374
Son günlərdə müstəqilliyini elan edən və Osmanlı Dövləti ilə dostluq
müqaviləsi bağlayan Azərbaycan Cümhuriyyəti hökuməti, Rusiya inqilabının
nəticəsi olaraq daxildə böyük çətinliklərlə üzləĢmiĢdir. Azərbaycan ərazisinin
böyük bir qismində üsyan bayrağı qaldıran və özlərini "bolĢevik" adlandıran quldur
dəstələri, məmləkətin idarə mərkəzi, sərvət mənbəyi, bir sözlə can nöqtəsi olan
Bakı Ģəhərini, Ģəhərlə bərabər Bakı vilayətini də əllərinə keçirərək əhalini qarət
edir, Azərbaycan Cümhuriyyəti hökumətini tanımır, binaları yıxır, özlərinə tabe
olmayanları atəĢ və qılıncla susdurur, Ģəhəri dağıdır, əhalini qətl edərək mallarını
talayır. Vilayət mərkəzi olan Bakıdan baĢqa ġamaxı, Quba, Lənkəran kimi
vilayətlərlə, bu vilayətlərin mərkəzi olan Ģəhərlər də adı çəkilən quldurların
təcavüz və istilasına məruz qalmıĢdır, Gəncə vilayəti də təhlükə altındadır. Gün-
gündən qüvvətlənməkdə, Ģimaldakı müttəfiqlərindən və Ġranda intriqalar icra edən
ingilislərdən hər zaman yardımlar almaqda olan bu fəsadçı zümrənin
zərərsizləĢdirilməsi, yeni qurulan Cümhuriyyətin imkanı xaricində müĢkül bir iĢdir.
Məmləkətin narahat və baĢqalarının mülkündən faydalanmağa düĢkün olan
ünsürləri üzərində də zərərli təsirlər icra edən bu fəsadçılar
ortadan
qaldırılmadıqca, bir çox müĢküllərə səbəb olur və üsyan çıxarırlar.
Bu səbəblərdən Bakı vilayətinin tezliklə bolĢevik adlandırılan quldur
dəstələrindən qurtarılması, Azərbaycan hökumətinin birinci vəzifəsidir. Bu məsələ
yaxın bir zamanda arzu olunan Ģəkildə həll edilməsə, cümhuriyyətin mövcudiyyəti
böyük Ģübhələr altında qalmaqla bərabər, əhalinin həyatı da ağla sığmayan
fəlakətlərə məruz qalacaqdır ki, müxtəlif zamanlarda Azərbaycan əhalisi adından
Osmanlı Dövlətinə təkrar-təkrar edilən müraciətlər səbəbiylə də bundan xəbərdar
olduğunuzu zənn edirəm.
Yuxarıda bəhs edilən təhlükənin mövcudiyyətinə və Osmanlı Dövləti ilə
Azərbaycan Cümhuriyyəti arasında bağlanan dostluq müqaviləsinin dördüncü
maddəsinə dayanaraq, Ģəxsinizə müraciət edərək, Osmanlı Dövlətinin hərbi qüvvə
vasitəsi ilə bolĢevik quldur dəstələrini cəzalandırmaq və onlara hədlərini bildirmək
üçün tabe olduğum hökumətə yardım etmələri arzusunu bildirməyə cürət edirəm.
Azərbaycan əhalisinin qüdrətli və xeyirxah qonĢuları olan əzəmətli Türkiyə
Dövlətinə qarĢı vaqe olan bu arzuların qəbul ediləcəyinə inamımın tam olduğunu
bilməyinizi və ehtiramlarımı qəbul etməyinizi rica edirəm.
Azərbaycan Cümhuriyyəti hökuməti Xarici ĠĢlər Naziri
Məmməd Həsən Hacınski
B) Osmanlı nümayəndə heyətinin rəisi Xəlil bəy əfəndi həzrətlərinə N-13
Azərbaycan Milli Məclisi, məmləkətində zühur edən quldur dəstələrinin
cəzalandırılması və zərərsizləĢdirilməsi üçün, Azərbaycan Cümhuriyyəti
hökumətinə yardım olaraq Osmanlı hərbi qüvvələrinin cəlb edilməsini xahiĢ
etməyi qərara almıĢdır.
375
Bu qərarı vacib qılan Ģərtlər Azərbaycan hökuməti Xarici ĠĢlər Naziri
Məmməd Həsən Hacınski həzrətlərinin, Ģəxsiniz vasitəsi ilə Osmanlı hökumətinə
müraciətində təfsilatı ilə izah edilmiĢdir.
Azərbaycan əhalisini təmsil edən Milli Məclisin, ümumxalq arzusuna
tərcüman olaraq aldığı qərar barəsindəki bu xahiĢin Osmanlı hökuməti tərəfindən
qəbul ediləcəyinə qüvvətli ümid bəsləyərək, müraciətimizin Babı-Aliyə
çatdırılması üçün vasitəçi olmağınızı rica və ehtiramlarımı ərz edirəm.
Azərbaycan Milli Məclisinin sədri
Rəsulzadə Məmməd Əmin
ƏLAVƏ 5
Osmanlı Dövləti tərəfindən
Azərbaycan hökumətinə barıĢıq Ģərtləri haqqında məlumat
(Xarici ĠĢlər Nazirliyi arxivi, H. Ö. 533 nömrəli qutu)
Ġstanbul, Noyabr 1918, ġəxsi, gizli
Osmanlı Ordusu BaĢ Komandanlıq Vəkaləti
Məcburiyyət qarĢısında sülh tələb etməyimiz səbəbiylə Azərbaycandakı
birliklərimizi geri çəkmək və Azərbaycanda qalmaq istəyən zabitlərimizin Osmanlı
ordusu ilə əlaqələrini kəsmələri gərəkdiyini elan etmək vəziyyətindəyik.
Ġttifaq ölkələri adından ingilislərlə bağladığımız sülhün bir maddəsində,
ingilislərin Bakını iĢğal etmələrinə etiraz bildirməməyi boyun olduq və Qafqazdakı
ordu komandanlığına bu barədə əmr verdik.
Ġslam və Türk hökuməti olaraq təĢəkkül etməyə çalıĢdığımız bu böhranlı
vaxtda, əgər mövcud isə gizli təĢəbbüs və iĢlərdən əl çəkərək, qonĢularınızla yaxĢı
keçinməyə var qüvvənizlə çalıĢmağınızı və bütün dünyanın haqq və ədalət əsası
üzərində birləĢdiyi əsnada, bu prinsiplərə tamamilə riayət etməyinizi, Ġngiltərə
dövləti ilə yaxĢı əlaqələr qurmağa cəhd etməyinizi tövsiyə və rica edir, qarĢılıqlı
ihdayı-islam və məvəddət diləyirəm.
BarıĢığın, o bölgələr haqqındakı maddələri aĢağıdakı kimidir.
11 TəĢrini-sani 1334 (11 noyabr 1918)
Sədrəzəm Əhməd Ġzzət
ƏLAVƏ 6
ġimali Qafqaz hökumətinin Türkiyəyə müraciəti
(Xarici ĠĢlər Nazirliyi arxivi, 124 nömrəli qutu)
Əzəmətli və yüksək sədrlik məqamına
Acizanə olaraq bildiririk ki;
376
Rusiyada zühur edən inqilab səbəbiylə ġimali Qafqazın müsəlman əhalisi,
iĢləri idarə etmək üçün ümumxalq səsverməsi ilə bir hökumət təĢkil etmiĢ və
millətin əksəriyyətinin səsinə istinad edən bu hökumət, məmləkətin tarixi
sərhədləri daxilində istiqlalını elan və bu barədəki rəsmi sənədləri yaxın zamanda
Osmanlı hökumətinə və digər hökumətlərə təqdim etmiĢdir.
Ġndi bu surətlə hal-hazırkı və gələcək müqəddəratının sövq və idarəsini öz
qüdrət əlində toplamıĢ olan ġimali Qafqazın müsəlman əhalisi, məmləkətin səadət
və rifahının təmini və istiqlal duyğusunun təhriki ilə, Ġslamiyyət cəhətindən
müqəddəs bir bağla bağlanmıĢ olduğu böyük Ġslam Xilafəti və Osmanlı Səltənəti
ilə bir dostluq ittifaqına girmək tələbi ilə iftixar etməkdədir. Ancaq Rusiyada
hökumət bolĢeviklərin əlinə keçdiyi gündən etibarən, adı çəkilənlərin elan və iddia
etdikləri kimi məmləkətə səadət və rifah gətirməkləri bir yana qalsın, əski
imperatorluğun bütün ərazilərini qan və iğtiĢaĢ içinə atdıqları və bu zülm
alovlarının Cənubi Qafqazın Bakı və ətrafında olduğu kimi, ġimali Qafqazın bütün
məntəqələrinə sirayət etdiyi və altı aydan bəri müsəlmanların yaĢadıqları bütün
yerləri və xüsusilə Terek vilayətini məhv və talan etmək məqsədi güdən bir çox
quldur dəstəsinin hücumları bütün dünyanın bildiyi bir həqiqət olduğundan,
həmvətənlərimizin can və mal əmniyyəti üçün arzu etdiyimiz dostluq
müqaviləsinin rəsmi və qəti bir Ģəkil almasını gözləməyə vaxt və imkan
verməməkdə və Osmanlı hökumətindən dərhal hərbi və siyasi yardım istəməyə
sövq etməkdədir. Həqiqətən ġimali Qafqaz hökumətinin hələ çox təzə olan hərbi
təĢkilatının qeyri-mükəmməl və əldə mövcud silah və cəbbəxanasının bəlanı dəf
etmək üçün yetərsiz bir dərəcədə olması, qədimdən bəri bağlı olduğumuz Xilafət
və Osmanlı hökumətinin belə haqlı bir tələbi belə tarixi bir gündə rədd
etməyəcəyini zənn etmək üçün kafi bir dəlil olmaqla, hər nə surət və yolla olursa
olsun, yetərli dərəcədə nizamlı və silahlı bir hərbi qüvvənin dərhal ġimali Qafqaza
gəlməsini və aĢağıda imzası olan, hökumətimizin tam səlahiyyət verdiyi və etimad
göstərdiyi, ġimali Qafqazın müsəlman əhalisinin səmimi məqsədlərini dilə gətirən
nümayəndələrin, hadisələrdən lütfən xəbərdar edilməsini ərz və xahiĢ edirik. Bu
xüsusda qərar və fərman, əmr sahibinindir.
Dərsəadət, 12 may 1334
ġimali Qafqaz hökuməti nümayəndəsi
Heydər Bammatov yerinə Mehmet Kari
ġimali Qafqaz hökuməti nümayəndəsi
Əbdülməcid Çermiyev
377
ƏLAVƏ 7
ġimali Qafqaz ilə Türkiyə arasında müqavilə
(Xarici ĠĢlər Nazirliyi arxivi, 560 nömrəli qutu)
Bismillahirrəhmanirrəhim
Osmanlı Səltənəti ilə
Qafqaz Dağlıları Ġttifaqı hökuməti arasında dostluq müqaviləsi
Bir tərəfdə Osmanlı hökuməti, digər tərəfdə son zamanda istiqlalını elan
edən Qafqaz Dağlıları Ġttifaqı hökuməti, siyasi, hüquqi, iqtisadi və fikri sahələrdə
dostca əlaqələr təsis etmək barəsində razılığa gəldiklərindən, nümayəndələri olmaq
üzrə;
Osmanlı Dövləti
Ədliyyə naziri və Dövlət ġurası rəisi Xəlil bəy əfəndi həzrətləri ilə
Qafqaz cəbhəsi Osmanlı orduları komandanı General Vəhib paĢa
həzrətlərini
Və
Qafqaz Dağlılar Ġttifaqı hökuməti Heydər Bammatov həzrətləri,
Əbdülməcid Çermiyev həzrətləri,
Zübeyir bəy Temurxanov həzrətləri,
Əlixan Qantəmirov həzrətlərini
təyin etmiĢlər və adı çəkilənlərin səlahiyyət vəsiqələri tədqiq edildikdən
sonra aĢağıdakı maddələri qərarlaĢdırmıĢlar:
Birinci maddə
Osmanlı hökuməti ilə Qafqaz Dağlılar Ġttifaqı hökuməti arasında daimi sülh
və istiqrarlı dostluq bərqərar olacaqdır.
İkinci maddə
Qafqaz Dağlılar Ġttifaqı hökuməti tərəfindən tələb olunduqda, Osmanlı
hökuməti daxili intizam və asayiĢin təmin edilməsi üçün, silahlı qüvvələrlə yardım
edəcəkdir.
Üçüncü maddə
Dövləti-Aliyyəyi-Osmaniyyə ilə Qafqaz Dağlılar ittifaqı hökuməti arasında
daha əvvəl heç bir əhdnamə, müqavilə, etilafnamə və sair mövcud olmadığından,
hər iki tərəf bir Ģəhbəndərlik müqavilənaməsi ilə bir ticarət əhdnaməsi və hüquqi
və iqtisadi münasibətlərın nizamlanması üçün lazım gələn digər sənədləri tərtib
etmək barədə razılığa gəlmiĢdir.
ġəhbəndərlik müqavilənaməsi, bu müqavilənin təsdiqnamələrinin qarĢılıqlı
olaraq təqdimi tarixindən etibarən iki il ərzində təsdiq ediləcəkdir. Aradakı
müvəqqəti dövrdə hər iki tərəfin baĢ Ģəhbəndərləri, Ģəhbəndərləri və Ģəhbəndər
vəkilləri imtiyaz və məsuliyyətlərində ümumi dövlətlər hüququ əsaslarına uyğun
378
və millətin mənafeyinə ən münasib Ģəkildə hərəkət edəcəklər. Yenə dövlətlər
hüququ prinsiplərinə uyğun bir ticarət əhdnaməsinin tərtib edilməsi üçün
müzakirələr, bir tərəfdə Osmanlı Dövləti və digər tərəfdə hərb halında olan
dövlətlər arasında, sülhün təminindən sonra baĢlayacaqdır. O vaxta qədər və hər
surətdə 1335-ci ilin dekabr ayının 31-ci gününə qədər bu müqaviləyə rəbt edilmiĢ
bir nömrəli əlavə, hər iki tərəfdə tətbiq olunacaqdır. Bu əlavənin ləğvi 30 iyun
1335 tarixindən etibarən elan oluna bilər və bunun nəticəsi altı ay sonra tətbiq edilə
bilər. Quru yolu ilə ticarət, bu müqavilənin təsdiqnamələri qarĢılıqlı surətdə təqdim
edildiyi andan etibarən baĢlayacaqdır.
Dördüncü maddə
Qafqaz Dağlılar Ġttifaqı hökuməti beynəlxalq poçt və teleqraf ittifaqı
müqaviləsinə qoĢuluncaya qədər, Osmanlı Dövləti ilə Qafqaz Dağlılar Ġttifaqı
hökuməti arasında poçt və teleqraf iĢləri, bu müqavilə təsdiqnamələrinin qarĢılıqlı
təqdimindən etibarən, beynəlxalq poçt və teleqraf ittifaqının müqavilə və
nizamnamələrinə uyğun bir Ģəkildə təsis ediləcək.
Beşinci maddə
Brest-Litovskda Osmanlı Dövləti və müttəfiqləri ilə Rusiya arasında
bağlanan müĢtərək sülh müqaviləsinin hökmlərindən, bu müqaviləyə zidd
olmayanlar, hər iki tərəf üçün qüvvədə olacaq.
Altıncı maddə
Bu müqavilə təsdiq olunacaq və təsdiqnamələri bir ay içində, yaxud
mümkün olan ən qısa müddətdə Dərsəadətdə qarĢılıqlı olaraq tərəflərə təqdim
ediləcək. Nümayəndələr, bu müqaviləni imza və möhürləri ilə təsdiq etmiĢdir.
Bu müqavilə 8 iyun 1334 tarixində iki nüsxə olaraq Batumda tərtib
edilmiĢdir.
Xəlil
Heydər Bammatov
Vəhib
Əbdülməcid Çermiyev
Əlixan Qantəmir
Zübeyir Temurxan
Mehmet Kari
ƏLAVƏ 8
Qafqaz Ġslam Ordusunun qurulması və vəzifələri
haqqında təlimatnamə
Nuru paĢa, Qafqaz Ġslam Ordusunun qurulması ilə ordu komandanlığının
vəzifələri haqqında 5 aprel 1918 tarixli 12 maddədən ibarət olan və Hərbiyyə
379
Naziri Ənvər paĢanın imzasını daĢıyan aĢağıdakı təlimatnaməyə görə hərəkət
edirdi:
1.
Qafqaz Ġslam Ordusunun təĢkil edilməsinin məqsədi, Qafqazlıların
quracaqları ordunun əsasını vücuda gətirmək və bu əsası tədricən geniĢləndirmək,
Qafqazlı sıravilərə təlim vermək, Qafqazda uca islam mənfəətlərini, Xilafətin
müqəddəs hüququnu və Osmanlı Dövləti ilə siyasi və hərbi əlaqələri təsis etməkdir.
Bu təĢkilat tədricən Rusiya daxilindəki bütün Müsəlmanlara imkan daxilində Ģamil
ediləcəkdir.
2.
Ordu komandanı, hələlik Osmanlı hökumətinin Qafqazdakı ən böyük
nümayəndəsidir.
3.
Ordu Qərargah Rəisi, yalnız hərbi məsələlərlə məĢğul olacaq və heç bir
surətdə bunun xaricindəki iĢlərə müdaxilə etməyəcəkdir.
4.
Ordu komandanı, siyasi məsələləri Siyasi ĠĢlər ġöbəsi vasitəsi ilə Ģəxsən
idarə edəcəkdir.
5.
Ordu komandanı, lazım olduğu zaman Qərargah Rəisi və Siyasi ĠĢlər
ġöbəsi müdirinin fikirlərini nəzərə alaraq qərar verə bilər.
6.
Ordunun əmr və komanda iĢləri və ləvazimatlarla əlaqədar iĢlər, eyni
ilə digər ordularda olduğu kimi Hərbiyyə Nazirliyinin bölmələri və Ģöbələri
tərəfindən idarə olunacaq və bu məsələlər barəsində Nazirliyə müraciət ediləcəkdir.
7.
Ġslam məsələləri, siyasi və iqtisadi iĢlər Ģəxsən Hərbiyyə Nazirinə ərz
ediləcəkdir.
8.
Ordunun yerli xalqdan toplanan əsgərlərlə gücləndirilməsi iĢləri ordu
komandanlığına aiddir; ancaq Osmanlı təbəələri hesabına gücləndirmə iĢləri
Nazirlik tərəfindən yerinə yetiriləcəkdir.
9.
Ordunun silahlandırılması, təchizatı, geyim və iaĢəsi və sair xərcləri
hələlik Osmanlı Hərbiyyə Nazirliyi tərəfindən ödənəcəkdir.
10.
Qafqaz Ordusuna mənsub olanlar arasında cərəyan edəcək hüquqi iĢlər
və cəzalandırmalar, tamamən Osmanlı Ordusunda cari olan qanunlar və qaydalara
uyğun olacaq, ancaq ordu komandanı yerli vəziyyətə görə yerli xalqdan toplanan
əsgərlər üçün bəzi xüsusi halları nəzərə alaraq qanunları azaltmaq və ya çoxaltmaq
barəsində səlahiyyət sahibidir.
11.
Fəxri olaraq "üst" əlaməti daĢıyan zabitlər, Qafqazda olduqları
müddətdə fəxri rütbələrinin səlahiyyətlərinə sahib olacaqlar.
12.
Ordunun Ġstanbuldakı xüsusi iĢləri ilə ordu mənsublarının ailələrinin
iĢlərini burada izləmək və sürətləndirmək vəzifəsi, ġərq ĠĢlərindəki xüsusi bir Ģöbə
tərəfindən həyata keçiriləcək.
380
ƏLAVƏ 9
ġimali Qafqaz Komandanı Kurmay Yarbay Ġsmayıl bəyin
ġimali Qafqaz xalqlarına xitabən yayımladığı bildiriĢ
21.06.1334
Qafqaz Ġslam Ordusu komandanlığına
ġimali Qafqazda yayımlanmaq üzrə hazırlanan bəyannamənin bir nüsxəsi
tərəfinizə göndərilmiĢdir.
ġimali Qafqaz Komandanı.
ġimali Qafqazın Bütün Müsəlman Əhalisinə
Əziz və möhtərəm müsəlman qardaĢlarımız. Soltan Məhməd RəĢad
həzrətləri tərəfindən Qafqaz Ġslam Ordusu komandalığına təyin edilən Nuru paĢa
həzrətləri məni ġimali Qafqaz komandanı vəzifəsi ilə bura göndərdi. Əsrlərdən bəri
Quranı cırmaq, islam dinini ortadan qaldırmaq məqsədini güdən dövlətlərdən olan
Rusiya hökumətinin çöküĢünü və batıĢını görürsünüz. Müqəddəs xilafət vəzifəsini
üzərimizə götürən və bu səbəbdən də bütün dünyada yaĢayan müsəlmanların həyat
və inancları barədə məsuliyyət daĢıyan biz Osmanlı hökuməti və milləti, 600 ildən
çoxdur ki, aramsız olaraq xristianların hücumlarına və təcavüzlərinə qarĢı mübarizə
apardıq və bu gün də aparmaqdayıq. Bu səfərki dünya müharibəsinə də aynı
məqsədlə girdik və bu yolda yüz minlərlə islam övladını fəda elədik.
Bizim sizdən istədiyimiz:
Ey əsrlərdən bəri zülm altında inləmiĢ olan müsəlman qardaĢlarımız, sizdən
gözlədiyimiz, rusların yenidən dirilmələri ehtimalı qarĢısında mövcudiyyətinizi
mühafizə etmək, iman əhlinin qurtarılması adına giriĢdiyimiz bu ümumi
mücadilədə qala divarları kimi yan-yana olmaq və bu surətlə güclə
dağılmayacağımızı dünyaya göstərməkdir. Bu da bir-birimizə yardım etməklə
mümkün olacaqdır.
ġimali Qafqaz komandanı Ġsmayıl
419
Dr.Mustafa GÖRÜRYILMAZ
TÜRK QAFQAZ ĠSLAM ORDUSU
VƏ ERMƏNĠLƏR
(Azərbaycan dilində)
«Qismət» mətbəəsində
ofset üsulu ilə çap edilmiĢdir.
Azərbaycan, Bakı, AZ122, H.Zərdabi pr. 78
Tel: (+994 12) 497 57 61, Faks: (+994 12) 497 70 23
E-mail: qismetaz@yaho.com
Dostları ilə paylaş: |