Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə14/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   10   11   12   13   14   15   16   17   ...   272

İlk  anda  onun  qəlbi  yuxunun  təsiri  altında  sevinclə  dolu  idi.  O, 

özünü tamamilə rahat hiss edirdi. O da bir az əvvəl Jan Valjan etdiyi 

kimi  bütün  təşvişləri  özündən  uzaqlaşdırmışdı,  bədbəxtliyə  inanmaq 

istəmirdi. O, səbəbini özü də bilmədən, bütün varlığı ilə ümid etməyə 

başlamışdı. Sonra birdən onun qəlbi sıxıldı. O, üç gün idi ki, Mariusu 

görmürdü,  lakin  öz-özünü  inandırdı  ki,  Marius  mütləq  onun 

məktubunu almışdır, indi onun harada olduğunu bilir, axı Marius çox 

ağıllı  oğlandır,  o,  Kozetta  ilə  görüşmək  üçün  bir  yol  tapacaqdır.  O, 

mütləq bu gün, bəlkə də, lap elə səhər gələcək. Hava lap işıqlanmışdı, 

ancaq  günün  şüası  hələ  üfüqi  düşürdü;  görünür,  hələ  tezdir,  amma 

Mariusu qarşılamaq üçün, hər halda, durmaq lazımdır. 

Kozetta  hiss  edirdi  ki,  Mariussuz  yaşaya  bilmir,  Mariusun 

gəlməsi üçün elə bu özü kifayətdi. Buna heç bir etiraz ola bilməzdi. 

Bu, şübhəsizdi. O, düz üç gün idi ki, əzab çəkirdi - bu özü dözülməz 

bir şey- di. üç gün Mariusu görməmək - axı Allah buna necə yol verə 

bilir!  Taleyin  bu  amansız  zarafatı,  bu  sınaq  indi  arxada  qalmışdır. 

Marius gələcək, gözəl xəbərlər gətirəcək. Gənclik belədir: göz yaşını 

tez  qurudur,  əzab  çəkməyi  yersiz  görür,  onu  qəbul  etmir.  Gənclik 

gələcəyin təbəssümüdür, o, naməlum bir şeyə, yəni özü özünə çevril-

mişdir. Xoşbəxt olmaq gənclik üçün təbii şeydir, onun nəfəsinin özü, 

sanki, ümidlə suvarılmışdır. 

Bir də ki Marius ona, bəlkə, lap elə bircə gün də olsa, gəlməyə-

cəyini haçan söylədi, bunu nə ilə izah etdi, bu heç Kozettanın yadında 

deyildi.  Biz  hamımız  görmüşük  ki,  bir  sikkə  pul  əlimizdən  yerə 

düşəndə  çox  məharətlə  gözdən  itir,  gizlənir.  Bəzən  fikir  də  bizimlə 

belə oyun oynayır: beynin küncünə sıxılıb qalır, elə bil ki, itir, onu da 

yada salmaq  mümkün olmur. Kozetta da hafizəsinin nəticəsiz səyin-

dən  bir  az  narazı  qaldı,  öz-özünə  dedi:  “Mariusun  dediyi  sözləri 

unutmaq mənim üçün heç yaxşı deyil, çox böyük insafsızlıqdır”. 

Yatağından  qalxdı,  iki  cür  yuyundu:  həm  ruhca,  həm  bədəncə  - 

həm dua elədi, həm də əl-üzünü yudu. 

Ən  zəruri  hallarda  oxucunu  təzə  evlənənlərin  yataq  otağına 

aparmaq  olar,  lakin  qızın  yataq  otağına  qətiyyən  aparmaq  olmaz. 

Hətta  şeir  də  buna  az  cəsarət  göstərir,  nəsrə  ora  girmək  lap  qada- 

ğandır.Bu,  bir  qönçədir,  zülmətdə  bəyazlıqdır,  hələ  açılmamış  zan-

baqdır,  bura  günəş  nəzər  salmayınca,  insan  gərək  baxmasın.  Qız  nə 

qədər ki gül kimi açılmayıb, müqəddəsdir. Ancaq açılmış qız 

43 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

yatağından,  öz-özündən  qorxan  füsunkar  çılpaqlıqdan,  ayaqqabıda 



gizlənən ağ ayaqdan, güzgü qabağında - güzgünün gözü varmış kimi - 

üstü  örtülən  sinədən,  stul  cırıltısı  və  ya  bayırda  kolyaska  getsə,  tez-

tələsik  çılpaq  əndama  geyilən  köynəkdən,  bağlanan  lentdən, 

qarmaqdan, qaytandan, özünü itirməkdən, soyuqdan və utancaqlıqdan 

baş verən xəfif titrəyişdən, hərəkətin zərif çəkingənliyindən, qorxmaq 

lazım  gəlmədiyi  halda,  qorxub  tir-tir  əsməkdən,  dan  yeri  buludları 

kimi  füsunkar  paltarları  bir-birinin  ardınca  dəyişməkdən,  bax,  bu 

şeylərdən gərək danışmayasan, bunların adını çəkmək özü qəbahətdir. 

Adam  ulduzların  çıxmasına  böyük  bir  pərəstişlə  baxır,  cavan 

qızın oyanmasına isə daha artıq pərəstişlə baxmalıdır. Acizlik adamda 

xüsusi bir hörmət hissi oyatmalıdır. Şaftalının üstündəki zərif tüklər, 

gavalının  qabığındakı  kül  rəngli  pərdə,  xırdaca  ulduza  oxşayan  qar 

dənələri,  kəpənəyin  məxmər  kimi  qanadları  bakirəliklə  müqayisədə 

kobuddur  -  elə  bir  bakirəlik  ki,  bakirə  olduğunu  heç  özü  də  bilmir. 

Cavan  qız  aşkar  olmayan  xəyaldır,  lakin  hələ  sevgi  mücəssəməsi 

deyil.  Onun  yatağı  idealın  qaranlıq  dərinliyində  gizlənir.  Sırtıq  bir 

nəzər bu dumanlı ala-qaranlıq üçün kobud həqarətdir. Burada dayanıb 

seyr etməyin özü də təhqir etmək deməkdir. 

Buna görə də biz Kozettanın səhər gördüyü sevimli işlərini təsvir 

etməyəcəyik. 

Şərq  nağıllarının  birində  belə  deyilir:  “Allah  qızılgülü  ağ  yara-

dıbmış,  lakin  qızılgül  açılanda  Adəm  ona  baxır,  gül  utanır,  qırmızı 

rəng  alır”.  Biz  cavan  qızların,  çiçəklərin  qarşısında  utanan  adam- 

lardanıq, biz onların qarşısında hörmətlə baş əyirik. 

Kozetta tez geyindi, başını daradı, saçını düzəltdi; o zamanlar saç 

düzəltmək çox asan idi: onda qadınlar, qızlar saçın altına balış- cıqlar, 

döşəkçələr  qoymaqla  saçlarını  qabartmırdılar,  bukle  eləmirdilər. 

Sonra  o,  pəncərəni  açdı,  bayıra  baxdı:  o  istəyirdi  ki,  heç  olmasa, 

küçənin  bir  hissəsini,  bir  evin  tinini,  daş  yolun  bir  parçasını  görsün, 

Mariusun  gəlməsini  gözdən  qaçırmasın.  Lakin  pəncərədən  heç  nə 

görmək mümkün deyildi. İçəri həyət hər tərəfdən hündür divarla əhatə 

olunmuşdu. Divarların dəlik-deşiyindən bağ görünürdü. Kozettaya elə 

gəldi ki, bu bağ çox pis bağdır; həyatında ilk dəfə çiçəklər ona çirkin 

görünürdü.  Kanalın  bir  hissəsi  küçənin  tinində  onun  nəzərinə 

çarpsaydı, bu, onun daha çox xoşuna 

44 


downloaded from KitabYurdu.org


gələrdi. Sonra göyə baxmağa başladı, sanki, Mariusun göydən də enə 

biləcəyini düşünürdü. 

Birdən o ağladı. Bu, onun dəyişkən əhvali-ruhiyyəli olmasından 

deyil,  ümidlərinin  boşa  çıxması  nəticəsində  əmələ  gələn,  ruh 

düşkünlüyündən baş verən hal idi. Onun ürəyinə qorxu düşdü. Xəbər-

lər,  doğrudan  da,  bəzən  havada  dolaşır.  O,  öz-özünə  deyirdi:  “Mən 

heç  bir  şeyə  əmin  deyiləm,  bizim  bir-birimizi  gözdən  itirməyimiz 

məhv olmağımız deməkdir”. Sonra Mariusun göydən enməsi fikri ona 

füsunkar deyil, qəmli-matəmli bir fikir kimi göründü. 

Sonra onun qəlbinə çökən buludlar dağıldı, o, yenə də sakitləşdi, 

könlündə  yenə  ümid  doğdu,  o,  yenə  də  qeyri-ixtiyari  olaraq  gülüm-

sədi: dodaqlarında görünən bu təbəssüm Allaha inanmaq duyğusu ilə 

dolu idi. 

Evdəki  adamlar  hələ  yatırdı.  Evi  dərin  bir  sükut  bürümüşdü. 

Pəncərə  qapılarından  bircəsi  də  açılmamışdı.  Qapıçının  da  xırdaca 

otağı bağlı idi. Tusen hələ yuxudan ayılmamışdı, Kozetta da çox təbii 

olaraq:  “Atam  da  yatmışdır”,  -  qərarına  gəldi.  O,  fikrində  atasının 

amansız  adam  olduğunu  yəqin  etmişdi,  bu,  onu  göstərir  ki,  indiyə 

qədər çox əzab və iztirab çəkmişdir. Lakin Mariusa arxayın idi. Ona 

elə  gəlirdi  ki,  belə  parlaq  ulduzun  sönməsi  qətiyyən  mümkün  deyil. 

Arabir  uzaqdan  onun  qulağına  boğuq  səslər  gəlirdi;  o,  öz-özü-  nə 

deyirdi:  “Belə  tezdən  darvazaları  partıltı  ilə  açıb-örtürlər,  çox  qəri-

bədir!” Bu səslər barrikadaya atılan topların gurultusu idi. 

Kozettanın pəncərəsi altında, bir neçə fut aşağıda, qaralmış köhnə 

divarın karnizində yalı quşu yuva tikmişdi; yuvanın qırağı kar- nizdən 

azca  kənara  çıxmışdı;  yuxarıdan  baxanda  bu  xırdaca  cənnətin  içi 

görünürdü.  Ana  quş  balalarını  qanadları  altına  alaraq  yuvada 

oturmuşdu, ata quş da oyan-buyana uçur, dimdiyində balalarına yem 

və  öpüş  gətirirdi.  Çıxan  günəş  qızıl  şüalarını  bu  xoşbəxt  ailənin 

üzərinə  saçmışdı;  böyük  artıb-çoxalma  qanunu  burada  sevinc  və 

təntənə içində hökmfərma idi, burada şəfqətli sirr səhər işığında çiçək 

açırdı. Kozetta saçlarında günəş, qəlbində şirin xəyallar, səhər şəfəqi 

haləsində,  özü  də  məhəbbət  şəfəqi  saça-saça  qeyri-ixtiyari  olaraq 

aşağı əyildi, bu erkək quşla dişi quşu, bu ana ilə balaları seyrə daldı. 

Onu böyük bir həyəcan bürümüşdü, bu həyəcan - quş yuvasının təmiz 

qız  qəlbində  yaratdığı  həyəcan  idi;  bu  zaman  o,  Mariusu 

düşündüyünü güclə öz-özünə etiraf edirdi. 

45 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə