklərin köməyi ilə
yenidən bərpa etdi və bir abidə qurulmasını təmin etdi. Bu çalıĢmalar son dərəcə
önəmlidir. Buna rəhbərlik edənlərin hörmətlə alqıĢlanması və bu iĢdə göstərdikləri
səylərinə görə təbrik edilməsi lazımdır.
Bu araĢdırmanın hazırlanmasında yardımlarını əsirgəməyən və əməyi keçən
professor Nizami Cəfərova, professor Musa Qasımlıya, Mehman Süleymanova,
Elxan ġahinoğluna, Koroğlu Zöhraba, Azər Turana, Araz Qurbanova və bütün
dostlara, xüsusilə Turqut Ər və Ağası Huna təĢəkkürlərimi bildirirəm. Kitabı
Azərbaycan türkçəsinə uyğunlaĢdıraraq çap edən Xəlil Öztürkə də sonsuz dərəcədə
minnətdaram.
Dr. Mustafa GÖRÜRYILMAZ
ANKARA-2008
7
ĠÇĠNDƏKĠLƏR
TƏQDĠM
ÖN SÖZ
GĠRĠġ
QAFQAZLAR VƏ AZƏRBAYCANIN TARĠXĠ COĞRAFĠYASI
1. Qafqazlar və Azərbaycanın coğrafiyası
a. Cənubi Azərbaycan
b. ġimali Azərbaycan
c. Dağıstan
2.Azərbaycanın tarixi
3.
Azərbaycanın strateji əhəmiyyəti
4.
Birinci Dünya müharibəsindən əvvəl Osmanlı Dövlətindəki fikir
cərəyanları
a. Qərbçilik cərəyanın
b. Ġslamçılıq cərəyanı
c. Türkçülük cərəyanı
5.Ġstanbuldakı siyasi hadisələrin Azərbaycandakı aydınlanmaya təsiri
6.BolĢevik ixtilalına qədər Rusiya və müsəlmanlar (Türklər)
I HĠSSƏ
BĠRĠNCĠ DÜNYA MÜHARĠBƏSĠ
1.Osmanlı Dövlətinin müharibəyə girməsini hazırlayan hadisələr
2.Birinci Dünya müharibəsində Qafqazların durumu
3.Qafqaz cəbhəsində müharibənin baĢlaması
a. Rus Qafqaz ordusunun sərhədi keçməsi
b. Erməni təhciri
c. MuĢ və Bitlisin qurtuluĢu
4.Osmanlı Dövlətinin Qafqaz türkləri ilə münasibətləri
5.Rusiyadakı bolĢevik ixtilalının cəbhəyə təsiri
6.ġərq cəbhəsində müharibənin sona çatması
II HĠSSƏ
AZƏRBAYCANIN MÜSTƏQĠLLĠYĠNĠ HAZIRLAYAN HADĠSƏLƏR
1.Qafqaz Seyminin quruluĢu və strukturu