64
Türklərin, rus ordusundakı çözülmə haqqında vaxtında məlumat ala
bilmədiyi və ya toplanan bilgilərin lazım gəldiyi kimi dəyərləndirilə bilmədiyi
aydın olur. Kifayət qədər kəĢfiyyat bilgisinə sahib oluna bilsəydi, rusların rahatca
geri çəkilməsinə imkan verilməyə bilərdi. Budan baĢqa geri çəkilən rus hərbi
birliklərinin yerini erməni silahlı bandalarının alması və arxa cəbhədəki türkləri
qətlə yetirməsinin də qarĢısı alına bilərdi.
General Perjevalski əlində qalan hərbi birliklərin türk ordusu tərəfindən
məhv edilməsinə fürsət verməyəcək Ģəkildə geri çəkilmə hazırlıqlarına baĢladı.
Ruslar Qafqaz Ordusundakı çözülmənin türklər tərəfindən vaxtında xəbər alına
bilmədiyini qəti olaraq anlamıĢdılar. Geri çəkilmə hazırlıqlarının gizlənməsi
məqsədiylə eyni günlərdə atəĢkəs etmək üçün türk hərbi məqamlarına baĢ vurdular.
Nəhayət, 18 dekabr 1917-ci ildə Ərzincan mütarikəsi (atəĢkəs haqqında müqavilə)
imzalandı. Osmanlı dövləti bu mütarikədən heç bir qazanc əldə edə bilmədi.
57
Ruslar mütarikə imzalamaq istədiklərini Mosuldakı 6-cı Orduya da bir
teleqraf çəkərək bildirmiĢdilər. Bir həftə davam edən müzakirələrdən sonra 1
yanvar 1918-ci ildə mütarikə imzalandı. YüzbaĢı Səlahəddin bəy bu mütarikənin
imzalanmasından sonra baĢ verən hadisələri xatirəsində belə anladır:
"Bu heyət getdikdən sonra Azərbaycanlı bir heyətin gəldiyini, 13-cü
korpusdan bildirdilər. Heyət, Mosula gəldiyi zaman bizdən istədikləri Ģeyi anladıq.
Rusiya artıq dağılmıĢdır, belə bir dövlət yoxdur. Çarlıq idarəsi altında yaĢayan
bütün millətlər üsyan qaldırmıĢ, azadlıq istəyirlər. Qafqaz türkləri də bir dövlət və
hökumət qurmaq üçün bizim yardım etməmizi arzu edirlər".
Bu istək baĢkomandanlığa yazıldı. BaĢkomandanlıq da Azərbaycan
heyətinin yanına bir neçə zabit verilərək, Azərbaycanda bir incələmə və araĢdırma
aparılmasını əmr etdi. Bundan sonra kurmay yüzbaĢı Ġsmayıl Berkok, yüzbaĢı
Sarıgözəlli Midhət, topçu teymen (leytenant) Müzəffər bu heyətlə Qafqaza
göndərildi.
Heyət Mosul-Kərkük-Bana yolu ilə Cənubi Azərbaycana keçdi və Təbriz-
Culfa yolu ilə Gəncəyə çatdı. Sonra Bakı və ġimali Qafqaza getdi.
Xəlil PaĢa Kərkükdə ikən BaĢkomandanlıq Vəkalətindən bir teleqraf aldıq:
"Azərbaycanda baĢ verəcək hərəkat və qurulacaq hökumət üçün kimi münasib
görürsünüz? Bir həftə öncə Trablisqərbdən gələn yarbay Nurunumu, yoxsa albay
Kazım bəyimi (Qarabəkir)?" deyə soruĢurdu, Ənvər paĢa. Nuru bəy Ənvər paĢanın
qardaĢıydı və 1909-cu ildə zabit olan bu sinif hələ yüzbaĢı rütbəsindəydi. Nuru bəy
yarbaylığa yüksəlmiĢdi. Ənvərin və Nuru bəyin əmisi olan Xəlil paĢa bu iĢə Kazım
bəyin münasib olduğunu yazmıĢdı".
Ənvər paĢa ruslarla Ərzincan mütarikəsinin imzalandığı günlərdə Orta
Asiyada xidmət edəcək xüsusi qüvvələri gücləndirməyə çalıĢırdı. YüzbaĢı
Səlahəddin bəy bu mövzuda deyir:
65
- Kərkükdən Mosula döndüyümüz zaman baĢkomandanlıqdan yeni bir Ģifrə
aldıq. Belə idi:
"Əfqan kralının yanında çalıĢmaq üçün, yüz min altın verərək bir zabit
göndərmək istəyirəm. Tövsiyə edəcəyiniz bir zabit varmı?"
Xəlil paĢa bir həftə sonra Ģifrəyə cavab verdi:
"Yavərim teymen Səlahəddin bəyi bu iĢə tövsiyə edə bilərəm".
Komandan bu Ģifrəni yazmaq üçün mənə verdiyi zaman etiraz etdim. "Mən
bu iĢi görə bilmərəm, nə bilgim, nə də durumum əlveriĢlidir" dedim.
Xəlil paĢa, "Bu halda ediləcək Ģeyi zatən kimsə bilməz. Vətənini sevən,
ölümdən qorxmayan, qadına, pula, içkiyə qarĢı zəif olmayan hər adam bu iĢi görər.
Sən də görərsən" dedi.
59
3-cü Ordu komandanı Vəhib paĢa, geri çəkilən general Perjevalskiyə 4
fevral 1918-ci ildə bir məktub göndərərək, rus ordusunun boĢaltdığı yerlərdə
ermənilərin türklərin qətlini dayandırmaq üçün irəli hərəkata baĢlayacağını bildirdi.
Bu hərəkatın ruslara qarĢı düĢməncəsinə bir davranıĢ olaraq dəyərləndirilməməsi
gərəkdiyini də xüsusi bildirdi. Bu məktubdan da anlaĢılır ki, Vəhib paĢanın o tarixə
qədər rusların Qafqaz Ordusundakı çözülmənin ölçüsü haqqında bir bilgisi yox idi.
Halbuki general Perjevalskinin əmrində, sistemli ordu bir yana dursun, heç doğru-
dürüst tabor və ya alay belə qalmamıĢdı. Çünki 1917-ci il dekabr ayının əvvəlində
əmrində təxminən 40 min əsgər var idi və onların da böyük bir hissəsi fərarilik
etmək üçün fürsət axtarırdı.
Ruslara əsir düĢdükdən sonra bir yol tapıb qaçan və Trabzona çatan süvari
teymen Hüsaməddin bəy (əməkli kurmay yarbay Hüsaməddin Tuğaç), SuĢəhrində
bulunan 3-cü Ordu qərargahına gedərək, komandan Vəhib paĢaya Qafqazdakı
durum haqqında təfsilatı ilə məlumat verdi. Teymen Hüsaməddin bəyin anlatdıqları
tamamən müĢahidə, incələmə, təmas və Ģəxsən dinlədiklərindən meydana gəlirdi.
Bu baxımdan birinci dərəcədə önəmli bir qaynaqdı.
60
Hüsaməddin bəyin raportu xülasə olaraq bu Ģəkildəydi:
-Qafqaz cəbhəsində rus ordusu adında sistemli heç bir qüvvə qalmamıĢdır.
-Azərbaycandan keçərək Rusiyaya getmək istəyən rus əsgərlərinin qatarları
Gəncə yaxınlarında yerli xalq tərəfindən dayandırılaraq silahları alınmaqdadır.
-Tiflisdəki ingilis və fransız hərbi təmsilçiləri cəbhəni tərk edən Çar
Rusiyası ordusunun yerini doldurmaq üçün erməni və gürcülərdən bir korpus və
Cənubi Qafqazdakı ruslardan da bir tümən təĢkil etməyə çalıĢmaqdadırlar.
-
Azərbaycan silahlanmaq və hərbi təĢkilat qurmaq üçün Tiflisdəki Seym
hökumətinə baĢ vurmuĢdur. Fəqət bu hökumət ilə ingilis və fransız hərbi
təmsilçiləri, Azərbaycanlılara güvənmədikləri üçün türklərin silahlanmasında bir
sıra çətinliklər çıxarmaqdadırlar. Azərbaycanlı türklər ġimali Qafqazda olduğu