Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə43/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   39   40   41   42   43   44   45   46   ...   81

 
174 
gecədən  üstündür».
239
   «Gecə  yarı  xəlvətdə  Allahla 
münacata  duran  bəndənin  qəlbində  Allah  öz  nurunu 
sabit  edər».
240
   «Qiyamət  günü  bir  bəndənin  oda 
çəkilməsi  əmri  olunduğu  vaxt  mö’min  kişilər  və 
qadınlar  deyərlər  ki,  Pərvərdigara,  o  daim  bizim  üçün 
dua edib, xilası üçün şəfaətimizi qəbul et. Allah onların 
şəfaətini qəbul edib, həmin şəxsə nicat verər».
241
 «Agah 
olun  ki,  Qur’anı  öyrənən,  başqalarına  öyrədən,  ona 
əməl  edən  şəxsi  behiştə  doğru  çəkib,  ona  cənnətin 
yolunu göstərəcəyəm».
242
 
Həzrət  Əli  (ə)  buyurur:  «Gündəlik  ibadət  bədəni 
sağlam  edir,  Allahı  razı  salır  və  peyğəmbər  əxlaqına 
çatdırır».
243
 
BEHİŞT 
Allah  yanında  olan,  mə’rifət  və  iman  əhlinin  rəğbət 
göstərdiyi  həqiqətlərdən  biri  behiştdir.  Allah-Taala 
Qur’ani-Kərimdə  bütün  bəndələrini  bu  əbədi  məkana 
də’vət  edir  və  bildirir  ki,  behiştə  çatmağın  yolu  iman, 
saleh əməl, təqva və halal-haramı gözləməkdir. 
«Rəbbinizin  məğfirətinə  və  müttəqilər  üçün 
hazırlanmış,  genişliyi  göylər  və  yer  qədər  olan 
cənnətə tələsin».
244
 
«Rəbbinizin  tərəfindən  bağışlanmağa,  Allaha  və 
Onun  Peyğəmbərinə  (s)  iman  gətirənlər  üçün 
                                                 
239
 «Təfsire-Muin», səh-193. 
240
 «Mustədrəkul-vəsail», 5-ci cild, səh-207. 
241
 «Kafi», 2-ci cild, səh-507. 
242
 «Təfsire-Muin», səh-496. 
243
 «Vəsailüş-şiə», 8-ci cild, səh-150. 
244
 «Ali-İmran» surəsi, ayə 133. 


 
175 
hazırlanmış,  göylər  və  yer  qədər  geniş  olan  cənnətə 
nail  olmaq  üçün  bir-birinizdən  qabağa  düşməyə 
çalışın.  Bu,  Allahın  dilədiyi  kimsəyə  əta  etdiyi 
mərhəmətdir.  Allah  çox  böyük  mərhəmət,  kərəm 
sahibidir».
245
 
Ayə  və  rəvayətlərə  görə  behişt  iman,  saleh  əməl, 
təqva  və  haramdan  uzaqlığın  mükafatıdır.  Bu 
həqiqətlərdən  kənar  düşüb,  küfrə  şirkə  müxtəlif 
günahlara  bulaşanlar  bu  ne’mətdən  məhrum  olub, 
cəhənnəmə 
düşərlər. 
«Mu’min» 
surəsinin 
40-cı 
ayəsində  buyurulur:  «Hər  kişi  və  hər  qadın  mö’min 
olaraq  bir  yaxşılıq  etsə  cənnətə  daxil  olub  saysız-
hesabsız  ruziyə  çatar.»  «Tövbə»  surəsinin  71-72 
ayələrində  buyurulur:  «Mö’min  kişilərlə  mö’min 
qadınlar  bir-birlərinə  vəli  və  yardımçıdırlar.  Onlar 
yaxşı işləri əmr, pis işləri yasaq edər, namaz qılıb zəkt 
verərlər, Allaha və peyğəmbərinə tabe olarlar. Əlbəttə 
ki,  Allah  onlara  rəhm  edəcəkdir.  Allah,  həqiqətən, 
yenilməz  qüdrət  və  hikmət  sahibidir;  Allah  mö’min 
kişilərə və qadınlara altından çaylar axan cənnətlər və 
Ədn  cənnətlərində  gözəl  məskənlər  və’d  etmişdir. 
Onlar  orada  əbədi  qalacaqlar.  Allahdan  olan  bir 
razılıq  isə  daha  böyükdür.  Bu,  ən  böyük  qurtuluş  və 
uğurdur.» 
Həzrət  Səccad  (ə)  buyurur:  «Bilin  ki,  behiştə  müştaq 
olan  kəs  yaxşılığa  tələsib,  şəhvəti  unutdu.  Kim  ki, 
oddan  qorxdu,  günahdan  tövbə  etməklə  Allaha  doğru 
tələsdi və haramlardan üz döndərdi».
246
 
                                                 
245
 «Hədid» surəsi, ayə 21. 
246
 «Biharul-ənvar», 75-ci cild, səh-139. 


 
176 
Həzrət  Əli  (ə)  buyurur:  «Cənnətin  qiyməti  saleh 
əməldir».
247
 
İmam  Baqir  (ə)  buyurur:  «Hər  kəs  on  xüsusiyyətlə 
Allahın  görüşünə  getsə  behiştə  daxil  olar:  Allahdan 
başqa  mə’bud  olmadığına  şəhadət,  Məhəmmədin  (s) 
peyğəmbər  olmasına  şəhadət,  peyğəmbərin  Allah 
tərəfindən  gətirdiyi  Qur’anın  təsdiqi,  namaz  qılmaq, 
zəkat ödəmək, ramazan ayı oruc tutmaq, həccə getmək, 
Allah  dostları  ilə  dostluq,  Allah  düşmənləri  ilə 
düşmənlik, bütün məstedicilərdən uzaqlıq».
248
 
ALLAHIN RƏHMƏTİ 
Qur’ani-Məciddə  və  Əhli-beyt  (ə)  buyruqlarında 
Allahın rəhməti geniş şəkildə açıqlanmış və insanlar bu 
rəhməti qazanmaq üçün iman və saleh əmələ tövbə və 
təqvaya  də’vət  olunmuşlar.  «Nisa»  surəsinin  175-ci 
ayəsində  oxuyuruq:  «Allah  Ona  iman  gətirən  və 
Ondan  möhkəm  yapışan  kimsələri  öz  mərhəmətinə 
daxil edər və doğru yola salar». «Ən,am» surəsinin 54-
cü  ayəsində  oxuyuruq:  «Ayələrimizə  iman  gətirənlər 
sənin yanına gəldikləri zaman de: «Salam olsun sizə! 
Rəbbiniz  özü  üçün  mərhəməti  vacib  etmişdir».  Bu 
surənin  147-ci  ayəsində  belə  buyurulur:  «De  ki, 
Rəbbiniz  geniş  rəhmət  sahibidir».  Bu  mə’na  «Ə’raf» 
surəsinin  156-cı  ayəsində  bir  daha  təsdiqlənir: 
«Rəhmətim hər şeyi əhatə etmişdir». 
İlahi  rəhmətə  çatmaq  üçün  nəzərdə  tutulmuş 
göstərişlərə  əməl  etmədən  bu  rəhmətə  nail  olmaq 
                                                 
247
 «Ğürərul-hikəm», səh-154. 
248
 «Xisal», 2-ci cild, səh-432. 


 
177 
mümkün  deyildir.  Həzrət  Baqir  (ə)  buyurur:  «Gözəl 
qayıdışla  ilahi  rəhmət  və  bəxşişə  can  at  və  gözəl 
qayıdışın gerçəkləşməsi üçün gecənin zülmətində xalis 
duadan kömək istə».
249
 
Bir  şəxs  Həzrət  Peyğəmbərə  (s)  ərz  etdi:  «Allahın 
rəhmətinə  çatmaq  istəyirəm».  Həzrət  (s)  buyurdu: 
«Özünə  və  Allahın  xalqına  rəhm  et,  Allah  sənə  rəhm 
edəcək». 
 
Ah-naləmə yetməz Səndən özgəsi, 
Bir Sənsən bu ağlar könlümün bəsi. 
Unutmayıb daim yada salan kim, 
Deyilməyən dərdi duya bilən kim?! 
Kimdir Səndən başqa bu işə qadir, 
Ümidim, pənahım rəhmətindədir. 
Bu rəhmət çeşməsi sevgilə dolu, 
Nuş edənin eşqdən dəyişir halı. 
Bu badədən içmək olsa qismətim, 
İbadətin, zikrin olar adətim. 
 
ALLAHIN ƏFVİ 
«Əfv»  günahı  bağışlamaq,  nöqsanlara  göz  yummaq 
deməkdir.  Allah-Taala  bu  həqiqəti  həqiqi  tövbə  qılıb, 
doğru  yola  qayıdanlar  üçün  qərar  vermişdir.  «Nisa» 
surəsinin  43-cü  ayəsində  buyurulur:  «Şübhəsiz  ki, 
Allah əfv edən və bağışlayandır». 
Həzrət  Əli  (ə)  buyurur:  «Onun  fərmanı  vacib, 
hikmətlidir.  Razılığı  aman  və  rəhmətdir.  Elm  və 
                                                 
249
 «Biharul-ənvar», 75-ci cild, səh-162. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə