Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə44/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   40   41   42   43   44   45   46   47   ...   81

 
178 
agahlıqla  hökm  edər,  helmlə  bağışlayıb  göz  yumar». 
(«Nəhcül-bəlağə»);  «Allahın  mərhəməti  haramdan 
uzaqlaşan şəxsə tərəf tələsər».
250
 
Bir ərəb Həzrət Peyğəmbərdən (s) soruşur ki, qiyamət 
günü insanları hesaba kim çəkəcək? Həzrət (s) buyurur 
ki,  Allah-Taala.  Ərəb  deyir:  «And  olsun  kəbənin 
Allahına,  nicat  tapdıq.  Çünki  Kərim  qüdrətə  çatanda 
bağışlayar».
251
 
Bəli, savab, behişt, rəhmət, əfv kimi həqiqətlər yalnız 
Allaha  məxsus  olduğundan  möhtac  aşiqlər  Onun 
dərgahına  üz  tuturlar:  «və  əzumə  fima  indəkə 
rəğbətuhu». 
 
«Allahummə əzumə sultanukə» 
(«Pərvərdigara, sultanlığın əzəmətə çatmış.») 
 
Allah-Taalanın  səltənəti  zati  və  həqiqi,  başqa 
səltənətlər  isə  e’tibari  və  müvəqqətidir.  Digər 
səltənətlər  zaman  və  məkanca  məhdud  olduğu  halda, 
ilahi səltənət əbədi və sonsuzdur. 
İlahi  səltənət  qeybi  və  aşkarı  tam  əhatə  edir.  Digər 
bütün  səltənətlər  hər  biri  ilahi  səltənətə  möhtacdır. 
Onun  dəlilləri  qüvvətlidir  və  Onun  qarşısında  heç  bir 
dəlil  yoxdur.  Əql,  peyğəmbərlik,  Qur’an,  imamət 
qiyamət  günü  bütün  yaranmışlara  şahidlik  edəcək 
dəlillərdir.  Bu  dəlillər  vasitəsi  ilə  bütün  bəhanələr 
kəsiləcəkdir.  
 
                                                 
250
 «Biharul-ənvar», 75-ci cild, səh-90. 
251
 «Məcmueye-vərram», 1-ci cild, səh-9. 


 
179 
«Və əla məkanukə» 
(«Və Sənin məqamın ucadır.») 
 
«Şura»  surəsinin  11-ci  ayəsində  buyurulur:  «Ona 
bənzər  heç  bir  şey  yoxdur».  Bəli,  Həzrət  Haqq  bütün 
eyiblərdən  pakdır,  bütün  kamal,  camal  və  cəlal 
sifətlərinə  malikdir.  Bu  sifətlər  Onun  zatının  eynidir. 
Bütün qeybi və aşkar mövcudlar Onun qəyyumluğu ilə 
qiyam  edir.  Kainat  Onun  elm  və  iradəsinin,  qüdrət  və 
rəhmətinin  təzahürüdür.  O,  vəsfə  sığılmazdır.  Onun 
qüdrət  və  qüvvəsi  bütün  qüdrət  və  qüvvələrin 
fövqündədir. Şə’ni və məqamı isə hər şeydən üstündür. 
 
«Və xəfiyə məkrukə» 
(«Və Sənin məkrin gizlidir.») 
 
Adi  halda  «məkr»  dedikdə  hiyləgərlik,  aldatma  başa 
düşülür. Əlbəttə ki, Allaha münasibətdə işlədilən məkr 
sözü  cahil  insanlara  məxsus  məkr  mə’nasını  daşımır. 
Elm,  qüdrət,  rəhmət,  səxavət  sahibi  olan  Allahın  öz 
yaratdığı  mövcudlardan  ehtiyacsızlığı  aşkar  bir 
həqiqətdir. 
Allah  haqqında  işlədilən  məkr  kəlməsi  «cəza» 
mə’nasını verir. Allah-Taala bu cəzaya layiq bildiyi kəsi 
qurtuluş  yolu  qoymadan  əzaba  düçar  edər.  Allahın 
qəflət  içində  günaha  qərq  olmuş  insanlara  cəzası 
müxtəlif  formalarda  gerçəkləşə  bilər.  Məsələn,  azğın 
günahkarı  ne’mətlərə  qərq  etməklə  onun  başını  qatar 
və o şəxs qarşıdakı günahlardan xəbərsiz qalar. «Məkr» 


 
180 
günahkar  insanı  bu  sayaq  qəfildən  yaxalayan  məxfi 
əzabdır. 
Həzrət  Sadiq  (ə)  buyurur:  «Allah  xeyirini  istədiyi 
bəndə  günaha  batdığı  vaxt ona  qulaqburması  verər  və 
bu  qulaqburması  vasitəsi  ilə  ona  tövbəni  xatırladar. 
Amma  şərə  layiq  bilinmiş  adam  günaha  batdığı  vaxt 
Allah  ona  ne’mət  verməklə  başını  qatar  və  tövbəni 
onun yadından çıxarar...» 
 
«Və zəhərə əmrukə» 
(«Və Sənin əmrin aşkardır.») 
 
Allahın əmri ilkin mərhələdə təkvinidir, yə’ni bu əmr 
vasitəsi  ilə  varlıq  aləmi  vücuda  gəlmişdir.  Təkvini 
əmrdən  sonra  təşrii  əmr  gəlir.  Yə’ni  yaradılmış  şüurlu 
insana  peyğəmbərlər  vasitəsi  ilə  göstərişlər  verilir, 
doğru yol göstərilir. 
 
«Və ğələbə cəhrukə və cərət qudrətukə» 
(«Sənin  qəhrin  hər  şeyə  qalib  və  qüdrətin  hər  şeyə 
hakimdir.») 
 
Əvvəlki  söhbətlərdə  «qəhr»  və  «qüdrət»  haqqında 
kifayət  qədər  danışıldığı  üçün  təkrar  izahata  ehtiyac 
görmürük. 
 
«Və la yumkinul-firaru min hukumətikə» 
(«Hökumətindən qaçmaq mümkünsüzdür.») 
 


 
181 
Hər  bir  varlıq  Onun  hökuməti  daxilindədir  və  heç 
kim bu mühitdən xaric ola bilməz. 
Bütün  mövcudlar  Onun  iradəsi  ilə  yaranmışdır. 
Demək, o hər şeydən əvvəldir, hər şey Onun qüdrət və 
rəhməti  sayəsində  həyatını  davam  etdirir.  O,  bütün 
yaranmışlarladır  və  hər  şey  nəhayətdə,  Ona  tərəf 
qayıdasıdır. Demək, O hər şeyin axırıdır. Belə bir halda 
hansı mövcud Onun hakimiyyətindən qaça bilər?! 
Bir  rəvayətdə  nəql  olunur  ki,  bir  kişi  İmam  Hüseynə 
(ə)  dedi:  «Mən  günahkar  bir  adamam  və  günah 
qarşısında  səbrim  yoxdur.  Məni  nəsihət  et».  Həzrət 
İmam (ə) buyurdu: «Deyəcəyim beş işi gör, sonra hansı 
günaha  istəyirsən,  bat.  Əvvəla,  Allahın  ruzisini  yemə. 
İkincisi,  Onun  vilayətindən  və  hökumətindən  çıx. 
Üçüncüsü,  elə  bir  yer  tap  ki,  Allah  səni  görməsin. 
Dördüncüsü,  ölüm  mələyi  canını  almağa  gələndə  onu 
qov. Beşinci,  cəhənnəm mələyi  səni cəhənnəmə  atanda 
sən cəhənnəmə girmə».
252
 
Bəli,  qaçmaq  istəyən  insan  yaxşı  olar  ki,  cəhalətdən 
mə’rifətə  eşitdiyindən  gördüyünə  və  nəhayət,  xalqdan 
Xaliqə doğru qaçsın. Bu qaçışda dünya və axirət səadəti 
və Allah razılığı vardır. 
 
Aşiqə dünyanı versən də əgər 
Gözlərini yumub ruhunu dinlər. 
Mə’şuqla görüşü olan bir insan 
Dünya sevgisinə uymaz heç zaman. 
Bu hicran çölündə göz yaşlarından 
Çiçəklər açılır dərdlərə dərman. 
                                                 
252
 «Biharul-ənvar», 75-ci cild, səh-126. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə