Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə16/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   12   13   14   15   16   17   18   19   ...   272

Bu  hadisə  nə  qədər  qəribə  olsa  da,  1832-ci  il  üsyanından  sonra 

aparılan məhkəmə istintaqında müəyyən edilmişdi. Kapitan Fan- niko 

-  nizam-intizamın  bir  növ  kondotyeri,  indicə  xarakterizə  etdiyimiz 

səbirsiz, dikbaş burjualardan idi, “hökumətçiliyin” fanatik və inadcıl 

tərəfdarlarından  idi;  o,  təyin  edilmiş  vaxtdan  əvvəl  atəş  açmaq 

həvəsinə düşür, təkbaşına, yəni öz dəstəsi ilə barrikadanı zəbt etmək 

şərəfini  qazanmaq  istəyir;  barrikadada qırmızı,  sonra  da  qara  bayraq 

hesab  etdiyi  köhnə  sürtuku  görüb  özündən  çıxır,  generalları,  korpus 

komandirlərini  söyür,  guya,  onlar  haradasa  iltifat  buyurub  müşavirə 

keçirirlər,  qəti  hücum  vaxtını  görmürlər  və  onlardan  birinin  məşhur 

ifadəsincə, “üsyanı başlı-başına buraxırlar”. O özü elə hesab edirdi ki, 

barrikada  hücum  üçün  tamamilə  yetişmişdir,  hər  yetişən  meyvə 

budaqdan düşən  kimi,  o  da sübut  etməlidir;  buna  görə də  cürət  edib 

barrikadaya hücum etmişdi. 

Kapitan  Fannikonun  adamları  da  özü  kimi  qoçaqdı,  şahidlərdən 

birinin dediyi kimi, “dəlisov” idi. Onun rotası küçənin tinində duran 

batalyonun ön hissəsini təşkil edirdi, şair Jan Pruveri də həmin bu rota 

güllələmişdi. O heç gözlənilmədiyi halda öz əsgərləri ilə barrikadanın 

üstünə  hücum  etdi.  Bu  hücumda  hərbi  məharətdən  çox  coşqunluq 

vardı;  hücum  Fannikonun  dəstəsinə  çox  baha  oturdu.  Barrikadanın 

üstünə  cuman  bu  adamlar  yolun  heç  üçdə  ikisini  getməmişdilər  ki, 

qiyamçılar onları nizamla atılan yaylım atəşi ilə qarşıladılar. Qabaqda 

yüyürən  dörd  adam  istehkamın  lap  önündə  güllə  ilə  yerə  sərildi;  bu 

bir dəstə qoçaq milli qvardiyaçı, bu igid, lakin hərbi dözümü olmayan 

adamlar  bir  az  tərəddüd  etdikdən  sonra  geri  çəkilməyə  məcbur 

oldular; daş yol üstündə on beş meyit qaldı. Qiyamçılar Fannikonun 

dəstəsində  baş  verən  ani  şaşqınlıqdan  istifadə  edərək  tüfənglərini 

doldurdular,  qvardiyaçılar  küçənin  tininə  -  qorunduqları  yerə  çatana 

kimi  onları  yenə  yaylım  atəşinə  tutdular.  Qvardiyaçılar  dəstəsi  bir 

anlığa  iki  atəş  arasında  qaldı:  onlar  həm  qiyamçıların,  həm  də 

özlərinin  top  saçması  atəşi  altına  düşmüşdülər;  topçular  əmr 

almadıqlan  üçün  atəşi  davam  etdirirdilər.  Top  saçmasından  bir  neçə 

adam öldü; cəsarətli, lakin ehtiyatsız hərəkət edən Fanniko da bunun 

qurbanı oldu. Onu top, yəni hüquq-qanuna əsaslanan nizam-intizamın 

özü öldürdü. 

Bu,  təhlükəli  deyil,  ağılsız  bir  hücum  olduğu  üçün  Anjolrası 

yaman əsəbiləşdirmişdi. 

49 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

O, həyəcanla dedi: 



-  Axmaqlar!  Onlar  öz  adamlarını  güdaza  verirlər,  biz  də  lap 

nahaq yerə gülləmizi sərf edirik. 

Anjolras üsyanın əsl generalı kimi danışırdı, o elə, doğrudan da, 

üsyanın  generalı  idi.  Qiyamçılar  dəstəsi  ilə  cəza  dəstəsinin  gücü  bir 

bərabərdə  deyildi,onlar  eyni  qüvvə  ilə  vuruşmurdular.  Qiyamçıların 

ehtiyatı  tez  tükənir,  onlar  nə  artıq  bir  güllə  ata  bilir,  nə  də  artıq  bir 

adam  qurban  verə  bilərlər.  Boşalmış  patron  çantasını,  öldürülmüş 

adamı  əvəz  etməyə  onların  heç  bir  şeyi  yoxdur.  Amma  cəza  dəstəsi 

öz adamlarının qədir-qiymətini bilmir; patrona heyfi gəlmir - onların 

Vensen  cəbbəxanası  var.  Barrikadada  nə  qədər  döyüşçü  varsa,  cəza 

dəstəsinin bir o qədər polku, barrikadanın nə qədər patrondaşı varsa, 

onların bir o qədər cəbbəxanası var. Buna görə də qəfildən inqilab baş 

verməsə,  bu  inqilab  öz  odlu  qılıncını  tərəzinin  gözünə  atmasa  -  bir 

adamın  yüz  adama  qarşı  durduğu  bu  mübarizə  nəmişə  barrikadanın 

tar-mar  edilməsi  ilə  qurtarır.  Lakin  inqilabın  baş  verdiyi  hallar  da 

olur.  Onda  hər  şey  hərəkətə  gəlir,  küçələr  dəniz  kimi  dalğalanır, 

sürətlə xalq barrikadaları qurulur. Paris bütün varlığı ilə sarsılır, quid 

divinum

1

  hiss olunur, 10 avqustun, 29 iyulun  ruhu  duyulur,  füsunkar 



bir şəfəq alovlanır, kobud qüvvə ağzını açmış yırtıcı heyvan kimi geri 

çəkilir,  qoşunun  qarşısında  -  bu  aslan  qarşısında  Fransa  aramla,  bir 

peväəmbər əzəməti ilə ayağa qalxır. 

Barrikadanı  müdafiə  edənlərin  hiss  və  ehtiraslar  xaosunda  hər 

şeydən  bir  az  vardı:  burada  həm  cəsarət,  həm  gənclik,  həm  qürur, 

həm  ruh  yüksəkliyi,  həm  ideal,  həm  etiqad,  həm  coşqunluq,  həm 

qızğınlıq, həm də, xüsusilə ümidin sayrışan şüaları vardı. 

ümidin  belə  şüalarından,  belə  parıltısından  biri,  heç  gözlənil-

mədiyi anda, qəfildən Şanvreri barrikadasını işıqlandırdı. 

Müşahidə  məntəqəsindən  çəkilməyən  Anjolras  birdən  çığırdı:  - 

Bir qulaq asın! Paris, deyəsən, ayılır! 

ÜMİDİN SON İŞIĞI DA SÖNÜR 

50 


1

 İlahi bir şey 

(lat.)

 

downloaded from KitabYurdu.org




Doğrudan da, iyunun altısında, səhərçağı bir-iki saat elə oldu ki, 

elə  bil,  qiyam  get-gedə  artdı.  Sen-Merri  kilsəsinin  təhlükə  olduğunu 

xəbər  verən  zəngləri  aramsız  çalınır,  bəzi  yerdə  közərən  odu 

alovlanırdı.  Puarye,  Qravilye  küçələrində  barrikadalar  quruldu.  Sen- 

Marten qapıları qabağında cavan bir oğlan karabinlə bütöv bir süvari 

eskadronuna hücum etdi. O, bulvarın düz ortasında dizi üstə çökərək 

nişan aldı, bir güllə ilə eskadron komandirini öldürdü, sonra da dönüb 

camaata ucadan dedi: “Budur, düşmənin biri də azaldı!” Onu qılıncla 

doğradılar.  Sen-Deni  küçəsində  bir  qadın  jalüzün  dalında  gizlənərək 

bələdiyyə  qvardiyaçılanna  atəş  açırdı:  tüfəng  atıldıqca  jalüzün 

titrədiyi  görünürdü.  Cİzüm  tənəyi  küçəsində  on  dörd  yaşlı  bir  oğlan 

tutdular:  onun  cibləri  patronla  dolu  idi.  Düşmənin  bir  çox 

məntəqələrinə basqın edildi. Berten-Puare küçəsinin tinində bir zirehli 

əsgər polkuna qəfildən atəş açdılar, polkun başında general Kavenyak 

de Baran dururdu. Planş-Mibre küçəsində evlərin damından qoşunun 

üstünə sınıq qab-qacaq və mətbəx avadanlığı atırdılar: bu, pis əlamət 

idi.  Marşal  Sulta  bunu  deyəndə,  qoca  napoleon  generalı  fikrə  getdi, 

Suşenin  Saraqoss  ətrafında  söylədiyi  sözlər  yadına  düşdü:  “Qarılar 

gecə  qarşoklarını  bizim  başımıza  tökməyə  başlayanda  biz  məhv 

olduq”. 


Elə hesab edilirdi ki, iğtişaşın yayılmasına son qoyulmuş, bunun 

qarşısı  alınmışdır;  lakin  belə  bir  vaxtda  yuxanda  göstərilən  əlamət-

lərin  ortaya  çıxması,  xalqın  qəzəb  və  həyəcanının  get-gedə  artması, 

Paris  civarı  deyilən  yanacaq  yataqlarının  dərinliyində  əmələ  gələn 

qığılcımlar hərbi komandanlığı bərk təşvişə salmışdı. Onlar başlanan 

yanğınlan  söndürməyə  tələsirdilər.  Onlar  xırda qiyamları  ləğv  edənə 

qədər  Mobüe,  Şanvreri,  Sen-Merri  barrikadalarına  hücumu  dayan-

dırmışdılar, istəyirdilər ki, xırda qiyamlan ləğv etdikdən sonra bütün 

qüvvələri  bu  barrikadalann  üstünə  yeritsinlər,  bir  zərbə  ilə  onlann 

işini  bitirsinlər.  Cİsyan  edən  küçələrə  qoşun  dəstəsi  göndərilmişdi; 

onlar  geniş  küçələrdə  izdihamı  dağıdır,  sağda,  solda  olan  xırda 

küçələri, dalanları gah ehtiyatla və yavaş-yavaş, gah da sürətli yürüşlə 

yoxlayırdılar.  Piyada  qoşun  dəstələri  güllə  atılan  evlərin  qapılarını 

sındınr- dılar; eyni zamanda, kiçik süvari hissələri bulvarlara yığışan 

camaatı dağıdırdılar. Bu zaman camaat ucadan öz narazılığını bildirir, 

qatma-  qarışıq  hay-küy  qaldırırdı,  bu  isə  qoşunla  xalq  arasında  baş 

verən  toqquşmalarda  həmişə  olur.  Anjolrasın  top  və  tüfəng  atəşi 

arasında 

51 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə