24
lideri Əhməd Rza bəy ilə təmas quraraq, cəmiyyətin adını dəyiĢib, "Osmanlı Ġttihad
və Tərəqqi Cəmiyyəti" qoydular. Bu cəmiyyəti quran gənclərin hamısı Osmanlı
Dövlətinin çöküĢünü dayandırmaq istəyirdilər. Aralarında Ohrili Ġbrahim Temo,
Ərəbgirli Abdullah Cövdət, Diyarbəkirli Ġshaq Sükutı, Qafqazlı Mehmet RəĢid,
Bakılı Hüseynzadə Əli kimi dostlar qrupunun yaratdığı bu gizli cəmiyyət, duyğusal
tərəfdən çox təmkinli və ciddi bir "Ģagird təĢkilatı" xüsusiyyəti daĢıyırdı. "Ġttihad
və Tərəqqi Cəmiyyətinin" qurucuları və üzvləri, Osmanlı dövlətində gizli bir
hərəkat olması səbəbindən bir çox təhlükələrdən keçdilər. Cəmiyyət 1899-cu və
1902-ci illərdə bir neçə hissəyə bölündü.
Selanikdə, çoxu 3-cü Ordu zabitlərindən olan on adam 1906-cı ildə
"Osmanlı Hürriyyət Cəmiyyəti"ni qurdular.
31
Bu cəmiyyətin ilk on qurucu
üzvünün ortaq xüsusiyyəti, hamısının təriqətə mənsub olmaları, çoxunun 3-cü
Orduda zabit və bir-ikisini çıxmaqla mason olmalarıdır. Bir baĢqa xüsusiyyətləri də
bu ixtilalçı dəstənin Makedoniya torpaqlarında bir araya gəlməsidir. Bu cəmiyyət
Osmanlı dövləti içindəki, ya da xaricindəki bütün cəmiyyətləri qısa müddətdə
özünə tərəf çəkdi və onlardan daha irəli getməyə baĢladı.
32
"Osmanlı Hürriyyət
Cəmiyyəti"nin məhdud saylı qurucu heyətinin içində üç adamlıq özək bir Ģtat var
idi. Tələt, Rəhmi və Ġsmayıl Canpolad bəylərdən ibarət olan bu Ģtat əvvəlcə
"Heyəti-Aliyə" adı ilə bir müddət fəaliyyət göstərdi. Daha sonra da "Mərkəzi-
Ümumi" (Ümumi Mərkəz) adını aldı. Cəmiyyət silahlı qüvvələr içində sürətlə
tərəfdar tapdı, hərbi və sivil üzvləri çoxaldı və qısa müddətdə ixtilalçı bir güc
halına gəldi.
Finlandiya körfəzindəki Revel (bugünkü Tallin) limanında Ġngiltərə kralı
VII Eduard ilə Rus çarı Nikolay 9 iyun 1908-ci ildə bir araya gəlmiĢdilər. Hər iki
hökmdar bu toplantıda Orta ġərq və Uzaq ġərqin bölüĢdürülməsi və aralıq bölgələr
təĢkil olunması mövzusunu gündəmə gətirdilər. Bu xəbərin Osmanlı dövlətində
duyulmasından sonra ixtilalçı gənc zabitlər qısa müddətdə hərəkətə keçdilər. Bu
görüĢmədən təxminən bir ay sonra 23 iyul 1908-ci ildə II MəĢrutəçiliyi, ya da o
dövrdə deyildiyi kimi, "Hürriyyət"i elan etdirdilər. Sultan Əbdülhəmid
məğlubiyyəti qəbul etmək məcburiyyətində qalmıĢdı. Mərkəzi Selanikdə olan 3-cü
Ordu Sultanı yıxmıĢ, ölkədə yeni bir rejimə öncülük etmiĢdi. Ġttihad və Tərəqqi adı
da MəĢrutəçilik ilə birlikdə çəkilməyə baĢlamıĢdı.
33
6.BolĢevik ixtilalına qədər Rusiya və müsəlmanlar (Türklər):
34
Qara dənizin Ģimalından Çinə qədər olan və bu gün ümumi adıyla Avrasiya
coğrafiyası olaraq müəyyən edilən ərazilərdə tarixin ən keçmiĢ dövrlərindən bu
yana müxtəlif türk qövmləri yaĢamaqdadır. Bu türk yurdlarındakı Rus hakimiyyəti
1550-ci illərdə baĢladı. Kazan xanlığının kədərli bir Ģəkildə yıxılmasından sonra
əvvəlcə Tatarıstan, ardından BaĢqırdıstan, daha sonra da Krım və Ġdil-Ural boyları
Rus çarlığının əlinə keçdi. Bunu Sibir, Qafqaz və Türküstan izlədi. Türk vilayətləri
25
müxtəlif dövrlərdə bu istila və istismara boyun əyməmiĢlər və rus istilaçılarına
qarĢı üsyan etmiĢdilər. Bu üsyanlarda bəzən qısamüddətli uğurlar oldusa da hər
dəfə ruslar tərəfindən qanlı Ģəkildə yatırılmıĢdı.
35
Rus çarlığında 1905-ci il, öz tarixi üçün olduğu qədər əsarət altında tutduğu
türk dövlətləri üçün də, demək olar, bir dönüĢ nöqtəsi oldu. ġərqdə yaponlara
məğlub olan Rusiyada "Birinci rus inqilabı" deyilən siyasi gərginlik nəticəsində
Çar II Nikolay ölkədə məĢrutəçiliyi elan etdi. Bundan sonra Rusiyada mədəniyyət,
xəbərləĢmə və siyasi sahədə bəzi irəliləyiĢlər yaĢandı.
Rusiyadakı bu yeniliklərdən türklər də faydalandı. Rusiya türkləri arasında
"Cədidçilik" adı verilən təhsil və fikir sahəsində bəzi yenilik hərəkətləri yayılmağa
baĢladı. Siyasət, təhsil, mədəniyyət, mətbuat-nəĢr, Ģeir, ədəbiyyat, teatr, musiqi
kimi bir çox sahələrdə bu sərbəstlikdən istifadə etməyə çalıĢdılar.
36
Yüz illərdir
susdurulan, basdırılan, səsini çıxaranların öldürüldüyü Rusiya türkləri arasındakı
ziyalı hərəkatları qısa müddətdə barını verməyə baĢladı. Rusiyada yaĢayan türk
ziyalıları məĢrutəçiliyin elanından sonrakı bir neçə ildə bir çox toplantılar, konqres
və konfranslar keçirdilər. Siyasi və mədəni haqlarını dünya ictimaiyyətinə
çıxarmağa baĢladılar. Bu bahar havası 1907-ci ildə gətirilən məhdudlaĢdırmalarla
sona çatdı. Bir müddət sonra da Birinci Dünya müharibəsi baĢladı və müharibə
illərində siyasi, sosial, iqtisadi və mədəni haqlardan söz etmək mümkün olmadı.
Rusiyada müharibənin gətirdiyi ağır Ģərait xalqa iqtisadi sıxıntı olaraq əks
olundu. Həyatın bahalaĢması, yüksək inflyasiya, xüsusilə hərbi sənayenin çökməsi,
istehsalın olmaması, asayiĢ və əmin-amanlığın ortadan qalxması kimi səbəblərə
cəbhədəki ordulardan qaçan fərarilər də əlavə olununca, Çar Rusiyası sürətlə
çökməyə baĢladı. Siyasi fəaliyyətlərini gizli davam etdirən partiyalar çarlıq
idarəçiliyinin ölkədə siyasi sabitliyi təmin etməməsi səbəbindən bu anarxiya
vəziyyətindən istifadə etdilər. Rusiyada inqilabçılar 27 fevral 1917-ci ildə
idarəetməni ələ keçirdilər. Çar taxtdan əl çəkdi. Fəqət inqilabçıların qurduğu keçici
hökumət də Rusiyada asayiĢ və əmin-amanlığı təmin etməyə çətinlik çəkirdi. 1917-
ci ilin fevralından oktyabrına qədər Rusiya tarixinin görmədiyi Ģəkildə ortaya çıxan
demokratik mühit qısa müddətdə anarxiya və xaos gətirdi. Bir tərəfdən
cəbhələrdəki ordularda fərarilər artarkən, digər tərəfdən siyasi iqtidar mücadiləsi də
davam edirdi. Ġnqilabçıların menĢevik və bolĢevik qanadları, liberal kadetlər və bir
çox qruplar, qarĢılıqlı bir siyasi mücadiləyə girmiĢdilər.
Rusiyada çarın hakimiyyətdən çəkilməsindən sonra ortaya çıxan hürriyyət
havasından türk ziyalıları da faydalanmaqda gecikmədilər. Millətin müqəddəratına
istiqamət verə biləcək çox az sayda türk ziyalıları arasında siyasi və fikri baxımdan
birlik yox idi. Çünki hər hansı bir hazırlıqları yox idi. Siyasi, sosial və mədəni
sahələrdə fərqli görüĢləri müdafiə edirdilər. Buna rəğmən Rusiya türkləri öz