Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə20/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   16   17   18   19   20   21   22   23   ...   272

şeydən  razı  qalırlar;  ulduzların  işığı  sönməyincə,  quşların  səsi  kəsil- 

məyincə, onlar xoşbəxt olmağı qəti qərara almışlar. 

Bunlar  bədbəxt  xoşbəxtlərdir.  Onlar  zavallı  olduqlarını  hiss 

etmirlər,  lakin  onlar  zavallıdırlar.  Kim  ki  ağlamır,  o  heç  bir  şeyi 

görmür.  Gecə  ilə  gündüzü  özündə  birləşdirən,  gözsüz,  lakin  alnının 

ortasında ulduz olan bir məxluq adamı həm təəccübləndirər, həm də 

özünə qarşı mərhəmət hissi oyadarsa, bu adamlar da başqalannı belə 

təəccübləndirir, özlərinə qarşı belə mərhəmət hissi oyadırlar. 

Bəzi  mütəfəkkirlərin  rəyincə,  ən  yüksək  fəlsəfə  də  laqeydlikdə-

dir.  Qoy  belə  olsun,  ancaq  onların  üstünlüyündə  ağır  bir  xəstəlik 

vardır.  Həm  əbədi,  həm  də  topal  olmaq  mümkündür.  Vulkan  bunu 

təsdiq edir. İnsandan yüksəyə qalxmaq, həm də insandan aşağı enmək 

olar.  Hədsiz-hesabsız  natamamlıq  təbiətə  xasdır.  Kim  bilir,  bəlkə, 

günəş özü də kordur?! 

Bəs  onda  nə  etməli,  kimə  inanmalı?  Solem  quis  dicere  balsum 

audeat?* 

Doğrudanmı, bəzi dahilər, tann bərabərində duran bəzi adamlar, 

bəzi məşhur simalar yanıla bilər? Deməli, o şey ki, yüksəkdədir, hər 

şeyin fövqündədir, yüksəkliyin son zirvəsindədir, zenitdədir, o şey ki, 

yerə bu qədər işıq saçır - o, pis görə bilər, az görə bilər, heç görməyə 

bilər?  Məgər  bu,  ümidsizliyə  gətirib  çıxarmazmı?  Yox  bu,  gərək 

ümidsizliyə  gətirib  çıxarmasın.  Bəs  axı  Günəşdən  yüksəkdə  nə  var? 

Tanrı. 


Boş  və  tənha  qalmış  Lüksemburq  bağı  1832-ci  il  iyunun  6-da, 

səhər  saat  on  birdə  çox  gözəldi.  Şahmat  qaydası  ilə  əkilmiş,  üstünə 

parlaq  işıq  düşmüş  ağaclar  məstedici  gözəl  qoxusu,  füsunkar  rəng-

lərilə,  sanki,  çiçəklərlə  bəhsə  girmişdi.  Günorta  günəşinin  istisindən 

məst  olmuş  budaqlar  bir-birinə  sarı  uzanır,  sanki,  bir-biri  ilə 

qucaqlaşmaq istəyirdi. İsfəndan ağacının yarpaqları arasında çalı quşu 

oxuyurdu,  sərçələr  şənlik  edirdi,  ağacdələnlər  şabalıd  ağacının 

gövdəsi  ilə  yuxarı  qalxa-qalxa  dimdiklərini  ağac  qabığının  çatlağına 

vururdular. Gül ləklərində məğrur zanbaqlar haqlı olaraq hökmranlıq 

edirdi;  bəyazlıq  ətrindən  füsunkar  ətir  yoxdur.  Qərənfillərin  tünd 

qoxusu  ətrafa  yayılırdı.  Mariya  Mediçi  dövründən  qalmış  qoca 

qarğalar  sıx  ağacların  başında  dilxoşluq  edirdilər.  Lalələr,  çiçəyə 

çevrilmiş bu alov parçaları günəşin qızıl şüaları altında tünd- qırmızı 

rənglə alışıb-yanırdı. Lalə ləkləri ətrafında bal anlan uçuşurdu

1

 

1



 Kim cəsarət edib günəşə yalançı deyə bilər 

(lat.)

 - Vergili “Georgiklər”. 

61 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

onlar,  sanki,  bu  odlu  çiçəklərin  qığılcımı  idi.  Hər  şey,  hətta  göydən 



sallanan  buludlar  da  sevinc  və  fərəhlə  dolu  idi;  yenə  yağış  yağmaq 

təhlükəsi olsa da, bunun heç bir qorxusu yox idi: inciçiçəyi ilə xanım-

əli  çiçəyi  bu  yağışı  çox-çox  arzu  edirdi;  lap  alçaqdan  uçan  qaran-

quşlar  bu  yağışın  sevimli  carçıları  idi.  Bağda  olanlar  sərbəst  nəfəs 

alırdılar;  həyatdan  gözəl  qoxu  yayılırdı;  bütün  təbiətdən  məsumluq, 

şəfqət, atalıq qayğısı, nəvaziş, səhər şəfəqinin təravəti, hamıya kömək 

etmək  duyğusu saçılırdı.  Göylərin  təlqin  etdiyi  fikirlər  öpülən  körpə 

əli kimi zərifdi. 

Çılpaq, ağ heykəllər ağacların altında işığın parçaladığı kölgədən 

paltar geymişdi; günəş, sanki, bu ilahələrin paltarını cırıb parçalamış, 

şüalarını  qırıq-qırıq  onların  gövdəsinə  salmışdı.  Böyük  hovuz 

ətrafındakı  torpaq  elə  qurumuşdu  ki,  elə  bil,  istidən  yanmışdı.  Zəif 

külək bəzi yerdə azca toz qaldırırdı. Keçən payızdan qalmış bir neçə 

sarı yarpaq həvəslə qaçışır, sanki, bir-biri ilə oynayırdı. 

Ətrafa yayılan bu bol işıqda ürəyi sakitləşdirən bir şey vardı. Hər 

şey həyatla, gözəl qoxu ilə, hərarətlə dolu idi, hər şeydən buxar qal-

xırdı;  təbiətin  örtüyü  altında  sonsuz  bir  həyat  çeşməsi  duyulurdu; 

sevgi  ilə,  məhəbbətlə  dolu  olan  bütün  bu  xəfif  küləklərdə,  bu  bərq 

vuran  işıqlarda,  parıltılarda,  şüaların  hədsiz-hesabsız  səxavətində, 

ardı-arası kəsilməyən bu ulduzlu axınında bitib-tükənməyən bir şeyin 

israfçılığı hiss olunurdu, adam bu cah-cəlalın ardında, sanki, odlu bir 

pərdə dalında ulduzlar milyoneri Tanrını görürdü. 

Qum bütün palçığı özünə hopdurmuşdu, yağış zərrə qədər də toz 

qoymamışdı.  Çiçəklər  əl-üzünü  təzəcə  yumuşdu.  Yerdən  çiçək 

şəklində çıxan, cürbəcür rəngə çalan məxmərdə, ipəkdə, mavi rəngdə, 

qızılda  heç  bir  qüsur  yox  idi.  Bütün  bu  zinət  və  ehtişam  tərtəmizdi. 

Dinclik və əmin-amanlıq gətirən təbiətin əzəmətli sükutu bütün bağı 

bürümüşdü. Bu min-min nəğmələrlə, quşların cəh-cəhilə, yığın-yığın 

bal arılarının vızıltısı ilə, əsən xəfif küləklə həmahəng olan səmavi bir 

sükutdu.  Yaz  fəslinin  bütün  ahəngi  füsunkar  bir  xorda  birləşmişdi; 

yazın və yayın səsi müntəzəm bir halda yüksəlirdi, susurdu. Yasəmən 

qurtaranda jasmin çiçək açırdı, həşəratlardan bəziləri çox tez meydana 

gəlirdi;  iyunun  qırmızı  kəpənəklərinin  ön  dəstəsi  mayın  ağ 

kəpənəklərinin  arxa  dəstəsilə  üz-üzə  gəlib  dostlaşırdı.  Çinar  ağacı 

qabığını  təzələyirdi.  Şabalıd  ağaclarının  sıx  yarpaqlı  qəşəng  başları 

xəfif küləkdən dalğalanırdı. 

62 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə