2
BBK53
G-80
Editor, Bədii və texniki redaktor:
Halil ÖZTÜRK
NəĢriyyatın direktoru:
Zahid MƏMMƏDRZAYEV
Redaktor:
Azad AĞAOĞLU
Korrektor:
Yusif ƏFġAR
G-80 Dr.Mustafa GÖRÜRYILMAZ,
TÜRK QAFQAZ ĠSLAM ORDUSU VƏ ERMƏNĠLƏR (1918)
Qismət, Bakı, 2009, 408 səhifə.
TRT-nin Bakı nümayəndəsi olmuĢ Mustafa Görüryılmazın bu kitabında,
Türk Qafqaz Ġslam Ordusunun Azərbaycan və Dağıstanda apardığı hərbi
əməliyyatlar və bu əməliyyatların nəticələri, Birinci Dünya müharibəsi dönəminin
mürəkkəb siyasi və hərbi hadisələri fonunda ələ alınmıĢdır. Ermənilərin,
Azərbaycanda əhaliyə qarĢı törətdikləri qətliamlar və Qafqaz Ġslam Ordusunun bu
qətliamları nə Ģəkildə önlədiyi də kitabda öz əksini tapmıĢdır.
0503000000
M-085-62-09
ĠSBN 10 9952-8082-5-9
ĠSBN 13 978-9952-8082-5-4
Qismət, 2009
3
T Ə Q D Ġ M
Azərbaycan cəmiyyətinin yaxĢı tanıdığı və ölkəmizin dostları siyahısına daxil olan
TRT-nin Bakı ofisinin sabiq müdiri, Mustafa Görüryılmazın "Türk Qafqaz İslam Ordusu və
ermənilər" adlanan kitabının mühüm əhəmiyyətə malik olduğunu düĢünürəm.
Çünki təxminən 70 il ərzində sovet imperiyasının əsarəti altında yaĢayan
Azərbaycanda Qafqaz Ġslam Ordusu və onun fəaliyyəti ilə bağlı həqiqətlərin iĢıq üzü
görməsinə imkan verilmədi. Bir sıra hallarda qəhrəman türk əsgərlərinə, onların Qafqazda
bolĢevik-daĢnak qüvvələrinə qarĢı mübarizəsinə qərəzli münasibət göstərildi. Ona görə də
bu sahədə daha çox araĢdırmalar aparılmalı, real faktlar cəmiyyətə, Azərbaycan və Türkiyə
ictimaiyyətinə təqdim olunmalıdır.
Məhz bu səbəbdən Mustafa Görüryılmazın gərgin çalıĢmalarının nəticəsi olan
kitabın Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaĢdırılmasıyla insanlarımız bir
daha o dövrün hadisələrinə obyektiv qiymət vermək Ģansı əldə edəcəklər. Kitaba diqqət
yetirdikdə müəllifin yalnız Qafqaz Ġslam Ordusunun Azərbaycandakı fəaliyyətini
araĢdırmaqla qalmadığını, eyni zamanda Dağıstan hərəkatının məqsədini, məramını da
təqdim və təhlil etdiyini görmək mümkündür.
Müəllifin kitabda Qafqazın və Azərbaycanın coğrafi mövqeyindən ictimai-siyasi
durumuna qədər olan bütün məsələləri iĢıqlandırması, I Dünya müharibəsi ərəfəsində
Osmanlı imperiyasındakı siyasi vəziyyət, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı da
oxucuya geniĢ informasiyalar verməsi onun məlumat dairəsinin geniĢliyindən, Azərbaycana,
ümumən Türk Dünyasına olan sevgisindən irəli gəlir.
Yazarın kitabda faktlara istinad etməklə yanaĢı, müasir dövrdə araĢdırma aparan
Ģəxslərin fikirlərinə nəĢrdə yer ayırması onun həm keçmiĢ nəsil, həm də gələcək nəslin
arasında məhz Qafqaz Ġslam Ordusunun vasitəsilə vəhdət yaratmaq istəyindən irəli gəlir.
Kitabda həmin hadisələri gözləri ilə görmüĢ Ģahidlərin, Ģəhidlik abidələri komplekslərinin
qurulmasında, sovet hakimiyyəti illərində türk hərbiçilərinin məzarlarının qorunmasında
böyük səy göstərmiĢ insanların, o cümlədən Ģairlərin Ģeirlərinin əks olunması xüsusi bir
vəhdət yaradır. Bununla da oxucu Qafqaz Ġslam Ordusunun fəaliyyəti ilə yanaĢı, həmin
tarixdə cərəyan edən hadisələr haqqında da ətraflı məlumat almaq imkanı əldə edir.
Belə sanballı araĢdırmaların sayının artmasına böyük ehtiyac var. Çünki bu
araĢdırmalar da Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsi istiqamətində ciddi
töhfələr verir. Bu il Qafqaz Ġslam Ordusunun Bakı Ģəhərini azad etməsinin 90 ili tamam
olduğu bir tarixdə belə bir kitabın çap olunmasını oxucular üçün yubiley töhfəsi saymaq
olar. Müəllifə isə Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək
araĢdırmalarını davam etdirməsini arzulayıram.
Nizami Cəfərov,
professor, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin müdiri
4
ÖN SÖZ
Onlar:
Qar-boran demədən,
Toroslardan, Palantökənlərdən
Qatar-qatar qopub gəldilər.
Qartallar kimi
Qanad çalıb Qafqazlara,
Hiddətlə düşmənin başına
endilər.
TURQUT ƏR
Birinci Dünya müharibəsinin baĢlandığı illərdə yer üzündə türklərin
qurduğu azad və müstəqil iki dövlət vardı. Bunlardan biri Osmanlı dövləti, digəri
bugünkü Ġran coğrafiyasında vaxtilə hakimiyyətini sürdürən Qacar xanlığı idi.
Geridə qalan coğrafiyada yaĢayan türklər Rus çarlığı və Çin idarəçiliyi altında
varlıqlarını qorumağa və yaĢatmağa çalıĢırdılar.
Osmanlı dövləti və Ġstanbul, türk ellərində yaĢayan soydaĢların diqqət
mərkəzi idi. Onlar gözlərini və qulaqlarını Türkiyəyə çevirmiĢdilər. Rusiyadakı
ixtilal çarlıq idarəçiliyinin basqı, Ģiddət və zülmünə məruz qalan türk ziyalılarını
hərəkətə gətirdi. Ancaq nə onların, nə də Osmanlı dövlətinin bir və bərabər olmaq,
gələcəyi birlikdə qurmaq üçün heç bir hazırlığı yox idi. Üstəlik Birinci Dünya
müharibəsində imperialist qərb dövlətlərinin hədəfində Ģərq mədəniyyətinin (türk-
islam dünyası) öncüsü və təmsilçisi olan Osmanlı dövləti var idi. Müstəmləkəçi
ölkələr bu türk dövlətinin yıxılması və bölüĢdürülməsinə dair planlar qururdular.
Müharibə baĢlayan kimi Osmanlı dövləti imperialist qərb qüvvələrinə qarĢı, baĢda
Çanaqqala və Ģərq cəbhəsi olmaqla, cənubda Qut, Bağdad, Yəmən, Hicaz və
Fələstin kimi bölgələrdə böyük hərbi uğurlar əldə etdi.
Qəhrəman Türk Silahlı Qüvvələri Qafqazlarda da eyni üstün uğuru göstərdi.
Türk Qafqaz Ġslam Ordusunun Azərbaycan və Dağıstandakı hərbi hərəkatı, böyük
"Turan Dövləti" qurulması üçün ümidlərin göyərdiyi və budaqlandığı bir dövrdə,
ancaq yetərincə hazırlıq görülmədən və çox ağır Ģərtlər altında gerçəkləĢdirildi.
Birinci Dünya müharibəsi, Ġttihad və Tərəqqi Partiyası iqtidarında çökməyə
baĢlayan Osmanlı dövlətinin yerinə yeni bir Osmanlı dövləti, ya da Ənvər PaĢa və
silahdaĢlarının söyləyiĢi ilə "Turan İmperatorluğu" qurmaq istəyənlərin dramına
səhnə oldu. YaĢanan bu acıların qəhrəmanları bu dramın fədakar cəfakeĢləri, adsız
əsgərindən komandirinə qədər cahan dövləti Osmanlının çökməsini dayandırmaq
istəyən və böyük ideallarla silahlanmıĢ vətənsevərlər idi. Onlar tarixdə bir neçə