Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə32/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   28   29   30   31   32   33   34   35   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Bir  neçə  dəqiqədən  sonra  əsgərlər  yuxarı  mərtəbədə  gizlənən 



qiyamçılarla  mübarizəyə  girişdilər.  Qiyamçılar  çardaq  qapısının  taxta 

barmaqlığı  arasından  güllə  atırdılar.  Vuruşma  taxtapuşun  lap  altında 

gedirdi.  Cəsədləri  pəncərələrdən  düz  daş  yola  atırdılar;  onlardan 

bəzisinin hələ canı çıxmamışdı. Sınmış omnibusu qaldırmaq istəyən iki 

piyada hissə əsgərini çardaqdan karabinlə vurub öldürdülər. Çardaqdan 

da  qarnına  süngü  soxulmuş  bir  fəhləni  yerə  atdılar;  o,  daş  yolun 

üstündə  qıvrıla-qıvrıla  xırıldayırdı.  Bir  əsgərlə  bir  qiyamçı  bir-  birini 

yaxalayaraq  kirəmit  damın  üstündən  aşağı  sürüşür,  bir-birini  öz 

amansız  ağuşundan  buraxmayaraq  yerə  enirdilər.  Zirzəmidə  də  belə 

müharibə  gedirdi.  Tüfəng  atılır,  ayaq  tappıltısı,  dəhşətli  fəryad 

eşidilirdi. Sonra sakitlik oldu. Barrikada alınmışdı. 

Əsgərlər ərafdakı evləri axtarmağa, qaçanları tutmağa başladılar. 



İyirmi dördüncü fəsil 

ƏSİR 

Marius, doğrudan da, əsir düşmüşdü. Onu Jan Valjan əsir etmişdi. 

Marius şüurunu itirərək yıxılanda daldan onu bir əl tutmuşdu, bu, 

Jan Valjanın əli idi, Marius onda bu əlin qüvvəsini hiss etmişdi. 

Jan Valjan vuruşmada iştirak etmirdi, lakin təhlükədən də yayın-

mırdı.  O  olmasaydı,  bu  son  dəqiqələrdə  yaralıların  qayğısına  qalan 

olmazdı. Bu vuruşmada barrikadanın harasında adam  yaralansaydı, o, 

hər yerdə mövcud olan tanrı kimi mövcud olur, yaralını qaldırıb aşağı 

zala  aparır,  yarasını  bağlayırdı,  yaralanan  olmayanda  barrikadada 

əmələ  gələn  dəlik-deşiyi  tuturdu.  Lakin  onun  əli,  vurmaq,  hücum 

etmək,  ya  da  özünü  qorumaq  kimi  hərəkətləri  xatırladan  heç  bir  şey 

üçün qalxmırdı. O dinib-danışmadan başqalarını xilas edirdi. Bu işləri 

görərkən onun ancaq bir neçə yerdən üz-gözü sıyrılmışdı. Güllə, sanki, 

ondan qaçırdı. Fərz edilsə ki, özünü öldürmək arzusu onu bu sərdabəyə 

gətirmişdir,  onda  Jan  Valjan  öz  məqsədinə  çatmamışdı.  Lakin  onun 

özünü  öldürmək  fikrinə  düşməsi  az  ehtimal  olunan  bir  şeydir,  çünki 

adamın özünü öldürməsi dini ehkama ziddir. 

Jan Valjan, elə bil ki, Mariusu vuruşmanın qatı tüstüsü içərisində 

görmürdü; əslində, o, Mariusdan heç gözünü çəkmirdi. Güllə 

96 


downloaded from KitabYurdu.org


Mariusu  yıxanda,  Jan  Valjan  ildırım  sürətilə  onun  üstünə  cumdu, 

pələng öz ovunu yaxalayan kimi, o da Mariusu alıb getdi. 

Bu  anda,  bu  hücum  qasırğasında  hamının  diqqəti  Anjolrasa  və 

meyxananın  qapısına  yönəlmişdi,  ona  görə  də  Jan  Valjanın  bihuş 

olmuş Mariusu qolları üstündə apardığını, barrikadanın alt-üst olmuş 

həyətindən keçdiyini, “Korinf’in tutduğu evin tinində gözdən itdiyini 

heç kəs görmədi. 

Bu  tin  oxucunun  yadındadır;  küçənin  döngəsində  o,  bir  çıxıntı 

kimi  nəzərə  çarpırdı,  cəmi  bir  neçə  kvadratmetr  sahəsi  olan  mey-

dançanı  güllədən,  top  saçmasından,  bura  ilə  maraqlanan  adamların 

nəzərindən  qoruyurdu.  Bəzən  elə  olur  ki,  yanan  bir  evin  içində  bir 

otaq salamat qalır, hətta ən coşqun dənizlərdə suya uzanan bir burun 

dalında,  ya  limanda,  qayalar  arasında  sakit,  kiçik  bir  körfəz  tapmaq 

olur.  Eponina  barrikadanın  bu  trapesiyaşəkilli  balaca  həyətində 

ölmüşdü. 

Jan  Valjan  burada  dayandı,  Mariusu  yerə  qoydu,  divara  söykə-

nərək ətrafa baxdı. ^ 

Vəziyyət çox pis idi. 

Divar  iki-üç  dəqiqəyə  onun  üçün  bir  daldalanacaq  ola  bilərdi; 

lakin bu qanlı döyüş meydanından necə xilas olmalı? Səkkiz il bun-

dan  əvvəl  Polonso  küçəsində  başına  gələn  təhlükəli  bir  hadisə  və 

oradan  necə  qaçıb  qurtardığı  yadına  düşdü.  Onda  qaçıb  qurtarmaq 

çətindi,  indi  heç  mümkün  deyil.  Onun  qarşısına  qapı-pəncərəsi 

bağlanmış  beşmərtəbəli  bir  ev  ucalırdı,  orada  da,  elə  bil,  başı 

pəncərənin qabağına əyilən meyitdən başqa, heç kəs yaşamırdı. Onun 

sağ tərəfində Kiçik Səfil küçəsini qapayan alçacıq barrikada vardı; bu 

barrikadanın  üstündən  aşmaq  çox  asandı,  lakin  onun  üstündə  tüfəng 

süngüləri  görünürdü.  Orada,  istehkamın  o  tərəfində  bir  piyada  hissə 

pusquda  durmuşdu.  Aydın  görünürdü  ki,  barrikadanın  üstündən 

aşmaq  -  bütün  bir  bölmənin  atəşi  altına  düşmək,  divann  kənarından 

başını  çıxarmaq  isə  -  altmış  tüfəngin  yaylım  atəşinə  hədəf  olmaq 

deməkdi. Ondan sol tərəfdə vuruşma gedirdi. Tinin dalında da ölüm 

onun yolunu gözləyirdi. 

Nə etmək lazımdı? 

Buradan ancaq quş xilas ola bilərdi. 

Tez bir qərara gəlmək, bu vəziyyətdən çıxmaq üçün bir yol, nicat 

yolu tapmaq lazımdı. Ondan bir neçə addım kənarda vuruşma 

97 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

davam  edirdi;  xoşbəxtlikdən,  hücum  edənlərin  bütün  qəzəbi  bir 



məqsədə  doğru  yönəlmişdi:  o  da  meyxana  idi.  Lakin  əsgərlərdən 

bircəciyi  tinə  sarı  gəlmək  fikrinə  düşsəydi  və  ya  cinahdan  hücum 

etmək istəsəydi, iş bitərdi. 

Jan  Valjan  qarşısındakı  hündür  evə,  sağ  tərəfindəki  barrikadaya 

baxdı,  sonra  bütün  ümidini  itirmiş  adam  kimi  gözlərini  yerə  zillədi, 

sanki, yeri baxışı ilə dəlmək istəyirdi. 

Daha diqqətlə baxdıqca ölüm əzabı dumanı içində güclə sezilən 

bir şey daha aydın görünməyə başladı, sanki, insana arzu etdiyini öz 

baxışında  təcəssüm  etdirmək  iqtidarı  verilmişdir.  Bir  neçə  addım 

kənarda,  alçacıq  barrikadanın  dibində,  yerlə  bərabər  yastı,  dəmir  bir 

barmaqlıq  gördü,  barmaqlığın  yarısı  qənbər  yığını  ilə  örtülmüşdü; 

amansız  düşmən  də  o  biri  tərəfdə  barrikadanı  mühasirəyə  alıb  hazır 

durmuşdu.  Barmaqlıq  eninə-uzununa  vurulmuş  yoğun  dəmir 

çubuqlardan  ibarətdi  ki,  özü  də  iki  kvadratfuta  qədər  yer  tuturdu. 

Barmaqlığın çərçivəsini tutan qənbər daşları qoparılmışdı, barmaqlıq 

da,  elə  bil  ki,  daş  yoldan  ayrılmışdı.  Barmaqlığın  dəmir  çubuqları 

arasından buxarı bacası, girdə hovuz kimi qaranlıq bir yer görünürdü. 

Jan  Valjan  barmaqlığa  sarı  cumdu.  Həbsxanadan  qaçmaq  üçün 

məharətlə  düzəltdiyi  işləri  xatırladı,  bu  xatirələr  ildırım  kimi  onun 

beynini  işıqlandırdı.  Daşları  atdı,  barmaqlığı  qaldırdı,  meyit  kimi 

hərəkətsiz Mariusu çiyninə aldı, dirsəkləri və dizləri ilə dirənə-dirənə 

quyuya  endi,  quyu,  xoşbəxtlikdən  dərin  deyildi,  sonra  ağır  dəmir 

barmaqlığı örtdü, geri atdığı daşlar yenə barmaqlığın üstünə töküldü; 

nəhayət,  o,  ayaqlarını  quyunun  dibinə  qoydu;  üç  metr  dərinliyində 

olan  quyunun  dibinə  sal  daşlar  döşənmişdi,  bu  işləri  bir  azman 

qüvvəsi,  qartal  cəldliyi  ilə,  sanki,  yuxuda  eləmişdi,  bunun  da 

hamısına bir neçə dəqiqə vaxt sərf olunmuşdu. 

Jan Valjanın endiyi yer - uzun yeraltı koridor idi, nəfəsi kəsilmiş 

Marius da onun qolları üstündə idi. 

Burada asayiş, qəbir sükutu, zülmət hökm sürürdü. 

Vaxtilə  o,  küçədən  birbaşa  monastır  hasarının  içinə  düşərkən 

nələr hiss etmişdisə, indi də eyni şeyləri hiss etdi. Ancaq indi qolları 

üstündə Kozettanı deyil, Mariusu aparırdı. 

İndi  o,  başı  üstündə  meyxanaya  olan  hücumun  dəhşətli  gurul-

tusunu uzaqdan gələn boğuq bir uğultu kimi eşidirdi. 

98 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə