Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə24/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   20   21   22   23   24   25   26   27   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

-



 

Yox. Onun meyiti bizim meyitlərin yanında olmağa layiq deyil.

Kiçik barrikadadan keçib Mondetur küçəsinə getmək olar. Bu bar-

rikadanın dörd fut hündürlüyü var. Casusun əl-qolu bərk bağlanıb. 

Ora aparın, güllələyin. 

Bir adam bu zaman Anjolrasdan da sakit görünürdü; bu 

Javer idi. 

Bu anda Jan Valjan göründü. 

O, qiyamçıların içində idi. Özünü qabağa verib Anjolrasa dedi: 

-

Rəis sizsiniz? 



-

Bəli. 


-

Siz bayaq mənə təşəkkür etdiniz. 

-

 

Bəli, respublika adından. Barrikadanı iki adam xilas etdi: 



Marius Ponmersi və siz. 

-

Siz necə bilirsiniz, mən mükafat almağa layiqəmmi? 



-

Əlbəttə. 

-

Onda xahiş edirəm mənə mükafat verilsin. 



-

Necə mükafat istəyirsiniz? 

-

İstəyirəm ki, bu adamın alnına gülləni özüm çaxam. 



Javer başını qaldırdı. Jan Valjanı gördü, güclə sezilən bir hərə- 

kət edərək dedi: 

-

 

Bu, haqlı 



Anjolras karabini doldurub hamını gözdən keçirdi: 

-

 



Etiraz yoxdur ki? 

Sonra Jan Valjana sarı döndü: 

-

 

Aparın casusu. 



Jan Valjan Javer sarındığı stolun qırağında oturdu, bununla, 

elə bil ki, Javerin onun ixtiyarına keçdiyini bildirmiş oldu. Tapançanı 

götürüb doldurdu: eşidilən çaqqıltıdan belə bir nəticə çıxarmaq olardı. 

Elə bu anda şeypurçunun şeypuru səsləndi. 

Marius barrikadanın üstündən çığırdı: 

-

 



Silah başına! 

Javer  səssizcə  güldü  -  bu,  ona  xas  olan  bir  gülüşdü  -  sonra 

qiyamçılara diqqətlə baxıb dedi: 

-

 



Sizin halınız mənimkindən yaxşı olmayacaq.

Anjolras komanda verdi: 

-

 

Hamı barrikadaya! 



72 

downloaded from KitabYurdu.org




Qiyamçılar  nizamsız  halda  qapıya  cumdular,  onlar  yüyürə- 

yüyürə  gedəndə  Javer  düz  onların  dalınca  -  qoy  bu  ifadə  üçün  bizi 

bağışlasınlar - belə bir xeyir-dua verdi: 

- Bu yaxında görüşərik! 



On doqquzuncu fəsil 

JAN VALJAN İNTİQAM ALIR 

Jan Valjan tək qalandan sonra Javerin bədəninə bağlanan kəndiri 

açdı - kəndirin ucu stolun altında düyünlənmişdi. Sonra Javerə işarə 

ilə “dur” dedi. 

Javer  təsviri  mümkün  olmayan  bir  təbəssümlə  ayağa  qalxdı.  Bu 

təbəssümdə,  buxovlanmış  da  olsa,  hakimiyyət  qüruru  və  üstünlüyü 

ifadə olunurdu. 

Jan Valjan yük heyvanının  Cilovundan tutan kimi, Javerin mar- 

tinqalından  tutdu,  onu  yavaş-yavaş  öz  arxasınca  çəkə-çəkə  meyxa-

nadan  çıxdı:  Javerin  qıçları  kəndirlə  bağlandığı  üçün  addımlarını 

xırda-xırda atırdı. 

Jan Valjan tapançanı əlində sıxa-sıxa gedirdi. 

Bu  qayda  ilə  onlar  barrikadanın  içindəki  trapesiya  şəkilli  mey-

danı  keçdilər.  Mütləq  hücum  olacağını  gözləyən  qiyamçıların  üzü  o 

biri tərəfə idi. 

Ancaq  Marius  barrikadanın  sol  tərəfində  durduğundan  onların 

keçib getdiyini-gördü. Onun qəlbinə dolan sönük işıq cəlladla ölümə 

məhkum edilən bu iki adamı da bürümüşdü. 

Jan  Valjan  bir  an  da  Javeri  buraxmırdı;  o,  çətin  də  olsa,  Javeri 

Mondetur küçəsindəki alçaq səddin üstündən keçməyə məcbur etdi. 

Onlar səddi keçəndən sonra boş bir küçəyə çıxdılar;  burada heç 

kəs  yox  idi,  onları  görən  olmazdı.  Tindəki  ev  qiyamçılarla  onların 

arasını  kəsirdi.  Bir  neçə  addım  kənarda  meyit  yığını  vardı;  bar-

rikadadan  çıxarılan  bu  meyitlərə  baxanda  adamı  dəhşət  bürüyürdü. 

Onların içində bir qadın meyiti diqqəti cəlb edirdi; onun dağınıq saçı 

göyərmiş üzünə tökülmüşdü; əlinə güllə dəymişdi, sinəsi yanya qədər 

açıqdı. Bu, Eponina idi. 

73 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Javer  qadın  meyitinə  gözucu  baxaraq,  polis  işçisi  təmkinliyi  ilə 



astadan dedi: 

-

 



Deyəsən, mən bu qızı tanıyıram. 

Sonra Jan Valjana sarı döndü. 

Jan  Valjan  tapançanı  qoltuğuna  vurdu,  gözlərini  zilləyərək  diq-

qətlə  Javerə  baxdı;  bu  baxışı  ilə  o  deyirdi:  “Javer,  qarşısında  duran 

mənəm!” 

Javer cavab verdi: 

-

 

Sən üstün gəldin. 



Jan Valjan jiletinin cibindən bıçağı çıxardıb açdı. 

Javer həyəcanla dedi: 

-

 

Hə, qələm! Düz eləyirsən! Bu, sənə daha çox yaraşır. 



Jan  Valjan  Javerin  boynundakı  martinqalı,  biləklərinə  bağlanan 

kəndiri,  sonra  əyilərək,  ayağına  vurulan  çidarı  kəsdi,  sonra  da  qalxıb 

dedi: 

-

 



Siz azadsınız. 

Javeri təəccübləndirmək çətindi. O çox təmkinli bir adamdı, lakin 

bu hadisə onu qeyri-ixtiyari olaraq sarsıtdı. O donub qaldı. 

Jan Valjan sözünə davam etdi: 

-

 

Buradan diri çıxmağıma gümanım yoxdur; əgər işdir, ölməsəm, 



xilas ola bilsəm,  yadınızda saxlayın:  mən  Foşlevan adı altında Silahlı 

adam küçəsində, yeddi nömrəli evdə yaşayıram. 

Javer  dişlərini  pələng  kimi  ağartdı,  dodaqlarını  büzərək  ədavətlə 

dedi: 


-

 

Özünü gözlə. 



Jan Valjan: 

-

 



Gedin, - dedi. 

Javer soruşdu: 

-

 

Sən Foşlevan dedin? Silahlı adam küçəsi? 



-

 

Yeddi nömrəli ev. 



Javer astadan təkrar etdi: 

-

 



Yeddi nömrəli ev. 

O, yenə sürtukunu düymələdi, çiyinlərini hərbi qayda ilə düzəltdi, 

yana  döndü,  əllərini  döşündə  çarpazladı,  çənəsini  bir  əlinə  dayayaraq 

bazar  tərəfə  yönəldi.  Jan  Valjan  durub  ona  baxırdı.  Javer  bir  neçə 

addım gedəndən sonra döndü, çığıraraq Jan Valjana dedi: 

-

 



Siz məni təngə gətirmisiniz! Yaxşısı budur, məni öldürün! 

74 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə