Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə12/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   8   9   10   11   12   13   14   15   ...   272

eləyə bilmir; onun qüwəsi, əslində, böyük zəiflikdir. Top mərmisinin 

sürəti saatda ancaq altı yüz mildir, amma işığın sürəti saniyədə yetmiş 

min mildir. İsanın Napoleon üzərində üstünlüyü də belədir. 

Anjolras əmr etdi: 

-

 

Tüfəngləri doldurun! 



İstehkam  top  mərmisinə  davam  gətirəcəkmi?  Onu  deşə  bilə-

cəkdimi? Məsələ bunda idi. Qiyamçılar tüfənglərini dolduranda top-

çular da topu doldururdular. 

Barrikadanı müdafiə edənlər həyəcan içində dayanıb-durdular. 

Top atıldı, gurultu qopdu. 

Bu zaman kim isə fərəhlə çığırdı: 

-

 

Belə ha! 



Mərmi barrikadaya dəyəndə Qavroş da özünü barrikadanın içinə 

saldı. 


O, Qu quşu küçəsindən, Kiçik Səfil küçəsinin dolaşıq dalanlarını 

hasarlayan  əlavə  barrikadanın  arasından  asanlıqla  keçib  bura 

gəlmişdi. 

Qavroşun  gəlməsi  barrikadaya  mərmidən  çox-çox  artıq  təsir 

bağışladı. 

Mərmi  köhnə-kürüş şeylərin  içərisində  ilişib  qaldı,  ancaq omni-

busun çarxlarından birini sındırdı, Ansonun da köhnə sınıq arabasının 

lap axırına çıxdı. Bütün barrikada aəh-aəhə çəkdi. 

Qavroşu dövrəyə aldılar. 

O,  macal  tapıb  bir  söz  deyə  bilmədi.  Marius  titrəyə-titrəyə  onu 

kənara çəkdi. 

-

 



Sən niyə gəldin? 

Qavroş ucadan dedi: 

-

 

Əcəb sözdür! Bəs siz özünüz? 



Bossüe topçulara çığırdı: - 

Verin gəlsin! 



Səkkizinci fəsil 

TOPÇCJLAR HİSS ETDİRİRLƏR Kİ,

ONLARLA ZARAFAT ETMƏK OLMAZ 

37 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Mariusu  o,  diqqətlə,  sakit,  lakin  dikbaşlıq  ifadə  olunan  bir 



nəzərlə 

başdan-ayağa süzdü. Onun gözlərində parıldayan qürur, bu gözləri

daha iri göstərirdi. 

Marius ciddi ifadə ilə sözünə davam etdi: 

Kim sənə demişdi ki, qayıt? Heç olmasa məktubu, sahibinə yetir- 

dinmi? 


Düzünü desək, Qavroş bir az vicdan əzabı çəkirdi. Barrikadaya

tez qayıtmaq üçün məktubu sahibinə vermək əvəzinə, başından elə-

mişdi. O, bir şeyi öz-özünə etiraf etməyə məcbur idi: bir az ağılsızlıq

eləyib tanımadığı adama etibar etmişdi, qaranlıqda heç onun üzünü 

də  görə  bilməmişdi.  Bircə  burası  var  ki,  o  adam  şlyapasız  idi,  lakin 

bu, 


məsələni dəyişmirdi. Sözün qısası, ürəyində öz-özünü söyürdü, həm

də Mariusun onu danlaya biləcəyindən qorxurdu. Vəziyyətdən çıx-

maq üçün ən adi bir yol seçdi; lap ağ yalan deməyə başladı: 

-

 



Vətəndaş, məktubu qapıçıya verdim. Xanım qız yatırdı. Oya-

nan kimi məktubu ona yetirəcəkdir. 

Mariusun məktubu göndərməkdə iki məqsədi vardı: o həm

Kozetta ilə vidalaşmaq, həm də Qavroşu ölümdən xilas etmək istə-

yirdi. O ancaq düşündüyü məsələnin yarısı ilə kifayətlənməli oldu. 

O, birdən göndərilən məktubla cənab Foşlevanın barrikadaya 

gəlməsi arasında bir əlaqə olduğunu hiss etdi. Cənab Foşlevanı

Qavroşa göstərib soruşdu: 

-

 

O adamı tanıyırsanmı? 



Qavroş: 

-

 



Yox, - deyə cavab verdi. 

Qavroş Jan Valjanı, doğrudan da, ancaq o gecə görmüşdü, 

bunu biz əvvəllər demişdik. 

Mariusun  beynində  doğan  əzabverici,  dumanlı  şübhələr  dağıldı. 

Cənab Foşlevanın nə əqidədə olduğunu o bilirdimi? Bəlkə də, o, res-

publikaçıdır?  Belə  olsa,  onda  bu  döyüşdə  onun  iştirak  etməsinin 

səbəbi tamamilə aydındır. 

Bu  zaman  Qavroş  barrikadanın  o  biri  başına  yüyürüb,  çığırdı: 

“Hanı mənim tüfəngim?” 

Kurfeyrak əmr etdi ki, ona tüfəng verilsin. 

Qavroş “yoldaşlarına” xəbərdarlıq etdi ki, barrikada hər tərəfdən 

əhatə olunmuşdur (qiyamçılara o, “yoldaş” deyirdi). Bura o çox çətin-

liklə gəlib çıxdığını, döyüş batalyonunun öz tüfənglərini Kiçik Səfil 

38 


downloaded from KitabYurdu.org


küçəsində  baş-başa  çataraq,  yolu  Qu  quşu  küçəsi  tərəfdən  nəzarət 

altına  aldığını,  qarşı  tərəfdən  bələdiyyə  qvardiyasının  Vaizlər 

küçəsini tutduğunu, əsas qüvvələrin barrikadanın düz qabaq tərəfində 

toplaşdığını söylədi. 

Qavroş bu məlumatı verdikdən sonra əlavə etdi: 

-

 



Sizə icazə verirəm: onları bir yaxşı əzişdirin! 

Anjolras öz mazğalının qabağında duraraq, düşməni çox diqqətlə 

izləyirdi. 

Barrikadanı  mühasirəyə  alanlar,  görünür,  top  atəşinin  nəticə-

sindən  çox  da  razı  qalmamışdılar,  buna  görə  atəşi  davam  etdir-

mirdilər. 

Bir  dəstə  piyada  əsgər  gəlib  topun  dal  tərəfində  küçənin  qur-

taracağını  tutdu.  Onlar  daş  yolu  sökdülər,  qənbər  daşlarından  bar-

rikadanın lap önündə, on səkkiz düym hündürlüyündə müdafiə sipəri 

kimi alçaq bir divar düzəltdilər. Sipərin sol tini arxasından Sen-Deni 

küçəsində toplaşan şəhər civarı batalyonunun baş hissəsi görünürdü. 

Anjolrasın  pusquda  durduğu  yerdə  qulağına  bir  səs  gəldi:  barıt 

qutularından  top  saçması  olan  tənəkə  qablarını  çıxaranda  belə  səs 

eşidilir. Sonra o gördü ki, nişançı əsgər nişan alaraq topun lüləsini bir 

balaca  sola  əydi.  Sonra  da  topçular  topu  doldurmağa  başladılar. 

Nişançı əsgər özü fitili götürüb, ağızodu yerinə apardı. 

Anjolras çığırdı: 

-

 



Başınızı  əyin,  divara  sıxılın!  Barrikada  boyunca  dizi  üstə 

çökün! 


Meyxananın qabağında toplaşan, Qavroş gələndə döyüş yerlərini 

buraxan  qiyamçılar  barrikadaya  sarı  cumdular;  lakin  onlar  Anjol- 

rasın  əmrini  yerinə  yetirən  kimi  top  atıldı,  top  saçmasının  dəhşətli 

fışıltısı eşidildi. Bu, qulaqbatırıcı bir yaylım atəşi idi. 

Mərmi  barrikadanın  aralığına  atılmışdı.  Qəlpələr  divara dəyərək 

geri sıçramaqla iki adamı öldürdü, üçünü yaraladı. Aydın görünürdü 

ki,  iş  belə  getsə,  barrikada  davam  gətirə  bilməyəcək:  güllə  onu 

deşirdi. 

Təşviş dolu səslər eşidildi. 

Anjolras dedi: 

-

 

Gəlin topun ikinci atəş açmasına mane olaq! 



O,  əlindəki  karabinin  lüləsini  aşağı  əyib,  nişançı  əsgəri  nişan 

aldı: nişançı əsgər bu zaman topun üstünə əyilərək nişanın düzlüyünü 

yoxlayır, hədəfi qəti təyin edirdi. 

39 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə