Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə41/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   37   38   39   40   41   42   43   44   ...   81

 
166 
ayaqqabı  mənim  üçün  sizin  dünyanızdan  daha 
əzizdir...  Ayaqqabını  yamamaqdan  xoşum  gəlir  və  bu 
işi  eyib  saymıram.  Əgər  əlimdə  hakimiyyət  olsa, 
istəyərəm ki, haqqı bərpa edib batini aradan qaldırım». 
HƏZRƏT SÜLEYMANIN (Ə) TƏVAZÖKARLIĞI 
Həzrət  Süleyman  (ə)  o  qədər  cah-cəlallı,  əzəmətli  idi 
ki,  tayı-bərabəri  yox  idi.  Amma  belə  bir  məqam  sahibi 
özünü  o  qədər  təvazökar  aparardı  ki,  hətta  qarışqa  da 
onu mühakimə edib haqqını istəyərdi. 
Bir  gün  Süleyman  əlinin  üstündəki  qarışqanı  yerə 
qoydu.  Amma  Süleyman  o  qədər  təvazökar  idi  ki, 
qarışqa ona e’tiraz edib dedi: «Bu xudpəsəndlik nədir? 
Məgər  bilmirsən  ki,  mən  də  sənin  kimi  Allah 
bəndəsiyəm? Sənin nə üstünlüyün var ki mənimlə belə 
rəftar edirsən?» 
Qarışqanın 
sözləri 
Süleymanı 
mütəəssir 
etdi. 
Düşündü ki, qiyamət günü bu sayaq mühakimə  edilsə 
çətin  olacaq.  Bu  fikirlərdən  ayrıldıqdan  sonra  özünə 
gəlib əmr etdi  ki, qarışqanı onun hüzuruna  gətirsinlər. 
Süleyman  dedi:  «Nə  üçün  belə  qəzəblə  e’tiraz  etdin?» 
Qarışqa belə cavab verdi: «Mənim bədənim zəifdir. Sən 
məni tutub yerə atanda bədənim əzildi, narahat oldum. 
Bu rəftarına görə də e’tiraz etdim». Süleyman həmişəki 
təvazökarlıqla  dedi:  «Mən  bu  işi  pis  niyyətlə 
etməmişəm,  sənə  verdiyim  əziyyətə  görə  üzr 
istəyirəm». 
Bəli,  misilsiz  əzəmətə  malik  Süleyman  ən  zəif  bir 
varlığı bilmədən azacıq incitdiyi üçün üzr istəyir! 
Qarışqa  deyir:  «Mən  səni  bağışladım.  Bir  şərtlə  ki, 
dünyaya  şəhvət  və  nəfs  istəkləri  ilə  üz  tutmayasan, 


 
167 
sərvəti  insanlara  sərf  etmək  üçün  istəyəsən,  israfa  yol 
verməyəsən,  ləzzətlərə  uyub  milləti  unutmayasan, 
kömək  istəyənlərə  öz  yardım  əlini  uzadasan».  Qəlbi 
zəiflərə  mərhəmətlə  dolu  olan  Süleyman  qarışqanın 
şərtlərini qəbul etdi, qarışqa da Süleymanı bağışladı.  
 
Ariflər özünə salmamış nəzər, 
Baxışları daim fələkdə gəzər. 
Böyüklük sayılmaz görkəm, danışıq, 
İmandır insana verən yaraşıq. 
Özün kiçildəni, Allah ucaldar, 
Özün böyük bilən özün aldadar. 
Həqiqəti görən keçir «mən»indən, 
Ucalır göylərə qopur tənindən. 
Məğrurda, lovğada gəl axtarma din, 
Üsyankar bəndəyə taleh də bədbin. 
 
«Allahummə 
və 
əs’əlukə 
sualə 
məniştəddət 
faqətuhu» 
(«Pərvərdigara!  Səndən  ehtiyacı  son  həddə  çatmış 
şəxs kimi istəyirəm.») 
HƏQİQİ MALİK ALLAHDIR 
Dua oxuyan şəxs duanın bu hissəsini oxuyarkən, ayə 
və  rəvayətlərin  yardımı  ilə  bəsirət  gözünü  açaraq  iki 
həqiqəti 
müşahidə 
etməlidir: 
əvvəla, 
mehriban 
Allahdan  savayı  mütləq  malik,  feyz  mənbəyi, 
bağışlayan,  ehtiyacsız  və  qəni  yoxdur;  ikincisi,  insanın 
və  digər  mövcudların  vücudu  fəqirlik  və  ehtiyacdan 
başqa bir şey deyildir. Qəni və ehtiyacsız olduğu halda 
varlıq  aləmini  ərsəyə  gətirən,  hər  bir  mövcudun 


 
168 
ehtiyacını ödəyən Allahdır. Heç bir mövcudda Onunla 
qarşılaşmaq  gücü  yoxdur  və  hamı  zatən  Onun 
qüdrətinə  təslimdir.  Kainatı  bir  «ol»  kəlməsi  ilə 
yaradan və «olma» kəlməsi ilə də aradan götürə biləcək 
varlıq  Odur.  Əgər  O,  ehtiyacsız  və  hamı  Onun 
rəhmətinə  möhtacdırsa,  nə  üçün  varlıq  aləmini  bu 
rəhmətə  bürüməməlidir?!  İnsan  hansı  əsasla  Onun 
rəhmətindən  ümidsiz  olmalıdır?!  O,  Xaliq,  Rəzzaq, 
Müsəvvir,  Vədud,  Rəhim,  Kərim,  Ğəfur,  dirildən  və 
öldürəndir. Onun heç bir  işdə şəriki yoxdur və heç bir 
yaranmış bir an olsun belə, Ondan ehtiyacsız deyil. O, 
bütün  dünya  əhlinin  maliki,  bütün  mövcudların 
tərbiyəçisidir. 
Dünya  malına  başı  qatılıb  Ona  möhtaclığını  hiss 
etməyənlər  var.  Amma  bu  hisslər  şeytani  bir  haldır  və 
bu qəflət ağacının meyvələri çox acı olasıdır. Bu bəsirət 
gözü  kor  olan  qafillər  Allah  hüzurunda  durub, 
ehtiyaclarını  izhar  etməkdən  məhrumdurlar.  Bu  zərəri 
ödəmək  mümkünsüzdür.  Bu  insanlar  səhradakı 
heyvanlar tək yalnız maddi ehtiyaclar ardınca qaçır və 
ilahi  fəzilətlərdən  məhrum  olurlar.  Qur’ani-Kərim  o 
mütləq  qəni,  nəhayətsiz  feyz  sahibi,  bütün  kamal 
sifətlərinin toplandığı zat haqqında buyurur:  
«Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah 
hər şeyə qadirdir».
226
 
«Göylərin,  yerin  və  onların  arasında  olan  hər  bir 
şeyin  ixtiyarı  Allahın  əlindədir  və  axır  dönüş  də 
Onun hüzurunadır».
227
 
                                                 
226
 «Ali-İmran» surəsi, ayə 189. 
227
 «Maidə» surəsi, ayə 18. 


 
169 
«Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən 
də öldürən də Odur. O hər şeyə qadirdir».
228
 
«Göylərin  və  yerin  hökmü  Allahın  əlindədir.  O, 
istədiyini  bağışlayar,  istədiyinə  də  əzab  verər.  Allah 
bağışlayan və rəhm edəndir».
229
 
«Fatir»  surəsinin  15-ci  ayəsində  insan  haqqında 
buyurulur: «Ey insanlar! Siz Allaha möhtacsınız. Allah 
isə  möhtac  deyildir  və  hər  cür  şükrə  tərifə  layiqdir. 
Doğrudan  da,  insanın  bütün  vücudu  ehtiyacdan 
ibarətdir.  Yaranmaqda,  yaşamaqda,  xeyir  qazanmaqda 
və  zərəri  dəf  etməkdə  onun  nə  qüdrəti  vardır?!  İnsanı 
yaradan,  yaşadan,  onu  xeyrinə  çatdırıb  zərərdən 
uzaqlaşdıran şəxs qadir olan Allahdır. Bir belə ehtiyacı 
olan  insan  nə  üçün  xalis  qəlblə,  cümə  axşamı  Allahın 
dərgahına üz tutub fəryad etməməlidir ki: «Allahummə 
və əs’əlukə sualə məniştəddət faqətuhu». 
İnsan  üçün  ən  gözəl  və  ən  faydalı  hal  dua  halıdır. 
İnsan  zatən  fəqir  olduğunu  anlayıb,  Allaha  əl  açmalı, 
qəlbən nalə çəkib öz məhbubunu çağırmalıdır. 
 
Bir qəlbdə O varsa, qəmə nə hacət, 
O kəs ağlasın ki, etməz itaət. 
Əlbət, sənsiz könül zülmətə məhkum,  
Körpə nalə çəkər olmasa qəyyum. 
Biganədir Səni uzaqda görən, 
Ağlamaz üzünü Sənə döndərən. 
Sözsüz, divanədir eşqdən xəbərsiz, 
Aşiqə divanə söyləmə yersiz. 
                                                 
228
 «Hədid» surəsi, ayə 2. 
229
 «Fəth» surəsi, ayə 14. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə