Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə39/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   35   36   37   38   39   40   41   42   ...   81

 
158 
müəyyənləşdirilmişdir.  Heç  kəsə  oğurluq,  rüşvət, 
sələm,  haram  yolla  ruzi  müəyyənləşdirilməmişdir. 
Haram  yolla  qazanan  insan  onun  üçün  ayrılmış  halal 
ruzini  azaldır.  Ayə  və  rəvayətlər  insanları  halal  yolla, 
halal  ruzi  qazanmağa  çağırır.  İnsan  halal  yolla  az 
qazansa belə, Allahın məsləhətindən razı qalmalıdır. 
İslam dinində halal ruzi qazanmaq vacibdir və böyük 
ibadət  hesab  olunur.  İslam  Peyğəmbəri  (s)  buyurur: 
«Halal  ruzi  ardınca  getmək  hər  bir  müsəlman  kişi  və 
qadına  vacibdir».
198
 «Halal  ruzi  ardınca  getmək  Allah  
yolunda cihaddır».
199
 
Rəvayətlərdən  mə’lum  olur  ki,  bə’zi  işlər  vasitəsi  ilə 
ruzini  artırmaq  olar.  Həzrət  Peyğəmbər  (s)  bu  istəkdə 
olan  bir  şəxsə  belə  buyurdu:  «Paklıqda  davamlı  olsan, 
ruzin artacaqdır».
200
 
Həzrət Əli (ə) buyurur: «Din qardaşına kömək etmək 
ruzini artırır».
201
 «Əmanətdarlıq ruzini artırır».
202
 
İmam  Baqir  (ə)  buyurur:  «Din  qardaşına  gizlində 
edilən dua sənə gen-bol ruzi nazil edər».
203
 
İmam  Sadiq  (ə)  buyurur:  «Hər  kəs  öz  ailəsinə  gözəl 
xeyirxahlıq  göstərsə,  ruzisi  artırılar».
204
 «Gözəl  əxlaq 
ruzini artırır».
205
 
                                                 
198
 «Cameül-əxbar», səh-139. 
199
 ”Kənzül-əmmal», 9205. 
200
 ”Kənzül-əmmal», 44 154. 
201
 «Xisal», 2-ci cild, səh-504. 
202
 «Mizanul-hikmət», 5-2056. 
203
 «Biharul-ənvar», 90-cı cild, səh-386. 
204
 «Biharul-ənvar», 66-407. 
205
 «Mizanul-hikmət» 5-2056. 


 
159 
Həzrət  Peyğəmbər  (s)  buyurur:  «Hər  kəs  səy  və 
zəhmətlə ruzi qazanarsa, Allah ona mərhəmət nəzəri ilə 
baxar  və  heç  vaxt  əzab  etməz».
206
 «Təlaş  və  zəhmətlə 
ruzi  qazanan  kəs  qiyamət  günü  peyğəmbərlər 
sırasındadır  və  o,  peyğəmbərlərin  savabını  alar».
207
 
«İbadət  on  qisimdir,  doqquz  qismi  halal  ardınca 
getməkdir».
208
 
İmam  Riza  (ə)  buyurur:  «Şübhəsiz  ki,  hər  kəs  halal 
yolla  ruzi  ardınca  gedib  ailəsini  möhtac  olmaqdan 
qorusa,  Allah  yolunda  cihad  edəndən  çox  savab 
qazanar».
209
 
Hər  halda,  ruzi  dünya  süfrəsinə  qoyulmuş  bir 
gerçəklikdir  və  Allahın  məsləhətinə  uyğun  olaraq  bu 
ruzidən  hərənin  öz  payı  vardır.  Ruzinin  gen-bolluğu 
ilahi  məhəbbət  dəlili  deyildir.  Eləcə  də  kasıbçılıq 
Allahın  qəzəbini  göstərmir.  İstər  var-dövlət,  istərsə  də 
kasıbçılıq bir imtahandır. Bu imtahanda varlıdan şükür, 
kasıbdan  isə  səbir  intizarı  var.  Varlı  malını  sədəqə 
verməklə  kasıb  isə  şəxsiyyətini  qoruyub  əl  açmamaqla 
böyük savablar əldə edə bilər. 
Varlı  şəxs  bilməlidir  ki,  öz  sərvətini  düzgün  sərf 
etmək  şükrünə  nail  olmasa  dünya  və  axirət  əzabını 
dadmalıdır.  Eləcə  də  kasıb  şəxs  öz  səbri  ilə  şükrə  nail 
olmasa,  ehtiyacını  aradan  qaldırmaq  üçün  dinini  satsa 
əzaba düçar olasıdır. Həzrət Əli (ə) bu barədə buyurur: 
«Allah-Taala  xalqın  ruzisinin  qədərini  müəyyən  etmiş, 
                                                 
206
 «Cameül-əxbar» səh-139. 
207
 «Cameül-əxbar», səh-139. 
208
 «Cameül-əxbar», səh-139. 
209
 «Kafi», 5-ci cild, səh-88. 


 
160 
kimə  çox,  kimə  də  az  əta  etmişdir.  Bu  bölgü  ədalət 
əsasındadır.  Kimi  ruzinin  çoxluğu,  kimi  ruzinin  azlığı 
ilə  imtahan  olunur.  Bu  yolla  sərvətlinin  şükrü,  kasıbın 
səbri sınağa çəkilir». («Nəhcül-bəlağə»). 
Digər  bir  tərəfdən  mö’min  şəxs  Allahın  onun  üçün 
ayırdığı  ruzi  payından  razı  olmalıdır.  Ayrılmış  ruzi 
payından  narazılıq  Allahdan  narazılıqdır.  Bu  işdə 
ariflər  imamı,  mö’minlər  ağası  Həzrət  Əlidən  (ə)  ibrət 
götürüb,  ardıcıl  olaraq  Allahdan  dünya  və  axirət 
səadəti 
istəmək 
lazımdır: 
«Pərvərdigara, 
mənə 
mərhəmət  buyur,  mənimlə  müdara  et  və  məni  nəsib 
etdiyin ruzidən razı sal».  
İmam  Həsən  (ə)  buyurur:  «Ruzi  payından  narazı 
qalan,  məqamını  kiçik  hesab  edən  şəxs  necə 
mö’mindir?!»
210
  
Həzrət 
Peyğəmbər 
(s) 
buyurur: 
«Cəbraildən 
soruşdum ki, riza nədir?» Cəbrail dedi: «Razı o şəxsdir 
ki,  qismətinə  bir  şey  düşsə  də  düşməsə  də  öz  ağasına 
qəzəblənməz.  Amma  öz  az  əməlindən  razı  qalmaz».
211
 
İmam  Sadiq  (ə)  buyurur:  «Əgər  Allahın  sənə  nəsib 
etdiyi  ruzidən  razı  qalsan,  ehtiyacsız  olarsan».
212
 
«Allahın öz məsləhəti ilə ayırdığı ruzi payından narazı 
qalan  şəxs  Allahın  hökm  və  tədbirini  müttəhim 
etmişdir.»
213
  
                                                 
210
 «Mizanul-hikmət», 5-2090. 
211
 ”Biharul-ənvar», 66-cı cild, səh-373. 
212
 «Xisal», 1-ci cild, səh-169. 
213
 «Biharul-ənvar», 75-ci cild, səh-201. 


 
161 
Həzrət  Əli  (ə)  buyurur:  «Allahın  ayırdığı  ruzi 
payından razı olan şəxsin cismi rahatlanar».
214
 
Həzrət  Əlidən  (ə)  «Nəhl»  surəsinin  97-ci  ayəsi 
haqqında  soruşulduqda  Həzrət  (ə)  «təyyibə  həyat 
qənaətdir»-  deyə  buyurdu  və  əlavə  etdi:  «Hərislikdən 
qənaətlə intiqam al ...»
215
  
Əhli-beyt  (ə)  maarifində  buyurulur:  «Hərislik  və 
tamah  halal  ruzini  artırmır.  Əksinə  insanı  harama 
düçar edir. Haram isə öz növbəsində imanı süstləşdirir, 
əxlaqı  puça  çıxarır,  dünya  və  axirətdə  çətinliklər 
yaradır.  Halal  ruziyə  qane  olmaq  insanın  dünya  və 
axirət səadətini tə’min edən tükənməz xəzinədir. 
Allahın  Rəsulu  (s)  buyurur:  «Ümmətimin  yaxşıları 
qane’ pisləri isə tamahkarlardır».
216
 
İmam  Baqir  (ə)  buyurur:  «Əli  (ə)  xurmanın  ən  pisini 
yeyər,  üstündən  su  içib  deyərdi:  «Hər  kəsi  qarını 
cəhənnəmə  aparsa,  onu  Allah  öz  rəhmətindən 
uzaqlaşdırmışdır.»
217
  
İmam Baqir (ə) və İmam Sadiq (ə) buyururlar: «Xalqın 
ən ehtiyacsızı Allahın verdiyi ruziyə qane olanlardır.»
218
 
Həzrət  Sadiq  (ə)  buyurur:  «Allahın  nəsib  etdiyi  ruziyə 
qane ol, başqalarının əlində olandan gözünü çək, xalqın 
malına  tamah  salma,  gücün  çatmayanı  arzu  etmə. 
Şəksiz  ki,  qane  olan  şəxs  doydu,  qane  olmayan  isə  ac 
                                                 
214
 ”Biharul-ənvar», 68-ci cild, səh-139. 
215
 «Ğürərul-hikəm», səh-391. 
216
 «Kənzul-əmmal», 7095. 
217
 «Kənzül-əmmal», 8741. 
218
 «Kafi» 2-ci cild, səh-139. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə