18
bölgəsində yerləĢən neftayırma zavodlarına daĢınaraq burada benzin, mazut, maĢın
yağı və s. kimi məhsullara ayrılırdı. Ayrılan neft, dəmir borularla Bakıdan Batumi
limanına çatdırılır və buradan da qərb ölkələrinə ixrac edilirdi.
Keçən yüzilliyin əvvəllərində, Birinci Dünya müharibəsinin yaxınlaĢdığı bir
zamanlarda "neft yataqlarına sahib olan dövlət dünyaya hakim ola bilər" düĢüncəsi
gedərək mühüm əhəmiyyət kəsb etdi. O illərdə məlum olan neft yataqları isə ABġ-
da, Bakıda, Mosulda və Bəsrə körfəzində idi. Bakı nefti Rusiyanın, Orta ġərq nefti
isə Osmanlı dövlətinin nəzarətində idi. Ġngiltərə Mosul və Bəsrə körfəzindəki nefti
ələ keçirmək, bunun sayəsində sənayeni və iqtisadiyyatı gücləndirmək və nəticədə
dünyada hakimiyyətini daha da möhkəmləndirmək istəyirdi. Dünyanın böyük
dövlətləri arasında siyasi, hərbi, iqtisadi və mədəni sahələrdə böyük maraq
toqquĢmaları baĢladı. Bu mübahisə dünyanı addım-addım Birinci Dünya
müharibəsinə doğru sürüklədi.
c.Azərbaycanda xalqın əsas dolanıĢıq mənbəyi heyvandarlıq, taxıl, pambıq,
üzüm bağları, Ģərabçılıq, meyvə, ipək, tütün, meĢə və balıqçılıq ilə kürü istehsalı
idi. Ərazi cənubda dağlıq olmaqla bərabər, Ģimalda məhsuldar düzənliklər və
yumĢaq iqlimi ilə kənd təsərrüfatı və heyvandarlıq üçün son dərəcə əlveriĢli idi.
Bölgədə istehsal edilən kürü və Ģərab isə dünyanın çox yerində alıcı tapırdı.
Azərbaycan müharibədən əvvəl ildə 150 min ton yun ixrac edirdi.
19
Azərbaycanda
ən çox yayılan dolanıĢıq mənbələrindən biri də xalçaçılıqdı. Bütün dünyaya
Təbrizdən satılması səbəbindən səhv olaraq "Ġran xalçası, ya da Əcəm xalçası"
deyə Ģöhrət tapan xalça və kilimlər əslində tamamilə türk xalçasıdır. Bunlar Təbriz,
Bakı, Quba və ġirvan zonalarında toxunur, ipək isə ġəki və onun ətrafında istehsal
edilirdi.
d.Rusiyanın
müharibədən çəkilməsiylə Ġngiltərə və Almaniyanın
hədəflərindən biri də Azərbaycanı ələ keçirmək idi. BolĢevik Rusiyası isə keçmiĢ
müstəmləkəsindəki zənginlikləri, əsas da nefti əldən verməyi heç istəmirdi. Bu
dövlətlər öz aralarında neft bölgələri ilə Ġran, Orta Asiya və Hind okeanı üzərindəki
hakimiyyət və maraq uğrunda müharibələrini davam etdirirdilər. Ġstehsalı və
istifadəsi Qərbdə baĢlayan və dövrünə görə irəli sayıla biləcək müasir kənd
təsərrüfatı maĢınları üçün Avrasiya və Uzaq ġərq ölkələri ümid verən karlı bir
bazar idi. Yeni texnologiyaya uyğun istehsal edilən sənaye məhsulları,
toxuculuq və kənd təsərrüfatı maĢınlarının satıĢı Qərb dövlətlərinə böyük pullar
qazandıra bilərdi.
e.Müharibəyə ən son qatılan Osmanlı dövlətinin bölgəyə yönələn
siyasətinin təməli iqtisadi qazanc əldə etməkdən çox sosial, tarixi, mədəni və hissi
bağlara dayanırdı. Osmanlı dövləti və bir çox türk ziyalısına görə Rusiya yüz
illərdir Orta Asiya və Qafqazdaki türk və müsəlmanların vətənini iĢğal altında
saxlayırdı. Birinci Dünya müharibəsindən əvvəl Rusiyada bəzi araĢdırmalara görə
19
104, bəzilərinə görə isə 109 müxtəlif xalq yaĢayırdı. Əhalisi isə təxminən
180 milyon idi.
20
Zəki Validi Toqan 1917-ci ildə keçirilən Rusiya Müsəlmanları
Qurultayında Çar Rusiyasında 23 milyona yaxın türk əsilli əhalinin yaĢadığını,
müsəlmanların sayının isə 27 milyon olduğunu bildirmiĢdi.
21
Böyük müharibənin
baĢladığı 1914-cü ildə Cənubi Qafqazda yaĢayan təxminən altı milyon insanın
yarıdan çoxunu isə türklər təĢkil edirdi.
22
Bu ədədlərdən göründüyü kimi,
Azərbaycan və Cənubi Qafqaz bir türk yurdu idi. Türklər Azərbaycanın əhalisinin
əsas hissəsini təĢkil edirdi.
Osmanlı dövləti dünya türklərinin və müsəlmanlarının mərkəzi olaraq qəbul
edilirdi. ġimali Azərbaycanda və Rusiyada yaĢayan türk və müsəlmanların öz
dövlətlərinin bulunmayıĢı və imperializmin qısqacında olmaları 1900-cü illərdən
etibarən Osmanlı dövlətinin Qafqaz və Türküstan siyasətində önəmli yer tuturdu.
Azərbaycanın bir türk torpağı olması, "böyük türk millətinin bir bölümünü təĢkil
etməsi" Ġstanbul rəhbərliyinin bu bölgəyə olan marağını daha da artırırdı.
23
Dünya, Birinci Dünya müharibəsinə sürüklənərkən öndə gedən dövlətlərin
arxivlərində tapılan sənədlər və XX əsrdə müxtəlif ölkələrdə aparılan elmi
araĢdırmalar Osmanlı dövlətinin Qafqaz və Türküstan siyasətində "iqtisadi mənfəət
əldə etmə" düĢüncəsinin olmadığını göstərir. Ġqtisadi qazanc əldə etmək bir
dövlətin, əlbəttə, haqqıdır. Ancaq Türkiyənin o bölgələrə yönələn siyasəti qərb
dövlətlərinə qarĢı siyasi nüfuz qazanma təməli üzərində qurulmuĢdu.
24
4.Birinci Dünya müharibəsindən əvvəl Osmanlı dövlətindəki fikir
cərəyanları:
Osmanlı dövlətində Sultan II Əbdülhəmid 1908-ci ildə taxtdan endirilmiĢ,
yerinə Sultan Mehmet RəĢad gətirilmiĢdi.
25
Qısa müddətdən sonra 1876-cı ildə
elan edilən Qanunu-Əsasinin (Anayasa) bəzi maddələri dəyiĢdirildi. Dövlət
sistemində yeni bir struktur yaradılmağa baĢlandı. Beləliklə, Türkiyə II
MəĢrutəçilik dövrünə girmiĢ oldu.
26
MəĢrutəçiliyin ölkənin içində hökm sürən
anarxiyaya son verəcəyinə, siyasi, sosial, iqtisadi, hərbi və mədəni sahələrdəki
məsələləri həll edəcəyinə inanılırdı.
Osmanlı dövlətində Gülxanə Xətti ilə baĢlayan Tənzimat dövründən Birinci
Dünya müharibəsinə qədər keçən təxminən 75 illik müddətdə dövlətin çöküĢünü
dayandıra biləcək, xalqın rifahını təmin edəcək bir çox fikir mübahisələri edilmiĢ,
ideoloji cərəyanlar inkiĢaf etmiĢdi. Bu düĢüncə cərəyanları II MəĢrutəçiliklə
olduqca aydınlaĢmıĢ və sıraları bir-birindən ayrılmıĢdı. Birinci Dünya müharibəsi
və Qafqazdakı yenilikləri daha ətraflı öyrənmək üçün bu cərəyanlara qısaca
baxmaqda fayda var.
a.Qərbçilik cərəyanı: Bu qrup, "Ġctihad" dərgisi ətrafında toplanaraq, irəli
sürdükləri fikirləri Qərbçilik adı altında cəmiyyətə yaymağa çalıĢırdı. Osmanlı
cəmiyyətindəki sıxıntıları, səltənət rejimini qoruyaraq, radikal islahatlar yoluyla