62
Ermənilərin ruslar tərəfindən silah altına çağırılması Qafqazda yaĢayan
türklər arasında narahatlığa yol açmıĢdı. Tiflis Jandarma Ġdarəsi rəisi albay
Pastryulin 28 sentyabr 1914/5174 tarix və saylı gizli teleqrafda belə yazırdı:
"Agentlərimizin verdiyi bilgiyə görə, erməni könüllülərin silah altına
çağırılması, müsəlman xalqı ciddi biçimdə rahatsız etmiĢdir. Müsəlman əhali
ermənilərin özlərinə qarĢı savaĢacağına inanır. Ġrəvan sakini Molla MəĢədi
Məmmədli oğlu özbaĢına əvvəlcə Bakıya, ardından Gəncəyə gedərək,
müsəlmanları durumdan xəbərdar etmiĢdir".
Qafqaz BaĢ Valiliyi Yazı ĠĢləri müdiri Pisarski Bakı ġəhər rəisi və general-
qubernatorlara göndərdiyi 24 dekabr 1914/2682 tarix və saylı çox gizli və Ģəxsi
məktubda ermənilər və türklərin münasibətlərini diqqətlə izləmələrini istəyir və iki
xalq arasında anlaĢılmazlıq çıxmaması üçün erməni birliklərini öncədən müəyyən
olunan yerə göndərməyi təklif edirdi. Məktubda bildirdiyinə görə, ermənilərin
etdiyi basqı və təhdidlər səbəbindən türklərin qəzəbləndiyi anlaĢılırdı.
31
Rusiyanın paytaxtı Peterburqda dövlət avtoritetinin itməsi, ordunun
enerjisini və savaĢ qabiliyyətini itirmiĢ olduğu və kəndlilərin torpaq və daha yaxĢı
həyat Ģərtləri istəklərinin zirvəyə çatdığı bir dövrü gətirdi. BolĢeviklərin ideoloqu
olan Lenin Rusiyadakı bu qeyri-müəyyənlik dövründə 8 noyabrda Ġsveçrədən
Peterburqa getdi. Trotski rəhbərliyindəki ixtilalçı kommunist bolĢeviklər bir
çevriliĢ edərək hökuməti ələ keçirdilər.
52
Rusiyadakı hakimiyyət qovğası və ölkədə sabitliyi təmin edə bilməyən
bolĢeviklər savaĢı ən qısa müddətdə sona çatdıracaq barıĢ anlaĢmasının yollarını
aramağa baĢladılar. Bu çərçivədə hökumətin ilk göstərdiyi fəaliyyət, çarın
bağladığı gizli müqavilələri dünya ictimaiyyətinə açıqlamaq oldu. SavaĢdan öncə
və savaĢın davam etdiyi illərdə Antanta dövlətləri bəzi müqavilələr bağlamıĢdılar.
Bunlardan ən sonuncusu və ən geniĢ əhatəlisi də 1916-cı ildə imzalanan Sykes-
Pickot müqaviləsi idi.
53
Bu müqavilələrdən də göründüyü kimi, Birinci Dünya müharibəsində
Antanta dövlətləri arasında bağlanan gizli müqavilələrdə Osmanlı dövləti tamamən
bölüĢdürülürdü. Türklərə isə NevĢehir, KırĢehir, Ankara, Çankırı, Kastamonu,
EskiĢehir və Bursa saxlanılırdı.
54
Sykes-Pickot müqaviləsinə görə, Qafqazdan
baĢlayan və Ġskəndərun körfəzi ilə Çuxurovaya qədər uzanan böyük bir Ermənistan
dövləti qurulacaqdı. Ərəbistan yarımadası isə Osmanlı dövlətindən ayrılaraq, bir
Ərəb dövləti təĢkil ediləcəkdi. Krallığına da indiki Ġordaniyada olan HaĢimi
sülaləsindən ġərif Hüseyn gətiriləcəkdi. Ərəbistanın xaricində Suriya və Livan
fransızların, Ġraq və Fələstin isə Ġngiltərənin himayəsinə veriləcəkdi. Türkiyənin
bölüĢdürülməsi ilə əlaqəli plan Rusiyaya bildirilincə Peterburq idarəsi bunu
dəstəkləməklə bərabər, Ġstanbul və Çanaqqala boğazlarındakı istəyinə əlavə olaraq,
ġərqi Anadoluda Van və Ərzurum ilə Trabzon və ətrafının da özünə aid olduğunu
63
bildirdi. Bundan baĢqa bu bölgəni ermənilərə verməyəcəyini də bildirdi. Ġngiltərə
Rusiyanın bu istəyini qəbul etmək məcburiyyətində qaldı. Erməni məsələsini
hadisələrin gediĢinə tərk etmiĢdi. Digər tərəfdən, bu proqramın həyata keçməsi
halında, Ġngiltərə, Rusiya ilə ortaq sərhədə sahib olacaqdı. Bunu da istəmirdi. Bu
məqsədlə, Rusiya ilə arasında ya kiçik bir Ermənistan, ya da bir Kürdüstan dövləti
qurmanın maraqlarına daha uyğun olacağı nəticəsinə gəldi. Dərhal hərəkətə
keçərək kürdləri, Diyarbəkir, Urfa və Mosul ilə ətrafını əhatə edən bir dövlət
qurmaları üçün təhrik etməyə baĢladı. Bu durumu öyrənən Fransa etiraz edərək
Vandan Çuxurovaya qədər olan bir koridorun Suriya və Mosul daxil olmaqla
özünə verilməsini istədi. Ġngiltərə bu istəyə də qarĢı çıxa bilmədi.
55
Bu qarıĢıq istək və bölüĢmə çərçivəsində Osmanlı dövlətinin torpaqları
Antanta dövlətləri arasında sanki məzada çıxarılmıĢ və bölüĢdürülmüĢdü:
Rusiya Boğazlar ilə ġərqi Anadolunu,
Yunanıstan Ġzmir və ətrafını,
Ġtaliya Antalya və həvalisini,
Fransa Çuxurova, Suriya və Cənubi Azərbaycana qədər uzanan bir
koridoru,
Ġngiltərə Ġraq və Fələstini alırdı.
Ərəbistan isə ayrı bir dövlət olurdu.
Antanta dövlətləri arasındakı gizli müqavilələr bununla da qalmadı.
Rusiyada Fevral ixtilalı baĢlayana qədər həm üçlü müttəfiqlər arasında, həm də
Ġngiltərə ilə digər ortaqları arasında bağlanan ikili müqavilələr davam etdi.
Ġngiltərə Rusiyanın savaĢdan çəkildiyini görüncə ġərqi Anadolu və
Qafqazda bir Ermənistan, Qara dənizin ġərq sahilində Yunan Pont dövləti, Cənub-
Ģərqi Anadolu və Mosul bölgəsində Kürdüstan, Boğazlarda bir Boğaz dövləti və
Orta Anadoluda da Türkiyə olmaq üzrə beĢ kiçik dövlət qurulmasına qərar verdi.
Qərbi Anadolu yunanlara, Antalya və çevrəsi də italyanlara verilirdi. Bəsrə körfəzi,
Ərəbistan yarımadası və Fələstində isə on ayrı dövlətin təməllərini atırdı. Ġngiltərə,
bu əhatədə Osmanlı dövlətini "böl-parçala-ud" anlayıĢı çərçivəsində ortadan
qaldırmağa və imperialist əməllərini həyata keçirməyə çalıĢırdı.
Rusiyada ixtilal bütün sürətiylə sürərkən, Rus Qafqaz Orduları komandiri
Qrandyuk Nikolay vəzifəsindən alındı, yerinə ordu qərargah rəisi general Yudeniç
gətirildi. General Yudeniç bütün çalıĢmalarına rəğmən ordudakı fərarilərin
qarĢısını ala bilmədi. Yudeniç ixtilala da qarĢıydı. Nəhayət, 1917-ci ilin iyununda
Yudeniç də istefa etdi və yerinə general Perjevalski təyin edildi. 1917-ci ilin
dekabr ayında Qafqaz cəbhəsində rus ordusundan 200.000 nəfər əsgərlikdən
qaçmıĢdı. Cəbhədə ancaq 40.000-ə yaxın əsgər qalmıĢdı.
56