Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə2/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   2   3   4   5   6   7   8   9   ...   272

Bu  barrikadalardan  biri  Sent-Antuan  civarı  qarovulxanasının 

qabağını kəsirdi, o birisi Tampl civarına gələn  yolu qoruyurdu. Kim 

ki iyunun aydın, mavi səması altında qurulan vətəndaş müharibəsinin 

yaratdığı  bu  qorxunc  barrikadaları  görüb,  onları  heç  vaxt  unutma-

yacaqdır. 

Sent-Antuan barrikadası çox nəhəng barrikada olub, üçmərtəbəli 

ev hündürlüyündə idi, eni də yeddi yüz futa çatırdı. O, Sent- Antuan 

civarının  qabağını,  yəni  üç  küçənin  ağzını  başdan-başa  tuturdu;  bu 

barrikada  kələ-kötürdü,  dəlik-deşikdi,  diş-dişdi,  kəsik-  kəsikdi,  onun 

mağzala oxşayan böyük deşikləri vardı; o, daş yığınlarına əsaslanırdı, 

bu,  onu  istehkama  çevirirdi;  onun  bəzi  yeri  əyri  şəkildə  qabağa 

çıxırdı. Sent-Antuan civarı evlərinin iki hündür tini onu arxa tərəfdən 

möhkəm qoruyurdu; o,  vaxtilə 14 iyulu görən dəhşətli  meydanın bir 

tərəfində  nəhəng  sədd  kimi  yüksəlirdi.  Barrikadaların,  sanki,  ulu 

babası  olan  bu  barrikadanın  dal  tərəfində  on  doqquz  barrikada  bir-

birinin  ardınca  küçələrin  içərisinə  doğru  uzanırdı.  Şəhər  ətrafinda 

yaşayan  camaatın  çəkdiyi  dəhşətli  əzabı  hiss  etmək  üçün  həmin 

barrikadanı  uzaqdan  görmək  kifayətdi,  onların  çəkdiyi  əzab  elə  bir 

dərəcəyə  gəlib  çatmışdı  ki,  bu  zaman  ehtiyac  fəlakətə  çevrilir.  Bu 

barrikada nədən qurulmuşdu? Bəziləri deyirdi ki, bu barrikada ancaq 

bu  məqsəd  üçün  viran  edilmiş  üç  altımərtəbəli  evin  söküntülərindən 

qurulmuşdur.  Bəziləri  də  deyirdi  ki,  onu  xalq  qəzəbinin  möcüzəsi 

yaratmışdır.  Söküntülərdən  qurulmuş  bu  barrikada,  nifrətdən  əmələ 

gələn bir şey kimi, adamı qüssələndirirdi. Soruşa bilərlər ki, bunu kim 

qurmuşdur?  Soruşa  da  bilərlər  ki,  bunu  kim  dağıtmışdır?  Bu 

barrikadanı  şiddətli  qəzəbin  coşqun  ilhamı  yaratmışdı.  Dayan!  Bax, 

bu  -  qapı!  Bu  -  dəmir  barmaqlıq!  Bu  -  talvar!  Bu  -  çərçivə!  Bu  - 

sınmış manqal! Bu - çatlamış küpə! Hamısını ver gəlsin, tulla gəlsin! 

Hamısını  itələ  bəri,  dart  bəri,  alt-üst  elə,  sındır,  yıx,  dağıt!  Qənbər 

daşını, çınqılı, dirəyi, dəmir tiri, əsgi-üsgünü, sınmış pəncərə şüşəsini, 

üzü  soyulmuş  stulları,  kələm  kötüyünü,  cındır  paltarları,  zirzibili 

lənətlə,  qarğışla  üst-üstə  tökürdülər.  Bu  həm  əzəmətli,  həm  də 

əhəmiyyətsiz  bir  şey  idi.  Bu,  əzəli  xaosun  təqlidi  idi,  onu  yoxsulluq 

bir  anda  yaratmışdı.  Kütlə  ilə  atom  bir-birinə  qarışmışdı;  bir  parça 

divarın  yanında  dəlik-deşik  olmuş  qab  görünürdü  -  bu,  müxtəlif 

qırıntıların qorxunc qardaşlığı idi; Sizif öz qayasını, Əyyub öz saxsı 

qabını bura atmışdı. Bu şeylərin hamısı bir 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

yerdə adamı dəhşətə gətirirdi. Bu, lütlər Akropolu idi. Onun döşündə 



aşırılmış  arabalar  görünürdü;  dalı  üstə  çevrilmiş  yekə  bir  araba  bu 

qiyamçı  simada  çapıq  yerinə  oxşayırdı;  qiyamçılar  atları  açılmış  bir 

omnibusu  gülə-gülə  barrikadanın  lap  təpəsinə  qaldırmışdılar,  sanki, 

bu  vəhşicəsinə  istehkamı  quran  adamlar  faciə  ilə  əyləncəni 

birləşdirmək istəmişdilər; omnibusun dişləsi yuxarı qalxmışdı, elə bil 

ki,  səmadan  bir  cüt  atın  enib  ona  qoşulacağını  gözləyirdi.  Qiyam 

dalğalarının  qurduğu  bu  nəhəng  təpə,  Ossanın  Pelion  üzərinə  qalaq-

landığı  kimi,  bütün  inqilablarda  -  93-cü  ilin  89-cu  il  üzərinə,  9  ter- 

midorun 10 avqust üzərinə, 18 brümerin 21 yanvar üzərinə, vandem- 

yerin  prerial  üzərinə,  1848-ci  ilin  1830-cu  il  üzərinə  qalaqlandığını 

xatırladırdı.  Meydan  buna  layiq  idi,  barrikadanın  da  Bastiliyanın 

məhv  olduğu  yerdə  meydana  gəlməyə  haqqı  vardı.  Okean  sədd 

qurmuş  olsaydı,  mütləq  belə  bir  sədd  qurardı.  Məddin  qəzəbi  bu 

biçimsiz bəndə öz təsirini göstərmişdi. Hansı məddin? Qara camaatın 

- elə bil ki, siz daşa dönmüş fəryadı görürsünüz, elə bil ki, siz coşqun 

tərəqqinin  gözə  görünməyən  nəhəng  bal  arılarının  vızıltısını  eşidir-

siniz;  bu,  arı  pətəyi  üzərində  arıların  vızıltısını  xatırladır.  Bu, 

keçilməz sıx meşə idimi? Ya əyyaşlar eyş-işrətinin izi idimi? Ya qala 

idimi?  Adama  elə  gəlirdi  ki,  divanəlik  bunu  qala  çırpıntısı  ilə 

yaratmışdır.  Bu  istehkamda  bir  iyrəndik,  bu  xaosda  Olimp  əzəməti 

vardı. Orada- burada, bu qorxunc qatma-qarışıqlıq içərisində taxtapuş 

çatıları,  divar  kağızı  yapışdırılmış  mansarda  bucaqları,  şüşəsi 

sınmamış,  çınqıl  arasına  atılmış,  top  atəşini  gözləyən  pəncərə 

çərçivələri,  ev  damlarından  qoparılmış  novçalar,  çoxlu  şkaf,  stol, 

oturacaq, dilənçilərin belə rədd etdiyi, üzərində qəzəb və dağıntı izləri 

görünən müxtəlif köhnə ev avadanlığı gözə çarpırdı. Demək olardı ki, 

ağacdan,  dəmirdən,  misdən,  daşdan  düzəldilmiş  bu  köhnə-kürüş 

şeylər xalqın tör-töküntüsüdür. Sent-Antuan civarı bunları nəhəng bir 

süpürgə  ilə  evdən  bayıra  artmış,  öz  yoxsulluğundan  bu  barrikadanı 

yaratmışdı. Edam kötüklərini xatırladan tir başlan, qırılmış zəncirlər, 

dar  ağacına  bənzər  atqı  tirləri,  çınqıl  arasına  atılmış  çarxlar 

anarxiyanın  bu  mənzilini  qədim  zamanda  xalqların  məruz  qaldığı 

bütün  işgəncələrin  dəhşətli  kabusu  ilə  doldururdu.  Sent-Antuan 

barrikadası  hər  şeyi  silaha  çevirmişdi:  vətəndaş  müharibəsinin 

cəmiyyətin  başına  yağdıra  biləcəyi  hər  şey  oradan  çıxırdı;  bu, 

vuruşma  deyil,  qəzəb  çılğınlığı  idi.  Bu  istehkamı  müdafiə  edənlər 

karabinlərə, o cümlədən 

ıo 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə