37
ABġ-dan Xaçatur Malumyan. Rumıniya və Bolqarıstandan qatılan təmsilçilər isə
rus səlahiyyətliləri tərəfindən müəyyən oluna bilməmiĢdi.
Erməni DaĢnaksütyun partiyasının qurultayında aĢağıdakılar qərara
alınmıĢdı:
1)
Türkiyədə iqtidarda olan Ġttihad və Tərəqqi Partiyası ilə ittifaqa
girilməsi.
2)
Osmanlı Məclisi-Məbusanında ən azı 4 təmsilçilik alınması.
3)
Osmanlı dövlətində polis və məhkəmə idarələrində bəzi həssas
vəzifələrə partiya üzvlərinin yerləĢdirilməsi.
4)
ġərqi Anadolunu 6 vilayətə bölərək, görüləcək iĢlərə nəzarət edilməsi
və buralarda islahatlar aparılması.
5)
Türkiyə və Ġrandakı partiya səlahiyyətlilərinə Mərkəzi Komitənin
icazəsi olmadan illik seçkilər keçirmə səlahiyyəti verilməsi.
6)
Partiya pullarının gəliri və çıxarı haqqında bütün bölgələrin
Cenevrədəki mərkəzin nəzarətinə tabe olması.
7)
Mərkəzi Büronun icazəsi olmadan Mərkəzi komitələrin terror
hərəkətləri etməməsi ilə bağlı qadağanın aradan qaldırılması.
8)
Terror hərəkətlərinə ara verilməsi haqqında yerli komitələrin qərar ala
bilməsi. Əsas əməliyyatların dayandırılmasına isə ancaq Mərkəzi Büronun qərar
verməsi.
9)
Mərkəzi komitələrin siyahısında, əllərində və anbarlarında olan
silahların Mərkəzi Büroya bildirilməsi.
10)
Mərkəzi komitələr ilə vilayət komitələri və terror əməliyyatları
aparacaq qrupların liderlərinin yenidən müəyyən olunması.
11)
Hnçaq partiyası ilə olan anlaĢmaya görə Türkiyə Ermənistanında
lazım olduğu zaman ermənilərin müdafiəsinin təmin olunması və aparılacaq
islahatlara yardımçı olunması.
12)
Ġslahatların aparılmasına yardım edən Rusiya hökumətini məmnun
etməyəcək hadisələrin baĢ verməsinə imkan verilməməsi, idarəçiliyə qarĢı olan
müstəqil və sosialist-inqilabçı partiyalarla münasibətin davam etdirilməsi, ancaq
Rusiya əleyhinə davranıĢ və iĢbirliyinə heç bir zaman meydan verilməməsi,
tətillərdə fəhlə ittifaqına yardımçı olunması.
13)
Bütün partizanların (militanların) Türkiyə Ermənistanına keçirilməsi.
14)
Ġslahatlar aparılana qədər Rusiyadakı siyasi yeniliklərin yaxından
izlənməsi, buna qarĢılıq partiya orqanlarının öz fəaliyyətlərini ən gizli Ģəkildə
həyata keçirməsi.
15)
12-ci maddədə yer alan məqsəd üçün rus sosial-demokrat və anarxist
partiyaların Rus çarına qarĢı terror əməliyyatları aparmamaları üçün inandırılması.
38
16)
Qafqaza pan-islamçılar adı altında öz adamlarımızı göndərərək,
Rusiyaya qarĢı müsəlmanların fitnəkarlıq etməsi və üsyana təĢviq edilməsi üçün
təbliğat aparılmasının təmin olunması. Bunun nəticəsində Rusiya hökuməti
tərəfindən türklərə təzyiq və güc tətbiq olunacağı, əsas da bu cəmiyyətlərin
zəifləyəcəyi düĢünülür. Buna görə də DaĢnaksütyun partiyasının Qafqazda
aparacağı əməliyyatlarda türklərin ermənilərə qarĢı müqavimət göstərməsinin
qarĢısı alınacaqdır. Bundan baĢqa, Qafqazda yaĢayan türklərlə Anadoludakı
türklərinin ermənilərə qarĢı birlikdə hərəkət etməsi və birləĢməsi istiqamətindəki
təhlükə də ortadan qalxacaqdır.
17)
Rusiya, Ġran, Türkiyə və Amerikada ana dilini bilməyən erməni
uĢaqları üçün məktəblər açılması və ana dilinin qrammatikasının öyrənilməsi üçün
kurslar keçirilməsi.
Raportu yazan Rus jandarma məmurları Qafqazdakı pan-islamçı qrupların
yaxından təqib olunmasını da istəyirdi.
Bu raporta dair rusların Qafqaz baĢ valisi Voronsov-DaĢkov 10 yanvar
1914/59 tarix və saylı "çox gizli" qeydi ilə əlaqədar Ģəxslərə göndərdiyi yazıda,
Rusiya vətəndaĢı olan ermənilərin Osmanlı dövlətində yaĢayan ermənilərlə çox
ciddi münasibət qurduqlarını bildirərək, Qafqazdakı rus idarəçilərin onlara
yardımçı olmalarını əmr etdi. Rusiya hökumətinin Qafqazdakı ermənilərin içərisinə
yerləĢdirilmiĢ kadrlarını mühafizə etməsi üçün tədbir alması, bundan baĢqa
ermənilərin Rusiya əleyhinə üsyan etmə ehtimalının da göz önündə saxlaması
vacibliyini qeyd etdi. Qafqazda yaĢayan ermənilərin Türkiyəyə verə biləcəkləri
zərərlərdə nəzarətli davranmaları və ifrata varmamaları üçün lazım olanın
edilməsini və bu hadisələrin Rusiyaya aid torpaqlarda dinclik, təhlükəsizlik və
asayiĢi pozacaq Ģəkildə tərtib edilməməsini istədi. Yazıda ermənilərin edəcəyi
təcavüzlərdən və törədəcəkləri hadisələr səbəbindən Ġstanbulun Rusiyanı cavabdeh
tutmaması və etiraz etməməsi üçün tədbirli davranılması, bundan baĢqa Türkiyəyə
girəcək erməni terrorçulara hər hansı bir cəza verilməməsi və beləliklə, "bu asi
ruhlu insanlardan Rusiyanın qurtulmuĢ olacağı" da xüsusilə vurğulanırdı.
12
Erməni daĢnakları yeni bir təĢkilatlanma yaratmıĢ və əhəmiyyətli qərarlar
almıĢdılar. Birinci Dünya müharibəsi addım-addım yaxınlaĢırdı. Bunun üçün
Qafqazda səfərbərlik elan etmiĢlər və əli silah tutan bütün erməniləri rus
qüvvələrinə yardımçı ola bilmək məqsədilə hərbiyə almıĢdılar. Hədəfləri əvvəlcə
Qafqazı türklərdən tamamən təmizləmək və sonra Anadoluya girməkdi.
Eçmiədzin kilsəsi patriarxı V Kevork, rusların Qafqaz baĢ valisi Voronsov
DaĢkova
13
18/5/avqust 1914/1131 tarix və saylı bir məktub göndərmiĢdi. Bu
məktubda Ġstanbuldakı erməni Ģurası və erməni kilsəsinin aldığı müstəqillik qərarı
çərçivəsində rusların özlərinə yardımçı olmasını istəyirdi. Bundan baĢqa, bu
hədəflərin gerçəkləĢməsi üçün istər Türkiyə və istərsə də Qafqazda yaĢayan