20
aradan qaldırmağı qarĢısına məqsəd qoymuĢdular. Bu qrupun təmsilçiləri hər
Ģeydən əvvəl öz daxillərində bir-biriləri ilə anlaĢa bilmirdilər. Bu cərəyanın
baĢında Dr. Abdullah Cövdət, Cəlal Nuri və Kılıçzadə Haqqı bəylər dururdu. Bu
cərəyanın təmsilçiləri düĢüncələri baxımından hər dövrdə mübahisə mövzusu
olmuĢdular.
b.Ġslamçılıq cərəyanı: Osmanlı sultanı eyni zamanda Ġslam ümmətinin də
xəlifəsi idi. Bu baxımdan dövlətin təməl ideologiyası, vətəndaĢlar arasında ayrı-
seçkilik edilməməsi prinsipini əsas tutmuĢdu. MəĢrutəçiliyin ən təsirli və
digərlərinə nisbətən ən çox tərəfdar toplayan cərəyanıdır. Dini əqidələrə dayanan
düĢüncə sisteminə sahib olduğu üçün Ġslamçılıq daha təmiz bir cərəyan idi.
Qabaqcılları arasında Prens Mehmet Səid Halim paĢanı, Mehmet Akifi, Babanzadə
Əhməd Naimi, ġəmsəddin (Günaltay) bəyi göstərmək olar. Ġslamçılıq cərəyanı ilə
bağlı görüĢlər hər siyasi partiyada az-çox var idi. Bu cərəyanın təmsilçiləri bir çox
qəzet və jurnalda öz görüĢlərini açıqlamıĢdılar. Bunlar arasında "Sirati Müstəqim",
"Səbilür-RəĢad", "Cəridəyi Sufiyyə", "Cəridəyi Elmiyyə", "Hikmət", "Bəyanül-
Həqq" kimi nəĢr orqanlarını göstərmək olar.
c.Türkçülük cərəyanı: Osmanlı dövlətində iqtidar partiyasının təmsilçiləri
bu cərəyanın qabaqcılları olduğu üçün Türkçülük cərəyanı ən güclü cərəyanlardan
biri idi. Ġttihad və Tərəqqi Partiyasının ən yüksək orqanı olan Mərkəzi-Ümumi
üzvü və partiyanın rəsmi ideoloqu olan Ziya Göyalpın təsiri bu cərəyanın gücünü
artıran ən önəmli amillərdən biri olmuĢdur.
27
Osmanlı dövlətinin siyasi rejiminə
"Türk millətindənəm, İslam ümmətindənəm, Qərb mədəniyyətindənəm"
prinsipini qoymaq istəyən türkçülər Osmanlı vətəndaĢlarına bir "yeni həyat"
təqdim
edirdilər.
Bu
qurtuluĢ
resepti
və
hərəkətinin
təməlini
türk milliyyətçiliyi fikir sistemi təĢkil edəcəkdi. Buna görə türklər əvvəlcə Osmanlı
dövləti içində milli bir Ģüura sahib olacaqdılar. Ġkinci mərhələdə də Osmanlı
dövlətinin xaricində yaĢayan türklərin müstəqilliyini qazanaraq öz ayaqları
üzərində durmaları və varlıqlarını qorumaları, daha sonra da onlarla mədəni və
siyasi tərəflərdən bütünləĢmə düĢüncəsi vardı. Bunun ən son mərhələsində isə
bütün türk vilayətlərinin qatıldığı Turan adlı böyük bir ölkə qurulacaqdı. Türkçülük
və Turançılıq cərəyanı ilk olaraq macar ziyalıları tərəfindən ortaya atılmıĢ,
Rusiyanın iĢğalı altında olan türk vilayətlərində isə sürətlə yayılmıĢdı. Kazan,
Krım, Ġdil-Ural, Macarıstan, Qafqaz və xüsusilə Azərbaycan kimi ölkələrdə
yaĢayan ziyalılar bacardıqları qədər bu fikir cərəyanına müxtəlif tərəflərdən
köməklik göstərmiĢdilər.
Osmanlı dövlətində Türkçülük cərəyanı Ziya Göyalpla bərabər siyasət və
mədəniyyət sahəsindəki tanınmıĢ adamlar vasitəsilə də inkiĢaf etmiĢ və
zənginləĢdirilmiĢdi. Akçuraoğlu Yusif, Ömər Seyfəddin, Cənab ġahabəddin,
Həmdullah Sübhi (Tanrıöver), Köprülüzadə Mehmet Fuad, Ağaoğlu Əhməd,
21
Kazım Naim (Duru), ġair Mehmet Əmin (Yurdaqul) kimi aydınlar, Türkçülük
cərəyanının önəmli isimləri idilər. Ġttihad və Tərəqqi Partiyası osmanlıca olan
partiya proqramını 1911-ci ildə türkcələĢdirmiĢdi. Ġttihad və Tərəqqi Partiyasının
xaricindəki bəzi siyasi partiyalarda da milliyyətçi prinsiplər var idi.
Türk Ocağı, milliyyətçi türkçü cərəyanını ən güclü Ģəkildə yayan bir
mədəniyyət qurumu olma xüsusiyyətini uzun illər saxlamıĢdı. "Türk Yurdu" və
"Kiçik Məcmuə" kimi fikir, sənət və ədəbiyyat dərgiləri də cəmiyyətə dərin təsir
göstərmiĢdir. Ġttihad və Tərəqqi Partiyası iqtidarda olduğu müddətdə bütün mətbuat
və nəĢr imkanlarıyla Türkçülük cərəyanını dəstəkləmiĢdir.
28
Osmanlı dövlətində bəzi məsləki quruluĢlar, liberallar və marksistlər də bir
sıra iĢlər görürdülər. Ancaq bu və buna bənzər qrupların cəmiyyətdəki fikir,
ədəbiyyat, mədəniyyət və sənət sahəsində ciddi heç bir təsirləri olmurdu.
29
5.Ġstanbuldakı siyasi hadisələrin Azərbaycandakı aydınlanmaya təsiri.
Türk tarixi və mədəniyyəti Mete xandan baĢlayaraq Orta Asiya-Səlcuq-
Osmanlı xəttində və bir bütün olaraq araĢdırılmalıdır. Bu tarixi gediĢdə Oğuz
adətlərinin böyük bir yeri vardır. Bu adətlərin hamısı yazıya köçürülməmiĢdir.
Ancaq cəmiyyətin hər təbəqəsində və dövlət təĢkilatında canlı bir Ģəkildə
yaĢamıĢdır. Tarixin ən qədim dövrlərindən Ġstanbulun fəthinə qədər Orta Asiya və
xüsusilə müqəddəs paytaxt olaraq bilinən Ötükən "böyük xaqanlığın" mərkəzi
olaraq qəbul edilmiĢdir. Ötükənə hakim olan türk qövmünə, ya da sülaləsinə Göy
Tanrının yaxĢı tale, xoĢbəxtlik, bəxt verdiyinə inanılmıĢ və digərlərinə görə üstün
qəbul edilmiĢdir. Bəzi anlayıĢlarda zaman içində dəyiĢiklik edilsə də Fateh Sultan
Mehmetin Ġstanbulu fəth etməsindən sonra "böyük xaqanlıq" qərb türklərinə
keçmiĢdir. Teymur ilə Ġldırım Bəyazid, Yavuz Sultan Səlim ilə ġah Ġsmayıl kimi
türk xaqanları arasındakı qovğanın təməlində baĢqa səbəblər də olmaqla bərabər,
"böyük xaqanlıq", ya da tabe olma duyğusu var idi. BaĢqa sözlə, türk tarixində
sülalələr, ya da dövlətlər arasındakı mücadilənin təməlində siyasi səbəb vardı. Türk
tarixi bu əhatədə araĢdırıldığı zaman siyasi, sosial, iqtisadi və mədəni hadisələrin
qavranılması daha da asanlaĢacaqdır.
Bugünkü ġərqi Anadolunun Ģərqi, Azərbaycan, Gürcüstan və Ermənistan
torpaqları X yüzillikdən bu yana Oğuz türklərinin vətəni olmuĢdur. Azərbaycan
torpaqlarında türk-islam tarixi və mədəniyyətinə böyük qatqıları olan saysız-
hesabsız elm, mədəniyyət, sənət və siyasət adamı yetiĢmiĢdir. Fəqət bunlar
arasında Dədə Qorqud ilə Nizami Gəncəvinin xüsusi bir yeri vardır.
Ġstanbul, türklər tərəfindən fəth edildikdən sonra, türk və islam dünyasının
uzun illər boyu mərkəzi, təmsilçisi, idarəedicisi və avtoritet mərkəzi olmuĢdur. Bu
baxımdan XIX yüzillikdə Qafqaz, Orta ġərq və Orta Asiyanın üzü də, əlbəttə,
Ġstanbula dönmüĢ olurdu. Kazan, Krım, Tiflis
30
və Bakının gözü də təbii olaraq
Ġstanbula çevrilmiĢdi.