55
ġeyxzamanlı xatirəsində belə deyir:
Gənclik Cəmiyyəti təmsilçisi olaraq, Gəncə bələdiyyə rəisi Xəlil bəyin
yanına gedərək onunla görüĢdüm. Müharibə əsirləri haqqındakı düĢüncəmi ona
anlatdım. "Ruslar Qafqaz cəbhəsində əsir aldıqları türk əsgərlərini qatarlara
doldurub Sibirə göndərirlər. Xəstə olanlara baxılmır, bəziləri ağırlaĢaraq yolda can
verir. Cənazələr ilk vağzalda vaqondan atılır. Rusların bu qeyri-insani davranıĢları
xalqı hirsləndirir, hiddətləndirir", dedim. Xəlil bəy məni dinlədikdən sonra
Gəncədəki rus səlahiyyətlisi ilə bu məsələ ilə əlaqədar görüĢəcəyini və lazım gələni
edəcəyini dedi. Nəticəni öyrənmək üçün onunla axĢam Ģəhər klubunda
görüĢməyimi istədi.
AxĢam kluba gedərək Xəlil bəy ilə görüĢdüm. Xəlil bəy mənə belə dedi:
"O məsələ ilə əlaqədar görüĢdüm. Sabah vağzalda böyük bir bina
boĢaldılacaq. Ora bir xəstəxanaya çevriləcək. Rus ordusundan həkimlər istəniləcək.
Bələdiyyə və hökumət dairələri də bu məsələdə yardımçı olacaqlar. Tiflisdən
Gəncəyə hərəkət edən əsir dolu qatarlar əvvəlcədən bizə xəbər veriləcək. Həkimlər
vağzalda əsirləri müayinə edəcək və xəstə olanlar xəstəxanaya yerləĢdirilərək
müalicə olunacaq".
Bu xəbərə çox sevindim və təĢəkkür etdim. Xəlil bəy təĢəkkürə ehtiyac
olmadığını bildirərək, bu və buna bənzər iĢlərin özünün də vəzifəsi olduğunu
bildirdi. Xəlil bəydən bir xahiĢ də etdim. Əsirlərin rus həkimlərin dilini baĢa
düĢməyəcəklərini və onlara tərcüməçi lazım olacağını bildirərək, bu iĢi də sevə-
sevə edə biləcəyimi söylədim. Bu təklifimi qəbul edən Xəlil bəy, ertəsi gün rus
səlahiyyətlisi ilə bu məsələ ilə əlaqədar görüĢəcəyini bildirdi. Həqiqətən ertəsi gün
vağzalda böyük bir bina boĢaldıldı və içinə lazım olan əĢyalar yerləĢdirildi. Üç
həkim buraya təyin edildi. Mən də dərhal tərcüməçilik iĢinə baĢladım. Bu iĢ üçün
əmək haqqı almayacağımı öyrənən rus səlahiyyətlisi və mərkəz komandiri mənə
təĢəkkür məktubları göndərmiĢdilər.
Həmin gün əsir daĢıyan bir qatarın saat 14.00-da Gəncə vağzalında olacağı
xəbər verildi. Hamımız birlikdə vağzala gedərək qatarı gözləməyə baĢladıq.
Qatarın vağzala girməsindən 10 dəqiqə əvvəl rus əsgərləri ətrafı mühasirəyə aldı.
Əsirləri qarĢılamaq üçün perrona yığıĢan xalqı salona doldurdular. Bəzi dostlarım
rus əsgərlərin xalqın əsirlərə hədiyyə, yemək və içmək verməsini qadağan
etdiklərini, bəzi erməni əsgərlərin isə xalqın əsirlərə yaxınlaĢmasına belə razı
olmadıqlarını xəbər verdilər. Buna görə dərhal mərkəz komandirinin yavərinə
vəziyyəti bildirdim. Yavər qatarda iyirmi səkkiz vaqon olduğunu bildirərək, xalqın
gətirdiyi hədiyyələrin hər vaqona bir paket düĢəcək Ģəkildə paketlənərək əsirlərə
verilməsini istədi. Vəziyyəti xalqa izah etdim və dərhal paketlər hazırlanmağa
baĢlandı.
56
Qatar gəldikdən sonra səhiyyə heyəti olaraq vaqonlara mindik. Mən əsir
əsgərlərə türk dilində aralarında xəstə olub-olmadığını soruĢdum. Onlar ĢaĢqınlıq
içərisində mənə və rus həkimlərə baxırdılar. Əsirlər müayinə olunmaq istəmirdilər.
Bizə inanmadıqlarını görüb danıĢmağa baĢladım:
"Hal-hazırda olduğumuz yer Gəncə vağzalıdır və Ģəhərin əhalisi türkdür.
Sizin öz qardaĢlarınızdır. Vağzalda bir xəstəxanamız var. Xəstə olan əsgərləri
oraya aparacağıq. Ġstirahət edib, sağlamlığınıza qovuĢduqdan sonra yolunuza
davam edəcəksiniz".
Bundan sonra gördüm ki, xəstə olmayan əsirlər də xəstəxanaya getmək
istəyirlər. Müayinə nəticəsində 40 əsgəri xəstəxanaya göndərdik. Sonra, xəstə
olmayan vaqonlara da girdik və bütün əsirlərin hal-əhvalını soruĢduq. Rus
həkimlər əsirlərə müxtəlif suallar verirdilər. Daha sonra xalq tərəfindən hazırlanan
bağlamaları vaqonlara apardıq və "Gəncə xalqından türk qardaĢlarına verilmək
üçün hazırlanan hədiyyədir", deyərək paylamağa baĢladıq. Bu zaman gənc bir zabit
vaqonun pəncərəsindən bizi çağıraraq onların vaqonuna minməmizi istədi. Oraya
da girdik. Zabit bizə dedi:
- Mən xəstəyəm, çox xəstəyəm. Ġki həftədir heç istirahət etmədik.
Vaqonumuzda həkim var, ancaq dərmanımız yoxdur.
Zabit sözünü bitirdikdən sonra həkim olduğu aydın olan biri bizə doğru
yaxınlaĢdı və xəstənin vəziyyətini bizə anlatdı. Rus həkimlər də öz aralarında
söhbət etdikdən sonra mənə dedilər:
- Xəstəni aparaq. Əgər istərsə əsir həkim də bizimlə gəlsin. Bizə yardım
edər və beləcə iĢimiz asanlaĢar.
Həkimlərin qərarını, adının Murad olduğunu öyrəndiyim əsir türk zabitinə
və həkimə anlatdım. Bu təklifi qəbul etdilər. Hamımız bərabər camaatın olduğu
salona girdik. Orada olanlar dərhal ayağa qalxaraq əsirləri salamladı.
Gəncədəki əsirlərin həsrət çəkməməsi üçün Ģəhərin tanınmıĢ ziyalılarını da
vaxtaĢırı xəstəxanaya ziyarətə aparırdıq. Xəstə əsirlərin ən çox sevdiyi adam, heç
Ģübhəsiz, Ģair Əhməd Cavad idi. M.Ə.Rəsulzadənin Bakıda nəĢr etdiyi "Açıq söz"
qəzeti ilə türkcə nəĢr olunmuĢ kitab və digər nəĢrləri də əsir xəstələrə aparırdıq.
Bir gün Gəncənin tanınmıĢ tacirlərindən Hacı Həsən ağa ilə söhbət edərkən,
əsirlərə bir ziyafət vermək istədiyini söylədi. Bunu bələdiyyə rəisi Xəlil bəyə
bildirdim və rus səlahiyyətlisindən icazə almasını xahiĢ etdim.
Bir neçə gün sonra Xəlil bəy mənə dedi:
- Hacı Həsənə söylə, gözəl və zəngin bir ziyafət versin. Əsirlərdən baĢqa,
mən, rus rəhbər, mərkəz komandiri, hökumət və bələdiyyə həkimləri ilə Ģəhərin
tanınmıĢ əĢrafı da yeməkdə olacağıq.