22
Türk dünyasında XVIII və XIX yüzilliklərdə yalnız Osmanlı dövləti ilə bu
günkü Ġran torpaqlarında yenə bir türk dövləti olan Qacarlar sülaləsi müstəqil idi.
Bunun xaricindəki türk qövmləri, boyları, cəmiyyətləri və soyları Rusiya və Çin
dövlətlərinin idarəçiliyi altında idi. Dünyada XIX yüzillikdə baĢlayan milli
cərəyanlar qısa müddətdə türk dünyasında da yayılmağa baĢladı. Ġstanbulda
yaranan və qısa müddətdə yayılan milli oyanıĢ, türk dünyasının ziyalıları arasında
da sürətlə tərəfdar tapdı. Krımda Qaspiralı Ġsmayıl, Kazanda ġahabəddin Mərcani,
Ġstanbulda Cəmaləddin Əfqani, ġəmsəddin Sami, Vələd Çələbi, Əhməd Midhət,
Özbəklər ġeyxi Süleyman əfəndi, Nəcib Asim, Əmrullah Əfəndi, Bursalı Tahir
bəy, Rifat Fuad, Əhməd Hikmət, Süleyman paĢa, Əhməd Cövdət PaĢa, Əhməd
Vəfiq paĢa, Mehmet Əmin, Ziya Göyalp, Yusif Akçura, Sədri Maqsudi Arsal,
Əhməd Cavad kimi ziyalılar dil, tarix, sosial tərbiyə, siyasət, türkçülük və türk dili
mövzusunda əhəmiyyətli iĢlər gördülər.
Türkiyədə kök salmağa baĢlayan dil, tarix və kimlik Ģüuru türkçülük
cərəyanına çevrildi və bu cərəyanın siyasi təĢkilatlanması da Ġttihad və Tərəqqi
Cəmiyyəti Ģəklində ortaya çıxdı. Bu üzdən 1908-ci ildə elan edilən II
MəĢrutəçilikdən sonra sürətlə yayılan hürriyyət havası türk dünyasının hər
tərəfindəki ziyalıları Ġstanbula çəkirdi. Ġttihad və Tərəqqi Cəmiyyəti tərəfindən
Selanik (Saloniki) və Ġstanbul kimi mədəniyyət və sənət mərkəzlərində jurnallar
çıxarılırdı. Ġstər Türkiyədəki və istərsə də türk dünyasındakı ziyalılar, yazıçılar,
türkçü və turançılar bu cəmiyyətin çıxardığı və ya dəstəklədiyi jurnalların
ideologiyasını təyin edən Ziya Göyalpdan çox təsirlənmiĢdilər. Ziya Göyalp və
Həmdullah Sübhinin bu jurnallardakı yazıları ilə Türk Ocaqlarında verdikləri
konfranslar hər bir türk ziyalısına yeni üfüqlər qazandırmıĢdır.
Türkiyədəki milli cərəyanlardan Azərbaycanın da təsirlənməsi təbiidir. XIX
yüzillik boyu bir çox türk ziyalısı Ġstanbul və bəzi mərkəzlərlə sıx fikir alıĢ-
veriĢində olmuĢdular. Bu ziyalıların bir tərəfdən ölkələrində, digər tərəfdən də
Ġstanbul mərkəzli inkiĢaf edən milli cərəyanlara əhəmiyyətli qatqıları olmuĢdur.
Azərbaycanlı türklərdən Mirzə Fətəli Axundzadə (1811-1878) türkçülük və türk
dili sahəsində önəmli iĢlər görmüĢdü. M.F.Axundzadə türkçülük və türk
milliyyətçiliyi duyğusu ilə dil, tarix, siyasət və ədəbiyyat üzərində çalıĢmıĢ, ədəbi
əsərlər yazmıĢdır. 1863-cü ildə Ġstanbula gedərək hazırlanacaq yeni türk əlifbasının
türk xalqları arasında ortaq istifadəsini təmin etmək üçün Sədrəzəm Keçəçizadə
Fuad PaĢaya bir əlifba layihəsi təqdim etmiĢdi. Bu cür çalıĢmalarıyla, xüsusən də
ədəbi sahədə türkçülüyə böyük xidmət göstərmiĢdir. Məlikzadə Həsən bəy Zərdabi
1875-ci ildə Bakıda "Əkinçi" adlı ilk türk qəzetini çıxardı. Kənd təsərrüfatı
mühəndisi olan Həsən bəy əkinçiliyin inkiĢafı sahəsində yazılarla baĢladığı türk
qəzetində dil və sosial mövzulara yer verməyə baĢladı. Azərbaycan, Krım, Kazan,
Dağıstan və Rusiyada yaĢayan bütün türklərin eyni dildə danıĢmasını, eyni
23
əlifbadan istifadə etməsini, eyni elm və ədəbiyyat əsərlərini oxumasını və
yazmasını müdafiə edirdi. Çar idarəçiliyi 1877-1878-ci ildə Osmanlı-Rusiya
müharibəsi baĢlayan kimi bu qəzeti bağladı.
Əli bəy Hüseynzadə 1864-cü ildə Azərbaycanın Salyan Ģəhərində dünyaya
gəldi. Atası Tiflisdəki müsəlman (türk) məktəbində müəllim iĢləyirdi. Bu məktəbi
bitirdikdən sonra əvvəlcə rus liseyinin, sonra Peterburq Universitetinin Fizika-
kimya fakültəsinin məzunu oldu. Daha sonra Ġstanbula gedərək Hərbi Tibb
Məktəbinə qəbul olundu. UĢaqlığından babası ġeyx Əhməd Salyani və onun dostu
M.F.Axundzadənin söhbətlərinə qulaq asdı. Bu söhbətlərdə əsasən türklük, türk
dili və Türkiyə kimi mövzular danıĢılırdı. Ġstanbulda Hərbi Tibbiyyəni bitirdikdən
sonra Osmanlı ordusu sıralarında Yunan müharibəsinə qatıldı. Daha sonra Hərbi
Tibbiyyədə bir müddət müəllimlik etdi. Dərslərində türkçülük və milli oyanıĢ
haqqındakı nitqlərinə görə təqibə uğrayınca Azərbaycana qaçdı. Bakıda
Zeynalabdin Tağıyev, Əhməd Ağaoğlu, Əlimərdan bəy TopçubaĢov kimi dostları
ilə türkcə nəĢr olunan "Həyat" qəzetini çıxartdı. Əli bəy bu qəzetin ilk nömrəsindən
etibarən türklər kimdir, türk boyları, yazı dili kimi bir çox milli mövzularda
məqalələr yazdı. Osmanlı dövlətində II MəĢrutəçilik elan edilincə, 1910-cu ildə o
yenidən Ġstanbula döndü.
Əhməd Ağaoğlu 1869-cu ildə Qarabağın böyük Ģəhərlərindən olan ġuĢada
doğuldu. Ailəsi üləma sinfindən olan Ağazadələr idi. Ġlk təhsilini mədrəsədə
aldıqdan sonra ġuĢadakı rus məktəbinə getdi. Ermənilərin çoxluq təĢkil etdiyi bu
məktəbdə təhsilini böyük sıxıntı içərisində davam etdi və bu məktəbə girən beĢ
türk Ģagirdindən yalnız o, məktəbi bitirə bildi. 1877-ci ildə rus liseyini bitirdi və
yüksək təhsil üçün Parisə getdi. Parisdə olarkən Bakıda rusca nəĢr olunan "Kaspi"
qəzetində məqalələri nəĢr olundu. Əhməd Rza və ġeyx Cəmaləddin Əfqani ilə tanıĢ
oldu. Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu - bu iki türk milliyyətçisi Qafqazda
milliyyətçilik uğrunda çalıĢmaq üçün qollarını çırmaladılar. Türk dili və türkçülük
sahəsində əhəmiyyətli iĢlər gördülər. Azərbaycanda "Fədailər" adlı gizli bir
cəmiyyət qurdular, ancaq ruslar bundan xəbər tutanda o da 1908-ci ildə Türkiyəyə
qaçdı. Türkiyədə də milli və siyasi mövzularda iĢlərə baĢladı. Yusif Akçura
tərəfindən baĢlanan türkçülük hərəkatının qısa müddətdə fəal bir üzvü halına gəldi.
28 may 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyətində müxtəlif vəzifələr aldı.
Azərbaycan, Sovet Rusiyası tərəfindən iĢğal olunduqda yenidən Türkiyəyə qaçdı
və Mustafa Kamal paĢanın baĢlatdığı Milli Mücadilə heyyətlərində müxtəlif
vəzifələr tutdu. Qars millət vəkili olaraq 1939-cu ilə qədər siyasi fəaliyyətinə
davam etdi.
Osmanlı dövlətində Ġstanbul Sirkəzi Dəmirqapıda yerləĢən Hərbi
Tibbiyyənin (Tibbiyyəyi ġahanə) Ģagirdləri 3 iyun 1889-cu ildə öz aralarında
"Ġttihadi Osmani" adlı bir cəmiyyət qurdular. Həmin il Parisdə olan Jön türklərin