Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə35/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   31   32   33   34   35   36   37   38   ...   272

düzək silinir, burada alçaqlıq öz örtüyünü atır, burada hər şey tama-

milə  çılpaqdır,  bütün  xam  xəyallar  burada  ifşa  olunur, burada  dağıl-

manın və sonun məşum görünüşü olan əsl şeydən başqa, ayrı heç nə 

yoxdur.  Varlıq  və  ölüm.  Burada  şərab  şüşəsinin  dibi  sərxoşluğu 

göstərir, səbətin qulpu qulluqçu qızdan bəhs edir; vaxtilə ədəbi zövqü 

ilə lovğalanan, sonralar sınaraq buraya atılan bir əlağacının başı yenə 

adi  bir  əlağacı  başı  olur;  birsuluq  sikkədə  həkk  olunan  kralın  sifəti 

cəng  atır;  Kayafın  haxtüfü  Falstafın  qusuntusuna  qarışır; 

qumarxanadan çıxan  qızıl  sikkə  bir  mıxa  rast  gəlir;  bu mıxda  özünü 

asan  adamın  boğazına  saldığı  kəndirin  parçası  görünür;  vaxtından 

əvvəl  doğulmuş  və  göyərmiş  bir  çağa  parıldayan  tumana  bükülüb 

oraya  atılmışdır,  həmin  bu  tumanda  keçən  pəhriz  Operadakı  balda 

oynayırdılar; məhkəmə hakiminin bereti bir fahişənin çürümüş ətəyilə 

yan-yana çirkaba batıb qalmışdır. Bu, qardaşlıqdan da artıqdır, bu çox 

yaxın,  təklifsiz  bir  əlaqədir.  Rənglənən  hər  şey  burada  çirkabla  əl-

üzünü yuyur. Burada hər şeyin üstü açılır. Kloaka həyasızdır. O, hər 

şeyi açıb deym^ 

İyrəndiyin bu sadəlövhlüyü bizim xoşumuza gəlir, o, ürəyi sakit-

ləşdirir.  Biz,  dövlət  mülahizəsini,  andın  pozulmasını,  siyasi  hikməti, 

insan ədalətini, professional düzlüyü, yüksək mövqeyə aid edilən rəs- 

miyyətçiliyi,  məmurların  satqın  olmamasının  özünü  mühüm  bir  şey 

kimi  nəzərə  çarpdırmasını  yer  üzündə  uzun  zamandan  bəri  səbir  ilə 

müşahidə  etmişik,  bunları  öz  gözümüzlə  görmüşük  -  bu  şeyləri 

müşahidə  etdikdən  sonra  kloakaya  enmək,  orada  adi  çirkab  görmək 

bizə təsəlli verir, bu çirkabın orada olması da tamamilə yerindədir. 

Bir  də  ki  bu  ibrətamizdir.  Biz  yuxarıda  demişdik:  bütün  tarix 

kloakadan  keçir.  Varfolomey  gecəsi  döşəmə  yolun  daşları  arasından 

damcı-damcı  ora  sızır.  Bütün  böyük  kütləvi  qətllər,  bütün  siyasi  və 

dini  qırğınlar  mədəniyyətin  bu  yeraltı  mağaralarından  keçir,  öz 

meyitlərini ora atır. Xəyalpərəstin təsəvvüründə, tarixdə məşhur olan 

bütün  qatillər  orada  iyrənc  bir  ala-qaranlıq  içində,  kəfənlərinin  cın-

dırını döşlük yerinə bağlayaraq dizləri üstə çökmüşlər, gördükləri işin 

izini  qəmgin-qəmgin  yuyurlar.  XI  Lüdovik  Tristanla,  I  Fransisk 

Düpra ilə, IX Karl öz anası ilə, Rişelye XIII Lüdoviklə oradadır, bun-

dan  başqa  Luvua  da,  Letelye  də,  Heber  də,  Mayyar  da  oradadır  -

onların  hamısı  öz  cinayətlərinin  ləkəsini  daşlardan  qazımağa,  bu 

cinayətlərin şahidi olan hər şeyi məhv etməyə çalışırlar. 

105 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Adam bu qübbələr altında bu teyflərin süpürgəsinin səsini eşidir, 



ictimai fəlakətlərin təsvirəgəlməz üfunəti ilə nəfəs alır, künc- bucaqda 

tünd-qırmızı  parıltılar görür.  Orada qanlı əllər  yuyulan dəhşətli sular 

axır. 

İctimai  hadisələri  tədqiq  edənlər  mütləq  bu  qaranlıq  qübbələrin 



altına  girməlidirlər.  Bu  qübbələr  onların  laboratoriyasının  bir 

hissəsidir. Fəlsəfə - fikirlər mikroskopudur. Hər şey onun diqqətindən 

yayınmağa çalışır, lakin heç bir şey onun nəzərindən qaçmır. Burada 

hiylə  işlədərək  yaxa  qurtarmaq  faydasızdır.  Siz  ondan  yaxa 

qurtarmaqla nə görürsünüz? Öz eybinizi görürsünüz! Fəlsəfə satqınlıq 

bilmədən  şəri,  bədxahlığı  təqib  edir,  onların  itib-getməsinə  yol 

vermir. Fəlsəfə, çürüdüyü üçün simasını itirən, dağıldığı üçün, sanki, 

əriyən  şeylərə  baxaraq  bütün  məsələni  başa  düşür.  Fəlsəfə  tünd-

qırmızı geyimi cındır paltarın bir parçasından, qadını da onun köhnə-

kürüş  paltarından  bərpa  edir.  Kloakaya  baxaraq  şəhər  haqqında, 

çirkaba  baxaraq  şəhər  haqqında,  çirkaba  baxaraq  ürf-adət  haqqında 

mühakimə  yürüdür.  Saxsı  qırığından  küpəni  və  ya  səhəngi 

təsəvvüründə  yenidən  yaradır.  Perqamentdə  qalan  dırnağın  yeri  ilə 

Yudenhasse  yəhudilərilə  getto  yəhudiləri  arasındakı  fərqi  müəyyən 

edir.  Olub  keçmiş  şeyləri  -  xeyri,  şəri,  yalanı,  həqiqəti,  sarayda 

görünən  qan  ləkəsini,  cinayətkarlar  yuvasındakı  mürəkkəb  ləkəsini, 

lüpanardakı

1

  bir  damla  şam  yağını,  dəf  edilmiş  sınaqları,  adamı 



yoldan  çıxaran  halları,  iyrənc  eyş-işrət  məclislərini,  mənəviyyatı 

pozulmuş  adamların  xasiyyətini,  kobud  şəhvaniliyə  meyil  edən 

qəlblərin  namussuzluq  damğasını  bu  qalan  şeylərlə  müəyyən  edir, 

Roma hambalının paltarında Messalinanın dirsəyinin izini görür. 



Üçüncü fəsil 

BRCİNZO 

Orta  əsrlərdə  Parisin  çirkab  kanalları  haqqında  əfsanələr  söylə-

nirdi. XVI əsrdə II Henrix bu kanalların tədqiq olunması üçün sərən-

cam vermişdi, lakin bunun heç bir nəticəsi olmadı. Marsyenin dedi 

1

 Qədim Roma fahişəxanası 

106 


downloaded from KitabYurdu.org


yinə görə, kloaka hələ yüz il bundan əwəl başlı-başına buraxılmışdı, 

çirkab özbaşına axırdı. 

İğtişaşlar,  şübhələr,  tərəddüdlər  içində  boğulan  qoca  Paris  belə 

idi. O, özünü uzun zaman çox axmaqcasına apardı. Sonralar 89-cu il 

göstərdi  ki,  şəhər  birdən  necə  ağla  gələ  bilər.  Lakin  keçmiş 

zamanlarda  Parisin  düşüncəsi  az  idi;  o  nə  maddi,  nə  də  mənəvi 

cəhətdən  öz  işini  yaxşı  qura  bilirdi,  öz  zibilini  cinayət  dolu  sui-isti-

fadələrdən  heç  də  yaxşı  süpürüb  atmırdı.  Hər  şey  mane  olurdu,  hər 

şey  həlledilməz  bir  məsələ  kimi  təsəvvür  edilirdi.  Məsələn,  kloaka 

heç  bir  bələdçilik  kitabına  tabe  olmurdu.  Şəhərin  dolaşıq  küçə-

lərindən,  dalanlarından  baş  çıxarmaq  çətin  olduğu  kimi,  bu  zirzibil, 

çirkab tökülən kloakada da istiqamət tapmaq çətin idi, yerin üstündə - 

ağlasığmaz  bir  vəziyyət,  yerin  altında  -  keçilməsi  mümkün  olmayan 

bir  dolanbaclıq;  yuxarıda  -  dillər  qatma-qarışıqlığı,  aşağıda  - 

mağaralar dolaşıqlıği; Babil hərc-mərcliyi altında Dedal labi- rinti! ' 

Hərdənbir  Parisin  yeraltı  kanallanndan  axan  çirkab  cəsarət  edib 

öz  sahilindən  kənara  çıxırdı,  heç  kəsin  tanımadığı  bu  “Nil”,  sanki, 

qəzəblənirdi.  Onda  iyrənc  bir  vəziyyət  əmələ  gəlirdi:  şəhəri  çirkab 

basırdı. Mədəniyyətin mədəsi hərdən yeməyi pis həzm edir, kloakada 

olan çirkab Parisin boğazına qalxırdı, şəhər öz zirzibilini geri qayta-

randa əzab çəkirdi. Bunda vicdan əzabı çəkməyə bənzər bir şey duyu-

lurdu,  bu  da  faydasız  deyildi;  bu,  böyük  bir  narazılıqla  qarşılanan 

narazılıq  idi.  Şəhər  öz  çirkab  çalalarının  həyasızlığından  bərk 

acıqlanırdı,  çirkabın  yeraltı  kanallarından  bayıra  çıxmasına  yol 

vermək istəmirdi. Çirkabı amansızlıqla qovmaq lazımdır! 

1802-ci  il  daşqını  səksən  yaşına  çatmış  parislilərin  həyatında 

unudulmaz  xatirələrdən  biridir.  Çirkab  çalın-çarpaz  axaraq  XIV 

Lüdovikin heykəli olan Qalibiyyət  meydanını basdı; kloakanın Yeli- 

sey  çölündəki  iki  deşiyindən  qalxaraq  Sent-Onore  küçəsini,  Sen- 

Florantendəki deşiyindən qalxaraq Sen-Floranten küçəsini, Zəng səsi 

küçəsindəki  deşiyindən  qalxaraq  Pyer-a-Puasson  küçəsini,  Yaşıl  yol 

körpüsü  altındakı  deşiyindən  qalxaraq  Popenkur  küçəsini,  Lapp 

küçəsindəki  deşiyindən  qalxaraq  Xardal  küçəsini  basdı;  bu  çirkab 

Yelisey  çölü  küçəsindəki  novları  dolduraraq,  otuz  beş  santimetr 

yuxarı  qalxdı.  Cənub  məhəllələrdə  Senaya  tökülən  çirkabı  kanallara 

geri basdı, çirkab gəlib Mazarini, Eşode, Mare küçələrində 

107 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə